Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Firidun İbrahimi haqda xatirələr

Firidun İbrahimi haqda xatirələr

(Azərbaycan və İranın milli azadlıq qəhrəmanı Firidun İbrahimi mənhus Məhəmmdrza şahın səltənəti dövründə siyasi mübarizlərin simvolu, qabaqcılı olaraq xalqın azadlığı yulunda özünü fəda etdi.)

İqtisasiyyat və mədəniyyət baxımından inkişafda olan gözəl Astara şəhəri Rzaxan hakimiyyəti dövründə geriləməyə başladı. Gəmilər bu şəhərinin sahilinin önündən keçərkən onu alqışlamaq üçün fit çalırdılar, Gəmilər Astara limanında nadir halda boşaltmaq və yükləməyə dayanırdılar. Bəzi vaxtlar ləngər saldıqda onun ardıcıl fit səsi əhalini ora dəvət edirdi. Bir çox qadın, kişi, kiçik və böyük uşaqlar dənizə tərəf axışırdılar. Mən də hələ məktəbə getməyən  kiçik bir uşaq olaraq böyük qardaşımla birlikdə gəmini seyr etməyə getdim. Gəmi sahildən uzaq məsafədə ləngər salmışdı. İşçilər ixracat mallarını gəmiyə yığıb və gəmidəki yükləri isə depolara aparırdılar.

Dəmir yolu gömrük ərazisindən gəminin taxta körpüsünə qədər uzandı. Yük vaqonları atlar vasitəsi ilə  sürülürdü. Qısa boylu gömrük məmuru çox cəldliklə atların üzərində manevr edərək gəmiyə çata-çatda vaqonlardan ayırırlaraq  bir anda özünü və atları kənara çəkirdi. Vaqonların sürəti yavaş-yavaş azalaraq taxta körpunun sonuna çatıb, dayanırdılar. Gömrük məmurun belə cəldliklə atılması tamaşaçıların alqışına səbəb olurdu. Onlar böyük həvəslə bu mənzərəni seyr edirdilər, Uşaqlar sevincdən hay-küy salaraq, məmurun hərəkətlərini təqlid edirdilər.

Boylu-buxunlu ağbəniz yeni yetmə bir gənc əlində durbin tutaraq gördüklərini xəbər verməklə hamının diqqətini özünə cəlb edirdi. Deyəsən, şəhərimizdə bu yeganə durbin idi. Bilmirəm baxışım necə idi ki, o yeni yetmə bizə yaxınlaşıb məndən soruşdu:  -“durbin ilə baxmaq istəyirsən?”

Yalvarış baxışım təsirindən qardaşım mənə icazə verdi. Yeni yetmə dürbini gözümün önündə tutudu. Gəmi çox böyük idi. O, mənim bir neçə addımlığımda idi. İşçilərin və krantın necə fəaliyyət etdiyini gördüm. Astara gənclərinidən bir qrupunu gəmiyə tərəf üzərkən gördüm .....

O gündən bu mehriban üzlü gəncin adının Firidun olduğu xatırlayaraq ona dərin hörmət bəsləyirəm. O, birinci şəxs olaraq durbinin nə olduğunu mənə öyrətdiyi üçün daima yaddaşımda yaşayacaqdır.

****

Biz birinci sinifdə olarkən Firidun doqquzuncu sinifdə əlaçı şagird idi. Firindun bir neçə nəfər şagirdlə məktəbin həyətində sallağı oturaraq qum ustundə bir şeylər yazırdı. Onlar bir parça ağac və ya daşla qum üzərində bir şeylər yazırdılar. Sonralar onların fransız dillində imla, yaxud cəbr və ya həndəsə misalları yazdıqlarını öyəndik. Onların bu ciddi işləri çox fərəhedici idi. Biz də arzulayırdıq ki, bir gün onlar kimi qum üstündə məktəb dərslərini yazaq.

