Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi) onüçüncü hissə

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi)

onüçüncü hissə

Dr: Məhəmmədhüseyn Yəyai

Partiya və firqə özəklərində Azərbaycan Demokrat Firqəsinə qarşı müxalifət artmaqda idi və partiya yönümlü gənc zabitlər bunu hər zamankindən daha çox təşviq edirdilər. Halbuki Bakıda və Azərbaycanın digər şəhərlərində mühacirlərin təşkilatlanmasında nisbi sabitlik yaranmışdı, firqə miqrantlarının bir qismi təhsil almağa, digərləri isə işlə başlamışdılar. Partiya mühacirlərinin çoxu Moskva və digər respublikalarda yaşayırdılar, onların vəziyyəti hələ istabil deyildi. Ona görə də  narahat halda öz şəraitlərindən şikayətlənirək firqənin daxili işlərinə müdaxil edirdilər. Bəzən də firqə daxilindəki partiya zabitləri ilə birgə əməkdaşlıq edərək firqənin ləğv olunmasını tələb edirdilər. Bəzi vaxtlar (azlıqda olan) partiya rəhbərliyi tərəfindən dəstəkləndi. Belə davranışlar və çıxışlara qarşı firqə rəhbərliyi reaksiya göstərirdi. Bu üzdəndə firqə rəhbərliyi gərginliyin qarşısını almaq üçün bəzi ekstremistləri (könüllü olaraq) Bakıdan başqa yerə göndərməyə məcbur oldu. Buna baxmayaraq, yenə də Azərbaycan Demokrat Firqəsinə və fəaliyyətinə hücum artmaqda idi. Bəziləri firqəni ləğv etməyə, digərləri partiya ilə onu birləşdirməyə çağırdılar. Bu istiqamətdə birlik zərurətini teorizə etməyə çalışdılar. Onlar Lenin prinsiplərini əsas tutaraq çoxmillətli bir ölkədə fəhlə sinfinin təşkilati birliyinin zəruri olduğunu və onda neçə dəstəlik yaranmamağı xatırlatdırdılar. Görünür, onlar Azərbaycanın o dövrürki sosial və iqtisadi quruluşu ilə elə də tanış deyildilmişlər. Onlar Azərbaycan xalqının 80%-dən çoxunun əkinçi və kəndli mənşəli, qalanlarının kiçik ticarətlə məşğul  olduğunu bilmirdilər. Nəticə etibari ilə bölgədəki fəhlə hərəkatının əsasını təşkil edə bilmədilər. Lakin Azərbaycan Demokrat Firqəsi tam biliklə kəndli hərəkatını şəhər zəhmətkeşləri, xüsusilə də sosial baxımdan yoxsullarla birləşdirən bir təşkilat yaratmışdı....

Zaman ötdükcə firqəyə tənqidin miqyası təkcə artmır, həm də yersiz böhtan, yalan  və ittihamların da sahəsi genişlənməkdə idi. “Rza Rusta” deyirdi: Firqə İran Tudə Partiyasını zəiflədən və məğlub edən amillərdən biri idi. Firqəni “Stalin” yaratdı, “Bağırov” bəslədi və “Pişəvəri” onu həyata keçirib və davam etdi. Firqənin məqsədi İranı parçalamaq idi. Təəssüflə, firqənin məramnamə və nizamnaməsinin müddəaları(12 Şəhrivər müraciətnasi) nəzərə alınmadan belə bir bəyanat onun müxalifləri tərəfindən təkrar olunurdu.

