Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Firudin İbrahimi - 27 yaşında baş prokurorluqdan dar ağacına -

Firudin İbrahimi - 27 yaşında baş prokurorluqdan dar ağacına -

ARAŞDIRMA

22 Oktyabr, 2018  14:46

  İsmayılov Sədrəddin Soltan oğlu

Bakı. 22 oktyabr. REPORT.AZ/ Gənclik Azərbaycan tarixində əvəzsiz rol oynayıb. Məşrutə hərəkatının liderləri, Azərbaycan Xalq Cümhuriyyətinin, Azadıstanın, Azərbaycan Milli Hökumətinin və Azərbaycanın dövlət müstəqilliyini bərpa edənlər – Azərbaycan Respublikasının qurucuları əsasən gənclər olublar. Onun faciəsini əks etdirən ən təsirli  “Azərbaycan, mənim baxtsız anam oy...” şeirini də gənc Almas Yıldırım yazıb. 

Əvvəlki gənclik Azərbaycan yolunda fəaliyyəti, mübarizəsi ilə özündən sonrakı nəsil üçün bir nümunə yaradıb, bunun meyarını müəyyənləşdirib.  

Belə gənclərdən biri mədəniyyət sahəsində uğur qazanmış Asəf Zeynallı, o biri isə Firudin İbrahimidir. 

Asəf Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə anadan olub, 1932-ci il oktyabrın 27-də Bakıda xəstəlikdən vəfat edib. O, 23 il yaşayıb, qısa ömründə çox böyük işlər görürüb. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur. A.Zeynallı təkcə bu romansı ilə Azərbaycanın musiqi tarixində əbədi yaşaya bilər. 

Bakı musiqi kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.

Azərbaycanın gəncliyinin parlaq nümyəndələrindən biri Firudin İbrahimi isə dövlət quruculuğu, siyasət, elm və mədəniyyət sahələrində uğur əldə etsə də nəsibi dar ağacı olub. Adına küçə və məktəb yoxdur. Bu il Azərbaycan Milli Hökumətinin baş prokuroru olmuş Firudin İbrahiminin anadan olmasının 100-cü ildönümüdür. 

Cənubi Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri olmuş Firudun Qəni oğlu İbrahimi 1918-ci ildə noyabrın 21-də Cənubi Azərbaycanın Astara şəhərində doğulub. Atasının fəaliyyəti onun gələcək həyatına da təsirsiz ötüşməyib.

https://yastatic.net/mail/_/325472601571f31e1bf00674c368d335-b-ico.gif

Firudin İbrahiminin atası, Qəni İbrahimi öz dövrünün müasir düşüncəli ziyalılarından olub. Gilan əyalətinin Rəşt şəhərində Mirzə Məhəmməd Axundzadənin (Sirus) başçılığı ilə Ədalət Firqəsi yaradıldıqdan sonra Astara şəhərində Ədalət Firqəsinin yerli təşkilatını formalaşdırıb. Siyasi baxışlarına görə dəfələrlə həsb edilib, təzyiqlərə məruz qalıb. 

Firudin İbrahimi 1945-ci ildə Tehran Universitetinin hüquq fakültəsini bitirib. Tələbəlik illərində inqilabi hərəkata qoşulub. Təbriz şəhərində nəşr olunan İran Xalq Partiyasının orqanı olan "Xavəri nov" ("Təzə xəbər") qəzetinin redaktoru olub.

O, 1945-ci ildə il sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin nümayəndəsi (İran), 1945-1946-cı illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru olub. 

O, Azərbaycan Milli Hökuməti elan edilən gün - 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökumətinin baş prokuroru təyin olunub. F.İbrahimi 1946-ci ildə Parisdə Sülh konfransında iştirak edib. 

Bu tədbirdə İrana öz hökumətinin İkinci Dünya müharibəsində qalib gəlmiş antihitler koalisiyası dövlətləri ilə faşist Almaniyasının Avropadakı keçmiş müttəfiqləri arasında sülh müqavilələri haqqında mövqeyini şərh etmək imkanı verilmişdi. F.İbrahimi də Azərbaycan Milli Hökuməti adından mətbuat nümayəndəsi sifəti ilə bu konfransa gedib və 1946-cı il avqust ayının 10-dan Paris şəhərinin “Lüksemburq” adlanan ən məşhur tarixi qəsrində keçirilən konfransın iclaslarında iştirak edib.

https://yastatic.net/mail/_/325472601571f31e1bf00674c368d335-b-ico.gif

F.İbrahimi "Sülh uğrunda" kitabında bu tədbirlərlə bağlı təəssüratlarını yazıb. Bu əsərin işqı üzü görməsində AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadənin müstəsna rolu var. 

Azərbaycan Milli Hökumətinin rəhbəri S.C.Pişəvəri 1946-cı il  sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsinin yaranmasının birinci ildönümü münasibəti ilə Təbrizin Dövlət Teatrı salonunda keçirilən təbirdəki nitqində F.İbrahiminin Paris Sülh konfransından göndərdiyi hesabatları yüksək qiymətləndirərək deyib: "Bizim hərəkatımız ana dili vasitəsilə dünyada nüfuz və şöhrətə malik ola bildi. Dünya bildi ki, beş milyonluq bir xalq var ki, öz dillərində yazıb və oxuyur... İndi dünyanın yazıq millətləri bizi alqışlayır və bizə nicat verən bir millət kimi baxırlar".

F.İbrahimi əksinqibalçı qüvvələrə qarşı mübarizə aparan "Babək" adlı könüllü dəstələrin təşkilatçılarından biri olub. 

