Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azadlıq Layihəsi (səkkizinci hissə)

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azadlıq Layihəsi

(səkkizinci hissə)

Dr. Məhəmmədhüseyn Yəhyai

Qəvamü-ssəltənə hökuməti 26 dekabr 1947-cı ildə Azərbaycanda öz dağıdıcı planını həyata keçirdikdən sonra devrilib və yerinə İbrahim Həkimi (Həkimül-Mülk) gətirildi. Həkimi saray hakimiyyəti tərəfindən bu vəzifəyə təyin oldu. O, İngilis yönümlü hökumətini təşkil etdi. Həkimi bir azərbaycanlı olaraq Tağızadə ilə birlikdə məşrutə inqilabında iştirak etmiş, lakin Azərbaycanda hərbiçilərin basqı və repressiyaların qarşısını almaq üçün heç bir tədbir görmədi. Yenə də Tehranın diktə etdiyi siyasəti önə sürdü. Həkimi hökuməti də bir neçə aydan çox davam etməyərək 16 iyun 1958-ci ildə istefa verməyə məcbur oldu. Onun ardınca "Abdülhüsseyn Həjir" öz dövlətini qurdu. O hökumət də həmin il 16 Noyabr tarixinə qədər davam etdi. Yenə də azərbaycanlı "Məhəmməd Said Mərağei” baş nazir seçildi. Tehrandakı gərginlik hökumətlərin ömrünü qısaldıb və ölkə iqtisadiyyatını daha da dağıdırdı. Bu səbəbdən Azərbaycandakı durum ölkənin digər bölgələrindən daha ağır və dözülməz idi.

Azərbaycan Milli Hökumətin devrilməsi ilə Tehranın onu təxrib və məhv etmək planı həyata keçirilməkdə idi. Bu səbəbdən də Azərbaycandan kapital qaçışı, işçi, təşəbbüskar elitalar, ziyalılar, ictimai fəallar və digərləri ya köçmək məcburiyyətində qaldılar, ya da orada qalaraq canlarını qurtarmaq üçün susdular. Tehran bütün gücünü səfərbər edərək milli hərəkat nəticəsində Azərbaycanda çiçəklənməkdə olan azadlıq və demokratıyanı boğmaqla  onun bütün ölkəyə yayılma potensialının qarşısını aldı. Hərbi vəziyyətin elan olması səbəbi ilə bu siyasətin aparılması Azərbaycanın sosial quruluşuna və iqtisadiyyatına ciddi zərbə vurdu. Bununla yanaşı, nüfuz bölgələrindəki kəndlərı qaçaqlıqdan qayıdan böyük mülkədar və xanlar yenidən əhaliyə vəhşicəsinə divan tutmağa başladılar. Onlar firqə tərəfdarlarının günü qaraltdılar. Firqə meyillilərin bəzilərinə fiziki(qulaqlarını və burunlarını kəsmək, axura bağlamaq, uzun müddət ac saxlamaq) və bəzilərinə  isə ailərinə təcavüz etməklə ruhu işgəncələr verirdilər. Ona görə də bir çox gənclər kəndləri tərk edib şəhərlərə sığındılar. Mərkəzi hökumətin  qəddar siyasəti və böyük mülkədarların qeyri-insani davranışı nəticəsində Azərbaycanın kənd təsərrüfatı, ticarət, sənaye istehsalının azalaraq kəskin sürətlə aşağı düşdü. Eyni zamanda 1948-ci ilin çox soyuq havaları daAzərbaycan xalqını qəzəbləndirərək cana gətirmişdi. Hər gün bir sıra insanlar, xüsusilə də yoxsullar, qocalar, uşaqlar soyuqdan və aclıqdan tələf olurdular. Xain, satqın və s. sözlər hələ də bu qəddar təcavüzkarların dilillərində idi. Bəzi jurnalistlər bu qorxu və dəhşət günlərində Azərbaycandakı acınacaqlı vəziyyətidən xəbər verirdilər. ", "Vəzifə" qəzetinin müxbiri Rahim Zehtabfərd" yazırdı: “... Azərbaycan misli görünməmiş  qıtlıq, aclıq, iqtisadi böhran və müdhiş işsizliklə qarşı-qarşıyadır.... Təbriz şəhəri Sanki bu böyük vilayət, insanların Fatihə vermək üçün gəldiyi bir qəbristanlıqdır. Rənglər saralıb, ayaqlar taqətdən düşüb, fikirlər dağınıq və hamı heyrət icindədir. Azərbaycan misli görünməmiş bir aclıq və ağır iqtisadi böhran və işsizlik içərisində idi. Vaxtı ilə İranın ən inkişaf etmiş ticarət bazarı olan və ixracatı çox sayda olan Təbriz şəhəri bu gün kritik bir vəziyyətdədir. Bu şəhər yoxsulluq, səfalət və xəstəlik mərkəzi olmuşdur. Abad və boluq olan Azərbaycan, xaraba  bir əyalətə çevrilmişdir ... Təbrizin hazırkı vəziyyəti düşmən tərəfindən mühasirəyə alınan, xalqı qidaya, pula və təhlükəsizliyə möhtac olan bir şəhərə bənzəyir. Xalq hər an bir göznənilməs hadisəni gözləməkdə idi. Hərbi vəziyyətin və çox sayda kəşfiyyat agentlərin mövcud olması şəhərdə qəribə bir mənzərə yaratmış.” (“Vəzifə” qəzetindəki Rahim Zehtabfərd"in qeydlərindən, “gələcək keçmişin mayakıdır” kitabından sitatlar). Şahlıq rejimi “Azərbaycanın Qurtuluş Günü” ünvanı ilə şənliklər qurmaqla uzun illər bu xəyanət və zülmü Azərbaycana etdi. Beləliklə o, hərbi qabiliyyətini Azərbaycanın məzlum xalqına göstərdi. Təəssüflə bəzi cahil insanlar hələ də əvvəlki rejimin təbliğatı və mövcud rejimin gizlilətdıyinin( mövcud rejim həmin dövrün arxivlərinin açılmasına mane törədir) təsiri altında 21 Azər (1946-ci il azər ayının 21-də şah qoşununun Azərbaycanı işğal etməsi nəzərdə tutlmuşdur) həqiqətən “Azərbaycanın qurtuluş günü” olduğuna inanırlar! Halbuki bu gün Azərbaycanın bədbəxtlik və onun milli kimliyinə qarşı təcavüz olunması günüdür.

