Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi) on yeddici hissə)

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi)

on yeddici hissə

Dr: Məhəmmədhüseyn Yəyai

Baxmayaraq ki, VII Geniş plenumdan sonra İran Tudə Partiyasının Azərbaycan Demokrat Firqəsi ilə birləşməsi layihəsi hər iki təşkilat tərəfindən həyata keçirilərək, mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün səylər göstərilirdi. Lakin hələ də bu birliyə qarşı çıxan ünsürlər və şəxslər parçalayıcı rollarını davam etdirirdilər. Onlar hər fürsətdə Azərbaycan Demokrat Firqəsinin yaranmasından və məqsədlərindən danışır, bəzən dəfələrlə bir-birinin sözlərini təkrarlayırdılar. Qulam Yəhya Danişian Moskvada olarkən partiya məktəistinadə  təşkil edilən bir çox partiya özəklərinin iclaslarına istinad edərək yazır: Tudəçilərin bir qismi Azərbaycan Demokratik Firqə əleyhinə, iki partiyanın birləşməsinə, həmçinin firqə adının saxlanmasına qarşı çıxış etməyi gündəlik vərdişə çevirmişdilər.  və bu məqsədlə gecə-gündüz məşğul olurdular.( Qulam Yəhya Danişian Xatirələri. səh.189).

İran Tudə Partiyasının bəzi üzvləri, xüsusən də gənc zabitlər tərəfindən Azərbaycan Demokrat Firqəsinə qarşı çıxmaq heç də yeni bir iş deyildi. Çünki onların bəziləri əsl kimliklərini gizlətmək və lazımı anda əsassız böhtanlara əl atmaq üçün bundan istifadə edirdilər. Onlar göstərmək istəyirdilər ki, guya ilk gündən Azərbaycan Demokrat firqəsində davam edən şəxsiyyətə pərəstişin axtarıb və ona qarşı olmuşlar. Müxalifətin liderlərindən biri olan “Rza İnayət” idi. O,  düşmənçilik və böhtandan əl çəkməyib və təşkilati birliyə sədaqət göstərmədi. Rza İnayət firqəyə hücum şüarı altında əslində İran Tudə Partiyasına və onun hərəkətlərinə qarşı çıxırdı. Partiyanı şimal neft nümayişləri və Qəvamü-Səltənə kabinetində iştirak etməsi üçün suçlayırdı. O dövrün şəxsiyyətə pərəstiş nəticəsində firqənin yaranmasını kökdən yanlış hesab edirdi. Eyni zamanda, o, milli hökumətin iqtisadi, sosial islahatlarını zərərli hesab edərək, əyalət əncuməni və Milli Məclisin yaradılmasına etiraz edirdi. Bəzən də ciziğından qırağa çıxaraqd eyirdi: Əsl azərbaycanlılarla mühacirlər arasında fərqlər var və ona diqqət yetirmək gərəkir.(həmin əsər. səh 194)

Bu çıxış firqə və yaşamaq üçün Araz çayının o tayına mühacirət etmiş, indi isə xass şərəitə görə cənubda ailələrinə qoğuşan zəhmətkeşlərə qarşı düşmənçiliyi göstərirdi. O zəhmətkişlə vətəndə milli hüquqları üçün başlana milli mübarizəyə qoşulmuşlar. İndi sual olunur ki, bəziləri Moskvada partiya iclaslarında oturub, dağıdıcı fikirlərlə nəyin axtarışında idilər? Onlar heç vaxt partiya və firqə birliyinə inanmayıb, hər fürsətdə bunu öz çıxış və davranışları ilə göstərirdilər. Belə davranış və çıxışıxışlar bəzi firqə tərəfdarlarının reaksiyası ilə qarşılandı. O cümlədən biri “Bəyat” deyirdi: “firqəyə qarşı çıxan və hətta onula vuruşan zabitlərin  birliyi paniranist mahiyyət daşıyır. Yaxud “Qaimpənah” deyirdi: firqə ilə partiya arasında təşkilati birlik yaranıb, ancaq ideoloji birliyin olması təsəvvüredilə bilməz.”

