Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

21 Azər nehzəti nəticəsində yaranan milli hökumətin apardığı islahat

21 Azər nehzəti nəticəsində yaranan milli hökumətin apardığı islahat

İran xalqları­nın tarixinə qızıl xəttlərlə hək olunmuş 21 Azər nehzətinin 74-cü ildönumu yaxınlaşır. Onun aktuallığı və son məqsədi uğrunda gedən mübarizə bu gün də davam edir. Bu möhtəşəm nehzətin əsil təşkilatçıısı olan böyük insan S.C.Pişəvəri o zaman "nehzətimiz və dünya siyasəti" adlı məqalh­sındə 21 Azər nehzətinin milli xüsusiyyətlərindən danışarkən yazırdı: -"bu məsələyə kiçik baxmaq ölmaz. Fars mütəəssibləri həmişə çalışmışlar dünyaya bildirsinlər ki, Azərbaycanlıların özlərinə məxəsus dil, ədəbiyyat və xüsusiyyətləri yoxdur. Böyük nehzətimiz bu axmaqcasına uyan təblığata son qoydu. Hətta bizə siyasi səbəblərə görə mübət nəzərlərlə baxmaq istə­məyən Amerika və İngilis mətbuatının mühum qısmı hiss edib anladı ki, fars mütəəssibəlri­nin iddiası doğu deyildir. Azərbaycan xalqının özünəməxsus dili isə fars dilı­nin bir şöbə­si ölmayıb, təmamı ilə ayrı dildir. Belə Azərbaycanlıların tərz-təfəkkür və adab-müaşirəti heç vəcəh ilə farslarla cur gəlməz. Bu xalq tərqi edib dünyanın müasir xalqlarına yetişmək üçün öz dili, öz adab və rüsumu üzə­rində irəlı getəmə­lidir.”

 Milli hüquqlar uğrunda uzun illər mübarizə aparan Azərbaycan xalqı bütün dövrlərdə ayağa qalxmış və bu dəfə qətiətlə silahlı üsyana əl atdı. Bu üsyan 1324-cü ilin azər ayının 21-də qələbə ilə başa çatdı. Azərbaycan milli hökuməti yarandı.

Azərbaycan milli hökumətinin demokratik mahiyyətindən istfadə edən Azərbaycan xalqı dunyanın başqa mütərəqqi ölkə­lərində milli müxtariyyət qazanan xalqlar kimi özünü idarəetməyə naeil oldu. Milli demokratik dövlət tərkibində öz milli hüquqlarından- siyasi, iqtsadı və mədəni haqlarından milli şərajtə uyğun olaraq ölkəhdə yaşayan bütün xalqların tam bərabər şəkildə istfadə etəmə­si təmin oldu.

Azərbaycan iqtsadiyyatının əsasını təşkil edən torpaq və kəndli məsələ­si yaranan milli hökumətin iqtsadı bərnam­sində mühum yerlərdən birini tütduğu üçün torpağın 80 faizından çoxu böyük mülkədarların və 12 faizındən artıq xalisə(dövlət torpaqları) və vəqəf idarə­lərinin əlində olan torpaqlar alınıb, kəndlərimizdə hökm surən, orta əsr qayda-qanunları şəraitində yaşamağa məcbur edilən kəndlilərə əvəzsiz paylandı.

Bu ədalıtli qərar ağır və çox­saylı vergilər və rusumlardan təngə gəlmiş kəndli kütlələrin zülm və özbaşınalıqdan qurtardı. Kəndlilərin tapdalanmış hüquqlarının qanunı şəkəldə kəndəliyə­ qaytarılmasının bərpası cəmiyyətdə razılıqla qarşılandı. Zəhəmətkəş xalqların təfəkkürlərində milli hökumətə qarşı əsaslı rəğbət oyandı

iqtisadiyyat və mədəni inkşafı artırmaq üçün hökumət tərəfindən ilk dəfə olaraq yaradılan "fəlahət bankı"(Kənd təsərüfatı bankı) mühum rol oynadı. Yoxsul kəndlilərə əkin-biçin və kənd təsərrüfatı vəsaiti almaq üçün bankın uzun ­müddətli borc pul vermə­si yoxsul kəndlilərin ağır gündə mühum dayağı oldu. Bu əzəmətli hadsə­nin təsiri ölkə­nin hüdudlarından uzaqlarda səsləndi və mütərəqqi insanlar tərəfindən rəğbətlə qarşılandı.

İranın bir sıra xalqları kimi Azərbaycan xalqı­nın davamlı olaraq mədəniyyəti hakim zümrə tərəfindən tapdalanırdı. Xalqın doğma dili təhqir olunurdu. Ədəbiyyat və incəhsənəti kəskin müqavimətə rast gəlirdi. Yerli nankorların və fars şovenistlərinin inkarçılığa məruz qalırdı.

21 Azər nehzəti istibdad rejiminə son qoyduqdan sonra hökm sürən milli zülmün bu alçaldıcı formasının kökünü kəsdi. Azərbaycan Demokrat Firqə­si­nin rəhəbərlı­yı altında göstərilən milli məclis və milli hökumət mədəniyyətinizin, o cəmələdən maarif, ədəbiyyat, musiqi, rəssamlıq və xalq yaradıcılıqları­nın yüksəlməhsinə qayğı göstərirdilər. Milli hökumətin əzəmətli və mühum addımlarından biri ana dilinin dövlət dili sıviyyə­sinə qaldırılması idi.

Azərbaycan Milli Hökuməti 1324-cü il dey ayının 16-da tarixi qərar çəxartdı. 10 maddədən ibarət olan həmin qərarda  deyilirdi ki," xalqımızın dövlət dəstgahına yaxınlaşdırmaq və ümümi ehtiyacatını sadə bir sürətdə anlamaq və həmçənin milli dil və milli mədəniyyətinizin tər.qqi və təkamül yollarını təmizələ­mək üçün bu gündən etibarən Azərbaycanda Azərbaycan dili rəsmi dövlət dili hesab olunur."

Ciddi çətinliklərə baxmayaraq təkəcə bir faktı nəzərə çatdırmaqla kifayətləndirir ki, o zaman milli hökumət xalqın maariflənmə­sini nəzərə alaraq 1325-ci tədris ilinin son rübi üçün ayırdığı illik büdcetdən iki dəfə çox idi. Milli hökumətin maarif sahə­sində­ki ciddi işləridən biri də icbarı və pulsuz təhsil almaq, savadsızlığı ləğv etmək idi.

İllər boyu təhsil aclığı çəkən xalq kütlə­ləri içərisindən çıxan namuslu və şərəfli oğul-qızlarımızın maddı və fıziki köməklikləri sayə­sində az biz zaman kəsiyində 400-ə yaxın yeni məktəblər tikildi. On­larla məktəb təmir olununub yararlı hala gətirildi. Gələn tədris ili üçün minlərlə məktəbin tikilmə­si nəzərdə tutuldu. Xalq milli hökuməti öz hökuməti hesab edirdi. Ona görə vətənpərvər insanlar 2000-dən artıq şəxsi hesabları ilə məktəb tikdirib milli hökumətin maarif nazirinin ixtyarında qoydular. Milli hökumət birinci dəfə Təbriz, Urmiyyə, Ərdəbil, Marağa, Zəncan, Xoy və Əhərdə tərbiyə evləri açıb sahib­siz və yetim uşaqları tupladı. Təbrizədə­ki qoşun evi uşaq evinə çevrildi. Bu işlə əlaqə­dar Təbriz şəhərində iki internat məktəb açıldı. Bunlardan birinə 14 yaşına kimi internat – bağçaya 3 yaşına kimi olan 100 nəfər körpə­lər himayəyə alındı. Bu uşaq tərbiyə evlərinin nəzdində 15 çarpayılıq müalcə ocağı açıldı. Uşaq evlərinin və tərbiyə ocaqlarının açılması və fəaliyyət göstərmə­si üçün milli hökumət 15 milyon riyal məbləğində pul ayırdı.

1325-ci il xürdad ayında millətimizin və vətənimizin tarixində ilk dəfə olaraq Azərbaycan dövlət darülfünunu açıldı. Azərbaycanın oğul və qızları bu elm-mədəniyyət ocağına daxil olub əksəriyyəti təqaüd və rahat yataqxana ilə təmin olundular. Təsis olunan bu elm ocağı illər keçsə də belə xalqın 21 Azər nehzətinin yadigarıdır və şübəhə­siz o zaman və bu gün xalqımızın mədəni hayatında görkəmli yerlərdən birini tutur. Çünki hər bir millətin dirıliyini onun keçmişi, bu günü və gəl­əcə­yi daima əks etdirir.

Milli hökumət bəşər cəmiyyətində ali yerlərdən birini tutan qadın- ana- qadın irtcaçı dövlət və xürafatçı din xadımləri tərəfindən veriln " cism zəif" və naqis­üləql ləqəbi rədd edib və ona son qoydu. Qadına verilən bu təhqiredici ad lən­ətləndi. Qadınlarla kişilər arasındakı fərq aradan qaldırıldı. Və bərabərlik hüququ hakim oldu. Bir sıra əməli tədəbirlərə əl atıldı. İşl­əyən qadınlar üçün iş yerlərinin nəzədində uşaqlı qadınlar üçün uşaq bağçaları, uşaq evi və istirahət, məşğələ otaqları, yuyunma və sayir bunlar kimi faydalı otaqların açılmasına imkan yarandı. Hamilə qadınlar üçün xüsusi qayğikeşlik nəzərə alındı. Zəhmətəkeş qadına hamiləlik zamanı və doğuşdan sonra verilən məəzüniyyət dönyaya­ gəlmiş körpə­ni sağlam böyütmək üçün bütün imkanlar yaranması nəzərdə tutuldu. Sud­əmər uşağı olan anaya iş zamanı uşağı əmizdirmək üçün vaxt və pul yardımı verildi. Hamilə və sudəmər uşağı olan qadının ağır işdə, elhəcə də zərərli fakbirikalar mühitində işlədilğmə­si qəti qadağan olundu.

Qadınların tam azadlığa çıxması üçün Azərbaycan Demokrat Firqə­sinin və milli hökumətin gördüyü tədbirlər bütün İranda səsləndi. İran qadınlarının hüquqlarını müdafiə edən cəmiyyət, Tehrandan milli hökumətin başçısı S.C.Pişəhvəri­nin adına göndəri­lən telegramda İran qadınlarının sevincini bildirdirə­rək yazırdı: "cəmiyyət sizə və demokrat firqə­sinin başqa rəhəbərlərinə öz səmimi təşəkkülərini bildlrlr. Çünki sizin səyiniz və fədakarlığınınz nəticəh\­sində qadınların əsrlər boyu duçar olduqları məhrumiyyət zəncirindən azad olmalarına, onların seçkidə iştrakına və başqa ictmai hüquqlar əldə etəmə­lərinə şərait yarandı."

Milli mətbuat və kütl­əvi məlumat vasitə­lərinin gündən-günə çiçəkəlnib çouxalmasına şərait yaradan və qayğı göstərən milli hökumət dövründə Təbriz, Ərdəbil, Urmiyyə və Zəncan şəhərlərində 50-dən artıq milli dildə qəzet, jurnal çap olunmağa başladı. Tarixdə ilk dəfə ana dilində dövlət darülfünunu, dövlət diram teatri, Kəmalədın Behzad adına sənət müzeyi, dövlət raiyo stansiyası, dövlət flarmoniyası, xalq yaradıcılıq birliyı yarandı. Azərbaycan yazıçılarının, musiqiçilərinin, rəssamlarının yaradıcı təşkilatları yarandı. Ana dilində yüzlərlə məktəb açan, abadlığa, səhiyyəyə böyük diqqət yetirən milli hökumətin gördüyü işlər həqiqətən diqqətə layiq və heyrət­edici idi.

O dövrdə qəsdən Pəhlvi rəjimi­nin fikir verməhdi­yi zamanda milli mədəniyyətin inkşafına təkan vermək üçün yaradıcı təşkilatların fəalitinə böyük və zəruri ehtiyac var idi. Bu təşkilatların yaranması, bunlara milli hökumətin qayğı­sı nəticəsində qısa bir zaman kəsiyində öz bəhrə­sini verdi. Bu günkü çiçəkəl­ənən cüşqun və məzmunca dolğun əsrlərin meydana çıxması məhz 21 Azər nehzətinin qabaqcıl ideyaları ilə bağlıdır.

Milli hökumət qurlduğu dövrdə Azərbaycanda az-çox sayda olan səhiyyə ocaqları demək olar ki, təmamı ilə bağlanmışdı. Onun tibb avadanlığı qarət edilmiş, kadrlarının bir çoxu haya-küyə düşə­rək Azərbaycanı tərk etmiş və kiçik bir sayı isə işdən əl çəkəmişədi. Tibbi xidmət xüsusi adamların əlinə keçmişdi. Milli hökumət kadrların toplanmasını, onların İran hökuməti tərəfindən verilməyən əmək haqının verimə­sini, işə daxil olmalarını təşkil etədi. Kadrların hazırlanması üçün elmi-təcrübi möhkəm bir ocağın olmasını nəzərə alaraq ilk dəfə olaraq Təbrizdə yeni fəalitə başlayan darülfünunun tibb şöbə­sinə 60 nəfər oğlan və qızların qəbul olunmasına müvəffəq oldu.

Yaxın zamanda Təbriz şəhərində müasir darülfünunun binasının inşası üçün iki milyon beş yüz min tümən pul ayrıldı. Bununla belə milli hökumət demək olar ki, Təbrizin bütün məhəl­lələrində qısamüddətli tibb bacıları hazırlamaq məqsədilə kurslar təşkil etdi.

1325-ci ilin aban ayında kurs dinlə­yıcilərinin sayı 280 nəfərə çatdı. Və onlardan 120 nəfəri yeni işə başladı. Yenə həmin ildə Təbrizdə 3 illik orta tibb məktəb açıldı və bu məktəbə 70 nəfər qəbul oldu. 1325-ci ilin mehr ayında Təbrizdə 3 illik mamalıq məktəbi açıldı və birinci kursa 30 nəfər qız qəbul olundu. Vaxtıla Azərbaycanı tərk edib mərkəzə gedən həkimlərin çoxu qayıdaraq işləməyə başladı. Buna görə də 1324-cü ildə dövlət səhiyyə sistemində bütün Azərbaycanda 49  nəfər həkim çalışırdısa, Azərbaycan Demokrat Firqə­sinin ildünümünə qədər bu rəqəm 196 nəfərə çatdı. Milli hökumət qurulana qədər bütün Azərbaycanda olan xəstə­xanalarda sayı 70 ədəd xəstə çarpayısı mövəcüd olduğu halda, qısa müddət ərzində bu çarpayıların sayı 8 yüzə çatdı.

Ölkə­nin bir sıra şəhərlərində milli hökumət bir il ərzində 35 xəstə­xana, poliklinika və ambulaturya və 38 fəbeldəşirlik məntəqə­si açdı. Belə­liklə hərgah keçəmişdə hər 70 min nəfərə bir xəstə­xana çarpayısı düşdüyü halda, bir il ərzində görülən ciddi tədəbirlər sayəsində vəziyyət də­yişib hər 6250 nəfərə bir çarpayı düşdü.

Vaxtıla 12 ədəd çarpayı­sı olan Təbriz doğum evi­nin çarpayasının sayı 150 ədədə çatdırıldı. Keçəmişdən miras qalmış yolxucu xəstəliklərə o cümlədən, tıraxuma, keçəl­lik, qoturluq və başqa yolxucu xəstəh­liklərə qarşı mübarizə güclənədi. Dəri- zöhrəvi xəstə­lər üçün 100, ruhi- nevroloji xəstə­lər üçün 30 çarpayalıq yerlər təşkil edildi. Təbrizin bütün məhəllələrində 8 poliklinika fəaliyyətə başladı. Təbriz, Urmiyyə, Ərdəbil, Xoy, Zəncandakı poliklinikaların nəzdində rentgen otağı, Təbriz "Şir və Xurşid" və " Əbuəli" Ərdəbil, Urmiyyə, Şəbüstər və Xoy xəstə­xanalarında fiziotropotik utaqlar, kilinik-di­aqnostik labaratoriyalar və ilk dəfə olaraq Azərbaycanda Təbriz "Şir və Xurşid" xəstə­xanası nəzədində patoloji anatomiya şöbə­ləri açıldı. Azərbaycan xəstəhxanaları yanında, o cəmələ­dən Təbriz 25, Xoy 20, Urmiyyə 10 və Ərdəbil 10 cərahlıq xəstə­lər üçün çarpayılar düzəldi. Təbrizin bütün poliklinikalarında ur- göz xəstə­likləri şöbə­sinin və göz xəstə­li­yi otaqlarında 1325-ci ilın xordad ayına kimi 5228 nəfər xəstə ­müalicə oldular. Urmiyyə, Xoy, Ərdəbil, Şəbüstər və Miyana şəhərlərində tıraxoma ilə mübarizə şğbə­ləri yarandı.