1948-ci ildə mərkəzi hökumət məzhəb cinayətkar firqəçilər üçün ümumi əfv haqqında qanunu nəzərdən keçirdi və Milli Məclisdə qanuni müddəalarını “Firqə Cinayətkarlarıın ümumi əfvi adı altında(bu qanun bir maddə və iki qeyddən ibarət idi) (Azərbaycan və Zəncan Qailə və ya Münaqişə) təqdim etdi.Bu qanun 1948-ci ildə Rza Hekmatin sədrliyi ilə Milli Məclis tərəfindən təsdiq edildi.

Qunun maddəsində Yazılır: 1945 və 1946-cı illərdə Azərbaycan əyalətində və Zəncan şəhərində olan qailə(münaqişədə)(Azərbaycan hərəkatı) ilə əlaqədar siyasi  və ya adi xətalar, cinayətlər törədənlər (qətl və talançılıq törədənlər istisna olmaqla). Həm də onları ortaqları və müavinləri, istintaqa cəlb olunmalarına və ya qəti yaxud qeyri-müəyyən bir hökmlə məhkum edilmələrinə, habelə bu günə qədər mühakimə olunmamalarına baxmayaraq, təqib və cəzadan azad edilirlər. Onların bu davranışları cinayət xaraxteri daşımır.

Bu maddənin birinci hissəsində adı çəkilən və hər hansı bir xüsusi və hazırda xarici ölkədə olan şəxslərə münasibətdə bu qanunun aid edilməsi, Nazirlər Kabinetinin təsdiqinə və Şahın fərmanının verilməsinə tabedir. Bu qanunla əhatə olunanların daha çoxu əfv olunur. Yuxarıda göstərilənlər baxmayaraq bu qanuna şamil olanlar ikinci dəfə bir cinayət törədərlərsə, amnistiyanın təsirləri aradan qaldırılır və əvvəlki cinayətlər üçün mühakimə olunaraq cəzalandırıla bilər.

Bu qanunun müddəaları xüsusi iddiaçıların hüquqlarına heç bir şəkildə təsir etmir, Azərbaycan qailəsindən sonra İranı tərk edənlər və bu maddəyə görə mühakimə olunmalı olanlar, zaman keçməsi ilə əlaqədar verilən qərarlardan istifadə edə bilməzlər.

Birinci qeyd: Bu qanun Pişəvəri hökumətində iştirak edən nazirlərə aid edilmir.

İkinci qeyd: Günahkarlar ya demokrat firqəsi üzvləri və ya bu kimi adlar altında olan şəxslərin kimsəyə borclu orduqlarını dövlət məmurları aşkar edərlərsə, o vəsaitlər məhkəmə tərəfindən onlardan alınıb sahiblərinə qaytarmalıdır. Hökumət bu barədə  Milli Məclisə son hesabatnı təqdim etməlidir.

Yuxarıda qeyd edilən qanun Azəraycanda bir tərəfdən maliklərin və xanların kəndlilərə, xüsusilə firqə üzvlərinə zülm etməkdə əllərini açıq qoyurdu. Onlar firqəçilərin insani hüquqlarını tapdalamaq və susturmaq üçün onlardan şikayət edirdilər. Digər tərəfdən isə bu qanun Azərbaycanda yaranan hərbi rejimə icazə verirdi ki, əhali arasından isdədikləri kimi adamları seçib və onları təqib edib dosiya açsınlar.  Nəticə etibarilə bu qanun nəinki Azərbaycanda sülhü bərpa etmədi, bəlkə də uzun illər davam edən qorxu və çaxnaşmaya səbəb oldu. Eyni zamanda bölgədən ayrılmaq və başqa yerlərə köç etmək üçün digər təsirli amillərdən biri oldu. Tehran hökumətinin ürəyincə olan Azərbaycandan səpələnmiş ziyalılar və populyar qurumlar Eyni zamanda sürgünlərə, məcburi mühacirətlərə səbəb oldu. Elə Azərbaycan ziyalılarını və mədəniyyət ocaqlarını dağıtmağı Tehran hökuməti ürəkdən istəyirdi və bu da mümkün oldu.

İllər sonra Şahlıq rejimi Azərbaycan və Kürdüstan azadlıq mübarizlərindən qalan əmlaka əl qoymağı düşündü və apreldə Parlament tərəfindən təsdiqlənən "Azərbaycan və Kürdüstanda olan dövlət müxaliflərinin əmlakının müsadirə edilməsi, tələblərin verilməsi və Şəxslərə dəyən ziyanın Qanunlaşması haqqında" Qanun qəbul etdi. Bu qanun 1960-ci il aprel ayının 19-da Rza Hekmatin sədirliyi ilə Milli Məclisdə təsdiq olundu.

Bu tək maddədə deyilir: “Hökumətin ixtiyarında olan Azərbaycan və Kürdüstan müxaliflərinin, Azərbaycanın qeyri-qanuni demokrat firqəsi ilə Kürdüstan Komolə təşkilatlarının bütün nağd, daşınar və daşınmaz əmlakı müsadirə edilərək, hökumətin mülkiyyətinə verilsin. Hökumətin, şəxslərin və qeyri-hökumət təşkilatlarının əyalət prokurorundan ibarət komissiya tərəfindən 1954-ci mart ayının ortalarında tələb və ziyanlara ödəməsinə icazə veriləcəkdir. müraciət edənlərin vəsaitləri ki, maliyyə məmuru tərəfindən təsdiq edilmiş məbləği yazılı şəkildə Maliyyə Nazirliyinə bildiriş təqdim edilsin. Çıxış sənədi alındıqdan sonra haqlı tərəfə(sahibinə) verilsin.

Qeyd: Hökumətdən əvvəl insanların tələbləri ödənilməlidir, bu qanunun icrasına Maliyyə və Ədliyyə Nazirliyi cavabdehdir.(bu qanun bir maddə və bir qeyddən ibarətdir.) Bu qanun 25 may 1960-ci il tarixdə Senat tərəfindən təsdiq edilərək həyata keçirilmək üçün hökumətə bildirildi. Bu qanun həm də dövlət tərəfindən Azərbaycan və Kürdüstan azadlıq mübarizlərinin mal-dövlətlərinin qəsb edilərək oğurlanmasına səbəb oldu. Yəni, azadlıq hərəkatlarına olan kin və nifrət heç bitməyərək davam etdi. yenə də qərəzçilər və ev maliklər saxta sənədlərlə qorxu və təhlükə üzündən sərhəddi keçən firqə üzvlərinin əmlakını ələ keçirdilər. (İslam Respublikası rejimi mənalı və qərəzli sükutuna davam etdi. 21 Azəri “Azərbaycanın qurtuluş günü” kimi qeyd etməməsinə baxmayaraq, lakin o dövrdəki zalım qanunları ləğv etmədi. 2004-cü ildə firqə üzvlərinin bir sıra qanuni varisləri  (sərhədd kənarındakı mühacirlər və ya öldürülənlər) 20 aprel 1960-ci ildə təsdiqlənmiş əmlak müsadirə qanununun ləğvi üçün İslam məhkəmələrində iddia qaldırılsada, İbtidai və bədəvi məhkəmədə Hocctül-İslam Razini tərəfindən yenidən rədd edildi. Sonra prokror müavini tərəfindən də o iddialar rəd edildi. Bu da Azərbaycan Milli Hərəkatı barədə İran İslam Cümhurisinin mövqeinin göstəricisidir.

1948-ci- il Amnistiya Qanunu, ölkənin cənubunda (Bədrəbad) məhbus lagerinin işinə xitam verdi. Orada olan sakinlər iş tapmaq və yaşamaq üçün müxtəlif şəhərlərə səpələndilər. Bəzi məhbuslar məhkumlar isə sərbəst buraxıldı, lakin başqa bir qrup məhbus saxta bəhanələrlə həbsxanada qaldılar. Səfər Qəhrəmani, Qəni Bülurian və onlarla digər məhkum ömürlərinin uzun illərini həbsxanada keçirdilər.

Səfər Xanın həyatından bəhs edən bir çox kitab və məqalə nəşr olunmuşdur. Səfər Xanla birlikdə olan məhbuslar müxtəlif iclas və yığıncaqlarda ondan xatirələr söyləmişlər. O xatirələrdən biri isə Azərbaycan muxtariyyəti naminə 32 il həbs və işgəncələrə məruz qalan Səbər Xanı gələcək nəslinllərin dərs alması üçün ölkənin siyasi tarixinə həkk etməkdir. Azərbaycanın Şişəvan bölgəsində bir zəhmətkeş ailədə doğulan Səfər Xan iri torpaq sahibləri və xanların əleyhinə mübarizə aparmışıdır. Səfər Xan 1921-ci ildə kəndli bir ailədə doğulmuşdur. Şişəvan bölgənin ən abad və məhsuldar qəsəbələrindən biri idi. Onun iqlimi mülayim və əkin üçün yararlı idi. Qacar ​​şahzadələri ovlamaq və özlərinə istirahət mərkəzləri tikdirmək üçün əraziyə gəldilər. Bu üzdən də Səfər Xan uşaqlıqdan ərazinin sosial və iqtisadi vəziyyətini izləyərək oradakı sosial problemlərin şahidi olurdu. Səfər Xan əvvəlcə İranın Tudeh Partiyasına, sonra da Azərbaycan Demokrat Firqəsinə necə qoşulduğunu belə izah edir: “Bir gün Marağada olan Dadaş Tağızadə adlı bir adamın (İran Kommunist Partiyasının üzvü, Şərq Xalq Kommunist Universitetinin məzunu, Rza Şah zindanının məhbusu, İran Tudə Partiyası ilə əməkdaşlıq edən və Maragadakı Demokrat Firqəsi Komitəsinin rəhbəri) açıq şəkildə xanlara və dövlətin anti demokratik qanunlarına qarşı çıxış etməsindən xəbər verdilər. Kimsə onun bu cəsarətli çıxışının qarşısını ala bilmirdi. Bir qrup cənclərlə birlikdə Mahabad dağlarını aşaraq Marağaya getdim. Dadaş Tağızadə ilə tanışlığım belə oldu. Bir necə adamla birlikdə partiyaya üzv olduq. Bu illər ərzində Azərbaycanda milli azadlıq və demokratiya hərəkatı yüksəlib və inkişaf etməkdə idi. Bir tərəfdən gənclik coşqusu, digər tərəfdən zəhmətkeş kütlələrin sevgisi, maraqlı və gənc Səfər Xanı ətrafdakı cəmiyyəti, sosial münasibətləri öyrənməyə habelə onu tanımağa sövq edirdi. Firqənin 12 Şəhrivər müraciətnaməsin nəşri Səvər Xanı valeh edərək, onu Azərbaycanın suverenliyi uğrunda mübarizənin demokratiya və azadlığı tanıma yolunda ilk addım olduğuna inandırdi. O vaxtdan etibarən tez və həvəslə Azərbaycan Demokratik Firqəsi sıralarına qoşuldu. O, vəziyyəti nəzərə alaraq hərbi hissəyə ad yazdırıb təlim kurslarından keçdikdən sonra Azərbaycan Milli Hökumətində kapitan dərəcəsinə nail oldu. O, hələ 24yaşında olarkən 300 fədai başçısı, Hərbi komandanlığın və firqənın tapşırığı ilə Marağa , Xoşəmehr, Şişəvan,Qarqa Bazar, Rəhmanlu və Əcəbşir məntəqələrinin hərbi qərargahlarını tərki-silah etdi.  Sonra general “Kəbiri”nin başçılığı altında olan fədailərlə birlikdə Təbrizi azad etmək üçün o şəhərə gedərək general “Dirəxşanının rəhbərliyində olan 3-cü ordunun təslim olması ilə müharibə sona yetdi. Səfər Xan başçılıq etdiyi fədailəri ilə birlikdə yenidən Şişəvana qayıtdı.

Milli hökumət dövründə Səfər Xan hərbi işlər (militarizasiya) ilə yanaşı kənd təsərrüfatı istehsalında iştirak edir və ya kənd təsərrüfatı məhsullarının toplanmasına nəzarət edirdi. Bu gənclər azadlıq üçün sevgi və sədaqətlə çalışdılar. Digər tərəfdə isə milli hökumət Tehranla müzakirələr apardı. Nəhayət, Tehran  milli məclisin 15-ci dövr seçkilərini bəhanə edərək milli hökumətin bir illik hakimiyyətinə son qoydu. Azərbaycanın azadlığı, iqtisadi və sosial inkişafını istəyən qüvvələr üçün qətl, sürgün və həbs cəzası dövrü başlandı.

Səfər Xan mübarizənin zərurətinə və davamına inanırdı. 1947-cı il aprelin ortalarına qədər Azərbaycanın dağlıq və soyuq bölgələrində müqavimət göstərməyi və mübarizəyə davam etdirməyi düşünürdü. Onlar İran-İraq sərhəddində məşəqqətli və ağır günlər keçirdilər. Nəhayət, onlar Şeyx Əhməd Barzaninin (Molla Mustafanın qardaşı) köməyi ilə İraqa aparılaraq bir əsir kimi dörd ay düşərgədə saxlanıldılar. Sonra isə Kərkük və Ərbil həbsxanalarına köçürüldülər. Ərbil və İraqdakı Azərbaycan türkləri yardıma gələrək onları aclıqdan və ölümdən xilas edirlər.

Səfər Xan bir daha kürd dostlarının köməyi ilə sərhədd yaxınlığına gəlir və "Zinoşix" kəndində məskunlaşır. Burada ilk dəfə "Qəni Bülurian"la tanış olur. Azərbaycan və onun doğulduğu Şişvanla ünsiyyət qurmaq daha asanlaşır. Yoldaşlara ona rejimin çıxardığı amenistisiya  qanununa inanmamasını tövsiyə edirlər. Çünki o Tehran rejiminin yeni oyunudan başqa bir şey deyildir. Tehrandakı hakim rejim heç vaxt Azərbaycan xalqı ilə barışmaq fikrində deyildi və hər bir fürsətdə onu kimliyini danmağa çalışır. Qolam- Hosseyn Saedi deyir: “Heç bir toplum mədəniyyət olmadan var ola bilməz, lakin hər hansı bir mədəniyyətin təbiəti onun dinamizmində və çiçəklənməsindədir, əgər mədəni inkişafın qarşısı alınarsa, o millət daha da yoxsullaşar.” (Saidi, İranşəhr, No. 6), Bahar 1982)

 Hərbi təcavüzdən sonra rejimin Azərbaycanda apardığı mədəni siyasəti onun mədəniyyətini və kimliyini məhv etmək idi. Halbuki Azərbaycan Milli Hökuməti xalqın dəstəyi ilə qısa müddətdə mədəniyyət sahələrində çox mühüm və davamlı nailiyyətlərə imza atdı. Safər Xan İraqdan qayıdarkən “Məhin” adlı bir qız övladı olmuş, lakin körpə qızıla görüşmək arzusu illərdir davam edir.

Səfər Xanın dostları onun hərbçilərin əlindən xilas etmək üçün “Əkbər” adında bir saxta  şəxsiyyət vəsiqəsi düzəldib və onu Tehrana göndərmək istədilər. Lakin 1948-ci il 2 fevral hadisəsi(şaha sui-qəsd) baş verdikdə bu məsələ baş tutmur. 1948-ci ilin mart ayının 9-də günortadan sonra Səfər Xan ərzaq almaq üçün qızləndiyi yerdən çıxarkən polis tərəfindən tanınaraq tutulur. Səfər Xanın ilk ittihamı Polkovnik “Müini Azadın” öldürülməsi əmrini verməsi idi. Əlbəttə o, tutulana qədər bir  neçə firqəçi bu ittihamla edam edilmişdilər.

Səfər Xan 1951-ci ilin dekabrında Təbrizdəki hərbi məhkəmədə 3 gün mühakimə olundu. Bütün bu müddət ərzində susur və danışmır. Əvvəlcə ölüm cəzasına, sonra isə cazası bir dərəcə azaldaraq ömürlük həbs cəzasına məhkum edilir, lakin 3 il həbs cəzası  çəkərkən yenə də edam riski var idi. O, bu müddət ərzində Azərbaycanda bir həbsxanadan digərinə köçürüldü və Tudə Partiyası zabitlərinin həbsi ilə həbsxana şərtləri daha da ağırlaşdı. Edam edilmə kölgəsi daima Səfər Xanın başı üzərində gəzirdi. Lakin  Səfər Xan heç vaxt ondan qorxmurdu. 28 iyun 1956-cı ildə Azərbaycan Demokrat Firqəsi ilə bağlı məhkəmə işlərınə son verilir. Lakin Azərbaycan aydınları və mübarizləri ilə düşmənçilik heç bitmir.

1951-ci illərin sonlarında İran iqtisadiyyatı dövrünün ən ağır böhranı ilə üzləşir. İqtisadı böhran Böyük şəhərlərdə maaşların, hətta kirayə haqlarının azalmasına səbəb olur. Azərbaycan və digər bölgələrdə işsizlik, yoxsulluq əhalini təngə gətirərək üsyana sövq edir. Bu üzdən azərbaycanlı ziyalı və mübarizlər böhrandan çıxmaq üçün öz müqəddəratını təyinetmə hüququnu bərpa etməyi düşünürlər. Çünki Tehrandakı hakim rejimin dərin sosial böhrandan çıxmaq gücünə sahib olmadığına görə İranda yaşayan millətlər iqtisadiyyatı yoxdur və millətlər siyasi və iqtisadi talelərini özləri həll etməlidirlər. Ancaq milli hökumətdən sonra Azərbaycanda hökm sürən təhlükəsizlik habelə hərbi atmosfer qəddarlıqla davam etdiyindən bu aktivistlər sürətlə həbs edilərək məhkəmə üçün Tehrana göndərilirlər. Bu dövrdə özünü "Sarayın Nökəri" adlandıran doktor İqbal hökumət başçısı idi. Bu səbəbdən də Şah sarayına xoş gəlmək üçün hər bir cinayətə əl atırdı. Bunların başında Azərbaycanda terrorun artması dururdu.

Tehranın hərbi məhkəməsində Azərbaycandan Aparılan vətənsevərlərin mühakiməsi başlandı. Bu məhkəmədə, "Əyub Kəlantəri, Əli Kulahi, Zehtab, Cavad Füouği və Əli Əzimi" ölüm cəzasına məhkum edildi və Azərbaycan xalqınıda qorxu-vəhşət yaratmaq səbəbilə hökmu icra etmək üçün onları Təbrizə göndərdi. 1960-ci ilin may ayının 14-dü şənbə günü ordu prokroru tərəfindən bu haqda verilən xəbər çox qısa oldu: “Bu gün səhərçağı hərbi məhkəmələrdə edam hökmünə məhkum edilmiş məşrutə səltənətinə qarşı olduqlarına görə 5 nəfər Təbrizin Ləşkər-e Tir meydanında güllələndi. Rejim, ailələrinin iştirakı olmadan onları gizli şəkildə şəhər qəbiristanlığından kənarda dəfn etdi. Çünki onların dəfn olunmasının həmçinin anılmasının böyük bir qiyama çevrilərək bir daha rejimi təhdid edə biləcəyinə inanırdı.Tehrandakı hakim rejim həmişə Azərbaycana şübhə ilə yanaşırdı. Çünki hər zaman xalqın qiyamından qorxurdu.

Dövlət başçısı Doktor İqbal 1358-ci ilin noyabr ayında Azərbaycana gəldi və özbaşına firqə məhbusları “”Borazcan Həbsxanasına göndərməyə qərar verdi. Bu üzdən də Səfər Xan və bir qrup firqəçi öncə Tehrana və oradan Borazcana sürgün edildi. Borazcan həbsxanası ən pis iqlimi və ən ağır havası olan bir məntəqə idi. Ora bir karvansaranın qalıqları olaraq Buşehrlə Şiraz arasında yerləşirdi; indi isə burada firqəçilər və digər məhbusların yaşadığı yerdi. Eyni zamanda bəzi firqə üzvləri “Xark” adasına sürgün edildi.Borazcan  məhbusları onlara verilən gündəlik ərzaqların yarsını buz almağa sərf edirdilər. Çünki oranın havavasının hərarəti  bəzən 50 dərəcədən yuxarı olurdu. Bu həbsxanada məhbusu ziyarət etmək mümkün deyildi, çünki bir tərəfdən yolun üzaqlığı, digər tərəfdən isə orada  kasıblar üçün hoteldə qalmaq xərci çox baha idi. Nəticədə, məhbus illərlə ailə ziyarətlərindən məhrum edilirdi. Borazcanda Səfər Xanın bir qulağı kar oldu. Lakin Azərbaycanın azad olmasına inandığı üçün bu hadisə onu narahat etmədi. O, 1962-ci ildə atasını itirdi. Səfər Xan deyir: “1967-ci ildə həbsxana gözətçisi mənə “Görüşün var!”- dedi. Təəccübləndim. Bir gənclə görüşüb ​​və soruşdun ki, sən kimsən? “Əmi oğlunuzam”- deyə cavab verdi. Dedim məni necə tanıdıınız? Dedi ki, şəkillərindən. Ertəsi gün bir gənc kişi  və qadın mənim görüşümə gəldilər, söhbət əsnasında qızım Məhin və əri Möhsün olduğunu öyrəndim. Soruşdum; niyə mənə xəbər vermədin? Yolun uzaqlığına və maliyyə xərcinə görə buna qarşı çıxacağınızı düşündüklərini söylədilər. Onlarla görüş məni çox sevindirdi. Məhz bu illərdə General Nasiri həbsxanaya baş çəkdi. Onunla həmişəki söhbətlər- yəni Borazcan həbsxana deyil, bir kəsimxanadır və digər bu kimi söhbətlər  apardıq. Nəhayət Nəsiri dedi; Adelabadda yeni bir həbsxana tikirik. Sizi oraya aparacağıq.”

Səfər Xan sözünün davamında deyir: 1968-ci ilin noyabr ayında məni Qasri-Qacar Həbsxanasına ğndərdilər. Orada İran Tudə Partiyasının hərbi üzvləridən olan bir sıra yoldaşlarda(Abbas Həcri, İsmayıl Zülqədr, Rza Şəltuki, Tağı Keyməneş, Məhəmmədəli Əmui, Zehtab) həbsdə idilər.( Bu məhbusların bir çoxu İslam Cümhurisi rejimi tərəfindən edam edildilər.) Qəsr həbsxanasının şərtləri Borazcandan daha yaxşı idi, SAVAK-ın məqsədi Səfər Xanın müqavimət ruhiyyəsini sındırmaq idi, lakin heç vaxt buna nail ola bilmədi. Qəddar müstəndiqlər  və işgəncə verənlər öz hədəflərində müvəffəq ola bilmədilər. Səfər Xanın məşhur “yox, yox” sözü həbsxanada o qədər əks-səda salmışdı ki, başqa məhbusların dil əzbərinə çevrilmişdi. Bu həbsxanada da ayrı-seçkilik tüğyan edirdi. Borazcandan daha yaxşı vəziyyətdə idi və Səfər Xanın məşhur “Xeyr, Yox” sözü idi. həbsxanada o qədər əks-səda verdi ki, bu, digər məhkumların dilinə çevrildi. Bu həbsxanada da ayrı-seçkilik geniş yayılmışdı. Çoxdillili olan İranda yalnız bir dil rəsmiyyətə tanınırdı. Qəsri-Qacar Həbsxanasının problemlərdən biri, görüş zamanı, türk və ya kürd dilli məmur tapılmasaydı görüş baş tutmayıb, təxirə salınacaqdı.

1975-ci ildə məhkumların zəiflik göstərməsi- "tövbə " və "bağışlanma" məktubu yazanların sayı artaraq günü-gündən sürətləndi. Eyni zamanda həbsxana içərisində repressiya daha da gücləndi. Bu üzdən də yenidən Səfər Xana işgəncə verməyə başladılar. İşkəncə cəlladı olan Hüseyni ona ağır  işgəncələr verildi. Bu qəddar adam təkəbbürlə qışqıraraq deyirdi: “Səfər Xanı "tövbə məktubu" yazmağa məcbur edirəm. Səfər Xan cavabında “Bunu da sınayın!”- deyirdi. Eyni zamanda bu sözlər də dövrün siyasi məhbusları arasında yadigar olaraq qaldı və bəzən işgəncə məmurlarını ələ salmaq üçün o sözdən istifadə edilirdi. Nəhayətdə, dəmir iradəsini qırmaq üçün Səfər Xanı “Sabotajla Birgə Mübarizə Komitəsi”nə (Ağır İşgəncə Həbsxanası) apararaq bir neçə təcrübəli “SAVAK” məmurları onun üzərində hər yolu sınamağa baxmayaraq nəticəyə nail ola bilmədikdə yenidən onu Qəsri-Qacar Həbsxanasına gətirdilər. Səfər Xan dedi: “Azərbaycan Milli Hökuməti  dövründən bəri xalqımla bağladığım və həmişə sadiq qaldığım əhd üçün vicdanım rahatdır.”

Bu uzun müddətdən sonra Səfər Xan Evin Həbsxanasına göndərilir və Tudə partiyası üzvləri(Zülqədr, Şəltuki, Bağırzadə, Razmdidə və Məhəmmədzadə) ilə birlikdə 2 saylı ümumi kamerada məhbus həyatına davam edir. Bu illərdə təşkilat nəşrləri, xüsusilə “Demokrat Gənclər” və digər partiya nəşrləri Səfər Xan barədə yazaraq məlumat verirdilər. Səfər Xan haqqında yazılan mövzular xarici jurnalistlərin diqqətini özünə cəlb edirdi. Onların bu xəbərləri təqib etmələri Şah rejiminin xoşuna gəlmirdi. Ona görə də rejim məhbusların “tövbə məktubu” yazmama və ya “bağışlanma” istəkləri işlərini məsələsini sürətləndirməyə çalışırdı. Lakin Səfər Xan həmin əvvəlki sözlərini təkrarlayırdı. Beləliklə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri onunla söhbət etməyə başlayıb və heyrətlə sözlərini dinlədilər.

Səfər Xan özü haqqında belə dedi: "Mən, Azərbaycan Demokratik Firqəsinin üzvü Səfər qəhrəmaniyəm, ömrümün 30-dan çox baharını İran həbsxanalarının ən pis şəraitində keçirmişəm. Qızıl Xaç nümayəndəsi inanmayaraq təəccüblə soruşur: “Bu uzun müdət üçün neçə dəfə həbdə olubsan. Səfər Xan cavab verir: Şahın repressiv ordusunun hiyləgərliklə Azərbaycana hücumundan, yəni 1946-cı ildə milli hökumətin məğlubiyyətindən sonra bir müddət dağlıq və ucqar bölgələrdə gizləndim. Sonra 1948-ci ildə, şahın demokratiyaya və azadlıq mübarizlərinə  zərbə vurduğu zamandan və uydurma, mənasız bir amnistisiya qanunu ilə bölgədə hərbi vəziyyət elan etdikdən sonra həbs olundum. Bu görüşdən sonra Qızıl Xaç nümayəndə heyətinin başçısı Şahdan Səfər Xanın sərbəst buraxılmasını tələb etdi. Şah dedi: Ona qarşı xüsusi şikayət  var, lakin şahın heç vaxt xüsusi şikayətçısı cəmiyyətə bəlli olmadı. Halbuki, rejimin təməli sarsılıb və dağılmaqda idi.

Bir tərəfdən rejimə son qoymaq üçün ilk addım 1977-ci il fevralın 20-də Təbrizdə başlanan bir qiyam vasitəsilə atıldı. Digər tərəfdən sinfi qruplar(Vəkillər Birliyi, Yazıçılar Birliyi, universitet müəllimləri və s.) Açıq məktublarla bir-birinin ardınca öz etirazlarını bəyan edərək yayımlayırdılar. Azərbaycan xalqı Səfər Xanın sərbəst buraxılmasını gözləyirdi, lakin hərbi məmurlar və prokurorlar Səfər Xanın işinin Şahın özünə aid olduğunu söyləyirdilər! Nəhayət, Şahın məğlubiyyəti ilə Səfər Xan 23 Noyabr 1978-ci ildə uzun müddət il həbs və əsirlikdən azad edildi. O, başqa məhbusların “Yaşasin Səfər Xan" alqışları altında ləyaqət və qürurla həbsxanadan buraxıldı.