Astaranın “Həkim Nizami” məktəbi əski bir müəssisə olaraq təhsilin inkişafında çalışırdı. Təhsil imtiyazlarına nail olmaq müqəddəs bir məqsəd sayılırdı. Beləki, Tehranın ali mətəbinin 12 təhsil dövrünün 4 dövr məzunlarının əlaçı tələbələrini Astasr şəhərinin cavanları təşkil edirdi.

Firidunlar təhsil sahəsində çalışmaq ənənələrini bizə öyrətdilər. Xüsusi ilə mənim üzərimdə o məhriban insanın güclü təsiri olmuşdur, Beləki, mən  elm öyrənməyi  bir məqsəd olaraq o mehriban insandan öyrəndim.

Firidun İbrahimi təhsilini davam etdirmək üçün Ənzəli və Tehran şəhərlərinə getdi.  O, hər il yay fəslində doğma yurda Astaraya gəlirdi. Balıq tutmağa xass həvəsi var idi. Bir neçə dostu ilə dənizə üzməyə və tlovla balıq tutmaq üçün çaya gedirdi.

Balıq tlovlarının bir çoxu əldə düzldilirdi və onlar yerli tlov sayılırdı. Lakin Firidunun Tehrandan gətirdiyi tlov fabrikdə istehsal olmuşdu, o, çox gözəl və baxımlı idi. 

***

Mən 1322-ci ilin şəhrivər ayı(1943-cü ilin sentiyab ayı) təhsilimi davam etdirmək üçün Terana getdim. Doqquz illik təhsil dostum Firuz da Terana gəlib və Firidunun tabşırığı ilə “Şəhidzadə” adlı vəkillər ofisində işə başladı.  Firuz həmin ofisin bir otağında yaşayırdı. Firuz  mehriban və yumorist bir dost idi. Onun iş yeri Tehranın mərkəzi olan Firdovsi küçəsinin(Toxananın) yaxınlığında yerləşirdi. Ofis binanın  ikinci mərtəbəsində idi. Pillələrdən qalxarkən sağda “Şəhidzadə” vəkillər ofisi, solda isə “Ajir qəzerinin(ölməz Pişəvərinin qəzeti) ofisi yerləşirdi. Ajir qəzetinin ofisinin açarı da Firuzun ixtiyarında olduğu üçün oranın da işlərini o görurdu. Biz hərdən Firuzun görüşünə gedirdik. Orada iki dəfə Firidunla görüşdük. Bizi  açıq  ürək və mehribanlıqla qarşıladı. O, tələsirdi. O günlər Firidunun fəaliyyət sahəsi geniş idi. Universitetinin siyasi hüquq fakültəsini bitirmişdi. O dövrün bir çox qəzetlərində, o cümlədən “Mərdum”, “Ajir”, “Siyasət”, “Rəhbər”, “Dərya” və ... qəzetlərində publisistik məqalələr yazırdı. Onun məqalələri gün ərzində bir neçə qəzetdə dərc olurdu.

O dövr Topxananın şimalında və Bələdiyyə binasının arxasındakı küçədə qəzetlər üçün iki qapılı bir mağaza var idi. Qəzetləri tablo və ya divardan asırdılar. Qəzetlərin bütün səhifələrini oxumaq olurdu. Müraciət edənlər orada pulsuz qəzet oxuyurdular. Biz ora nə vaxtsa getsəydik, birinci növbədə Firidunun məqalələrini oxuyardıq. Həmyerlimizin parlaq bir nüfuza sahib olduğundan qürur duyduq.

1943-cü ilin iyun ayında Təbrizdəki Ferdovsi məktəbinin salonunda Azərbaycan Demokrat Firqəsinin gənclər təşkilatının ilk qurultayı keçirildi. Mən də bu qurultayda iştirak edirdim. Oturacaqların birinci sırası qonaqlara məxsus idi.  Nümayəndələr isə ikinci sıradan oturmuşdular. Mən də ikinci sırada oturmuşdum. Qarşımdakı oturacaq boş idi.

