Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

PİŞƏVƏRİ SİZİNLƏ DANIŞIR


PİŞƏVƏRİ SİZİNLƏ DANIŞIR

(Azərbaycan Demokrat Firqəsinin təşkilatçısı və banisi S C.Pişəvərinin sözlərindən)

"Biz tam mənasilə təşkilat yolu ilə işi qabağa aparmağa müvəffəq olmuşuq. Bu yolda düşünüb tərtib verdiyimiz xalq iclaslarının bu köməyini qeyd etməliyik.Mitinqlər və onlarda toplanan imzalar sübut etdi ki, xalqın ürəyi bizimlədir.İstədiyimiz vaxt ümum millət ayağa qalxıb bizim ardımızca gələcəkdir."

("Azərbaycan" ruznaməsi, nömrə 110, yekşənbə 7 bəhmən 1324 - cü il.)

" Sadə bir surətdə öz evimizi istədiyimiz kmi idarə etmək istəyirik.Buna isə istismar dünyası təhəmmül etmək istəmir.Nə etməli, millətimiz qərinələr boyu təhəmmül etdiyi zülm, əsarət və hərc - mərcdən yorulmuşdur.İndi istəyir o da bütün azad millətlər kimi öz səadətini təmin etmək imkanına malik olsun.... Biz min dəfə təkrar etmişik, istədiklərimiz məmləkətimizin sərhədləri daxilində məhdud olmuşdur.İrandan heç vəchlə ayrılmaq istəmirik və məşrutə üsulunda səmim qəlbdən sədaqətimiz vardır."

(" Azərbaycan" ruznsməsi, nömrə 66, pəncşənbə 8 azər 1324 - cü il.)

"Qoy yerlərdə firqənin birinci bəyannaməsinin başlayıb ta bu günki ümumi iclasların qərarlarına qədər yazılıb müntəşer edilmiş sənədləri hər bir firqə üzvü oxuyub, anlayıb, onun ətrafında məlumat verə bilsin.Bu, firqə içərisində böyük intibah, bəlkə inqilab yaradar."

("Azərbaycan" ruznaməsi", nömrə 110, yekşənbə 7 bəhmən 1324 - cü il.)

"Firqə təbliğatının qüvvətləndirilməsi lazımdır. Hər bir firqə üzvü gərək firqəmizin tarixi və onun şüarları və qabağında duran vəzifələrlə dərindən aşna olsun, firqənin hədəf və məqsədini anlasın."

("Azərbaycan" ruznaməsi,nömrə 110, yekşənbə 7 bəhmən 1324 - cü il.)

"Azərbaycan xalqı özünün qüdrətini milli birlik və milli azadlıqda tapmışdır.

İnda Azərbaycan milli bir ölkədir.Onun qəhrəman xalqı özünü idarə etməyə layiq olduğunu bütün dünyaya isbat etmişdir."

("Azərbaycsn" ruznaməsi, nömrə 109, 4 bəhmən 1324 - cü il.)

"Mən Azərbaycan Demokrat Firqəsinin bir üzvüyəm və arzu edirəm xalqımızın nəhzəti firqəmizin adına tamam olsun və mən də firqənin böyük adı ilə iftixar edim."

("Azərbaycan" ruznaməsi, nömrə 109, pəncşənbə 4 bəhmən 1324 - cü il.)

S.C.Pişəvərinin firqə haqqında dediyi sözlərindən

""Ahənin qələlər, yıxılmaz səngərlərin hamısından möhkəm xalqın ürəyidir.Ürəkləri fəth edən qüvvənin müqabilində heç bir qələ müqavimət edə bilməz.Firqəmiz xalqın ürəyini fəth etmişdir."

("Azərbaycan" ruznamısi, nömrə 69, düşənbə 12 azər 1324 - cü il.)

"Bizim firqə təşkilatımız həmfikir, həmməslək və həməqidə adamlardan təşkil olunmişdur.Biz firqəmizin birinci konqrəsində çox açıq və sadə dil ilə demişik : firqə bir müqəddəs və bir hədəf təqib edənlərin təşkilatıdır. Onun məram və nizamını qəbul edə bilməyənlər buyurub gedə bilərlər. Biz kimsəni ikrah və güc ilə firqəyə çəkmək fikrində deyilik.Bu sadə və təbii siyasət nəticəsində firqəmiz gündən - günə möhkəmləşib mətin bə möhkəm qədəmlər ilə irəli gedir."

("Azərbaycan" ruznaməsi, nömrə 47, seşənbə 15 aban 1324 - cü il.)

"Min illərlə tarixə malik olan İran dövlətinin arxasında bu gün on min nəfər tapmaq olmaz.Cavan firqəmiz isə başını ucaldıb, iftixar ilə deyə bilər ki, bu gün onun arxasında milyonlar ilə kişi və qadınlar qan töküb ölüb - öldürməyə iftixar ilə hazırdırlar."

("Azərbaycan" ruznaməsi, nömrə 74, yekşənbə 18 azər 1324 - cü il.)

"Firqəmiz bir millətə rəhbərlik edir.Ona hər bir işdən əvvəl dəmir kimi möhkəm intizam lazımdır.Firqə dəsturunu pozanlar ilə amansız bir surətdə rəftar edilməlidir..."

("Azərbaycan" ruznaməsi, nömrə 70,seşənbə 13 azər 1324 - cü il.)

"Mən Azərbaycan Demokrat Firqəsinin bir üzvüyəm və arzu edirəm xalqımızın nəhzəti firqəmizin adına tamam olsun və mən də firqəmizin böyük adı ilə iftixar edim."

("Azərbaycan" ruznaməsi, nömrə 109, pəncşənbə 4 bəhmən 1324 - cü

il.)

 

Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment