Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

II Dünya mühribəsindən sonra İranda gedən siyasi-ictimai

II Dünya mühribəsindən sonra İranda gedən siyasi-ictimai Prosseslərə

və Azərbaycan Demokrat firqəsinin yaranma səbəblərinə bir baxış

 Ölkəmizin tarixində 21 Azər hərəkatı ən önəmli siyasi hadisə sayılır. Ölkədə bu tarixi hadisə dərin sosial dəyişikliyə səbəb ola bilərdi. İranda siyasi, iqtisadi və sosial geriliyə son qoya bilərdi. İranın son 100 illik tarixi ölkənin müstəqillik, azadlıq və sosial ədalət üçün orada yaşayan xalqlar, xüsusilə qeyrətli Azərbaycan xalqı tərəfindən fədakarlıqla aparılan mübarizə ilə doludur. Onlar bu yolda çoxlu qurbanlar vermişlər. Tarixin müəyyən mərhələlərində Xalqın mübarizəsi mürtəce və avtoritar hökumətləri geri çəkilməyə məcbur etmiş. Son illərdəki ictimai-siyasi hərəkat və inqilablar bu xalqların mövcud durumdan xilas olmaları, daha yaxşı və insani bir həyat yaşamaları üçün etdikləri mübarizənin nəticəsidir. İrticaçı qüvvələr imperialist dövlətlərin köməyindən yararlanmaqla mövcu şəraiti saxlamaqda dirəniş göstərmələri səbəb oldu ki, ölkə xalqları öz istək və tələblərinə çatmasın.

XX əsrin əvvəllərinə qədər İran Çar Rusiyası və İngiltərənin nüfuz dairəsində idi. Şimal və şimal-qərbi Rusiya və Cənub məntəqəsi isə İngiltərənin təsiri altında idi. İran dövlətləri biri digərinin ardınca onların əlaltısına çevrildilər. XX əsr inqilablar əsridir. Bu əsrin əvvəllərində Rusiya inqilabı dünyanın simasını dəyişdi. İranda da məşrutə və sonrakı inqilablar mürtəce hakimiyyətləri ya devirir və ya onları geri çəkilməyə vadar edirdi. Lakin ölkə ictimaiyyətin geri qalması səbəbindən bu nailiyyətlər uzun sürmədi. II dünya müharibəsi asanlıqla İrandan da  yan keçmədi. Müttəfiq dövlədlər İrana ordu göndərərək, oranı işğal etdilər. Faşizmin güclənməsi səbəb oldu ki, Rza şah İngiltərədən üz döndərərək Almaya ilə birləşdiyi üçün ölkəni tərk etməyə məcbur oldu. Onun yerinə oğlu Məhəmmədrza  səltənətə yiyələndi. Mərkəzi İran hökuməti keçmişdəki kimi İngiltərənin nüfuzu altına keçdi, əlbəttə sonralar Amerikanın təsiri altında keçdi. İranın şimal və şimal-qərbində vəziyyət çox fərqli idi. Ölkənin bu məntəqəsinin əhalisi müxtəlif səbəblərdən, o cümlədən Avropanın siyasi və sosial inkişafının təsiri nəticəsində başqa bölgələrə nisbət daha da radikal idilər. Buna bariz nümunə olaraq məşrutə inqilabını, Xiyabani və Cəngəl hərəkatlarını göstərmək olar.

Müharibənin şərtləri dünyada qlobal şəraiti dəyişərək mərkəzi İran dövlətinin dağılmasına da səbəb oldu. Ölkədə nisbi siyasi fəzanın açılması inqlabçı, zəhmətkeş və mütərəqqi qüvvələrin fəaliyyətinə zəmin yaratdı. Siyasi məhbuslar həbsxanalardan buraxılıb, sürgündə olanlar isə öz doğma diyar və şəhərlərinə qayıtdılar. İctimai-siyasi cəmiyyətlərin təşkillinə və geniş fəaliyyətinə şərait yarandı. Siyasi mütərəqi təşkilatlar, o cümlədən fəhlə, zəhmətkeş, tələbə, ziyalı, mədəni və sayir cəmiyyətlər biri-digərinin ardınca yaranaraq, fəaliyyətə başladı.

Başqa tərəfdən isə  bütün diqqət parlament seçkilərinə yönəlmişdi. Uzun müddət  diktatorluq repressiyalarından sonra 14-cü parlament təşkili ilk demokratik məclis olaraq mütərəqqi qanunlar qəbul etməklə ölkənin taleyində təsiredici rol oynaya bilərdı.

