Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi) on beşinci hissə)

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi)

on beşinci hissə

Dr: Məhəmmədhüseyn Yəyai

1332-ci ildə 28 mordad çevrilişi ilə İranın siyasət, iqtisadiyyat və qərb, xüsusən də Amerika ilə xarici əlaqələrində yeni dövr başladı. ABŞ-ın İrana qarşı gizli fəaliyyətləri, siyasi və iqtisadi müdaxilələri özünü daha qabarıq şəkildə göstərdi. Fəzlulla Zahidi çevrilişin ilk günündən öz hərbi hökumətini təşkil etdi. Zahidinin siyasət və iqtisadiyyatdan heç bir məlumatı yox idi. O,  həyatının bir çox hissəsini əylənməklə keçirmişdi. Onun yeganə arzusu mütərəqqi qüvvələrə, xüsusən də İranın Tudə Partiyasına habelə Azərbaycan və Kürdüstandakı milli hərəkatlara qarşı amansız mübarizə aparmaq idi. Bu baxımdan o, hökumətini hərbi və təhlükəsizlik məmurları ilə formalaşdırdı. Komandir “Ələvi Müqəddəm”i polis rəisi, “Teymur Bəxtiyar”ı 2-ci zirehli diviziya komandiri, komandir “Batmanqılınc”ı isə ordu qərargah rəisi təyin etdi taki,  tezliklə mütərəqqi qüvvələri məhv etməklə arzusuna çatsın. Bu əsnada irticanı sakitləşdirmək üçün Ayətulla “Kaşani” ilə barış yolunu irəli sürdü və hətta Ələvi Müqəddəmi maliyyə təklifləri ilə İslam Fədailəri təşkilatının qurucularından olan Nəvvab Səfəvinin ziyarətinə getdiöndərdi. Zorcu hesab etdiyi üçün onun mənaahidinin hərbi dövləti özünü ABŞ-a borclu hesab etdiyi üçün onun maraqları istiqamətində hərəkət etdi. 1954-cü ilin aprel ayında ölkə xalqına neft konsorsiumunun yaradılması elan edildi və bu da Böyük Britaniyanın yenidən neft sahəsinə daxil olmasıdemək idi. Qapıdan qovulan ingilis bu dəfə digər ortaqları ilə birlikdə pəncərədən içəri daxil olublar. Yəni bu konsorsiumunun vasitəsi ilə Amerka və Avropa şirkətləri ölkəyə daxil oldular. Konsorsiumda pay bölgüsü belə idi, İngiltərənin  yeni şirkəti (keçmiş şirkəti əvəz etmişdi) 40%, Amerikanın beş şirkətinin hər birisinin payı 8% (toplum 40%), Fransa şirkəti 6% və Hollandiya şirkəti 14% pay aparırdılar. Bu şirkətlər həm neft quyularının qazması, həm emalı və həm də satışı ilə məşğul olurdular.(Məsud Behnud Seyid Zayadan Bəxtiyara qədər, s 402). Konsorsium daha sürətlə hərəkət edərək 9 ilmüddətində İrandan xaricə 340 milyon ton neft göndərildi.Halbuki 50 il müddətində İran-İngilis neft şirkəti ölkədən cəmi 325 milyon ton neft daşımışdı. Nəticədə, konsorsiuma üzv olan şirkətlər 5 il ərzində kapital yatırımlarının 72%-dən çoxunu xalis  gəlir fotmasında geri qaytarmışlar. (həmin mənbə, s 404). Çevriliş yolu ilə hakimiyyəti ələ keçirən habelə ölkə daxilində bütün həmkarlar ittifaqı və siyasi hərəkatları, xüsusən də fəhlə hərəkatlarını sıxışdıran Zahidi hökuməti isfənd ayının 28-də istefa verməklə sona yetdi. Beləliklə də şahın qüdrətini sabitləşdirib və möhkəmləndirmək üçün hökuməti mülki şəxslərin əlinə vermək məsələsi irəli sürüldü.

Azərbaycan milli hökumətinin qatı və qisasçı düşməni olan əski diplomat, Hüseyn Əla 1334-cü il fərvərdin ayının əvvəlində hərbi mülki hökumətini təşkil etdi. Hüseyn Əla Sovet qoşunlarının Azərbaycandan çıxarılması ilə bağlı İranın şikayətini BMT Təhlükəsizlik Şurasına aparan diplomat idi. Moskvada uzun sürən müzakirələrdən sonra Qəvam Hüseyn Əlaya İranın Təhlükəsizlik Şurasından şikayətini geri götürməyi əmr etsə də o, bu əmri yerinə yetirməyərək Amerika vəİngiltərənin himayəsi ilə onu(işayəti) davam etdirdi.Əla İranı ABŞ-ın bölgədəki hərbi fəaliyyəti istiqamətində hərəkət etmək üçün hər cür səy göstərdi. Bununla əlaqədar olaraq 1955-ci il fevral ayının 24-də Bağdad Hərbi Paktı imzalandı.1958-ci ilin iyulunda Əbdül Kərim Qasimin başçılıq etdiyi gənc iraqlı zabitlərin inqilabına və İraqın geri çəkilməsinə qədər  Bağdad Həri Paktı davam etdi. Lakin İraqdövlətinin geri çəkilməsi ilə Bağdad Hərbi Paktının adı dəyişilərək Santo Paktı adlandırıldı. Hüseyn Əla həm də Sovet İttifaqı ilə məhdud iqtisadi əlaqələrin genişlənməsinə yol açdı və bu üzdən də Sovet İtifaqı müharibə müddətində İranda hərbi qüvvə saxlamağı üçün 11 ton qızıl göndərərək onun bu addımını müsbət qarşıladı. Daxili siyasətdə qüdrət və nüfuzunu hər cür repressiya yolu ilə artıran şah xarici dəstəyi cəlb etmək habelə müxalifətin ölkə sərhəddindən kənar fəaliyyətinin qarşısını almaq məqsədilə 1335-ci ildə Moskvaya gedib, Xruşşovla görüşdü. O, görüşdə Xruşşova belə söylədi:

  • “ Mən hakiməyyətdə olarkən İran tərəfindən sizə hərbi hücum olmayacsaq.

 Sovet İttifaqı cənub sərhədlərində ABŞ-ın hərbi fəaliyyətinin genişlənməsindən narazı idi və özünü təhlükədə hiss edirdi. Sovet rəşmləri tərəfindən şah qarşılandı. Şahın Sovet İttifaqına səfəri zamanı ticarət və mədəni əlaqələr haqqında müqaviləyə baxılaraq razılaşdırıldı. Hebelə İran mallarının Sovet ərazisindən Avropaya daşınması ilə bağlı İranın istəyi əsasında müqavilə imzalandı. Görüş zamanı şah Azərbaycan Demokrat Pfirqəsinin sovet torpaqlarında fəaliyyətindən narahatlığını dəfələrlə ifadə edərək, İranın Tudə Partiyasının Moskvada özünü yenidən bərpa etməsini də dil gətirdi. Şahın Moskvadakı çıxışıdan sonra sovetlərin firqə radiosu fəaliyyətinə münasibətində az dəyişiklik olmasına baxmayaraq, Azərbaycan Respublikasında Firqənın fəaliyyətinə toxuulmadı.

Hüseyn Əla rəhbərliyi altında ABŞ ilə hərbi və kəşfiyyat əlaqələri yenədə artdı. 1956-ci ilin sentyabrında hökumətin icazəsi ABŞ təhlükəsizlik orqanlarının köməyi və təlimi ilə “SAVAK” (Kəşfiyyat və Təhlükəsizlik Təşkilatı) yaradıldı və həmin ilin mart ayından fəaliyyətə başladı. “SAVAK”ın məqsədi ölkə daxildə və xaricində məlumat toplamaq idi. Bu təhlükəsizlik təşkilatının yaranmasında şahın anti-sol və histerik xəstəliyinin təsiri olmuşdur. Şah özünün “Tarixə cavabı” adlı kitabında bunu qeyd edərək yazır:

  • “... SAVAK kommunizmlə mübarizə aparmaq üçün yaradıldı.

“SAVAK”ın yaranması ilə partiya və firqə üzvlərinə qarşı repressiyalar güclənib, Ölkənin siyasi atmosferində hakim olan şəait bir növ ümidsizlik və bəzən də məyusluq yaranmasına səbəb oldu. Bu da ədəbiyyat və incəsənətdə öz əksini tapdı. Bu dövrdə İran Tudə Partiyasının bir qrup zabitləri hərbi məhkəmədə mühakimə olunaraq edama məhkum edildi.

Hüseyn Əla ağır iqtisadi çətinliklərlə üzləşdi. İdxal sürətlə artdı və ixrac isə sürətlə azaldı. İqtisadiyyatın böyük ehtiyatları ordu və təhlükəsizlik qüvvələrinə ayrıldı. Nəticədə hökumət büdcə kəsiri və inflyasiyanınartması ilə üzləşdi. Əla hökuməti bu problemi həll  etmək üçün xarici kapitalın cəlb edilməsi və qorunması haqqında qanun qəbul etdi. Hökumt xarici sərmayə sahiblərinin etimadını cəlb etmək üçün beləbir qərarı qəbul etdi: “Sərmayə sahibləri istədikləri zaman sərmayə və gəlirlərini İrandan çıxarmaq hüququna malikdirlər.”

Bu arada, uzun müddətdən bəri müxtəlif adlar altında öz iqtisadi və sosial ekspertlərini İrana göndərən ABŞ bazarı genişləndirmək və kapitalizmin böyüməsi üçün ölkənin sosial strukturunda dəyişikliklər baş verməsi qənaətinə gəlmişdi. Omaneə Yəni əski feodal qurluşundan kapitalizmə keçmək gərəkir. Çünki əski feodal struktoru ölkədə kapitalizm inkişafına böyük maneədir. O maneə kapitalizm inkişafı yolundan götürülməlidir.

Hüseyn Əla bir dəfə də Sepahsalar məscidində Fədai-İslam üzvü “Müzəffər Zülhədr”in hücumuna məruz qalmış, lakin təhlükədən canını qurtarmışdır. Əla hökuməti 1336-ci il fərvərdinin 12-də istefaverdi. həmin ilin 14 fərvərdinindən 1339-cu il şəhrivərin 6-dək “Mənuçehr İqbal” hökuməti dövru başlandı. İqbal Xorasanın böyük mülkədarlarından biri olaraq Əhməd Qəvamla birlikdə siyasət sahəsinə qədəm qoymuş və güclü şəkildə Amerikanın siyasətini dəstəkləyərək demişdir: “...Tez bir zamanda İranın inzibati sistemi Amerikanın inzibati sisteminə bənzəyəcək.”( Halbuki o, ABŞ-in federal bir sistem olmasını və onun İranın mərkəzçi siyasi istimi ilə müxalifət etdiyini bilmirdi.)

Bununla əlaqədar olaraq, Mənuçehr İqbal təlim keçmək üçün bir  qrup bürokrat və texnokratları ABŞ-a göndərdi. Onların arasında nazirlər kabinetində bir müddət əmək naziri vəzifəsində çalışmış “Cəmşid ƏAmuzqar” da var idi. Amuzqar torpaq islahatı qanun layihəsi hazırlamamadan əvvəl ABŞ-da lazımi təlim keçmyi düşünürdü. Çünki qanun layihəsinin hazırlanmasında öyrəndiklərini tətbiq etmək istəyirdi.

İqbalın hakimiyyəti dövründə milli azadlıq hərəkatını yatıran və ziyalıları məhv edənlərin ən tanınmış simalarından olan “Teymur Bəxiyar dıhşətli SAVAK təşkilatının başçısı təyin edildi., O, bu sahədə öz fəaliyyətini genişləndirdi.Bir tərəfdən də şah icra aparatında özünə bağlı məmurlarla nüfuzunu artırmağa başladı. Teymur Bəxtiyar milli qəhrəman “Xosrov Ruzbeh”i təqib etmək üçün bütün vasitələrdən istifadə etdi. Ruzbenin həbs edilməsi İran Tudə partiyasına ağır zərbə vurdu.  Bu məsələ mütərəqqi qüvvələr arasında zəiflik və ümidsizlik hissini artıraraq şah və irticaça  mqüvvələrinin övqelərini gücləndirdi. İqbal dini qüvvələrə və İslam fədailərinə əvvəlkindən daha az imtiyaz verməsinə baxmiyaraq, onların fəaliyyəti hələ də rejim tərəfindən dəstəklənirdi. Çünki şah sarayı mürtəcelərin sol və mütərəqqi qüvvələrə qarşı çıxmağa qadir olduğunu düşünürdü. İqbal başqa bir addımlarınan biri də parlamentin səlahiyyət müddətini iki ildən dörd ilə qaldırması idi. ABŞ-la hərbi sahədə əməkdaşlıq etmək arzusunda olan İqbal İraqın Bağdad Hərbi Pakt-ından çıxmasından sonra ABŞ-la ikitərəfli müqavilə bağladı. Beləliklə də ABŞ-ın İrana hərbi yardımı artmağa başladı. ABŞ Marşal planı və Hanrı Trumənin Dördüncü Prinsipin köməyi ilə solçu qruplarla mübarizəni davam etdirməsinə baxmayaraq, İranda artan hərbi və təhlükəsizlik xərcləri ölkə iqtisadiyyatını dərin böhrana sürükləyirdi. Bu üzdən, 28 mordad çevrilişindən sonra xeyli səngimiş fəhlə və zəhmətkeşlərin etiraz nümayişləri yenidən şiddətləndi.

