Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azadlıq Layihəsi) Beşinci hissə

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azadlıq Layihəsi)

Beşinci hissə

Dr.Məhəmmədhüseyn Yəhyai

Aylar öncə Azərbaycana hərbi hücumlar planlaşdırılmışdı. Pişəvari başda olmaqla milli hökumətin bəzi səlahiyyətli şəxsləri bundan xəbərdar idilər. O, Qəvam və Tehranın mürtəce hakimlərinin vaxtı tələf etmələrini bilirdilər. Eyni zamanda "Müzəffər Firuz" ilə Pişəvəri arasındakı 15 maddədən ibarət imzalanmış müqavilənin icra olunmasına çalışaraq, israr etdilər. Azərbaycanın Milli Hökuməti Aərbaycan xalqı aras;nda geniş və önəmli sosial bazaya sahib olduğu üçün müəyyən dərəcədə xalqı asanlıqla səfərbər edib və təşkilandıra bildi. Lakin Azərbaycanın siyasi taleyi yalnız o coğrafiyada müəyyənləşmirdi və Azərbaycan Milli Hökuməti İranın digər bölgələrində, xüsusən də Tehran və digər böyük şəhərlərin haşiyələrində yoxsul vəziyyətdə yaşayan azərbaycanlıları təşkilandırmaqla mərkəzi hökumətin Azərbaycana təcavüz etməsinin qarşısını almalı idi.  (əvvəllər bu zəhmətkeşlərin bir qismi Azərbaycan nümayəndə heyəti qarşılayarkən Tehranın hoqqabaz siyasətçilərinin yalançı vədlərinə uymamağa çağırmışlar!) Tehran və digər böyük şəhərlərin ətraflarındakı, xüsusən sənaye və xidmət mərkəzlərində yaşayıb, işləyən azərbaycanlılar milli hökuməti dəstəkləmək üçün böyük potansiala malik qüvvə idilər. Onların təşkilatlandırılması Tehrandakı mürtəce rejimin gələcəkdə Azərbaycana təhlükə törədəcəyinin qarşısını ala bilərdi. 

Üç istiqamətdən Azərbaycana hücum başlandı. Hücuma başçılıq edən Hüseyn Haşimi özü azərbaycanlı idi. O, bu xəyanətdə liderliyi əlinə aldı. Ordunun komandir müavinliyi Urmiyyənin adlı cinayətkarlarından biri olan polkovnik Əhməd Zəngənəyə tapşırıldı. Milli hökümət vasitəsi ilə Tehrana sürgün olunan bu cinayətkarın əlinə fürsət düşərkən Azərbaycan xalqına qarşı qəddarlıq və amansızlıqla soyqırım həyata keçirtdi. Bəzi hərbçıləri və xanların silahlı qüvvələrini sevindirən Zəncan və ətraf qətliamından sonra ordu birinci istiqamətdə hücuma keçdi. Yəni Zəncan-Təbriz istiqamətində ordu qətlamla yanaşı, təcavüz və talançılıqla irəliləyirdi. İkinci və üçüncü istiqamət isə, Tikab (Tikan Təpə)-Şahindeş(Sayınqala) və Astara Ərdəil istiqamətləri seçildi. Bu hücumun məqsədi Azərbaycanı hərtərəfdən mühasirəyə almaq idi. Çünki, qətlam və cinayətin miqyasını genişləndirmək, qaçış yolların bağlanmasını istəyirdilər.

  Əhməd Zəngənə qeydlərində yazır ki, 1946-ci il dekabr ayıın 6-da Ordunun Baş Qərargah rəisi Rəzmara ilə birlikdə Şah tərəfindən hücum əmri verildi. Halbuki, Qavam hələ də 15-ci parlament seçkilərinin qorunması və təhlükəsizliyindən, kabinet iclaslarında və ya qəzetlərdə söhbətlərini təkrarlayırdı. O, eyni zamanda Azərbaycana döyüş təyyarələri göndərdi. “İttilaat”  qəzeti yazırdı: 1946-ci il  dekabr ayının 10-da  Tehran 9 döyüş təyyarəsi göndərdi. hər biri 2 50 və 8 12.5 kiloqram bomba, 500 patron Qaflankuhu bombalamaq üçün bölgəyə göndərdi.(Məlumat Qəzeti, 19 fevral). Bundan məqsəd azadlığı üçün ayağa qalxmış Azərbaycan xalqını qətliam etmək idi. Seçki təhlükəsizliyinin qorunması bir bəhanə idi.