Səfər Xan azadlığa buraxıldı və inqilab qalib gəldi. Lakin milli zülm hələ də davam etməkdə idi. Öz müqəddəratını təyin etmə hüququ yenidən cinayət sayıldı və milyonlarla azərbaycanlının türk dili yabançı dil kimi damğalanaraq, ona qarşı müxtəlif yollarla mübarizə davam etdi. Səfər Günlər və illərlə həbsdə qaldıqdan sonra milli hüquqlar uğrunda mübarizə etmək üçün Azərbaycana, Şişəvana qayıtdı. Əhali dəstə-dəstə, xüsusilə gənclr bu qəhrəmanlıq simvolu və qocaman igidlə görüşünə gəlirdilər. Artıq uzun sürən zindan həyatı onun simasında qocalıq izini qoymuşdu. Hələ də şahın ordu və jandarma  qüvvələri bu məzlum və sarsılmaz qocadan qorxdular. Ona görədə Əcəbşir və Şişəvan əhalisinin  onunla görüşmələrinə mane olurdular. Səfər Xan əhali, xüsusilə gənclərlə görüşlərində daim firqənin nailiyyətlərindən bəhs edirək onlara azadlıq müjdəsini verirdi.

Azərbaycanın azadlığı üçün Səfər Xanın sönsuz və həmişəki mübarizəsi davam etməkdə idi. Bu da onun uzun müddət həbsxanada qaldığının göstəricisi idi. Ömrünün son illərində uzun müddət həbsxanada çəkdiyi əzabların törətdiyi xəstəliklər Səfər Xanın sorağına gəldi və bir daha onu tərk etməyərək inzivaya qapatdı. 10 Noyabr 2002-ci ildə bu müqavimət simvolunun ömrü sona yetdi və İmamzadə Tahir Qəbiristanlığında torpağa tapşırıldı. Manarxiya rejiminin başqa bir məhbusu olan Qəni Bülurian, Almaniyanın Berlin şəhərində Səfər Xanın anım mərasimində onun barəsində belə söylədi: "Səfər Xan 30 il həbsxanalarda əzab-əziyyət və məhrumiyyətlə yaşamasına baxmayaraq, möhkəm dayandı. O, bütün çəkdiyi müsibətlərə qarşı gülüş və mizahla cavab verdi. Bu isə bizə və başqalarına ilham verdi. Bu ehtiraslı və Azərbaycansevər insan ömrü  Azərbaycanın azadlığı və onun siyasi-iqtisadi taleyini təyin etmək hüququ uğrunda apardığı mübarizədə  sona çatdı."

 Azərbaycana və milli hökumətə qarşı rejimin nifrəti və qəzəbi sonsuz idi. O, bütün geniş maliyyə və hərbi imkanları ilə Azərbaycan mədəniyyətinə və onun inkişafına qarşı mübarizə aparırdı. Bütün bu müddət ərzində mədəni habelə ictimai şəxslərin və qrupların fəaliyyətinə icazə vermədi. Kitablar və jurnallar türk dilində nəşr olunmurdu. Yalnız mərsiyə və din kitablarının nəşrinə icazə verilirdi. Bəzən də təşviq edilirdi. 1960-cı illərdə torpaq islahatı nəticəsində kəndlərdən azad olunmuş milyonlarla işçi qüvvəsi Tehranın ətrafına axın etdi. Say baxımından  bu işçilərin ən çoxu azərbaycanlı idi. Bu insanlar kəndli olduqları üçün dini qruplara meyl edirdilər, çünki, Orada yalnız türk dilində danışılırdı. Mədəni cəmiyyətin fəaliyyətinin qarşısı şiddətlə alınırdı. Bu əsnada daxildə və xaricdə firqəçilərlə düşmənçilik və mübarizə davam edirdi. Hətta rejim sərhəddin o tayında da firqəçilərin fəaliyyətini təqib edirdi.

1950-cu illərdə Sovet İttifaqı ilə İran arasında bir müqavilə imzalandı, ona əsasən 1946-cı ildə hər hansı bir səbəblə Sovet İttifaqına mühacirət etmiş  insanlar istəsələr İrana qayıda bilərlər. İran səlahiyyətli rəsmiləri onlarla insansevərliklə davranmalıdırlar. Keçmişdəki siyasi fəaliyyət məmurları işlərini bitmiş hesab etməlidirlər. Nəticədə ailələrini və dostlarını ziyarət etmək istəyənlərin bəziləri, ömürlərinin qalan illərini yaxınlarıyla keçirmək üçün vətənə döndülər. təəssüflə ölkəyə daxil olduqları andan "SAVAK"  tərəfindən dindirildilər.  "İran Tudə Partiyasının zabiti "Məhəmmədəli Əmui onların taleyi barədə belə izah edir: Onları "dönüklər" adlandırıb və " Bağı-Mehran"(mehran bağı") da məskünlaşdırdılar. Sonralar həbsxanada onları  "Bağı-Mehrani" adı ilə məşhur oldular. Onlar hamısı zəhmətkeş insanlar idi. İranda "Rubl" işləmədiyi üçün rubl əvəzinə özləri ilə kameralar, odekolonlar, tibbi alətlər və Nikolay samovarları kimi mallar gətirib onları satıb və  bir müddət yaşayışlarını təmin edib və ya özlərinə iş qursunlar. Ancaq əks-kəşfiyyat və "SVAK"-in həris məmurları onların arzularını boşa çıxartdılar. onlarla hərbi əsirlər kimi davrandılar. Onlar üçün Mehran Bağında bir düşərgə qurdular. Onların bütün əşyalarını və əmlaklarını müsadirə etdilər. Onları istintağa cəlb etdilər. Müstəntiqlər onlardan Azərbaycan Demokrat Firqəsi və Milli Hökümətdə necə çalışdıqlarını sualları soruşurdular. Ardından Azərbaycan Respublikası, oradakı firqə fəaliyyətləri və həmçinin Sovet təhlükəsizlik aparatı ilə əlaqələri haqqında suallar verildi,soruşulurdu. Bu insanların bəziləri belə sualı başa düşməkdə çətinlik çəkdilər, çünki onların bəziləri sadə kəndli olaraq qorxudan o taya getmişdilər. Orada qaldıqları müddət ərzində zəhmətlə çox çalışımalarına baxmayaraq az miqdarda gəlir topladılamışdılar. Müstəntiqlər  ağır cəzayə məhkum etmək üçün onlara dəhşətli işgəncələr verirdilər. Onlardan Sovet "KQB"i ilə əməkdaşlıq etdiklərini etiraf etməyi tələb etdilər. Nəhayət, onları bu cür ağır işlərlə hərbi məhkəmələrə təhvil verdilər. Bu səbəbdən onların bəziləri, 10 il, bəziləri 15 il, bəziləri ömürlük həbs cəzasına məhkum edildilər. Onların bəziləri türkcə danışdılar və İran rəhbərliyinin vədlərinə aldandıqlarını söyləyirdilər. Onlar zəhmətlə bütün yığdıqları maddı vəsaitlərini itirdilər.  Qurtulmayan  çətin bir tələyə düşdüklərini söylədilər, Onlar üçün düşdükləri bu tələdən xilas olmaq çox çətin idi. Rejimə çox nifrət etdilər və hiyləgər İran rəsmilərinə inanaraq İrana qayıtdılarından peşman olduqlarını söyləyirdilər. (Məhəmmədəli Əmui, Dorde-Zəmanə, Xatirələr, səh. 142, Tehran)

Bütün bu hadisələr onu göstərir ki, Tehran həmişə Azərbaycana şübhə ilə yanaşdı və onun hər hansı bir mədəni, iqtisadi və sosial rifahına qarşı davamlı mübarizə aparmışdı. bir neçə on ildən çox keçməsinə baxmayaraq hələ də Azərbaycan Demokrat Firqəsinə düşmən münasibət bəsləməkdədir. Azərbaycan Milli Hökuməti və Azərbaycan Demokrat Firqəsindən qalan hər bir əsər və simollu təhəmmül ede bilmir. Halbuki, Azərbaycan xalqı ilə demokrat firqəsi arasında dərin bir emosional bağlılıq mövcuddur və bu əlaqə qırılmazdır....

Ardı var

1- haşiyə: Əhməd Şamlu firqə üzvlərinin qətl-amından sonra "Küçələr Üçün Gecə Nəğməsi" başlığı altında aşağıdakı şeiri yazmışdır.

Ağrılarımın sahibləri, ah! Ağrılarımın sahibləri!

Qanınız Təbrizin köhnə divarına səpildi,

Yaşıl dərənın gövdəli ağacları

Torpağa düşdülər

Dar ağacında böyük sərkərdələr rəqs etdilər

Və günəşin kiçik güzgü

Şor dənizdə sındı

2- Haşiyə: Vətənin idealist şairlərindən olan Siyavuş Kəsrai, 1978-ci ildə Səfər Xanın şərəfinə "Od və Balla Bir Görüş" adlı çox gözəl, ürəkaçan və mənalı bir şeir yazdı:

Azarbaycana bənzər!

Sərt, səbirli və möhkəm

Başı qarla hörülmüş bir dağ

Arxasında günəş

Azərbaycana bənzər!

Azad, Azadistan

Dövrün qocaman məhbusu

Azərbaycana bənzər!

Xatirə və yadıgarlarla dolu

Şəhiddən və yaşayandan,

Məhbusdan və buraxılmışdan

Aşkardan və gizlidən

Bəli bütünlüklə Azərbycana bənzər!

Bu bir nəfər

Bu "Şişəvan" kəndinin igidi

Səfər!

Bu üçüncü Bağır və Səttarxan

Onun ürək və gözündə

Bizə bir yer var həmişə

Zərdüşt odundan

Və Savalan balından.

Gənclər yanında

"Susuz Güllər"

Gözəl bəhsə oturmuş

Bu mehriban pəhlivan ixtiyar

Hər kəsə olmuş qaya və sayəban,

Marağadan bir qarı

Əlində bir şaxə gül

Ziyarətə uzun yol aşmış

Şirin dillə deyirdi:

Baxın!

Bizim qəhrəman

Bizim qəhrəman

3- Haşiyə: Xoş səsilə Təbriz Radiosundan və Azərbaycan Radiosundan hamıya tanış olan Mir Qasım Çeşmazər, ordu tərəfindən Azərbaycana vəhşicəsinə təcavüz edildikdən sonra vətənini tərk etməyə məcbur oldu. O, ömrünün sonuna qədər Azərbaycan Demokrat Firqəsinə sadiq qaldı.  Bakıda da mədəni fəaliyyətdən vaz keçmədi. "Azərbaycanın görməli yerləri" adlı əsərlərindən birini Səfər Xana həsr edərək onun giriş hissəsində yazır:

Qardaşım səfər Qəhrəmani!

Bütün xalqlar, iran xalqlariı və o cümlədən Azərbaycan xalqı sizlə iftixar edir. Siz 32 il tamam hər dəqiqə, hər saat, hər gün, hər ay və hər il azadlıq yolunda şücaət, iəradə, qorxmazlıq və qəhrəmanlıq güstərdiz və inqlabi mübarizəni davam etdirdiz.

_adımızı və başımızı göylərə qaldırdız. Əsrlərin və nəsillərin nadir qəhrəmanı! Xalqımızın cavanları da, qocaları da, qızları və xanmları da, kişiləri də sizdən zülm və əsarət əleyhinə, azadlıq yolunda mətanət, iradə, şücaət, mərdlik və inqlabi mübarizə dərsi öyrənirlər. Qəhrəman Səfər! Ürək sözlərimi yazmağa acizdır, məni unutmayıb yada saldığınız üçün ürəkdən təşəkkür edirəm.

Yoldaşın, qardaşın Çeşmazər Mir Qasım

Go Back

Comment