Yeri gəlmişkən, o, öldürüldükdən sonra bu təşkilat şaha qarı silhalı mübarizə aparıb. F.İbrahimi Azərbaycan Milli Hökumətinin silahlı dəstələrlə qorunmasını təşkil etməklə yanaşı, "Ettelat", "Aljir", "Rəhbər", "Mərdom", "Zəfər", "Siyasət", "Azərbaycan" və s. qəzetlərdə ölkədəki çatışmazlıqları ifşa edən publisistik məqalələr yazıb. 

Rza şah Pəhləvi və oğlu Məmmədrza şah Azərbaycan türklərinin milli varlığının məhv edilməsi istiqamətində siyasət yürüdürdülər. Onlar Azərbaycan türkcəsinin ölkədə işlədilməsini yasaqlamışdılar. Azərbaycan türklərinin İrana gəlmə olduğu barədə saxta tarix kitabları yazılırdı. 

F.İbrahimi ana dili olan Azərbaycab türkcəsinin müdafiəçilərindəndir. Mənsub olduğu millətin dilini, dədəbiyyatını, mədəniyyətini, tarixini araşdıraraq, kimin gəlmə olduğuna tutarlı cavab verib. Bu baxımdan o, tariximizi  zamanına və şəraitə görə uğurla araşdırıb. 

https://yastatic.net/mail/_/325472601571f31e1bf00674c368d335-b-ico.gif

2018-ci ildə Səməd Bayramzadənin tərtibçisi və məsul redaktoru olduğu F.İbrahiminin “Azərbaycan danışır. İftixarlı tarixmizdən bir neçə parlaq səhifə” adlı daha bir kitabı təkrar nəşr edilib. Kitabda onun müxtəlif zamanlarda yazdığı məqalərlər toplanıb. Ümumiyyətlə, bu yazılar F.İbrahimi 25-28 yaşı olanda qələmə alınıb. Kitabda Azərbaycanın, İranın tarixinə dair maraqlı məqamlar yer alıb. Elmi, siyasi, dövlətçilik fəaliyyəti örnək olmuş F.İbrahimi Azərbaycanın azadlığı uğrunda şəhidliyi ilə də gələcək nəslə nümunə sayıla bilər.  

Azərbaycanda Milli Hökuməti 1946-cı ilin dekabrın 11-də Məhəmmədrza şah tərəfindən qan içində boğulduqdan sonra F.İbrahimini həbs ediblər. İran şahlıq rejiminin amansız ordusu ilə qeyri-bərabər döyüşdə, Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin binasında 34 saatlıq silahlı müqavimətdən sonra o, həbs olunub zindana salınıb. Həbsxanada yüksək ləyaqətini qoruyub saxlayan F.İbrahimi İran xəbər agentliklərindən birinin "Siz prokuror olduğunuz zaman hansı işləri icra etmisiniz" sualını belə cavablandırıb: “Biz məhbusların cinayət işlərini araşdırdıq, mürtəce qanunlar əsasında həbs edilən günahsız insanları azad etdik. Xalqın hüquqlarını müdafiə etməklə onları satqın hakimlərin zülmündən xilas etdik”.

Onun məhkəmədə irticaçı şah rejimini ittiham edən nitqi isə bu gün də İran azadlıqsevərləri üçün nümunədir: "Gün gələcək ki, bütün İran xalqını öz hüquqlarından məhrum edənlər, onların mədəniyyət və milli qürurlarını tapdalayanlar, öz ciblərini və kisələrini qızılla doldurmaq xatirinə zəhmətkeş insanları istismar edənlər xalq qarşısında törətdikləri xəyanət və cinayət əməllərinə görə cavab verməyə məcbur olacaqlar".

F.İbrahimini 1947-ci ilin mayın 23-də Təbriz şəhərinin Gülüstan bağında dar ağacından asıblar. Hadisə şahidləri, onun qohumları və ailə üzvləri bildiriblər ki, edam səhər tezdən, saat 5 radələrində icra edilib. O, dar ağacının ətrafında toplaşanlara belə müraciət edib: “Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan və İran xalqlarının birliyi! Yaşasın doğma Ana Vətənimiz Azərbaycan!”

https://yastatic.net/mail/_/325472601571f31e1bf00674c368d335-b-ico.gif

Xalq yazıçısı Mirzə İbrahimovun "Gələcək gün" romanında və şairə Mədinə Gülgünün "Firudin" poemasında F.İbrahiminin vətənpərvər, qəhrəman və gözəl insan obrazı yaradılıb. Həbib Sahir, Fəthi Xoşginabi, Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Xəlil Rza, Arif Səfa, Tariyel Ümid əsərlərində onun poetik obrazını yaradıblar.

F.İbrahimi aldığı təhsil, mükəmməl dünya görüş ilə İrandakı hakimiyyətə, Məhəmmdrza şaha xidmət edib, böyük var-dövlət sahibi də ola bilərdi. Ancaq o, ən ağrını və şərəflisini seçərək, millətinə - Azərbaycana xidmət etməyə üstünlük verib. O, bir daha sübut edib ki öz millətinə ləyaqətlə xidmət edənlər unudulmur, sevilir və örnək olurlar. 

F.İbrahimi həyat və fəaliyyəti xatırlananda bir millətin bu gün də üzləşdiyi problemlər göz önünə gəlir, Azərbaycanın fəxr ediləcək tarixi yada düşür. 

Bu il dekabrın 12-də onun və silahdaşlarının qurduğu Azərbaycan Milli  hökumətin 73 ili tamam olacaq. Bu hökumətin üzvü olan 27 yaşlı F.İbrahimi Azərbaycan Xalq Cümhuriyyəti ilə eyni yaşdadır. Nə qədər ritorik də olsa qeyd edək ki, Azərbaycanın bu görkəmli ictimai, siyasi və dövlət xadiminin doğulduğu tarixdə böyük hədəflər üçün eyham sayıla bilər. 

Go Back

Comment