Firidun Kəşavərz firqənin necə qurulduğundan bəhs edir və “İran Tudə Partiyası Mərkəzi Komitəsini İttiham Edirəm” başlıqlı məqaləsində yazır: “deputat toxunulmazlığım olduğuü çüün Partiyanın mərkəzi komitə üzvləri mənim evimə toplanmışdılar. Onlar dedilər; Sadıq Padqan Təbrizdən gəlib və Sizi görmək istəyir. O, ğnəmli bir xəbər gətirmişdir. Günortadan sonra saat 6 idi, bu xəbər və tələskənliyin səbəbini soruşduqda Padqan həyəcanla dedi: Azərbaycan Demokrat Firqəsi sabah mövcudiyyətini elan etdikdə partiyanın Təbrizdə partiyanən əyalət təşkilatı  özünü ləğv edib, ona qoşulacaq. Kəşavər dediyinə görə ( Təbəri, Kambəxş, Qasimi, Fürutən,Boqratı) tərəfindən Sovet Kommunist partiyası və İstalinə etiraz məktubu yazılır. Bu məktub isə cavabsız qalır. Əlbəttə firqə marksist bir təşkilat olmadığı üçün İran Tudə Partiyasına qarşı rəqabətdə deyil, bəlkə bir milli təşkilat olaraq məqsədi Azərbaycanda muxtar bir hölumət yaratmaq idi.(Əmirəli Lahrudi, Xatirələr Və Mülahizələr. S 319). Bu üzdən də firqə İran Tudə Partiyası kimi bütün İrande deyil Azərbaycanda fəaliyyət edirdi. Əlbəttə Bütün İranda demokratiya və azadlığın olmasını istəyirdi. Ona görə də Tudə partiyasının rəhbərliyi firqə ilə müxalifət etmək üçün heç bir səbəbi olmamalı idi və əsasən onunla müxalifət etməməli idi. Hər-halda bir qrup tanınmış partiya üzvləri heç vaxt firqənin Azərbaycanda fəaliyyəti qəbul etmədilər. Həttə mühacirətdə də onun varlığına dözə bilmədilər. Fransa təhsilli İrəc İskəndəri həmişə “Azərbaycan Demokrat Firqəsi nə deməkdir və indi də mövuddur.” sözünü təkrar edirdi. O, Moskovada yaşayarkən firqə haqqında belə yazdı: “... Mən razı olmamağıma baxmayaraq məcbur oldum ki, Sovet ölkəsinə yaşayım.(Bu məcburiyyətin səbəbini yazmır.) Birinci məsələm Azərbaycan Demokrat Firqəai idi. İnanırdım ki, ADF-nin varlığı Leniniz üsuluna uyğun olmadığı üçün partiyaya birləşməlidir. maraqlıdır ki, bir tərəfdən firqənin yaranmasını tənqid edir, digər tərəfdən isə onun partiya ilə birləşməsini istəyir.

İran Tudə Partiyasının tanınmış rəhbərlərindən Fürutən də firqənin yaranmasını qəflətən təşkil olan, ziyanlı və bəd bir hadisə hesab edir.( Əmirəli Lahrudi. Həmin əsər. S 292)Bu da onu göstərir ki, o da partiyanın başqa rəhbərləri kimi Azərbaycan və onun ictimai-siyasi şəraitindən və həmçinin Azərbaycan xalqının fərqədən müdafə etməsindən  lazımı qədər məlumatları olmamışdır. Bu baxımdan da Radməniş işçi partiyasının birliyinə zərər vurulmasın deyə firqənin ləğv olunmasını istəyirdi. Halbuki firqə dəfələrlə hər iki təşkilatın proqram və  hədəflərinin bir-birilə fərqləndiyini söyləyirdi. Üstəlik, partiya rəhbərliyi Tehranın yoxsul və şəhərətrafı ərazilərində (Yaftabad, Türkabad, Yaxshi Abad, Naziabad və s.) yaşayan Azərbaycanın zəhmətkeş kütlələrinə əhəmiyyət vermədi. Çünki, Pişevarinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Tehran rəsmiləri ilə müzakirələr aparmaq üçün Tehrnda olarkən həmin zəhmətkeş kütlə onları piyada və ya velosipedlə qaşlayib və uca səslə deyirdilər: “... aldanmayın! Bunlar hiyləgərdilər! Bizim ümidimiz sizlərsiniz! Bu səbəbdən, düzgün və prinsipial planlaşdırma ilə bu azərbaycanlı işçi və zəhmətkeşlər partiya ilə bir körpü qura bilərdilər. Rza Rustanın “firqə partiyanın zəiflətmək və məğlub etmək amillərindən biri idi” -dediyinin əksi olaraqişçi mühitlərində partiyanın güclənməsinə səbəb olardı. Çünki o zəhmətkeşlərin əksəriyyətinini azərbaycanlılar təşkil edirdi. Savadsızlıq və ya təhsildən məhrum olduqları üçün onlar fars dilini bilməyib və o dil ilə biganə idilər. Əgər onlar ana dillərində təhsil alsaydılar,o zaman partiya və siyasi məfhumları daha yaxşı başa düşünüb, inamlı bir partiya üzvü olardılar. Azərbaycan Demokrat Firqəsi və milli hökumət Azərbaycanda habelə İranda çox dəyərli bir fürsət yaratdıqları üçün İran Tudə Partiyası və Demokratik Qüvvələr tərəfindən müsbət qiymətləndirildikdə İranın hər yerində demokratik əsaslar və qurumlar bərpa oluna bilərdi.

İranda başlayan Azərbaycan Demokrat Firqəsinin yaranmasına dair bu yanlış düşüncə və dəyərləndirmə təəssüf ki, mühacirətdə də davam etdi. Partiya üzvlərinin, xüsusən də gənc zabitlərin Moskvaya gəlişi ilə gücləndi. Bu yanlış baxış Tudə Partiyasının dördüncü plenumunda öz əksini tapdı. Sovet İttifaqında yaşayan partiyanın bəzi gənc zabitləri (Mənsur Hümami, Əmir Yavari, Enayət Rza, Cahangir Fəhmi və s.) partiya rəhbərliyinə göndərdiyi məktubda firqənin Azərbaycan xalqını təmsil etmədiyini və müəyyən bir proqramı həyata keçirmək üçün qurulduğunu habelə bu təşkilat(firqə) müzakirə etməklə ona rəsmiyyət verlməməli sözlərini yazırdılar. (Maraqlı və təəccüb edici burasındadır ki, Qavamüs-səltənə  Azərbaycanın milli hökumətini rəsmiyyətə tanıyaraq onunla danışıqlar apardı, lakin ADF-lə birləşmək istəyən zabitlər onu tanımırdılar.). Onlar firqənin Bakı konfransında Radməniş və Covdətin iştirak etməsinə etiraz edərək onu səhv addım hesab edirdilər. "Humayun Seifpur" adlı partiya zabitlərdən biri yazırdı: "Firqə bir separatçı bir təşkilatdır və bu səbəbdəndə firqə(bölücü-separatçı)  adlandırılmışdır. Onlar İranın bütövlük və istiqlaliyyətinə xəyanət etmişlər. Bir müddət Pişəvərinin müavini olmuş Cahanşahlu ADF-nin varlığını bədnam və rüsvayçı bir təşkilat adlandırır. Tarixin qəribə təzahürlərindən biri budur ki, onların əksəriyyəti illər sonra imperializm mədhiyyəçilərinə çevrilərək partiya və Sovetə qarşı oldular.

Hər-halda 1957-ci il iyul ayının 17-dən avqustun 6-dək, İran Tudə Partiyanın dördüncü geniş plenumu, Mərkəzi Komitənin 15 iştirakı ilə, yəni 9 il sonra Moskva şəhərinin kənarında nisbətən gərgin bir atmosferdə keçirildi. Pelenum başlamadan əvvəl mərkəzi komitənin hər bir üzvü bir platforma, yəni 15 platiforma ilə çıxış etdilər. Bu platformalar xounmaq üçün pelenum iştirakçıları arasında paylandı. Əlbəttə belə qərara alindı ki, bütün sənədlər mütaliə olunduqdan sonra iclasdan kənara çıxarılmamalıdır.

ADF-nin müxaliflərinin olan İran Tudə Partiyasının zabiti Pərviz İktişafı(sonralar o, partiya və Sovetlərə qarşı müxalifətdə olan qruplara qoşulmuşdur) yazır: “... mən pelenumun ilk günündən pelenumun sonunda bütün yaddaşlarımı və  iclas protokollarını iclasdan kənara apararaq gizlədib və Sovetdən xaricə çıxarmağa qərar verdim. Bu işi də yerinə yetirdim.”( Mayor Pərviz İktişafi. Xatirələr. Nəşr edən Həmid Əhmədi. S 155).

Yaxarıdakı sözlərdən belə bir sual ortaya çıxır, İktişafi hansı məqsədlə bu sənədləri xaricə çıxarmaq istəyirdi. O, bu sənədləri Sovetdən xaricə çıxarıb kimlərin və ya hansı orqanların ixtiyarında qoymaq istəyirmiş? Halbuki, onların xaricə şıxarılmaması qəti şəkildə bütün pelenum üzvlərindən tələb olunmuşdu. Pərviz İktişafi sözünə dəvam edərək deyir: “ platformaları hazırlayanlar( mərkəzi komitə üzvləri) tərəfindən oxundu. O platformalarda partiyanın təşkili, 28 mordad çevrilişində onun(patiyanın) mövqeyi, daxili ixtilaflar və başqa məsələlərə işarə olunmuşdu.” O, burada Firidun Kəşavərzin çıxışının bir hissəsinə işarə edir. Yəni O, Firidun Kəşavərz) deyirdi ki, mən ADF və onun bədnam rəhbərləri ilə müxalifətdə idim. “Biz onlarla birləşməliyik”- deyən Kambəxşin cavabında deyirdim: “ .... bu rəhbərlər İrandan zinət əşyaları(cəvahirat) oğurladıqları üçün bədnam və oğrudurlar. Bunlar Astaraya od vurduqları üçün xəyanətkardırlar.”

