Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

21 AZƏR ŞƏHİDİ HÜSEYN TƏRAŞİ

21 AZƏR ŞƏHİDİ HÜSEYN TƏRAŞİ

Hüseyn Təraşi Ağamalı oğlu Ərdəbil şəhərinin Hüseyniyyə məhəlləsində zəhmətkeş bir ailədə anadan olmuşdur.Minlərlə digər şəhər zəhmətkeşləri kimi Ağamalı kişi də yaşayış şəraitinin ağırlığı üzündən oğlu Hüseyni oxutdura bilməyir.Ailənin ağır həyat şərsitinə kömək etsin deyə Hüseyn balaca yaşlarından səlmani yanında şagird olmağa məcbur oldu.O, bu dükanda işlərkən Ərdəbilin ətraf kəndlərindən şəhərə axışıb gələnlərdən bir iş tapmaq üçün özlərini oda - gözə vurmasının , şəhər zəhmətkeşlərinin ağır vəziyyətinin dövlət məmurları və xüsusilə ajanların camaata divan tutmasının şahidi olur.Gənc Hüseyn bu ictimai fəlakətlərin kökünü araşdırıb tapılmasında, onda xanlara, bəylərə, xüsusilə quduz dövlət məmurlarına qarşı kin və qəzəb oyanır.Məhz buna görə idi ki, , sonralar onun işlədiyi yerə gəlib - gedən bir sıra azadixahların təsiri altında Hüseyn Təraşi də digər tərəqqipərvər cavanlar kimi , vətəndə höküm sürən aclıq, işsizlik , zülm və ədalətsizliyin səbəblərini aradan qaldırmaq yollları haqqında dərindən düşünməyə başlayır.

1320 - ci ildə ( miladi1941) Rza xan ölkəni tərk etməyə məcbur olduqdan sonra yaranmış olan Hizbe Tudə İran mütərəqqi qüvvvələri irtica və imperializm əleyhinə mübarizədə birləşərək, ölkənin başqa şəhər, qəsəbə və kəndlərində olduğu kimi Ərdəbildə də 1321 - ci ildə (1942) hizbin təşkilatları yarandı.Xalqınının məhrumiyyətlərini başa düşən minlərlə qabaqcıl zəhmətkeşlər kumi Hüseyn Təraşi yoldaş da hizbin sıralarına daxil olmaq imkanı əldə etdi.Məhz bu dövrdən etibarən Hüseyn fəal bir təşkilatçı və yaxşı bir təbliğatçı kimi hizbin sıralarında fəaliyyət edərək kəndlərə gedir, zəhmətkeşlər arasında təbliğat və təşviqat işləri aparır və təşkilat tərəfindən verilən bütün məmuriyyətləri ləyaqətlə yerinə yetirir.

Hüseyn Təraşi yoldaş xalqımızın milli azadlıq hərəkatına rəhbərlik edən Azərbaycan Demokrat Firqəsinin sıralarında fəal surətdə iştirak edir.İntizamlı və şüurlu bir firqə üzvü kimi yorulmadan çalışır.O, 21 Azər nəhzətində

(hərəkatında) silah götürüb Ərdəbil şəhərinin azad edilməsində yaxından iştirak edir.Ərdəbil şəhəri qoşun , jandarma və polis qüvvələrindən azad edildikdən sonra şəhid Hüseyn Təraşi Azərbaycan Milli Hökumətinin yaratmış olduğu nəzmiyyə idarəsinin siyasi şöbəsinin əməkdaşı təyin olunur.Hüseyn Təraşi üzərinə qoyulmuş vəzifənin öhdəsindən böyük bir işgüzarlıq və sayıqlıqla gəlir, firqənin və Milli Hökumətin etimadını doğruldur.

Şahənşah qoşunlarının basqınından sonra Hüseyn Təraşi də bir çoxları kimi həbsə alınır.Lakin o, polis məmurlarının ağır işgəncələri müqabilində möhkəm bir iradə ilə müqavimət göstərərək təslim olmur və nəhayət, məhkəmənin hökmü əsasında edama məhkum edilir.Hüseyn Təraşi ölüm ayağında belə iradəsini əldən vermir və tam şücaətlə ölümü qarşılayır.

Özünün şüurlu həyatını azadlıq işinə həsr etmiş Hüseyn Təraşinin xatirəsi xalqımızın ürəyində yaşayacaq, onun xidmətləri həmişə hörmətlə yad ediləcəkdir.

Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment