Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

8 Mart Dünya Qadınların mübarizə həmrəyliyi Günü münasibətilə Azərbaycan Demokrat Firqbəsinin bəyanatı

8  Mart Dünya Qadınların mübarizə həmrəyliyi Günü

münasibətilə Azərbaycan Demokrat Firqbəsinin bəyanatı

Əziz həmvətənlər, ölkəmizin mübariz qadınları!

8 Mart ( isfənd ayının 18-i) qadınların Beynəlxalq Həmrəylik Günü sayılır. Bu gün dünyanın müxtəlif ölkələrində qadınların qadın olduqları üçün onlara olan hər cür ayrıseçkiliyə və hüquq bərabərsizliyinə qarşı apardıqları mübarizənin anım günüdür.

Dünya Qadınların mübarizələri üçün Beynəlxalq Həmrəylik Gününün formalaşması, qadınlara məxsus peşə hədəfləri kişi və qadın fəhlələrinin ümumi hərəkatı ilə paralel olaraq bərabər əmək haqqı verilməsi kimi işçi qadınların hərəkatının ortaya çıxması və inkiaf etməsinin nəticəsidir. Demək olar ki, XIX əsrin ortalarından başlayaraq ABŞ, Almaniya və digər sənayeləşmiş Avropa ölkələrində qadınlara kişilərlə bərabər əmək haqqın verilməsi və işləyən analar üçün imkanlar yaranması məsələsi ortaya çıxdı. Sonra, XX əsrin əvvəllərinə qədər, dünyanın müxtəlif yerlərində qadınnlar tərəfindən onlara olan hər cür ayrı-seçkiliyə, zülmə, sosial bərabərsizliyə qarşı çox geniş bir ictimai və siyasi hərəkatın təməli qoyuldu.

XX əsrin ilk on ilində qadın cəmiyyətlərinin inkişafı və genişlənməsi, onlar arasında şüurun artması, qadın mübarızlərinin sıralarının sıxlaşması, həmçinin fəhlə və sosialist partiyalar tərəfindən dəstəkləmə səbəbindən Almaniya, Avstriya, ABŞ və bəzi Avropa ölkələrində bu münasibətlə Qadınlar Günü mövzusu gündəliyə çıxdı.

1910-cu ilin avqust ayında Danimarkada Beynəlxalq İşçi və Sosialist Partiyalar Konqresi ilə Sosialist Qadınların birgə Beynəlxalq Konfransı keçirildi. Almaniya Sosialist Partiyasının rəhbərlərindən biri olan Klara Zetkin, Milli Qadınlar Günü əvəzinə bütün ölkələrdə bir günü Beynəlxalq Həmrəylik və qadın mübarizəsini anma günü olaraq təyin edilməsi təklifini irəli sürdü. Qurultay iştirakçıları Klara Zetkinin bu təklifini alqışlayaraq yekdilliklə təsdiq etdilər.

Beləliklə, 1911-ci ildə ilk dəfə 8 Mart Beynəlxalq Həmrəylik və Dünya Qadın Mübarizəsinin Anma Gününü mərasimləri keçirildi. Almaniya, Danimarka, İsveçrə, Rusiya, Çin, ABŞ, Avstriya və s.-də milyonlarla kişi və qadın küçələrə tökülüb şənlik etdilər. Onlar ictimai-siyasi hüquqlarla bərabər kişilərlə bərabər qadınlara əmək haqqının verilməsini tələb etdilər. O tarixdən bəri bu günün xatirəsi qlobal xarakter alaraq hər il əvvəlki illərdən daha çox qadınlar, xüsusən də işçi qadınlar daha çox populyarlaşdı. Zaman ötdükcə qadınların tələbləri daha da aydınlaşaraq həmrəylik və əlaqələri gücləndi.

Dünya sosialist qadınlarının başçılıq etdiyi bu kütləvi hərəkat, I Dünya Müharibəsinin başlanması ilə müharibəyə qarşı bütün gücünü səfərbər etdi. Bu dəfə 8 Mart nümayişində iştirak edən qadınların şüarı müharibəyə, öldürülməyə və məhv edilməyə qarşı idi. Müharibə bitdikdən sonra, qadınlar bütün güclərini cəmiyyətin müxtəlif təbəqələri, o cümlədən kişi işçiləri ilə birlikdə müharibənin törətdiyi fəsadları aradan qaldırmağa sərf etdilər. Dünyanın bir qismində azadlıq, qurtuluş inqilabların qələbəsi demokratik və sosialist sistemlərin yaranmasına səbəb oldu. Qadının bir anda qüdrəti gücləndi və ilk dəfə sosialist ölkələrdə qadınlar kişilərlə bərabər siyasi, iqtisadi və sosial hüquqlar əldə etdilər. Bu ölkələrdə qadınların gücü artıq kapitalist və sahibkarlar tərəfindən tapdalanan insan haqlarını əldə etməyə deyil, bəlkə ictimaiyyəti və elmi inkişaf etdirməyə yönəldi.