Aydındır ki, Azərbaycan Demokrat Firqəsi və 12 Şəhrivər müraciətnaməsi Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılandı və qısa müddətdə minlərlə insan (xüsusən də gənclər) onun sıralarına qoşulmaq üçün axın etdilər. Ona görə də firqə milli zülm, ayrı-seçkilik və təhqirdən əziyyət çəkən Azərbaycan xalqı arasında kütləvi və xalq bazasına malik idi. İndi, Azərbaycanda yaşamayan, onun mədəniyyətinə, dilinə bələd olmayan bu partiya zabitlərinin bəziləri firqənin xaricdən gətirildiyini və xalq bazasının olmadığını haradan bilirdilər? Onlar Azərbaycan xalqının haqı olan öz müqəddəratını təyinetmə hüququ inkar edirdilər. Halbuki onlar özlərini solçu, beynəlmiləlçi və İran Tudə Partiyasının nizamnaməsinin ardıcılları hesab edirdilər. Ümumiyyətlə, bu həqiqətə uyğun olmayan, yalan və təxribat xarakterli çıxışların, böhtanların çoxu İran Tudə Partiyasının birinci katibi Radmənişin yanında başına verirdi. Bəzən o, buməsələnin kənarından sükutla keçirdi. Bu hadisə vahid partiyanın üzviyyət vərəqələri verilirdiyi, onun proqramı və nizamnaməsinın örənilməsi üçün siniflərin təşkil olduğu bir vaxta baş verirdi.

Mordad ayının 11-də Vəhdət konfransı başa çatdıqdan sonra partiyanın mərkəzi komitəsinin birgünlük VIII-ci plenumu yeni tərkibdə, yeni müvəqqəti proqram və nizamnamənin layihəsini dərc etmək üçün təşkil olundu.

Partiyanın yeni proqram layihəsinə daxil edilən milli məsələ barədə belə yazılmışdı: “İran çoxmillətli ölkədir. İranda yaşayan xalqları müxtəlif amillər birləşdirir. Bu xalqlar uzun əsrlər boyu ortaq taleyi bölüşmüşlər. Onlar İranın zəngin və layiqli mədəniyyətinin yaradılmasında birlikdə əməkdaşlıq etmişlər. Birlikdə onun istiqlaliyyəti və azadlığı üçün çiyin-çiyinə saysız-hesabsız fədakarlıqlar göstərmişlər. müstəmləkəçilik və irtica əleyhinə mübarizədə İran xalqlarının əsas maraqları bir-birinə sıx bağlıdır. Lakin milli məhrumiyyətlər nəticəsində bu xalqların heç də hamısı öz hüquqlarına sahib deyil və ondan bəhrələnmirlər. Bu milli məhrumiyyətlər xalqlar arasında dərin və həqiqi birliyin təmin olunmasının qarşısını aldıqı üçün ölkənin hərtərəfli siyasi, iqtisadi və mədəni tərəqqisinə maneə olmuşdur. . İran Tudə Partiyası İran xalqlarının könüllü razılığı əsasında birliyini müdafiə edir. Bu üzdən partiyamız İran xalqları arasında dostluq, bərabərlik əsasında həqiqi mənəvi birlik yaratmaq üçün milli zülmün kökü kəsilmsınə mübarizə edir.

  1. İranda yaşayan xalqların öz müqəddəratını təyin etmək hüququnun tam təmin edilməsi.
  2. İranda yaşayan milli azlıqların bütün sosial, mədəni və milli hüquqlarından istifadə etmək hüququnun tanınması. (Sənədlər və Rəylər, səh. 419)

Partiya ilk dəfə olaraq milli vahidlərlə bağlı mövqeyini dəqiq ifadə edirdi və firqə ilə birliyi gücləndirmək üçün düzgün mövqe sərgiləyirdi. Halbuki firqəyə qarşı müxalifət partiya daxilində davam etməkdə idi. Və bəzən müxtəlif qruplaşmalar öz niyyətlərini gizlətmək üçün ondan istifadə edirdilər. . Bir sıra zabitlər (Badi, Füruğian, İktişafi və başqaları) Moskva Universitetində partiyanın iclaslarında zabitləri məktublar yazmağa və qərarlar verməyə təşviq edirdilər.