Hüseyn Əlanın hakimiyyəti  dövrü "Ölkənin Həyati Əhəmiyyətli Obyektlərinin Dağıdılması" adlı qətnamə əsasında neft işçilərinin etirazları qadaöan edilmişdi. Lakin neft sənayesində başlanan şiddətli nümayişlər hökumətin narahatlığına səbəb oldu. Bununla yanaşı, Tehranın Robat Kərim marqaniz mədənləri, İsfahan toxuculuğu, Vətən toxuculuğu, Dez bəndi, Şahnaz toxuculuğu, Pars Şiraz toxuculuğu, Ləngrud, Məscid Süleyman neft müəssisələri işçilərinin habelə Tehran taksi sürücülərinin başlanan etiraz nümayişləri İqbal hökumətinin olan böhranının dərinliyini göstərdi. (Məsud Behnoud, eyni əsər, s. 439)  O, hökuməti bu böhrandan çıxartmağa qadirdeyildi. Bu arada mərkəzi hökumətin Azərbaycana hücumu nəticəsində devrilmiş milli hökumətdən sonra ilk dəfə olaraq Azərbaycan kəndliləri bu  Tehran hökumətinə qarşı etirazlara qoşuldular. Halbuki Azərbaycanda ordu, jandar və təhlükəsiz qüvvələrinin sərt represiyaları davam etməkdə idi. Etiraz nümayişləri universitetlərə və məktəblərə yayıldı. Tələbələrdən həlak olan və yaralan oldu. Nəticədə Mənuçehr İqbal 1339-cu il sşəhrivər ayının   6-da istefa verdi. Həmin il şəhrivərin 30-da isə Cəfər Şərif İmami baş nazir təyin edildi. Böhranı idarə etmək üçün Şərif İmami müxalifətlə, xüsusən də gənclərlə yumşalma habelə və güzəştəgetmə siyasəti yürüdərək, özünü ABŞ və İngiltərədən daha çox Avropa ölkələrinə, o cümlədən Almaniya meylli olmasını göstərməyə başladıirdi. bəzi daxili opponentlər ölkə idi. Bu siyasət Sovet İttifaqı və ölkənin bəzi daxili müxalifəti tərəfindən bəyənildi. Almaniya da bunu qiymətləndirərək, ondan (Almaniya) lazım olan malılları ala bilməsi üçün İrana külli miqdarda kredit verdi. Bu arada ABŞ seçkilərində böyük bir hadisə baş verirdi, şah və Saray adamları ABŞ seçkilərində nəzərdə tutduqları namizəd olan Niksonu hər vasitə ilə dəstəkləyirdilər. Əksinə bir müddət İranın Vaşinqtondakı səfiri olmuş, şahın bəzi müxalifləri, o cümlədən 28 Mordad çevrilişinə qarşı olanlar tərəfindən dəstəklənən Əli Əmini “Kennedi”nin qələbəsinə ümid edirdi. Kennedi ABŞ-da başqa bir siyasəti  başqa bir siyasəti yürütməyi düşünürdü və onu “Sülh İstrategiya” adlı kitabında bəyan etmişdi. Kennedi yazmışdı:

  • “ Biz millətləri gücləndirmək əvəzinə rejimləri gücləndirdik. Gələcəyimizi populyar olmayan və devrilməsi mümkün olan, lakin kommunizm ilə düşmənlik edən rejimlərə tapşırdıq. Dünyanın ən qüdrətli gücü nə kommunizm, nə kapitalizm, nə hidrogen bombaları və nə də idarə olunan raketlərdir. Əksinə, bəşəriyyətin azadlıq və müstəqillik içində əbədi yaşamaq arzusudur.”

Kennedi bu çıxışı şahı və tərəfdarlarını çox narahat eedirdi. Eyni zamanda İran ictimaiyyətinin ruhsuz, məyus və ümidsiz bədəninə yeni nəfəs verirdi.

