Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

21 AZƏR HƏRƏKATININ FƏDAİLƏRİ MƏHƏMMƏDƏMİN AZADVƏTƏN

21 AZƏR HƏRƏKATININ FƏDAİLƏRİ

MƏHƏMMƏDƏMİN AZADVƏTƏN

Məhəmmədəmin Azadvətən Urmiyənin Nazlıçay mahalındandır.O, əvvəllər qədim üsulda, sonra Urmiyə şəhərində ibtidai məktəbi oxumağa başlamış, lakin öz təhsilini axıra qədər davam etdirə bilmir.Bir çox cavanlar kimi Məhəmmədəmin də iqtisadi çətinliklər üzündən təhsildən məhrum idilər.O,hələ cavan ikən ictimai mübarizə meydanına qədəm qoymuş, Rza xanın xalqın mənafeyinə zidd siyasətini və məqsədini əhali içərisində ifşa etmişdir.1933- cü ildə (1312) Urmiya qoşun fərmandehi tərəfindən tutulub bir müddət Urmiyada həbsxanada saxlanıldıqdan sonra ömürlük olaraq Zəncana sürgün olunmuşdur.Zəncanın nəzmiyyə idarəsi və fərmandarlığı Azadvətənin siyasi fəaliyyətinin qarşısını almaq, onu nəzarət altında saxlamaq məqsədilə Zəncan bələdiyyə idarəsində süpürgəçilərin başçısı vəzifəsinə işə qəbul etmişdir.Zəncanda 8 il sürgündə qaldığı zaman iş yoldaşlarından və sürgündə olanlardan əlavə bir çoxların hörmət və məhəbbətini qazanmış, onları öz mütərəqqi fikirlərinə cəlb edə bilmişdir.1940 - cı ilin payızında (1319) , o, siyasi fəaliyyət üstündə yenidən zindana düşür.Onu dörd ay Zəncan nəzmiyyəsində saxladıqdan sonra Tehranın "Qəsri - Qacar" zindanına göndərirlər.1941 - ci ildə (1320) Rza xan diktatorluğunun yıxılması ilə İran xalqlarının həyatında yeni bir dövr başlanmış olur.İllər boyu zindan və sürgünlərdə qalmış vətənpərəstlər azad olurlar.Bu zaman Azadvətən də başqaları kimi azad olub, Zəncana qayıdır.O, Zəncanda İran Xalq Partiyasının təşkilatlarının yaranıb genişlənməsində görkəmli xidmətlər edir və az bir zamanda göstərdiyi fəaliyyəti nəzərə alınaraq partiyanın Mərkəzi Komitəsi tərəfindən təqdirnamə almağa müvəffəq olur.

1943 - cü ilin (1322) axırlarında Azadvətən öz doğma şəhəri Urmiyəyə gələrək burada da İran Xalq Partiyasının yaradılmasında və möhkəm - ləndirilməsində fəal iştirak edir, Urmiyə şəhərinin komitə sədri seçilir.Bu zaman məşhur cani sərhəng Zəngənə Urmiyənin fərmandehi idi.İstər ordu daxilindı, istərsə başqa dövlət idarələrində zəhmətkeşlərin hüququna, onların azadlığına qarşı hazırlanan hər bir qanunsuzluqlar vaxtında təşkilat tərəfindən ifşa olunurdu.

1945 - ci ildə (1324) Azərbaycan Demokrat Firqəsinin təşkilindən sonra Urmiyə komitəsində fəaliyyətini davam etdirərək firqənin şüarlarını, məramnamə və məqsədini kütlələrə izah etməkdə var qüvvəsini sərf edir.Öz hərarətli nitqləri ilə, kəskin məntiqi ilə Azərbaycan Demokrat Firqəsininin bayrağı altında 21Azər hərəkatının hazırlıq işlərində unudulmaz işlər görür.Azərbaycan Demokrat Firqəsinin birinci qurultayında nümayəndə kimi iştirak etmiş və Mərkəzi Komitənin üzvü seçilmişdir.Milli Məclis nümayəndəsi seçilmiş və Milli Hökumət dövründı" 21 Azər" medalı ilə təltif edilmişdir.1946 - cı ildə (1325) şah ordusu Azərbaycana basqın etdikdə xain Tehran hökuməti tərəfindən tutulub.Əhməd Qəvam hökumətinin rəsmi məmurlarl onu həmkarlığa, illər boyu mətanət və sədaqətlə addımladığı yolun əks istiqamətində hərəkət etməsinə, dəvət etdikdə"çinar ağacı sınar, lakin əyilməz" demişdir.Alçaq düşmən Azadvətənin qarşıdında ya ölüm, ya məsləkə qarşı çıxmaq məsələsinu qoymuşdur.Azadvətən mərdlik və şərafətlə yaşadığı kimi, azadlıq uğrunda ölümü də şərəf və mərdliklə qarşılamışdır.Azərbaycan xalqının mübariz oğlu Azərbaycan Demokrat Firqəsinun milli hərəkatının görkəmli xadimi fiziki cəhətdən sındısa, mənəvi cəhətdən yaşayır və yaşayacaqdır.O, sağ ikən öz şüurlu fəaliyyəti ilə Azərbaycan xalqının hərəkətinə İran xalqlarının azadlıq hərəkatına xidmət etmiş, şəhid olarkən azadlıq yolunun mərd mübarizlər tarixinə qızıl bir səhifə də əlavə etmişdir.

Güləddin İsmayılov

 

 

Go Back

Comment