Onlar Azərbaycan Demokrat Firqəsinin necə yaranmasi, milli hökumət, onun funksiyası, yaxud mühacirətdə firqənin yenidən formalaşması və “Mir Cəfər Bağırovun” ona müdaxiləsi haqqında əvvəlki çıxışlarını təkrarlayıdılar. Hətta, Pərviz İktişafi ayağını kilimindən kənara çıxıb və birbaşa firqənin daxili işlərinə qarışaraq Azərbaycan zəhmətkeşlərinin hazırladığı firqə əmlakının ələ keçirilməsini tələb edirdi.... O, həm də firqə adının qorunub saxlanmasına, “Azərbaycan” nəşriyyəsinə və firqənin təşkilati müstəqilliyinə həssaslıq göstərirdi. Firqə üzvlərinin və rəhbərlərinin müqaviməti ilə üzləşdikdə gedir çəkilir və fürsət gözləyirdi. daha bir şans əldə etmək üçün geri çəkilərdi. ... (Əmirəli Lahrudi. Xatirələr və Mulahizəha

 Əlbəttə, Rəsədi kimi bəziləri firqə ilə Partiyası arasında heç vaxt birliyin olmadığına inanırdılar. Çünki partiya öz üzvlərini firqə reallığı ilə tanış edə bilməklə yanaşı, onları üstünlük və təkəbbürdən çəkindirsin.

Partiya daxilində firə  nəşriyyələrinə qarşı müxalifət daha geniş hal almışdı. Kianuri, İskəndəri, Təbəri və başqaları “Donya” jurnalında habelə “Xalq” qəzetindəki məqalələrin türk dilinə tərcümə edilərək Azərbaycan nəşriyyəsində dərc olunmasına təkid edirdilər. Beləliklə də firqə nəşirləri üzərində nəzarət edə bilsinlər. Lakin bu istəyə qarşı müxalifət firqə rəhbərliyində altında davam etdi. Lakin firqə rəhbərliyi “Dünya” jurnalında dərc olan məqalələrinin tərcüməsinə qarşı çdeyildi, eyni zamanda ədəbi dərginin nəşr edilməsinə ehtiyac duyduğunu bildirirdi. O zaman mübahisələrdən biri də yeni üzvün qəbulu məsələsi idi. Firqə rəhbərliyi bununla razılaşırdı, lakin partiya rəhbərliyi buna qarşı çıxdı. Çünki Vahid partiya içərisində firqənin imkanların artmasından və ya sekidə firqə üzvlərinin sayının artacağından,qorxurdu. Partiya SAVAK-ın və partiyaya müxalif olanların nüfuzunun artmasında da ehtiyat edirdi.

Halbuki, 1958-ci ilin sonlarında icraiyyə heyətinin Almanıyanın Leybzik  şəhərinə köçdükdə, keçmiş partiya rəhbəri olan Radmənişin təkidi ilə çekmiş pardiya rəhbərlik üzvlü Mortəza Yəzdinin oğulları Hüseyn və Firidun da partiya ilə (Radmənişin həyat yoldaşı Mortəza Yəzdinin bacısı idi) əlaqədə idilər. ). Onla ölkə daxilində təşkilata rəhbərlik edən Radmənişin xahişi ilə partiya ofisi ilə sıx əlaqə qurdular. O ikisi, xüsusən də “Hüseyn Yəzdi” SAVAK ilə əlaqə saxlayır və partiya sənədlərini Qərbi Berlində onların ixtiyarında qoyurdu. Radməniş Hüseyn Yəzdiyə evən girmək və seyf andığına qədər əliçatana qədər inanırdı.(Maziyar behruz. İdealist Üsyançılar. səh 87).

Hüseyn Yəzdinin sənəd oğurlama əməliyyatı, nəhayət, Almaniya Demokratik Respublikasinin təhlükəsizlik məsulları habelə bəzi digər partiya üzvlərinin sayıqlığı nəticəsində kəşf  və aşkar edilərək zərərsizləşdirildi. Lakin Birinci Katib kimi Radmənişin vəziyyətini aydınlaşdırmaq məsələsi partiyanın 10-cu plenumuna tapşırıldı.

Şübhəsiz ki, Hüseyn Yəzdi tərəfindən sənədlərin oğurlanması, partiyaya və onun ölkə daxilindəki təşkilatına ciddi zərbə vurdu. Halbuki, Partiya çalışırdı 1930-cu illərdəki şiddətli represiyalarin nədicəsində dəyən ağır zərbələrin qarşısını alsın. Partiya həmin illərdə hərbçilərinin və digər üzvlərinin önəmli qismini itirmişdi. O, ölkə daxilində yenidən təşkilatını qurmağa çalışdığı bir vaxta belə hadisənin şahidi oldu. SAVAK partiyanın içərisinə sızaraq, sənədlərini əldə etməklə, ölkə daxilində onun yenidən təşkilatlanmasının qarşısını almaq üçün əlindən gələni edirdi və bu barədə hər bir əməliyyat aparmaqdan çəkinmirdi. Ona görə yenə də partiyanın köhnə üzvlərindən biri ilə birlikdə “Abbasəli Şəhriyari Nəjad” (Şəhriyari) adlı başqa bir şəxs partiya orqanına sızaraq Tehran təşkilatını ələ keçirdi(həmin mənə. səh 88).

50-ci on illiklərin sonlarından SAVAK ilə işləyən Şəhriyari partiyanın birinci katibi Radmaneşin və bəzi digər üzvlərinin etimadını qazanmışdı. Nəticədə, İran ictimaiyyətinin sosial və iqtisadi cəhətdən sürətlə dəyişdiyi 60-cı on illiklərdə SAVAK partiyanın fəaliyyətini daxildə izlədi və təşkilatçılıq üçün partiya tərəfindən göndərilən nümayəndəri(Məhəmməd Hüseyn Məsumzadə, Həsən Rəzmi) tanıyaraq həbs etdi. Partiya yenədə cəhd edərək bu dəfə də Pərvi Hekməcu və Əli Xavərini ölkəyə göndərdi. Lakin onlar da tutularaq həbs edililər. Pərviz Hekmətcu həbsxanada İşkəncə altında öldürüldü. Əli Xabəri əvvəl edama məhkum oldu və sonra isə ömürlük həbs cəzsı verildi. Lakin Xavəri həbsxanada çoxlu işkəncələrə məruz qalmağa baxmayaraq qəhrəmancasına müqavimət göstərdi. Nəhayət o, zindandan xilas olaraq 1979 fevral inqilabından sonra pardiya sıralarında fəaliyyətə başladı.(Həmin mənbə)

Bu dəfə Radməniş məsələri on beşinci plenumda ciddi şəkildə araşdırıldı. O,pardiyanın birinci katibliyində çıxarıldı. 1969-cu ildə onun yerinə sağ meyili İrəc İskəndəri birinci katibh seçildi...

40ci onillik güşən ilildə  dah iki önəmli hadisəPartiyaya ciddi zərbə vurdu.  Birincisi, 1342-ci günəş ilində partiyanın bir qrup üzvü onun ölkə daxilində təşkilatlanmasında fəaliyyətini tənqid edərək partiyadan ayrılıb və sayları hər gün artan Xaricdəki “İranlı Tələbələr Konfederasiyası”nın dəstəyi ilə “İran Tudə Partiyası İnqilab Təşkilatı”nı yaratdı. Onlar əvvəlcə Kubaya, sonra isə Çinə mey etdilər. Sovet İttifaqına qarşı tənqidi mövqe tutdular. Hətta kənd özəkləri yaradaraq böyük şəhərləri mühasirəyə almaq üçün daxildə rejimlə mübarizə metodunu dəyişdirdilər. Bu yöndə “Qızıl Ulduz” və “Xalq” nəşriyyalərini buraxdılar.

İkincisi isə 1964-cü ildə Xruşşovun siyasəti və onun onun İstalın siyasətinə qarşı olması ilə razılaşmayan üç nəfərin, Abbas Səğai, Əhməd Qasimi, Qulamhüseyn Fürutən (Qasimi və Fürutən partiyanın mərkəzi komitəsinin üzvləri idi) partiyadan çıxarildı.