Uzun fasilədən sonra İkinci Milli Cəbhə siyasi səhnəyə qədəm qoydu. Əli Əmini ABŞ seçkilərində Kennedinin qələbəsi ilə fürsətdən istifadə edərək siyasi fəaliyyətini və görüşlərini sürətləndirməklə  şahı, onu hökumət başçısı təyin  etməyə məcbur etdi.

Bir müddət Dini mədrəsədə oxumuş, ali təhsilli iqtisad elmləri doktoru olan “Müzəffərəddin şah Qacar”ın nəvəsi Əli Əminiyə ABŞ və bəzi daxili qüvvələr tərəfindən yaşıl işıq yandırıldı üçün hökumət rəhbərliyinə yiyələnir. İLk fürsətdə iyirminci Milli Şura Məclisi ləğv oldu. 28nMordad çevrilişindən sonra yüksək vəzifələrdə çalışan ordu rəhbərləri, o cümlədən Ələvi Moqadam, general Zərğam və ordunun ikinci idarəsinin rəisi general-mayor Hac Əli Kia həbs olundu və bu isə ölkədə böyük hay-küyə səbəb oldu.

Əmin ölkənin tanınmiş şəxsiyyətləri ilə öz dövlətini qurdu. O cümlədən ədliyyə nazirliyinə Nurətdin Ələmuti, Torpaq islahatına Həsən Ərsəncanı və təcrübəli müəlim kimi Məhəmməd Dirəxşişi dövlət vəzifəsinə təyin edildilər. , Ədliyyə Naziri olaraq Ələmuti korrupsiya ilə mübarizə də şah Sarayı məmurlarını da məhkəməyə çağırdı. Eyni zamanda, Əmini mətbuat konfransında hökumətin iqtisadi cəhətdən iflasa uğradığını elan etdi və çıxış yolunu iqtisadi qənaətdə görərək xalqı dözümlü olmağa çağırdı. Bu isə, insanların yoxsulluqla mübarizə apardığı və daha çox iqtisadi qənaətə dözə bilmədiyi bir dövrə təsadüf edirdi. Bu iqtisadi siyasətin həyata keçirilməsi ilə cəmiyyət yenidən qaynayırdı, ayağa qalxmağa hazırlaşırdı, bu üzdən də İkinci Milli Cəbhə o dalğaya minmək istəyirdi. Bununla əlaqədar o, Tehranın Cəlaliyyə məntəqəsində xalqla həmrəylik nümayiş etdirmək üçün nümayişlər keçirdi. İlk dəfə “Mosəddiq”in adı və şəkli təkrar eşidilib, göründü. Vəziyyəti nəzarətdə saxlamaq üçün Əmini “Nəsiri” polis irasəsininrəisi təyin etdi. Ona Milli Cəbhənin fəaliyyətinə nəzarət etməyi, lazım gəldikdə son qoymağı əmr etdi. Nəsiri etirazları yatırıb və xalqa qarşı repressiyaları artırdı. Bu arada Mehdi Bazarqan və Taliqani kimi şəxslərdən ibarət Milli Cəbhənin dini qruplaşması ruhanilərlə daha da yaxınlaşdı. Mövqeyindən və gələcəyindən narahat olan şah ölkədə sosial, struktur və iqtisadi dəyişikliklər yarada biləcəyini nümayiş etdirmək üçün ABŞ-a səfər etdi. Şahın ABŞ-a səfəri Əmininin İranda torpaq islahatı siyasəti apardığı bir vaxtda baş verirdi. Eyni zamanda, torpaq islahatının əleyhdarları bunun qarşısını almaq üçün bütün vasitələrdən istifadə edirdilər. Özünü torpaq islahatına qarşı göstərən və sabotaj edən Teymur Bəxtiyar ölkəni tərk etməyə məcbur oldu. Şah ABŞ-da olarkən başa düşdü ki, Birləşmiş Ştatlar torpaq məsələlərini araşdırmaq üçün çoxdan öz mütəxəssislərini İrana göndərmiş və bu rabitədə onlar geniş hesabatlartəqdim etmişlər. Bununla əlaqədar olaraq, kənd təsərrüfatı və suvarma sahəsində ekspert olan “William Warren” komandası İranın kəndlərinə səfər edərək dördüncü prinsipdən istifadə etməklə torpaq islahatının necə inkişaf etdiriləcəyi araşdırıb. Əlavə olaraq qeyd etməliyik ki, hakim Uilyam Duqlas Azərbaycan Milli Hökumətinsüqutundan sonra Azərbaycanda torpaq islahatı və onun nəticələrini öyrənmək üçün bölgəyə getmişdir. Uilyam Duqlas bir müddət Qavamı təmsil edən Əmini ilə dəfələrlə görüşmüşdü. Duqlas öz müşahidələrini "Mehriban əhalisi ilə Mözüzələr Ölkəsi" adlı kitabında toplayaraq İranın struktur və sosial dəyişikliklərə ehtiyacı olduğunu irəli sürmüşb. Əvvəllər bu struktur dəyişikliklərinin əsasını Azərbaycan Demokrat Firqəsi və milli hökumət qoymuşdur. Ona görə də milli hökumət və onun lideri olan Pişəvərinin Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bütün bu təbliğat və xalqa amansız tutulan divandan sonra Azərbaycanda azad seçki keçirilsə, yenə də Pişəvəri çox yüksək səslə qalib gələcək. Pişəvəri başda olmaqla milli hökumət tezliklə kəndlilərin özlərinin iştirakı ilə onlar arasında püşk ataraq torpaq islahatına başladı. Dövlət və qaçaq Azərbaycandan qaçmış mükədarların  torpaqları ilə bərabər, ailə üzvlərinin sayına görə o torpaqlarda işləyən kəndlilər arasında bölündü. Milli hökumət heç vaxt Azərbaycanda qalan smülkədarların mal və mülklərinə toxunmadı. Yalnız məhsuldan kəndlilərin payı artırdı.