Qızdırma ilə mübarizə də bütün bataqlıqların qurudulması və onların yerində ağaclar əkilmə­si planı hazırlandı.

Dəri-zöhrəvi və keçəl­liklə mübarizədə bir sıra təsirli tədəbirlər həyata keçirildi. Təbrizdə 10 çarpayılıq dəri-zöhrəvi şöbəhsi, Təbriz, Urmiyyə, Ərdəbildə dəri-zöhrəvi dispansioneri açıldı. Azərbaycanın hər yerində keçəl­li­yə qarşı mübarizə təşkil edildi. Xəstə­li­yə mübətəla olmuş uşaqların müalicə­ olunması üçün təbriz, Xoy və Urmiyyə şəhərində rentgen otağı işə başladı. Çiçə­yə qarşı mübarizə gücələndi. 1325-ci ilin altı ayı ərzində 360 min nəfərə çiçəyə qarşı peyvənd edildi. Gəlhəkdə açılacaq mikrobioloji institutunun əsasını quymaq məqsədilə Təbriz şəhərində mikrobioloji labaratoriyası açıldı. Burada pevənd məqsədilə zərdab və vaksınlər hazırlamaq üçün lazımı avadanlıq gətirildi.

Milli hökumət fəhələ sinfinın əmək və sağlamlığını qorumaq üçün təsirli tədəbirlər gördü. Bir il ərzində milli hökumətin insan naminə gördüyü və nəzərdə tutduğu əzəmətli işlərdən qısaca qeyd olundu. Bu dənizdən damlanı görən Amerikali C.Four yazırdı: " -Milli Hökumətin bir ildə gördüyü işləri Rza şah rejimi 20 ildə də görə bilməzdi. Ona görə ki, damardakı qan türk qanı, millətə və vətənə bağlı qan olmalı idı. Həm də Seyid Cəfər Pişəvərinin ətrafındakı insanların çoxu ağır mübarizə yolu keçəmiş mətanətlı insanlar idı."

Milli hökumət qısa müddət ərzində gördüyü işlər sakit şəraitdə həyata keçirilmirdi. Bir tərəfdən daxili irtca, digər tərəfdən şah və onun tərfdarları olan və bu gün demkratya pərdə­si arxasında insan hüquqlarından dəm vuran, Əfğanstan və İraq və Suriyada məsum uşaqları, qocaları qanına ğəltan edən Amerika- İngəlis yankı və lordları Azərbaycan milli hökumətini devirdilər.

Milli hökumətin süqutunda həqiqətən Azərbaycan xalqına dıvan tutuldu. Demək olar ki, şah tərfdarları, mürtəce bəylər-xanlar və onlara himayə çıxan Amerika-İngiltərə dövlətləri tərəfindən millətimizə soy­qırım türədildi. Xalqımızın mübariz övladlarından 30 min nəfər hüdudunda qətlə yetirib və 300000 min nəfərini isə İranın ən pıs ab-havası olan məntəqələrinə sürgun etədilər. On minlərlə ölkəni tərk etəmə yə məcbur oldular. Bu vəhşiliklərdə ana dilində olan bütün kitab və nəşərləri yandırıb yaxdılar. Bəşər tarixində belə vəhşiliklərə az rast gəlinir.

Ama xatırlatmaq lazımdır ki, xalqmızın yeni nəsli bu türədilən dəhəşətləri unutmamışdır. Çünki, bu gün yeni nəsil xalqın xilası yolunda bütün iradə ilə öz mübarizəsini davam etdirir. Qətiyyətlə demək olar ki, bu nəsil keçmiş nəsildən daha da guclu xalqın azadlığı yolunda əzm və iradə ilə mübarizə edir. Bu mücadilədə xalqmızın qəhrəman övladlarına uğurlar diləyirik.

Go Back

Comment