İclas başladıqda çıxış üçün icazə istədim. Tribun arxasından qurultay iştirakçılarını salamlayıb təbrik etdikdən sonra ehsaslı tənqidi çıxışım nümayəndələrin gür alqışları ilə qarşılandı. Yerimə qayıdım, Firidun İbrahimi qarşımdakı oturacaqda oturmuşdu. O, ayağa qalxaraq mənə sarı dönüb və əlimi mökəm sıxdı. Firidunun razılıq gülüşü mənim üçün çox dəyərli bir hədiyyə idi. Mən onu gənc alim, iti baxışlı və bacarıqlı bir rəhbər hesab edirdim. Məni təşviq etmək üçün Firidunun həvəsləndirici sozləri onun tərəfindən ən dəyərli mükafat idi.

Faktlara əsasında Azərbaycan millətinin tarixi və kimliyi barədə yazıb  nəşr etdiyi dissertasiyaya görə Azərbaycan gəncləri Firidun İbrahimiyə xüsusi hörmət bəsləyirdilər. Bu mövzü barədə yazılan ilk dissertasiya bu idi. Bəzi Azərbaycan gənclərinin bu mövzumu tam əzbərləmələrinin şahidiyəm.

1946-ci ilin dekabr ayının 12-də Təbriz şəhəri  bir qrup quldur və talançı tərəfindən qarət edilib, çoxlu insan qətlə yetirdi. Mən vəziyyəti öyrənmək üçün Azərbaycan universitetinin Sübhi adlı  tələbəsi ilə birlikdə  Azərbaycan Demokrat Firqəsinin Mərkəzi komitənin binası tərəfə getdim. Qapı bağlı idi. “Firidun İbrahiminin bir qrup məsləkdaşı ilə birlikdə özlərini silahlı müdafiə etdiklərini”- dedilər.

Şah qoşunları Təbrizi işğal etdikdən sonra Firidun və silahdaşları tutub və mühakimə olundular.

Tehranda Firuz İbrahimi və Firidunun həm bəndləri vasitəsi ilə onun qəhrəmanca davranışından xəbər tuturdum. Oun  qondarma məhkəmədə cəsarət və qəhrəmanlıqla xalqından müdafiəsi, habelə həbsxanada igidliklə müqaviməti fəxredici idi.

Azərbaycan koloniyasının qalibi olan Məhəmmədrza şah öyünmək üçün Təbrizə gedirdi, çünki yalançı amnistiya verməyi düşünürdü. Bu əffetmə Firidun İbrahimiyə şamil olamsın deyə, tələsik ona ölüm hökmü çıxarıldı. Bu üzdən cümə günü 1947-ci ililin may ayının birində Gülüstan bağının qabağında Sərdari-milli Səttarxanın heykəli önündə dar ağacından asdılar.

Həbsxanada qəhrəmanın məhbus silahdaşları ilə son vidalaşması demək olar ki, bir qəhrəmanlıq tarixidir. O, təzə geyimdə, yaxasına gül taxmış, üzünü təraş etmiş halda mehriban gülüşü ilə dostlarının əlini sıxaraq möhkəm addımlarla dar ağacına sarı yola düşdü. Dar ağacının altında etdiyi kəskin çıxış, bir daha onun xalqımızın  azadlığına dərindən inandığını  və bu yolda apardığı mübarizəsini təsdiqlədi. Beləliklə də gələcək nəslə son dərsini verdi.

Firidun İbrahimi  şairlərimizin şeirlərində, qəhrəmanlıq dastanlarımızda, kitablarda və gəclər tərəfindən qəbri üstə hər il keçirilən onun ildönümü mərasınmərndə daima xalqımızın xatirəsində yaşayır. Onun qəhrəmancasına ölümü unudulmaz bir simvola çevrilib.

Firidun  İbrahimi bir qəhrəmanlıq simvolu olaraq Pələvi rejimi dövründə milli azadlıq mübarizəsidə vuruşub igidliklə dar ağacından asılan bütün mücahidlərin önündə gedərək şəhidlik zirvəsinə yükşəlmişdir.

Milli hüquqlarını və xalqın azadlığını qorumaq üçün canlarını fəda edən qəhrəman mübarizlərə eşq olsun.

Behzad Behzadi

Go Back

Comment