21 AZƏR ŞƏHİDİ HEYDƏR AFAQİ
İran xalqlarının azadlıq və istiqlalı uğrunda mərdliklə mübarizə aparan, öz canını, hətta, bu yolda qurban verənlərdən biri də Heydər Afaqidir.Heydər 1290 - cı ildə Dizcrud mahalının Şişəvan kəndində kəndli ailəsində anadan olmuş (1911), 6 il molla məktəbində oxumuş, 12 yaşında isə atası vəfat etmişdir.Bu hadisə ilə əlaqədar olaraq Heydər məktəbi tərk edib hələ gənc yaşlarında nökərçilik və biçinçilikə ailəsinə kömək etməyə məcbur olmuşdur. Gənc Heydərin, ümumiyyətlə, kəndlilərin əməyinin bəhrəsini mənimsəyən maliklərin, onların nümayəndə və mübaşirlərinin özbaşınalıqlarına dözməyib müqavimət göstərən Heydər dəfələrlə döyülür, təhqirə məruz qalır. Beləliklə, onun da ürəyində mülkədarlara və onları müdafi edən dövlət məmurlarına qarşı dərin nifrət hissi yaranır.Ona görə də 1320 - ci ildə (1941) Azərbaycanda kəndli hərəkatı yüksələn zaman Heydər də onun sıralarına qatılanlardan biri olur.
Feodal özbaşınalığına qarşı ən fəal mübarizlərdən olan Heydər Afaqi bir gün Şişəvan mülkədarı tərəfindən tutdurulur. Ayaqlarından söyüd ağacına bağlatdırılıb huşunu itirənə qədər döydürürlər Bununla mülkədarların hirsi soyumayıb onu əmniyyəyə verir və dövlət orqanları tərəfindən cəzalanmasını tələb edir.Lakin əmniyyə onu Marağaya apararkən Heydər yolda onu döyüb, silahını alıb qaçır və o vaxtdan da mülkədarlara qarşı silahlı mübarizə aparanlara qoşulur. Ümumi mübarizənin güclənməsindən sonra imkan tapıb kəndə gələn Heydər yenə də mülkədarlar əleyhinə mübarizəni davam etdirir.
1322 - ci ildə (1943) Heydər Dizcrud mahalında Hizbe Tudə İran təşkilatının yaradılmasında fəal iştirak etmiş, sonra da hizbin başqa üzvləri kimi o da öz mübarizəsini Azərbaycan Demokrat Firqəsinin sıralarında davam etdirmişdir.
Bu mahalda kəndli hərəkatının fəallarından olan Heydərin terror edilməsi barədə vaxtilə mülkədarlar tərəfindən qurulmuş tutiyələr təşkilatı tərəfindən ifşa olunur və o ölümdən, jandarm əlinə düşməkdən xilas olur.Şişəvan kəndində inqilabi hərəkatın yüksəlişindən qorxuya düşən mülkədarlar " "Tazəkənd"də yerləşən jandarm postunu Şişəvan kəndinə köçürətək jandarmların sayını 12 nəfərdən 55 nəfərə çatdırırlar.
Heydər Afaqinun bacarıq və ləyaqəti, xüsusilə onun barışmaz döyüşçü olması nəzərə alınaraq 1324 - cü ildə (1945) ADF Marağa Vilayət konfransının və Təbriz Əyalət konfransının nümayəndəlik heyətinə seçilir. O, qocaman inqilabçı, görkəmli kommunist, Marağa Vilayət Komitəsinin sədri Dadaş Təğizadə və fədai sərkərdəsi Mirzə Rəbi Kəbiri ilə daimi əlaqə saxlayır və Azərbaycan Demokrat Firqəsinin göstərişlərini böyük ləyaqət və ciddiyyətlə yerinə yetirirdi.Heydər Afaqi 1324 - cü il Aban ayının 23 - də (14 noyabr) Şişəvan kəndində başlanmış silahlı üsyanın ən fəal iştirakçılarından biri kimi bu işdə özünəməxsus cəsarət və igidlik göstərmişdir. Məlum olduğu kumi burada kəndlilər 21 Azər ərəfəsində jandarm və ajanları tərksilah edib Dizcrud mahalını təmizlədilər. Marağa - Təbriz şosse yolu və telefon - teleqraf idarələrini nəzatət altına aldılar.
1324 - cü ilin aban ayının 28 - də (19 noyabr) fədai qərargahının göstərişi ilə Heydərin başçılığı altında böyük bir fədai dəstəsi Azərşəhrə girərək orada da yerli fədailərin köməyi ilə jandarm və ajan dəstəıərini tərksilah edirlər.21 Azər günü o, 300 - dən artıq fədai ilə birlikdə Təbrizin azad olunmasında fəal surətdə iştirak edir Heydər Afaqi xalqımızın demokratik hərəkatında xidmətlərinə görə Milli Məclis tərəfindən " 21 Azər" medalı ilə təltif olunmuşdur.O, öz fədai dəstəsi ilə Çardəhl, Əfşar,Həştrud və Çaroymaq mahallarının da azad olunmasında rəşadət göstərdiyi üçün Xalq Qoşunları vəzirliyinin fərmanına əsasən mayorluq dərəcəsi ilə mükafatlandırılmışdır.
1325 - ci ildə (1946) şah qoşunlarının Azərbaycana basqın etdiyi vaxt Heydər Afaqi Təbrizdə Cəmşid İsfəndiyarinin adamları tətəfindən qəflətən tutulur.Dövlət tərəfindən təchiz edilmiş silahlı qaraguruhçu dəstələr ona şiddətli əzab və işgəncələr verir.Onun dişlərini sındırır və sağ gözünü çıxarırlar.Dey(yanvar) ayının axırlarında onu gözü bağlı Marağaya aparır və sifarişli hərbi məhkəmə onu ölüm cəzasına məhkum edir Həmin hərbi məhkəmədə onun ölüm fətvasını verənlərdən biri məşhur mürtəce molla Zeynəlabdin İsfənd ayının axırlarında (mart) Heydərin yanına gedib vəsiyyət etməyini təklif edərkən Heydər vəsiyyət əvəzinə ona etiraz edir və ona ruhani paltar geymiş cəllad, başqalarına alt olmuş alçaq adlandırır.Sonrakı gün səhər saat 7 - də Heydər Afaqi qoşun və ajan dəstələri tərəfindən mühasirə olunmuş dar ağacından asılır.O, ölüm astanasında da qorxu bilmədən mövcud irtica quruluşuna özünün nifrər və qəzəbini bildirmiş və demişdir:"Mən azadlıq yolunda min canım olsa da qurban verməyə iftixar edirəm.Məhv olsun millət xainləri. Yaşasın azadlıq!"
Xalqımızın azadlıq və səadəti uğrunda canını qurban vermiş başqa şəhidlərimuz kimi Heydər Afaqinin də xatirəsi unudulmayacaqdır .Onun düşmənlərə qarşı qətiyyəti də mübatizədə inadcıllığı cavanlar üçün bir nümunə olacaqdır.
Təqdim etdi: Güləddin İsmayılov