İndi yuxarıda deyilən əsassız və bəndam sözləri Azərbaycan Milli hərəkatı haqqında İran partiyasının verdiyi dəyərləri müqayisə edək. 1946-ci ilin sentyabr ayının 30 da nəşr olan İran partiyasının 258 saylı Cəbhə adlı orqanınnda belə yazılmışdır: “ Azərbaycan Milli Hərəkatı azadlıqsevər və islahatçı və  mütərəqqi bir hərəkatdır. Azərbaycanda ərazi bölgüsü gedir. Ağır vergilər ləğv olunur. Bütün bu islahatlar Azərbaycan kəndlilərinin həyat şəraitinin yaxşılaşdırılması üçündür. Azərbaycanda bir il müddətində 500 məktəb inşa  edilir. Müxtəlif xəstəxanalar tikilir. Universitet yaradılır. Uşaq bağçaları və ruhi xəştəxanalar inşa olunur. Bu tədbirlər nətiicəsində əhalinin ictimai şüur səviyyəsi yüksəlir. Əhali bütün gücü ilə yolları təmir və küçələri asvalt edir. Azərbaycan xalqının təhlükəsizliyi qoruyur və korrubsiyaya qarşı ağır mübarizə gedir. Azərbaycan Milli Hərəkatının rəhbərləri əski inqilabçı mübrizlərdir. Ümumiyyətlər bu şəxsiyyətlər elm sahibidirlər. Hətta bu hərəkatın düşmənləri belə Pişəvəri, dr.Cavid və Şəbüstəri kimi təmiz və pak insanlar olduqlarına etiraf edirlər. Bunlar heç bir zaman xalqın mal və sərvətinə göz dikməmişlər. Heç vaxt kimsənin haqqını yeməmişlər. Bu səbəbdən də talançılıqla dolu olan İranda 25 il müddətində adsız və yoxsul şəraitdə yaşadılar... Azərbaycan Milli Hərəkatı İranı inkişafa və tərəqqiyə tərəf yönəldirməkdədir. Bu səbəbdən də yarandığı gündən o hərəkatı dəstəkləyərək, Azərbaycanda aparılan islahatların bütün İrana tədbiq edilməsinin tələbini israrla irəli sürdük.”(Rəsul Mehriban. “Çağdaş İran Tarixinin Güşələri”. S...)

Şübhəsiz Firidun Kəşavər belə bir baxışla Azərbaycan Demokrat Firqəsi ilə Tudə partiyasının birləşməsini qəbul edib və ona razılıq versin. Habelə şah rejimi ilə mübarizə apara bilsin. Deməli, belə bir baxış bu birlik və vəhdətin özünü sual altına aparırı.

Pelenumun son günü iştirak edənlər firqə və Azərbaycan Milli Hökumətini araşdırmağı tələb etdilər. Bu mövzu pelenumun gündəliyində olmadığı üçün bunun müzakirəsi 4 saat zaman apardı. Çünki Partiyanın zabit üzvləri israrla bu mövzunun müzakirəsini tələb etmişdilər. Burada Radməniş tribun arxasına keçir və deyir: “ Firqə və partiyanın birləşməsi barədə Sovet rəhbərləri ilə müzakirə olunmuşdur. Bu birlik nəticəsində vahid bir fəhlə partiyasi təşkil tapsın. Partiya kadrları firqə və oun fəaliyyəti haqda tənqidi fikir və mülahizələrini söyləmək üçün lazımı vaxtın olmasını istəyirdilər. Radməniş və İskəndəri bu məsələ ilə müxalifət edir gələcəkdə on barədə müzakirə  edilməsinə söz verirlər.

Pərviz İktişafi deyir: “ Partiyanın mərkəzi komitəsinə qarşı Azərbaycan məsələsi mənim ruhiyyəmdə çox pis təsir qoydu. Bir müxalifətçi kimi özümü gizlətməyə çalışaraq çoxlu məlumat toplamağa qərar verdim. Elə o vaxtan sənəd və faktlar toplamağa başladım....”

Burada belə bir sual yaranır, cənab İktişafi bu sənəd və məlumatları kimlərin ixtiyarında qoyurdunuz? Firqə iləbu qədər histirik müxalifətiniz nədən irəli gəlirdi?

Hər-halda mərkəzi komitə pelenumdan istəyir ki, Azərbaycan demokrat Firqəsi ilə danışıqlar aparmaq üçün onlara imkan yaratsın. ?-ci pelenum icraiyyə heyətini seçdi. İcraiyyə heyətinin qərarlarını icra etmək üçün onların arasından 3 katib üzv(Radməniş, İskəndəri, Kambəxş) seçildi...

Ardı var

Go Back

Comment