1341-ci günəş ili fərvərdinin 19-da İran Tudə Partiyası Mərkəzi Komitəsinin 10-cu plenumu keçirildi. Plenumda İsfahan və Təbriz partiya təşkilatlarının SAVAK tərəfindən kəşf edilməsi və Hüseyn Yəzdinin casusluq fəaliyyəti araşdırıldı. Habelə plenumda partiya sirrinin saxlanması prinsipləri vurğulandı, eyni zamanda, ölkəin fəhlə hərəkatında partiya və firqənin təşkilati birliyi(vəhdəti) bir daha müsbət qiymətləndirildi.

11-ci plenumda Qulam Yəhya Daneşyan partiyanın mərkəzi komitəsini və təşkilati birliyin irəliləməsini sərt tənqid edərək dedi: : “Tudə Partiyasının icraiyyə heyətində birlik, vahid fəaliyyətin olmadığı və həmçinin məxfiliyə riayət edilmədiyi üçün daxili təşkilat, o cümlədən İsfahan və Təbriz təşkilatları dağıldı...

Siz hazırladığınız hesabatda belə yazılıb: Yaxşı olar ki, birliyi möhkəmləndirmək üçün Tudə partiyası mərkəzi komitəsinin üzvlərindən bir neçəsini firqə rəhbərliyinə artırılsin.  Həmçinin Azərbaycan təşkilatında birlik məsələsini təbliğ etmək üçün Tudə Partiyasının bəzi təcrübəli üzvlərin göndərilməsini söyləyirsiniz. Sonra isə firqə məsələsindən xəbərsiz olduğunuzu vurğulayırsınız.”(Qulam Yəhya Danişian. Xatirələr. s?)

Bu istək və hesabat vəhdət ruhuna zidd olaraq yenidən firqənin adnın və müstəqilliyinin şübhə altına alması onların  apadığı siyasətlərin ana xəttini təşkil edirdi. Deyəsən, partiyadaxili uğursuzluğu, xaricdə SAVAK-ın partiya sənədlərinə əl tapmasının qarşısını alıb və aradan qaldırmaq əvəzinə, bəzi partiya yoldaşları bəzən partiyadaxili ziddiyyətləri ört-basdır etmək üçün firqə çəkişmələri ilə məşğul olurdular. Bu da firqənin çox uğurlu təşkilatlanması bir vaxt baş verirdi. Azərbaycan ictimaiyyəti də bu həssas onillik bir dövrüdə firqə təşkilatına çox ehtiyacı var idi. Yəni firqə vətəndə təşkilatlarını qura qurmaqla öz qabaqcıl sosial vəzifəsini yerinə yetirə bilsin....

Ölkədə ən mühüm tarixi, siyasi, sosial, iqtisadi və struktur dəyişiklikləri günəş ili 40-ci  onilliklərdə baş verdi. 40-ci onilliklərin əvvəllərində keçirilən torpaq islahatı milyonlarla kənd zəhmətkeşini azad etdi. Onların çoxu böyük şəhərlərə köçərək şəhər ətrafında məskunlaşdı. Ölkə iqtisadiyyatı bu onillikdə ildə 8%-dən çox artımla, davamlı olaraq sənayeləşmənin əsaslarını qoyurdu. Sovet İttifaqı və digər sosialist ölkələri ölkənin sənayeləşməsinə (ağır və ana sənaye) öndə gedirdilər. Sovet İttifaqının köməyi ilə ağır polad, mis və s. sənaye müəssisələri, eyni zamanda Rumıniya və Çexoslovakiyanın yardı ilə Təbrizin maşınqayırma habelə traktorqayırma sənayesi yaradıldı. Təbrizdə neft-kimya, neft emalı zavodları və yüngül sənayeləri kimi digər sənayelər də layihələşdirildi. , Təbriz, Tehran və böyük şəhərlərdəki yaranan sənaye kompleksləri ictimai və şəhər həyatını kökündən dəyişdirdi...

Ardı var...

Go Back

Comment