Dünyada qadın hüquqları  uğrunda gedən hərəkatının inkişafı və sosialist ölkələrin bu hərəkata təmənnasız dəstəyi nəticəsində nəhayət Birləşmiş Millətlər Təşkilatı 1975-ci ili Qadınlar İli elan etdi. 1977-ci ildə UNESCO mart ayının 8-ni Beynəlxalq Qadınlar Günü kimi tanıdı. Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatı tərəfindən 8 Martın Beynəlxalq Qadınlar Günü kimi tanınması dünya qadınları üçün ən böyük uğur sayılır. Lakin müxtəlif hökumət və cəmiyyətlər tərəfindən cinsiyyət ayrı-seçkiliyi və qadınların insan hüquqları pozulduğu müddətcə mübarizə davam edəcəkdir.

Bir çox ölkədə Beynəlxalq Qadınlar Günü rəsmi olaraq tanınsa da, ancaq kapitalist ölkələrin liderləri müxtəlif yollarla onun həqiqi mahiyyətini dəyişməyə çalışırlar. Məsələn, İran İslam Respublikasının mürtəce rəhbərləri ölkədə dini günlərdən birini qadınlar günü olaraq təyin etməklə bir tərəfdən İran qadınları ilə dünya qadınları arasındakı mübarizə birliyini və həmrəyliyini bir-birindən ayırmaq, Digər tərəfdən, bərabərlik, azadlıq və ədalət uğrunda aparılan mübarizənin əsl məzmunu bir kənara qoyub,  əvəzinə onları öz anti-feminist və orta əsr hədəfləri ilə dəyişmək istəyirlər.

Bununla yanaşı, tarix boyu İran qadınlarının, xüsusən Məşrutə inqlabının başlanğıcından Bəhmən inqilabına qədər son yüz illik ictimai hərəkatlardakı mühüm rolu hər kəsə aydındır. Bu səbəbdən İran İslam Respublikası rəhbərlərinin qadınları evdə saxlamaq üçün göstərdikləri bütün səylərə baxmayaraq, gün keçdikcə ölkəmizdə qadınların ictimai rolu daha da əhəmiyyət kəsb edir. Son illərdə cəmiyyətdəki dəyişikliklər, qadınların elm və istehsaldakı önəmli rolu ictimai mübarizə və etiraz aksiyalarında fəal şəkildə iştirak etməsinə səbəb olur. Keçmişə nisbətdə ictimaiyyətin müxtəlif sahələrdə qadınların iştirakına daha da yaxşı zəmin yaranmışdır. Bu da elə bir ictimai ziddiyyətdir ki,  İslam Respublikası liderləri onu həll etməkdə çarəsizdirlər.

Ölkəmizin Müstəqil Qadın Hərəkatı son illərdə dəyərli nailiyyətlər qazandı. Çox sayda həmkarlar ittifaqı və ictimai təşkilatının yaradılması, xüsusilə işçi qadınlar arasında ictmai şüurun yüksəldilməsi üçün təqdirə layiq işlər görülmüşdür. Demək olar ki, zəhmətkeş qadınlar arasında görülən geniş mədəni və ictimai işlərlərlə yanaşı, şübhəsiz ölkəmizdə müstəqil qadın hərəkatının təşkili sahəsində təsiredici rol oynamışdır. İran İslam hakimiyyəti tərəfindən qoyulan bütün məhdudiyyətlərə baxmayaraq, müxtəlif sahələrdə qadınlarımızın qazandıqları böyük uğurlar dünya ictimaiyyətinin alqışına səbəb olmuşdur.

Bu il ölkəmizin qadınları, Beynəlxalq Qadınlar Gününü İslam rejimin repressiv və anti-feminist siyasətinin başladığı bir dövrdə qeyd edirlər. Rejim uydurma "mədəni istila" adını böyütmək bəhanəsi ilə ona qarşı mübarizəyə qalxaraq, məktəblərdə, universitetlərdə qız və oğlan uşaqlarını bir-birindən ayırır. Universitetlərin bir çox fakültələrində təhsil almağı qızlara yasaqlamaqdadır.  idman sahələrində qadınların iştiraklarına qarşı çıxaraq  bəd hicablıqla mübarizə adı altında qadınları küçələrdə davamlı təqib edir və fəal qadınların həbs olunması sahəsini genişləndırır. Onlara ağır cəzalar verərək sosial məhrumiyyətlərə məruz qoyur. Qadın jurnalist və aktivistlərin xaricə getməsinin qarşısını almağa davam etdirir. Aydındır ki, bu üsullar getdikcə daha çox rusvayçılıq halı almaqdadır.  Hətta, çox sayda hakimiyyət meyilli qadınlar da hökumətin bu siyasətini nöqsanlı hesab edərək ondan uzaqlaşmağa çalışırlar.

Azərbaycan Demokrat Firqəsi müstəqil qadın hərəkatının fəhlələr, zəhmətkeşlər, tələbələr, gənclər və Zülm altında yaşayan milli xalqlar kimi digər ictimai qüvvələri ilə birlikdə yalnız ölkəmizdə azadlıq, demokratiya  və ədalətin bərpası uğrunda mübarizə etməsi gələcəkdə ölkəmizdə ciddi inkişafa yol açacağına inanır.

 Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi hər kəsi, xüsusilə də ölkəmizin qadınlarını Beynəlxalq Qadın Həmrəyliyi və Qadın mübarizəsinin anım günü münasibətilə təbrik edir.

  İran qadınlarına apardıqları mübarizədə qələbə və uğurlar arzulayırıq!

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi

8 Mart 2021

Go Back

Comment