Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

UNUDULMAZ MÜBARİZ - CƏLİL RASTANİ


UNUDULMAZ MÜBARİZ - CƏLİL RASTANİ

İran xalqlarının imperializm və irtica əleyhinə milli azadlıq hərəkatı mübarizə tariximizin ən mühüm, iftixarlı və həyəcanlı səhifələrini təşkil edir.Bu yolda İran xalqlarının, o cümlədən Azərbaycan xalqının da ən sədaqətli və qorxmaz oğulları öz canlarını qurban verməkdən belə imtina etməmişlər və indi də etmirlər.Onlar İran xalqlarının azadlığı uğrunda vuruşmuşlar və mübarizələr tarixinə öz qanları ilə qızıl səhifələr yazmışlar.Buna görə də azadlıq uğrunda şəhid olanlar xalq tərəfindən heç zaman unudulmur və bu yolda canlarından keçmiş, xalqına və firqəsinə sadiq qalmış şəxslər axtarılıb tapılır və adları əbədiləşdirilir.

Şəhid Cəlil Rastani Cəlil oğlu da belə mübarizlərdən biridir. 1283 - cü ildə (1904) zəhmətkeş ailədə anadan olmuş Cəlil Rastani gənc yaşlarında Salmas şəhərində Rza şahın zülmkatr rejiminə qarşı mübarizlər sırasına qoşulmuş, azadlıq uğrunda mübarizələrdə yetişib bərkimişdir.O, 1319 - cu ildə (1940) ailəsi ilə birlikdə Marağa şəhərinə köçmüş və 1321 - ci ildə (1942) öz taleyini Hizbe Tudə İranın Marağa vilayət təşkilatına daxil olmaqla xalqın azadlıq hərəkatına bağlamışdır.

Cəlil Rastani 1324 - cü ildə (1945) Azərbaycan Demokrat Firqəsinə daxil olur və Marağa şəhər komitəsində heyət üzvü kimi yorulmadan fəaliyyət göstərir və 1324 - cü ildə xalqımızın milli azadlıq hərəkatı səlnaməsində mühüm yer tutan 21 Azər nəhzətində ( hərəkatında) yaxından iştirak edir. O, 21 Azər hərəkatının icrasında xain şah rejimi qoşunlarının və irtica qüvvələrinin tərksilah olunmasında fərqlənir. Milli Hökumətin islahat tədbirlərinin həyata keçirilməsi ilə var qüvvəsi ilə fəaliyyət göstərir.Bu səbəbdən də o, Milli Məclis tərəfindən " 21 Azər" medalı ilə təltif edilir.

Azərbaycan Milli Hökuməti Cəlil Rastani yoldaşın bacarıq və işgüzarlığını qiymətləndirərək onu Marağa Vilayət Maliyyə idarəsinin rəis müavini vəzifəsinə təyin edir.O, bu vəzifədə fəal çalışır və Marağa Vilayəti Maliyyə işlərinin nizama salınmasında çox böyük işlər görür.

Beynəlxalq imperializminin , xüsusilə Amerika imperializminin biləvasitə təhrik və köməyi ilə satqın şah rejiminin muzdur qoşunlarının

1325 - ci ilin Azər ayında (1946 - cı il, 12 dekabr) hərəkat əleyhinə, Azərbaycan xalqına qarşı xaincəsinə hücumu təşkil edilir və minlərlə qəhrəman oğul və qızlarımız vəhşicəsinə öldürülür.Bu zaman Cəlil Rastani Marağadan çıxaraq gizli şəkildə Təbriz şəhərinə gəlir.Lakin az müddətdən sonra şahpərəst ünsürlər tərəfindən tanınaraq ələ keçir və şəhrdari meydanında Azər ayının 22 - də (13 dekabr)

mühakiməsiz güllələnir.

Şəhid Cəlil Rastaninin əziz xatirəsi heç vaxt unudulmayacaq və xalqımızın şanlı milli azadlıq hərəkatı tarixində həmişəlik hörmətlə yad ediləcəkdir.

Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment