ŞEYX MƏHƏMMƏD XİYABANİNİN ABİDƏSİNİN
AÇILIŞI MÜNASİBƏTİLƏ
Şeyx Məhəmməd Xiyabani kimi şəxsiyyətlər meydana çıxmaqla xalqın fikrinin və milliyətinin meydana çıxmasını təmin edir.Azərbaycan əgər iftixar edirsə, azərbaycanlılar özləri o iftixaratı təmin edirlər.Sərdari Milli Səttarxan, Bağırxan və Şeyx Məhəmməd Xiyabaninin məşrutə barəsində götürdükləri qədəmlər heç bir vaxt yaddan çıxa bilməz.Hər vaxt Azərbaycanın və Təbrizin adı zikr olunur, onların iftixarlı adı da araya gəlir.Xalq Azərbaycan adına, onlara da etiramla baxır. Biz gərək onların asarın əbədiləşdirək.Xüsusən Şeyx Məhəmməd Xiyabaninin asarı çox qiymətlidir.Səttarxan Sərdari Milli əgər silah gücü ilə Azərbaycanın adını ucaldıb, Şeyxin alimanə nitqlərinin bu xüsusda daha artıq təsiri olub.Şeyx böyük mütəfəkkir idi.Onun nitqlərini oxuyanda insan təzə şeylər öyrənir.Onun sözləri dərin və mənalı idi.Onun nitqlərinin içərisində artıq sözlər çox azdır.Lakin bir çox əməli pişnahadlar vardır.Çox təəssüflə qeyd etmək lazımdır ki, Şeyxin mühiti müsaid deyildi.Azadixahlar o zaman hələ imtahan olunmamışdılar.Şeyx özü iman və əqidə üzərində fəaliyyət göstərdiyi halda, onun yoldaşları içərisində bəzən elə adamlar da tapılırdı ki, onunla işlədiyi halda, ona arxadan zərbə vururdular.Mən fikir edirəm Şeyxin qiyamı hər cür qurtardısa, İranda böyük əhəmiyyətə malikdir.Bizim nehzətimiz onun tamamlayıcısıdır.Şeyx bizim istədiyimizi açıq surətdə meydana ata bilməmişdi.Çünki mühit ona icazə vermirdi." Təcəddüd" ruznaməsinə baxanda bunlar açıq görünür.Şeyx öz nitqlətində Azərbaycanın adını həmişə təkrar etmişdir.
Azərbaycan milləti özünəməxsus bir millətdir.Hətta məşrutənin əvvəlində Müzəffərəddin şah azərbaycanlılara xitabən göndərdiyi teleqramda Azərbaycan milli Əncüməni deyə yazmışdır.Kəstəvi də Azərbaycan nehzəti barəsində müəyyən mənfi fikirlər varsa da, onun yazdığı tarix yaxşı nişan verir ki, Azərbaycan xalqı həqiqətən öz xüsusiyyətlərini həmişə saxlayıb, həqiqətdə də özü bir millətdir. Şeyxin yaşadığı mühit icazə verməyib ki, çox açıq surətdə bunları desin. Şeyxin dedikləri bizim istədiklərimizin müqəddiməsidir.
İndi biz üç böyük simanın yadigarlarını əbədiləşdirmişik.Rəşidlik nəzəri ilə baxsaq, Səttarxan qəhrəman imiş.O düşmən qabağında tədlum olmamışdır.Amma fikir, elm və məlumat nöqteyi - nəzərindən baxsaq, Şeyxin məqamı fövqəlada böyükdür.Sərdar rəçid imiş.Şeyx o xasiyyətlərə malik olduğu halda, bir də onun alimlik məqamı var idi.Şeyx bəlkə də cəngi adam deyildir.Amma tüfəng atanları o təşci edirdi.Şeyx qiyamdan da qabaq məşhur idi. Şeyxin nitqləri böyük şöhrətə malik imiş. Xüsusən məşrutə dövründə məclisdə irticayi cərəyanlar meydana çıxan zaman Şeyx şədid surətdə onun əleyhinə nitq edirdi.Şeyxin nitqi çox qəvi, olduqca məntiqi idi.Demək olar ki, quru bir səhrada bir gülə təsadüf edirsən.Şeyx də o cür güllərdən idi.Bu nehzət Şeyx və onun ətrafında olan əşxasa münhəsir idi. Şeyx o zaman ətrafındakılara etimad edə bilmirdi.Çünki xainlər var idi və meydana çıxdı.Xüsusən Rza xan iş başına gəldikdən sonra bu məsələ daha artıq məlum oldu.
Dediyim kimi; Şeyx quru çöldə bitən gülə bənzıyirdi. Şeyxin nitqlərinin tamam məfhumunu o mühitdə başa düşən çox az idi.Şeyx özü də bunu hiss edirdi.O nitqlərində həmişə birlikdən, inzibatdan, səmimiyyətdən danışırdı.Ondan ötrü ki, onun arxasında duran adamların bir çoxusu inamlı adamlar deyildilər. Şeyxin zamanının nəqslərindən biri də təşkilatsızlıq idi.Düzdür, o vaxt firqə varnimiş, lakin firqə bu mənadakı biz deyirik, o zaman da yox idi. Hökumət başında mürtəcelər dururdular.Bundan əvvəl o nehzətin nəqslərinin biri də hərəkatın fəqət Şeyxin adına deyilməsidir.Şeyx o zaman tək imiş, hər işə özü baxırmış, gələn teleqraflara və namələrə də özü cavab verməyə məcbur idi.Bunun nəticəsində o nehzət tez aradan getdi.Amma əgər qüdrətli bir təşkilat olsaydı, nehzət o tezlikdə aradan getməzdi.
Bir də bunu demək lazımdır ku, Şeyx mürtəcelərə bir az inanırdı.Deyirdi:" Ola bilər ki, hamı, məsələn, Müxbirülsəltənə də demokratdır.Şeyx əgər bunu yaxşı tanısaydı, ola bilərdi ki, bu asanlıqla ölümə getməsin."
Bir də Birinci Dünya müharibəsindən sonra Vüsuqüddövlənin xəyanəti xalqın etimadını təşkilatlardan səlb etdi.
O zamankı demokrat firqəsi iki hissəyə bölünmüşdü.Vüsuqüddövlə bir iddə azadixahları və bir iddə də Seyid Ziya və Məlekül Şüəra Bahar kimi adamları aldatmışdı.Onun nəticəsində bunların əxlaqı fasid olmuşdu.Bəzi işlər də bunların fasid əxlaqının nəticəsi idi.Rza xanın iş üstünə gəlməsinə də səbəb bu olmuşdu.Dediyimiz kimi, xalqın arasına təfriqə salmaqla onların etimadını təşkilatlardan səlb etmişdir.
Bizim nehzətimiz ona görə müvəffəqiyyətlə başa çatdı ki, möhkəm inzibat və onun dissiplini vat.Biz edə bilmişik möhkəm inzibat və xalqa etdiyimiz xidmət sayəsində xalqın etimadını firqəmizə nisbət artıraq.Biz birinci konqresdə qərara gəldik ki, hər kəs firqəyə xəyanət edərsə, edam olunacaqdır.Onun təsiri böyük oldu. Düzdür, cürbəcür xırda işlər olur.Lakin o, aşkara çıxdı.Xalq onunla müxalifət edir və onu ortadan aparır.
Bizim nehzətimizin qabağa getməsinin bir illəti də budur ki, xalqın əfkarın özümüzə ayna qərar vermişik.Xalqın istəyi üzrə rəftar edirik.Şeyxin zamanında altı ay müddətində islahat sahəsində bir qədəm də götürülməmişdir. Azərbaycanın bugünkü demokratik nehzəti keçmişin əksinə olaraq hər dəqiqə əməl tələb edir.
İndi şəhərlərimizin abadlığı sahəsində ciddi iqdamlar olur.Təzə xiyabanlar salınır, yeni binalar tikilir, şəhərlərimizin xiyabanları asfalt olur.Bunun isə abadlıq sahəsində böyük əhəmiyyəti vardır.Beləliklə, şəhərin təmizlik və nəzafəti təmin olunur.Saniyən, təbliğat cəhətcə də böyük əhəmiyyəti vardır. İndi xaricdən gələn siyasi adamlar görüt ku, biz doğrudan - doğruya iş görürük. Onlar görür biz təzə işlərə əncam veririk.
Biz qəhtəmanlarımızın mücəssəməsini qoyuruq, əsərlərini dirildirik.Bununla nişan vermək istəyirik ki, xalq onun yolunda fədakarlıq edənlərin qiymətini bilir.Səttarxan, Bağırxan və Şeyx Məhəmməd Xiyabaninin mücəssəməsini qoymaq xalqı təşviq edir və onlarda azadıq və vətənpərvərlik hissi vücuda gətirir.Məşrutə nehzətindən bu tərəfə Dəvəçi məhəlləsinə mürtəce məhəlləsi deyirlər.Amma bu düzgün deyildir.Oraya təvəccöh olmamışdır.Bir yer öz - özünə mürtəce ola bilməz, o da ki, Dəvəçi kimi bir kasıb məhəllə.Biz indi Dəvəçidə məktəb tikdiririk.İndi bizim tikdirməkdə olduğumuz yeni məktəbə gündə səhərdən axşama qədər 500 adam tamaçaya durur, artıq əlaqə nişan verir. Çünki, yaxın gələcəkdə orada onların övladı oxuyacaq.Xalq bunu görür, firqəmizə inanır və bizim dalımızca gəlir.Bizim kəndlərdə olan islahat da Şeyxin zamanlarında olmayıbdır.
Bir də Şeyx nitq edən zaman xalq onun başına yığılıb ehsasat nişan vermişlər və Şeyx də ona inanırmış.Amma ehsasat ani olaraq evlərinə getdikdən sonra xamuş olub aradan gedirmiş.
Gərək xalqa azadlıq ruhiyyəsi bə ehsasatını oyatmaq və qüvvətləndirmək,bunun üçün şərait və mühit yaratmaq və xalqın ehsasatından istifadə etmək,bunun üçün də qüvvətli möhkəm təşkilat lazımdır.Elə bir təşkulat ki, onun yaratdığı mühit sabitqədəm və mətin azadixahlar tərbiyə etsin.Lakin o dövrdə belə təşkilat olmadığı üçün belə bir mühit də vücuda gələ bilməmişdi.
Bunlar Şeyxin böyük şəxsiyyətini əksiltmir.Biz bundan ibrət almalıyıq.İndi bizim vəziyyətimiz İranın başqa yerlərindən yaxşıdır.İndi Şirazda, Xuzistanda və cənubun başqa yerlərində bəzi cərəyanlar gedir.Biz bu xüsusda izhari - əqidə etməyi tez bilirik.Vaxtında firqə öz nəzəriyyəsini izah edəcəkdir.Biz indi ona əminik ki, ağırlığımız İranda hansı tərəfdə olsa, o tərəf aparacaqdır.
Bizim nehzətimiz ilə Xiyabani qiyamının arasında çox fərq vardır.Xiyabani nehzətində xalq münəzzəm bir təşkilatın rəhbərliyi altında mübarizə etmirdi.Lakin indi nehzətimizə möhkəm bir intizama və böyük qüdrətə malik olan Azərbaycan Demokrat Firqəsi rəhbərlik edir.
Firqəmiz əməl göstərməklə xalqın etimadını özünə cəlb etmiş və onu səhih taktik üzrə qabağa aparır.
Xalqımızın azadlıq qəhrəmanlarının mücəssəmə və məqbərələrini onların fədakarlıqlarına layiq bir şəkildə inşa etməklə milli qəhrəmənlarına nisbət vəzifəsini ifa edir.
Bu iş eyni zamanda göstərir ki, xalq və onun azadlığı yolunda fədakarlıq göstətənlər, onun tərəfindən qədirdanlıq olunurlar.
"Azərbaycan" ruznaməsi 1 şənbə günü, 14 mehr 1325 - ci il, No 23 (316), ikinci dövrə.
Təqdim etdi: Güləddin İsmayılov