Azərbaycan şəhərlərinə hücum edilərkən müəyyən bir taktikadan istifadə olunurdu. Belə nəzərə gəlir ki, bu hücum müəyyən mərkəz və qurumlarda planlaşdırılırdı. əvvəlcə müxtəlif üsullarla kəşfiyyat üçün bir şəhərə yaxud bir bölgəyə bir qrup göndərilirdi. Bu qrup iğtişaş törətmək üçün şəhrdə olan quldurları təşkilatlandırıb və eyni vaxtda onlar tərəfindən firqə üzvlərini müəyyən edilirdi. Sonra isə silahlı xanlar onlara qoşulub şəhərdə xaos, iğtişaşlar törədərək ordunun girişinə zəmin hazırlamaq üçün əhalini qətliam və talan etdilər. Ordu şəhərə girərkən hərbi vəziyyət elan edirdi. Qısa müddət ərzində milli hökumət və firqəçilər tərəfindən sürətlə inkişaf edən mədəniyyət mərkəzləri oda çəkilib və onlardan heç bir əsər-əlamət qoymurdu. Milli hökumətin mədəni fəaliyyətləri çox geniş və təsiredici idi.

"Xandəniha"(Oxunaqlı) adlı qəzetinin müxbirlərindən biri yazır: "Demokratlar mədəniyyətə böyük əhəmiyyət verirlər. Xalqı savadlandırmaq işində təqdirəlayiq fəaliyyət göstərirlər. Onlar mədəniyyət mərkəzləri, o cümlədən klublar, musiqi birlikləri, şairlər və sənətkarlar cəmiyyətləri yaradırlar.( " Xandəniha, № 33, 1325 Azər ayı, “Zəncandan gəlirik” başlığı ilə). Eyni zamanda, mədəni kimliyin qoruması ilə əlaqədar firqənin nailiyyətlərini qorumaq üçün bəzi şəhərlər inadla müqavimət göstərib və asanlıqla təşlim olmaq istəmirdilər. Bu da mərkəzdən göndərilən qoşunlar arasında daha çox qəzəb və nifrətə səbəb olurdu. 16 Noyabrda milli hökumətin qurulmasından əvvəl xalqın əlinə keçən şəhərlərdən biri Miyana şəhəri idi. Qulam Yəhya Danişian Təbrizdən sonra bu şəhərdə firqənin yerli komitəsini təşkil etmişdi. Miyananın zülm və istibdadla mübarizədə xüsusi bir mövqeyi var idi. Qulam Yəhya Danişian və Abbasəli Pənbei gənclərin maarifləndirilməsində çox səy göstərirdilər. Bu da gənclərin biliklərinin sürətlə artmasına səbə oldu. Zəncanda törədilən qətliamdan sonra ordu Miyana şəhəri istiqamətində hərəkət etdi.  Bu alayın komandirliyi  "Teymur Bəxtiyar"a tapşırıldı. O, Marağada qırğın və talançılıq törətdikdən sonra özünü Təbrizə çatdırmağa çalışdı. Zülfiqarilərin silahlı süvariləri Miyana şəhər və kəndlərinə edilən hücumda öndə gedirdilər.  Onlar qəddarlıq və zorakılıqla bütün mədəniyyət mərkəzlərini dağıtdılar. Bəzi irtica və fürsətçi mollalar firqə üzvlərinin əmlakına, şərəf və namusuna təcavüz etməyə fitva verdilər. Bu da özü-özlüyündə xalq arasında şiddət, təcavüz və cinayətin artmasına səbəb oldu

Azərbaycana silahlı hücum dəstəsi  Astaradan Ərdəbilə doğru irəliləyərək irtica tərəfdarları və tanınmış Ərdəbilli "Seyid Əhməd Mir Xas" General Arfanın istəyi ilə o, İran Tudə Partiyasına və Azərbaycan Demokrat Firqəsinə qarşı təbliğat aparmaq üçün Sədr Dövləti tərəfindən aylıq 15.000 Rial  ilə mükafatlandırıldı Azərbaycan Milli Hökuməti dövründə Azərbaycanı tərk etmək məcburiyyətində qalan bu mürtəce şəxs yuvasından çıxaraq öz dəstəsi ilə küçələrə tökülüb çirkin şüarlar səsləndirərək şiddət və terrora başladı. Yenə də onların ilk hədəfi mədəniyyət mərkəzləri və ictimai klubları dağıtmaq idi. Bununla əlaqədar olaraq Cövdət qəzetinin mətbəəsini yandırdılar.Yenə də bu hücumda mürtəce mollalardan istifadə edildi. Onların bəziləri xalqı qətliam etmək fitvasını verdilər. Polkovnik "Bayendur" un komandanlığı ilə göndərilən ordu, qar yağması və şiddətli soyuğun bəhanəsilə planlandığı vaxtdan gec Ərdəbilə daxil oldu. Bu müddət ərzində bəzi xanların silahlı dəstələri firqə üzvlərini tutub öldürmək üçün şəhərə daxil olmuşdular. Onlar bir qrup firqəçiləri Ərdəbilin öldürücü şaxtasında əsirlər kimi açıq havada saxlayırdılar. Onların bəziləri soyuqdan və aclıqdan tələf olub və bəziləri də  ac itlər tərəfindən parça-parça edilirdilər. Bu cinayət təcavüzkar ordunun şəhərə daxil olmasına qədər davam etdi. Yenə də hərbi məhkəmələr quruldu. Bu məhkəmələrdə müharibə dövründə olduğu kimi xalqın mübariz övladları mühakimə olunaraq edam edildilər. Bu barədə “Tehran Müsəvvər” jurnalı “Azərbaycan Səfərinin Ərməğanı” başlığı məqaləsində yazır: “ Birinci mərhələdə bir zabitin israrı ilə  17 nəfərin edam edilməsinə hərbitribunalın hərbi komandiri öz razılığını verdi. Palkovnik Bayendur edam olunanlara cinayət işi açana qədər onların  cənazələrin yerdə qalmasına əmr etdi"(Tehran Müsəvvər jurnalı, No 192, 2 mart).

Sarabda düşmənçilik və zorakılıq pik nöqtəsinə çatdı, çünki bu şəhərdə mühacirlər daha çox olduğu üçün orada müqavimət cox idi.

Müqavimət göstərənlərdən biri də Azərbaycan tarixində müqavimət simvolu kimi qalacaq və parlayacaq olan Şahsevən qızı "Səriyə" idi.  Bu azərbaycanlı qadın cəsarəti və şücaəti xalq içində dil əzbəri olmuşdur. Azərbaycan anaları illərlə övladlarına onun cəsarətindən bəhs etmişlər. Nəhayətdə onu edam etmək üçün hiyləgərliklə səngərdən çıxardılar. Lakin bu aslan qadın təslim olmayıb və acizlik göstərmədi. Sonda edamdan əvvəl cəsarətli nitqi ilə Azərbaycanin mübarizə tarixində bir qəhrəmanlıq dastanı yazdı. O, cəlladlar qarşısında uca səslə dedi: "Bu sizin üçün bir qələbə və zəfər deyil, tarix sizi nifrətlə xatırlayacaq, Azərbaycan övladları mənim intiqamımı alacaqlar. Bu şəhidlərin qanı ilə azadlıq ağacı daha çox bar verəcək. Bu qırğınla yanaşı, firqə tərəfdarları, xüsusən də mühacirlərin yaxın gələcəkdə sürgünə göndərilməsi üçün siyahısı hazırlanırdı. (mühacirlər o adamlara deyilir ki,  valideynləri birlikdə işləmək üçün şimali Azərbaycan və ya Qafqaza getmişlər). Onların bəziləri ixtisas almaq üçün orada təhsil almışdılar. 1937- 1938-ci illərdə Sovet İttifaqı vətəndaşlığında bir sıra dəyişikliklər olduğundan,  bu insanlar vətənlərinə dönmək istədilər. Bəlkə də vətəndə öz təhsillərini davam etdirmək üçün geri döndülər, lakin  heç vaxt onların  bu istəklər qəbul olunmadı.  Hər zaman onları “mühacir” adlandırdılar. Bu üzdən də daima onların haqq və hüquqları tapdalandı.  Təhlükəsizlik orqanının məmurları onlara şübhə ilə yanaşaraq və həmişə nəzarət altında saxlayırdılar. Bu arada Xalxal şəhəri də tərifəlayiq bir müqavimət göstərdi. Tehranın işğalçı ordusu Astara, Meşkinşəhər, Əhər, Salmas., Maku, Mərənd və s. kimi kiçik şəhərlərə şiddətli hücum edərək darma-dağın etdi. lakin bəzi şəhərlərdə təsəvvür edilə bilməyən qəddarlıqla davranıldı. Məsələn, Marağada sol qüvvələr və azadlıqsevər ziyalılar populyar bir bazaya sahib idilər.Çünki,  "Dadaş Tağızadə " kimi insanlar Qəsri-Qacar həbsxanasından buraxıldıqdan sonra oraya gələrək xalqı, xüsusən də gəncləri ictimai hüquq və azadlıqlarla maarifləndirməklə yanaşı, Şimal və Cənubun vəhdətinin simvolu olan Taqi-Nüsrati yaradaraq mədəni fəaliyyəti genişləndirdi, Bu üzdən də Marağa şəhərinin əhalisi daha çox irticanın tərəfindən nifrət və qəzəbini qazanaraq,edam olunan mübarizlərin cəsədləri günlərlə küçələrdən yığışdırılmadı.

Həm Tehranın işğalçı ordusu, həm də onların yerli məmurları tərəfindən vəhşicəsinə hücuma məruz qalan Azərbaycanın şəhərlərindən biri də “Xoy” şəhəri idi. ordunun Azərbaycana hücumu nəticəsində bu şəhərdə çox sayda insanın aclıqdan və soyuqdan tələf oldular.  Bəzi xainlər Tehranı razı salmaq üçün çirkin hərəkətlərə əl ataraq, ordu karvanının qarşısında 3 fədainin başını kəsdilər. Tehran Universitetinin müəllimi Əhməd Sai “Xoy Nigar” aylıq nəşriyyəsi ilə müsahibəsində Deyir: “ .... Nəhayət ki, ordunun kamyonları və Ordu zabitləri görüldü, bir ordu zabiti maşından düşdü, o ana qədər 3 nəfərin əlləri bağlı yerdə uzandıqlarını görməmişdim. Ordu önündə onların başları kəsilərkən qanları üzərimə səpildi. Paltarı qan oldu. Şiddətlə əsməyə başladım. Geçə atam dedi: Bunlardan birini tanıyırdım. O, "Allahverdi” idi (Dr. Ahmad Sai ilə müsahibə, Xoy Nigar Jurnalı, No. 6, Mart).

Təbrizə hücum planı Tehrandakı hərbi komandirlərin düşüncə mərkəzində diqqət və diqqətlə hazırlanmişdi. Hərçənd ki, onların taktikaları, performansları və iş metodları Azərbaycanın hər yerində eyni idi, beləliklə əvvəl mərkəzə bağlı insanlar və ya yerli xanlar əvvəlcədən təşkilatlandıraraq şəhərə girib və milli hökumət dövründə şəhəri tərk edən quldurları səfərbər edib iğtişaş törətməyə başlayırdılar. Sonra isə mədəniyyət mərkəzlərinə, firqə klublarına və sənətkarlar ittifaqlarına və s. hücum edirdilər. Bu iğtişaşçı qrupları şiddət və təxribat təhrikedici davranışları artıraraq bir tərəfdən şəhərlərdə firqə üzvlərini müəyyən edib və digər tərəfdən isə  soyğunçuluq, od vurmaq və talançılıq la məşğul olaraq firqəyə qarşı şüarlar səsləndirirdilər. Beləliklə də şəhərin vəziyyətini analiz edirdilər, bir müqavimət olmadıqda, ordu şəhərə girirdi. Hüseyin Haşiminin komandanlığı altında işğalçı ordu 13 dekabr tarixində axşamçağı saat 6-da Təbriz şəhərinə daxil oldu. Təbrizdə hərbi vəziyyət elan edildi. Haşimi hərbi komandir olaraq bütün hərbi və inzibati işləri öz üzərinə götürdü. Onun Təbriz Bələdiyyəsi binasının qarşısındakı atdığı ilk addım Azərbaycan Milli Hökuməti ilə Tehran hökuməti arasında bağlanmış müqaviləni ləğv etmək idi. Onun  bu addımı il represiyalara və həbsləra haqq qazandırmaq idi. Yəni edam və həbs hökmülərini sürətlə icra etsin. Törədilən qırğının miqyasını şaha bildirmək üçün bir miqdar pulla Azərbaycana göndərilən briqada generalı Hüseyn Fərdust xatirələrində yazırdı: "Edam edilənlərin cəsədləri küçələrin kənarında yol boyu göründü. 2 - 3 min adam edam edildi. . ". Hərbi komandir hazırladığı siyahıda o günə qədər 2000 nəfərin güllələndiklərini söylədi. (Fərdust, Memuarlar, Pəhləvinin sülaləsinin hüzuru və süqutu, Cild I, s. 151)

Təbrizə ezam olunan “Xandəniha” nəşriyyəsinin müxbiri yazır: “Piyda keçidlər, arxlar öldürülənlərin cəsədləri ilə dolmuşdu. Bütün şəhər qan arxına çevrilmişdi. , meyitlər və qurbanlarla dolu arxlar və qan atmosferi şəhərin hər tərəfinə axdı (Xandəniha, № 36, 23 dekabr 1946)

Tehran və başqa şəhərlərin azadlıqsevər ziyalıları bu geniş miqyasda törədilən cinayətlər qarşısında susurdular. Bu susqunluq bəzən onu göstərirdiki, onlar törədilən bu cinayətlə razıdırlar. Halbuki, istibdad və irtica gücünü sınamaqda idi. Tehran mürtəcelərinin məqsədi ilk növbədə Aəzərbaycanda azadlıqsevər və demokratik qüvvələrin kökünü qurutmaq idi. Çünki sonrakı illərdə mürtəcelərin dost və tərəfdarları, habelə ölkədə öz iqtisadi-siyasi mənfəətlərini güdən xarici hamiləri birlikdə yenidən onları məhv etməyə addım atsınlar. Beləliklə də Azərbaycanın milli və xalq hakimiyyətinin yatırılması nəticəsində zülm və boğutunun yayılmasına zəmin yaradaraq Onunla yanaşı, “Seyid Ziya Təbatəbai” kimi şəxslər Azərbaycan Milli Hökumətinə qarşı zəhərli təbliğatlarına davam etdirmək üçün Tehranda “Azərbaycan Qurtuluş Cəmiyyəti”ni yaratdı.

Təbrizə hücum etməklə onun məqsədi Azərbaycanın mədəniyyət, siyasi və kimliyini məhv etmək idi.  Bu hücum nəticəsində bütün mədəniyyət mərkəzləri, firqə klubları və onların binaları darma-dağın edildi. Universitet və məktəblər bağlandı. Terror və boğuntunun şum kölgəsi şəhərə hakim oldu. Azərbaycan milli Hökuməti dövründə fəaliyyət göstərən “Azərbaycan”, “Günəş”, “Şəfəq”, “Mədəniyyət”, “Yumruq”, “Demokrat” və “Yeni Şərq” qəzetlərinin nəşri dayandırıldı. Mirqasım Çeşmazərin məlahətli şəsilə “Danışır Təbriz” cümləsi daha eşidilmədi(Təbriz Radiosunun bağlanması nəzərdə tutulur). Öldurucu və boğuntulu sükut şəhərin fəzasına çökdu.

“Atəş” qəzetinin müxbiri öz raportunda yazdı: “Azərbaycanın artıq ruhu yoxdur. Depressiyadadır. Xalq kədərli halda başını aşağıya salıbdır. Əhali özləri ilə belə danışmırlar. "Əli Mənsur" (Azərbaycana hücumdan sonra Briqada generalı Haşimi, polkovnik Batmanqılicı valı təyin etdi. Bir müddətdən sonra onun yerinə Əli Mənsur vali seçildi.) bir casus aparatı yaradaraq gecələr əhalinin evlərinə basgin edib oğurluq və talançılıqla məşğul olurdular. Bu təşkilatın məmurları mühacir qadın və qızların əksəriyyətinin təcavüz edirdilər... (Hesam Mustaəfəvi, Azərbaycan Sultanı, Ataş qəzeti, 15 Mart 1947) Azərbaycan Sultanı adlandırılan Əli Mənsur, Rza Şahın mənfur qubernatoru Mostofi kimi davranaraq xalqı alçaldıb və türk dilinə qarşı çıxdı. O, ailələrə övladlarına türk adı verməkdən çəkinmələrini tövsiyə edirdi... Türk adlarını mağaza, keçid və tablolardan silinməsini tələb etdi. Xarici diplomatlar Tehran rəsmilərinin bu davranışlarına təəccüblənir və bəzən bu barədə onları dilə gətirirdilər. Bu barədə ABŞ-nin konsul müavini Dohar: "Azərbaycan İranın bir bölgəsi olmağına baxmayaraq, onunla daha çox məğlub düşmən kimi yanaşılır" (Həmid Mollazadə, Möhürlənmiş Sirlər və ya Azərbaycanda söylənməyən Hadisələr, s.) Louis Faust da "Azərbaycan Böhranı" kitabında buna istinad edərək yazır: “Mərkəzi hökumətin Azərbaycanda hakimiyyəti xalqının güzəranını yaxşılaşdırmadı. Qətlam və talançılıq artdı. Azərbaycana səfər etmiş William Douglas, "Mehriban Xalqı Olan Qəribə Bir Torpaq” adlı kitabında yazırdı: “... İran ordusu Azərbaycana girərkən dəhşət törətdi. Azərbaycan xalqı əsgərlər tərəfindən qətl, qarət və talan edilməyə başlandı. Onlar istədiklərini edirdilər. Rus işğalçı əsgərlərinin davranışı, Şah Ordusunun xilasetmə əsgərlərinin qəddar hərəkətlərindən daha çox mülayim idi. Beləliklə mərkəzi ordu Azərbaycanda özündən çox irənc bir yadigar qoydu. (“Keçmiş gələcəyin mayakıdır”, Cami qrupun araşdırması, s.)

Azərbaycan xalqına edilən bütün bu cinayətə və xəyanətə baxmayaraq, illərdir 1325 -ci il azər ayının 21-də (12 dekabr 1946) baş verən, ölkə tarixində uğursuz, qaranlıq və acınacaqlı gün kimi qəbul olunan bu vəhşicəsinə hücum, bəzi qruplar və təşkilatlar tərəfindən Azərbaycanın qurtuluş günü  adlandırılır. Həmçinin yenə də bəzi dar baxışlı və qara düşüncəli insanlar utanmadan bunu təkrar edirlər ...

Ardı var

 

Go Back

Comment