Şah ABŞ-dan qayıtdıqdan sonra ölkədə torpaq islahatının tərəfdarlarından birinə çevrildi. O, sosial və iqtisadi quruluşu dəyişdirmək üçün başqa amilləri də əlavə etməklə “Şah və Millətin İnqilabı” adlı referendum keçirərək onun həyata keçirilməsi sürətləndirdi. Demək olar ki, 28 Mordad çevrilişindən sonra iqtisadi və hərbi sahənin inkişafi üçün çoxlu səylər görüldü. Neft ixracı, ABŞ-ın iqtisadi və hərbi yardımı idxal imkanlarını artırdı, o cümlədən Bağdad (Sento) hərbi paktı İranı ABŞ siyasətlərini dəstəkləyən ölkələrdən biriə çevirdi. 1334-1340-cı(1955-1956) illər arasında hərbi xərclərə ölkə büdcəsinin 40%-ni sərf oldu. Büdcə kəsiri, inflyasiya və iqtisadi tənəzzül nəticəsində ölkənin qızıl-valyuta ehtiyatları 1337-ci(1958) ildəki 189 milyon dollardan 1339-cu(1960) ildə 70 milyon dollara qədər azaldı. Bu arada büdcə kəsiri, inflyasiya, qızıl-valyuta ehtiyatlarının azalması tədiyyə balansının kəsiri, xarici ticarət kəsiri, dövlətin banklara borcunun və xarici kreditlərin artmasına səbəb oldu. Neft gəlirlərinin artmasına baxmayaraq, hökumət ciddi sosial- iqtisadi problemlərlə üzləşdi və növbəti dəfə kütləvi üsyanlara zəmin yarandı. (İbrahim Rəzzaqi, İran iqtisadiyyatı, səh.)

Bu dövrdə bir tərəfdən ümidsizlik, digər tərəfdən isə ictimaiyyəti sosial gərginlik və gizli qəzəb bürümüşdü. Zəhmətkeş habelə yoxsul kütlələr yenidən səhnəyə çıxaraq müxtəlif yollarla 28 Mordad dövlət çevrilişinə qarşı olduqlarını nümayiş etdirirdilər. Bu məzlum insanları təşkilatlandırmağa qadir olan mütərəqqi qüvvələrin və siyasi partiyaların yer boş idi. Onlar repressiya, həbs və edamdan sonra ya susdurulmuş ya da mühacirət etməyə məcbur olmuşdular. Nəticə etibarı ilə hər hansı iqtisadi, sosial, struktur və kənd mülkiyyətində dəyişikliklərə qarşı çıxan iri mülkədarlarla sıx əməkdaşlıq edən mürtəce qüvvələr bu siyası güçünün olmadığından istifadə etdərək meydana çıxıb və özlərini göstərməkdə idilər. Onlar yalanlar yaymaqla zəhmətkeş kütlələr arasında mövqelərini möhkəmləndirməkdə idilər.

İran İctimaiyyəti dəyişiklik astanasında yanarkən, ənənə ilə müasirliyin toqquşması əvvəlkindən daha sürətlə davam etməkde idi. Sosial gərginlik isə artmağa davam edirdi. İran Tudə Partiyasının mühacirətdəki üzvləri(mərkəzi komitə və sayir üzvlər) Azərbaycan Sosialist Respublikasında yerləşən Azərbaycan Demokrat Firqəsi üzvləri ilə birləşmək üçün gərgin və bəzən də ağır danışıqları davam etdirirdilər.  Birlik(vəhdət) Layihəsi partiyanın dördüncü böyük plenumundan başlamış və hələ də davam edirdi. Partiyanın beşinci və altıncı plenumlarında da bu məsələyə baxılmışdı. Partiya plenumlarında MK-nın bəzi üzvləri şəxsi, qrup və partiya hesablaşmalarını aparmaq üçün bəzən firqə üzvlərini günahlandırırdılar. Bəzən də həmişə olduğu kimi, firqənin mərkəzi kadrlarına yuxarıdan aşağı və təhqir gözü ilə baxırdılar. Onların Azərbaycan Demokrat firqəsinə, onun Azərbayca və mühacirətdəki fəaliyyətinə bu davranışları eqoizm, təkəbbür və daxili müxalifətdən irəli gəlirdi. Bu ədalətsiz rəftar firqənin rəhbər üzvlərini çox incidirdi. Çünki bu insanlar fədakarlıqla milli hökuməti qurmuş, bir il idarə etmiş və Azərbaycanda əbədi xatirələr qoymuşdular. Firqənin hərbi kadrları da cani-dildən vuruşaraq yaxşı hərbi təcrübə qazandıqları üçün onların bu yuxarıdan aşağı baxmalarını özlərinə sığışdıra bilməyərək, bu davranışları qəbul etmirdilər. Üstəlik, bəzi firqə üzvləri illərdən bəri belə qənaətə gəlimişdilər ki, ölkədə demokratiya və sosial dinamizm qarşısında əsas maneələrdən biri mərkəzçilik siyasətidir. İqtisadi, siyasi və hərbi gücün tiraniyanı mərkəzdə cəmləşməsi istibdadı gücləndirir.

  İstibdaddan çıxış yolu hakimiyyətin bölünməsi habelə xalq və ətrafın nəzarətində olmasıdır. Ona görə də təşkilati birliyə ehtiyac yoxdur.Vahid cəbhə yaradaraq onun tərkibində mütərəqqi qüvvələri toplamaq, konkret məqsədlərə nail olmaq olar. Partiyanın Mərkəzi Komitəsində firqə üzvlərinin sayı və Azərbaycan Demokrat Firqəsinin adının qorunub saxlanması ilə bağlı keçirilən bir neçə plenumda qızğın mübahisələr və bəzən də vuruşma ilə müşayiət olunaraq davam etdi. Firqə üzvləri Azərbaycan Demokrat Firqəsinin adının silinməsi ilə qəti şəkildə müxalifət edirdilər.

Bununla əlaqədar olaraq “Mirqasım Çeşmazar” firqət başçısı kimi 1957-ci ilin sentyabr ayında (1336) bu məzmunda bir məktub dərc etdi:

  • “ Bu bir həqiqətdir ki, İran hökumətinin ərazisində vahid dövlət var, lakin bu ərazi tək bir məmləkət deyil, İran hakimiyyətinin tabeliyindəki ərazidə Azərbaycan və Kürdüstan da zorla birləşdirilmişdir. Bu ölkədə yaşayan xalqların siyasi və vətəndaş hüquqları Farsın hakim millətçi dairələri tərəfindən tapdalanır və onların milli varlığı inkar edilir... Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin Plenumu İran Tudə Partiyası Mərkəzi Komitəsinin Azərbaycan Demokrat Firqəsinin ləğvi istiqamətindəki hərəkətlərinə qəti etiraz edir... (Babək Əmir Xosrəvinin siyasi bioqrafiyasından sitat, səh. 219). )

Partiya və firqənin birləşdirilməsi cəhdləri 7-ci geniş plenuma qədər davam etdi. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsində bir çox müzakirələrdən və dəyişikliklərdən və Çeşmazərin yerinə “Qulam Yəhya Danişyan”ın oturmasından sonra birlik(vəhdət) konfransı yaradıldı. Hətta o Plenumda Qrup və fərdi mübarizələr, və qızğın mübahisələr davam etdi....

Ardı var

 Haşiyə(alt) yazı: 28 Mordad çevrilişi İran ictimaiyyətinin peykərində dərin yara açdı. Günəş iliinin 20-ci onilliyinin  əvvəllərində başlayan bədii, intellektual, nəzəri dinamizm və çiçəklənmə uğursuzluğa düçar oldu. Bununsəbəbində  ictimaiyyətdə depressiya və ümidsizlik hakim oldu. İnsan ümidləri, arzuları hazadliqsevər hayqırtırarlabirlikdə susturularaq , bəzən də piçıltılara yolaçdı. Bu vəziyyəti  şair və natiqlər simvolizm və metafora ilə ifadə etmişlər.(Nima Yoşic) Biz burada kiçik bir hissəyə müraciət edirik.

Şamlu 1333-cü ildə Təbriz zəhmətkeşlərindən olan "Vartan Salaxanyan"ı vəsf edərək "Vartan" poemasını bəstələyir.

Zəhmətkeş, İran Tudə Partiyasının üzvü Vartan Tehranda çevriliş cəlladları tərəfindən vəhşicəsinə qətlə yetirildi.

 

Yaz gülüb, bənövşə çiçək açdı

Evdə, pəncərə altında köhnə jasmin çiçək açdı

Düşünməyi burax

Mənfur ölümlə çarpışma,

Yazda xüsusən, varlıq yoxluqdan daha gözəldir.

Wartan danışmadı,

Başıucalıqla, qəzəbli dişlərini yorğun ciyərinə basıb getdi

Vartan bir söz söylə,

Səssiz toyuq, beyzə yuvasında cücə ağır ölümlə çarpışır.

Wartan danışmadı

Wartan bir ulduz idi

Bir anlığa o, bu zülmdə parılayıb getdi ...

 

Şamlu başqa bir şeirində o uğursuz illəri xatırlayır və deyir:

Yaman il, külək ili, göz yaşı ili, şübhə ili

Uzun günlər və dözümsüzlük illəri

Qürurun yalvardığı il

Alçaq ili, ağrı ili

O, il Purinin göz yaşları ili

Mürtəza Qanı ili

Kəbisə ili,....

 

Yeni şeir banisi Nima Yoşc “Geçə” şeirində deyir:

 

Gecədir, bir gecə torpaq dəmlənib

Üzün solub rəngi.

Gecədir, sanki şişmiş isti bədən  durub havada,

Həm də, bu səbəbdəndir itmiş yolunu görə bilmirsə əgər.

 

Siavəş Kəsrai o acı günləri təsvir edən “Payız” şeirini yazır:

Zamanın və ilin qaçışında payız keçir,

Sənin səhər sinəndə qan lenti

Asdılar

Ümidlərimizin minillik ətri

Qırmızı boya ilə tökdü quru torpağa ...

Məşhur şair Sayə(Huşang İbtihac) "Keyvan"ın matəmində yazır:

Biz atəş soyundanıq!

Uzun günəşlə əkiz, amma

Qara kül taleyi ilə!

Bir ömür ədalətsiz ocaqda yandıq

O, alov kimi söndü

 Mən küllə qaldım

Keyvan ulduz oldu

Ta ki, bu kədərli gecə çağında

Parlaq ümidi

Bizimlə saxlasın

Mən bütün bu yəlda gecəsi

Özümün yorğun ümidli əlini

Qoydum onun parlaq əlinə...

 

“Əxəvan Salis” “Qış” şeirində təcridi qələmə alaraq deyir:

 

Sağlamlığın istəmirlər cavabladı,

Başlar qotuqdadır,

Kimsə yoldaşlarla görüşməyə, cavab verməyə  cəsarət etmədi

Göz, ayaq altından uzuğı görə bilmir

O yol sürüşkən və qaranlıqdır

Kimsəyə gər məhəbbət əlini uzadarsan

İstəmədən qoltuğundan çıxarar əlini

Şaxta yandırır, qovurur...

 

Şəhriyar, Nadir Nadirpur, Firidun Təvəlli, Nüsrət Rahmani, Zöhri və Manuchehr Ataşi kimi digər şair və sənətkarlar da bu qaranlıq və şiddətli günlər haqqında şeirlər yazmışlar...

 

 

Go Back

Comment