Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

ASTARALI YURDDAŞIM

 

 

 

 

 

 

 

 

 

ASTARALI YURDDAŞIM

Azərbaycan Demokratik Firqəsinin tanınmış simalarından sayılan,Milli Hökumətin Baş Prokuroru olmuş,ömrünün gənc
yaşlarında mənfur şah rejimi tərəfindən ölüm hökmünə məhkum edilərək dar ağacından asılaraq edam olunmuş Güneyli Astaralı
yurddaşımız Firudin İbrahiminin əziz xatirəsinə ithaf olunmuşdur

ASTARALI YURDDAŞIM

Şanlı zəfər tarixindir İyirmi bir Azərin,
Əlamətdar hadisədir bu Müsəlman Şərqinin,
Millətinin zəfəridir,vəhdətidir nəhzətin,
Milli azadlıq yolunda şanlı bir səhifədir,
İyirminci yüzilliyə layiqli bir töhfədir.

Toparladın var gücünü vətənin dar günündə,
Yenilmədin,baş əymədin mənfur rejim önündə,
Həyatını qurban verdin azadlıq dönəmində,
Sinə gərdin düşməninə,ruhlandırdın xalqını,
Durdun xalqınla birlikdə,sipər etdin canını.

Unudulmaz zəfər çaldın,qurdun Milli Hökumət,
Vətənimin Güneyində azad,müstəqil dövlət,
Nəhayət, öz arzusuna çatdı,qovuşdu millət,
Mənfur Pəhləvi rejimi yıxdı bu hökuməti,
Ağlasığmaz qəddarlıqla yatırtdı bu nəhzəti.

Ayrı düşdü fədailər,yurdundan,ocağından,
Doğma ana torpağından,Vətənin qucağından,
Dözdü,mətanətlə çıxdı zamanın sınağından,
Sarsılmadı bu olaydan,sönmədi yurd həsrəti,
Əvəzində gündən-günə möhkəmləndi vəhdəti.

Neçə-neçə ölkələrdə yaratdı hövzəsini,
Mətinləşdi fədailər,artırdı qüvvəsini,
Dayanmadı bir an belə,ucaltdı haqq səsini,
Sadiq qaldı öz andına,dözdü çətin sınağa,
Topladı var qüvvəsini,qalxdı,durdu ayağa.

Dalğalandı ümman kimi,göstərdi öz zorunu,
Namərd,xain səltənətin bitirdi o,sonunu,
Əsarətdən xilas etdi doğma,əziz xalqını,
Rahat uyu məzarında,ey Firudin qardaşım,
Torpaqlqrı tən bölünən Astaralı yurddaşım.

Üstün tutdun ölümünü qul kimi yaşamaqdan,
Mühacirtək yad ellərdə,qürbətdə dolaşmaqdan,
Qürur duydun sən şəhidlik adını daşımaqdan,
Yaşayacaq Vətən andın millətinin qəlbində,
Anılacaq şəhid adın qədim Odlar elində.

Ibad  Dadashoghlu

Go Back

Comment