21 AZƏR ŞƏHİDİ SƏİDXAN TALIŞMİKAYILLI
Səidxan Talışmikayılli Şahsevən tayfasındandır.O, 1291 - ci şəmsi ilində (1912) Muğanda anadan olmuşdur.Uşaqlıq dövründən başlayaraq Səidxan da ata və qardaşları ilə birlikdə maldarlıqla, bəzən də əkinçiliklə məşğulolur.Səidxanın ata və qardaşları Muğanda yaşadıqları dövrlərdə dövlətin, xanların, bəylərin təhmil etdikləri ağır vergilərə, cürbəcür ədalətsizliklərə dözmür, öz ana yurdlarını tərk etməyə məcbur olurlar.Səidxan bir müddətdən sonra ailəsi ilə birlikdə yenidən öz doğma elinə qayıdır.Muğan mahalının Poladlı kəndində yaşayır və yenə də əkinçiliklə məşğul olur.Rza xan istibdadı dövründə Səidxan yerli bəylərin və jandarm məmurlarının xalqa etdikləri zülmə və özünün başına gələn sitəmlərə dözmür və nəhayət, o da narazı kəndlilərin sırasına qoşulur.
Səidxan 1322 - ci ildə (1943) Biləsuvarda Hizbe Tudə İranın təşkilatına daxil olur.O, Muğanın Poladlı kəndində, ümumiyyətlə, həmin mahalda köçəri tayfaları içərisində hizbin məramnamə və nizamnaməsinin izahına çalışır və zəhmətkeş kütlələri irticaya qarşı mübarizədə birləşməyə dəvət edir.
1324 - cü ildə (1945) Azərbaycan Demokrat Firqəsi yarandıqda Səidxan da Biləsuvarda firqəyə daxil olur və ona tapşırılan firqəvi vəzifələri ləyaqətlə icra etməyə çalışır.Onun xalq işinə sədaqəti, xidmətləri nəzərə alınaraq Biləsuvar komitəsinin üzvü seçilir. Eyni zamanda o yaşadığı kəndin də firqə hövzəsinin sədri idi.O, bilik və bacarığını da, evini də təşkilatın ixtiyarına vermişdi.
Milli hərəkat zamanı Səidxan da əldə silah fədailərlə birlikdə jandarm və dövlət qoşunlarının tərksilah olunmasında, Biləsuvarda düşmənlərə qarşı vuruşmalarda fəal iştirak edir.Səidxan istər 21 Azər hərəkatının qələbəsində, istərsə Milli Hökumət dövründə quruculuq şəraitində kənddə Milli Hökumətin islahat tədbirlərinin, xüsusilə torpaq bölgüsü haqqında qərarlarının icra olunmasında fəaliyyəti diqqətəlayiqir.Onun bu xidmətləri nəzərə alınaraq firqə təşkilatı tərəfindən təqdir olunmuş və Milli Məclis tərəfindən " 21 Azər" medalı ilə təltif olunmuşdur.
1325 - ci il (1946) azər ayında xarici imperialistlərin hərbi yardımı ilə şah qoşunları və jandarm qüvvələri xaincəsinə Azərbaycana basqın etdikləri zaman qəddar mürtəce Əliş bəyin terrorçu dəstələri ilə jandarmlar birləşərək Səidxanı və onun bir neçə mübariz yoldaşlarını mühasirəyə alırlar.Onlar, nəhayət, bir qədər vuruşduqdan sonra tutulub Muğanda Talışmikayıllı bəylərindən Böyük bəyin və jandarm rəisinin əmri əsasında Biləsuvar yaxınlığında Ruh kəndi ətrafında güllələnirlər.
Səidxanın əziz xatirəsi onun fədai yoldaşlarının ürəyində yaşayır və yaşayacaqdır.
Təqdim etdi: Güləddin İsmayılov