Bir çox münaqişə və keşmə-keşlərdən sonra nəhayət Soheili hökuməti 1322-ci ilin iyulunda seçki fərmanı verərək, "seçkilərin tamamilə şəfaf,  azad olacağını və xalqın həqiqi səsverməsi ilə nümayəndələrin seçiləcəyinə söz verdi. Taki, xalq qanuni haqqına yetişməklə ölkədə əmin-amanlıq hökm sürsün." Lakin verilən vədlərin əksinə olaraq seçki irtica və dünya imperializminin amillərinin müdaxiləsilə üzləşdı. Əvvəlcədən ölkədə köklü dəyişiklərə qarşı olan şəxsləri seçərək məclis nümayəndəndələri sifəti ilə parlametə daxil etdilər. Yalnız  az bir qrup nümayəndə həqiqətən xalq tərəfindən seçilərək məclisə daxil oldular. O nümayəndələrin arasında Təbriz şəhərindən birinci yerdə seçilmiş şəxsi- Seyid Cəfər Pişəvərini qeyd edə bilərik. Buna baxmayaraq, 14-cü məclisdə yuva salmış mürtəce nümayəndələr tərəfindən Pişəvərinin etibarnaməsi(mandatı) rədd edildi. O, bu barədə deyir: “ Məclisdə yerləri işğal etmiş  xainlərlə suyumun bir arxa getməyəcəyini bilirdim. Hiss edirdim ki, bu yolkəsənlər və quldurlar  asanlıqla məni öz aralarında görməyə razılıq verməyəcəklər. Bu üzdən fürsətdən istifadə edərək parlametdə öz sözlərimi dedim. Məni parlamentə göndərən 16 min seçiçimin istək və tələblərini orada bəyan etdim. Onlar dərin sükut və çox diqqətlə sözlərimə qulaq asaraq onları təsdiqlədilər. Lakin bu təsdiq onların qara pərdə arxasında xəyanətlərini ört-basdır etməkdən başqa bir şey deyilildi. Əllərinə fürsət düşən kimi öz-özlərinə dedilər: “ Deyəsən bu azərbaycanlı bir yerdə oturan deyil, onu buradan uzaqlaşdırmaq lazımdır.” Tülkülərə yaraşan pisliklə etibarnaməmə qarşı çıxdılar. Buna baxmayaraq ümidsizliyə qapılmadım. “ Azadlıq Cəbhəsi” ətrafında toplaşan azadlıqsevər insanlarla birlikdə yenidən mübarizəyə başladım. Təəssüflə bizim alovlu sözlərimiz təsirsiz və cavabsız qaldı. Amma Tehran irtica və xalqların hüquqlarının pozulması istiqamətində hərəkətə keçdi....

Pişəvəri mübarizəsini davam etdirərək, bir qrup yerli ziyalı, jurnalist və əski inqilabçılarla birlikdə siyası bir təşkilatın təməlini qoymaq  məqsədilə Təbrizə qayıdır. O, belə bir nəticəyə gəlir ki, Azərbaycan xalqının gücü ilə bir milli hökumət yaradıb, orada mütərəqqi islahat aparmaqla İran ictimaiyyətinin inkişafına səbəb olub, ölkəni quldur və mürtəcelərin zülmündən xilas edə bilər.

  Beləliklə, (1324-cü günəş ili şəhrivər ayının 12-də(1945-ci il sentyabrın 3-ü) həftənin birinci günü Pişevari on nəfərlə birlikdə iki dildə, azərbaycan və fars dillərində bir bəyannamə(müraciətnamə) hazırlandı. Bu bəyannamə bir çox görkəmli və nüfuzlu şəxsiyyətlər tərəfindən böyük rəğbətlə qarşılandı. Az bir zaman içində müraciətnaməni imazalayanların sayı 50-yə yaxın oldu. “Azərbaycan” qəzetinin ilk nümrəsinin səhifələri müraciətnamədən müdafiə etmək və ona qoşulmaq üçün minlərlə azərbaycanlı tərəfindən verilən elanlarla doldu. Əhali tərəfindən misli görünməmiş alqışlardan sonra belə bir elan verildi ki,  22 şəhrivərə qədər bəyannaməni imzalayanlar firqənin təsisçıləri kimi sayılsınlar. Demək olar ki, firqənin təsisçi heyəti min nəfərə yaxın olmuş. Lakin sonralar Azərbaycandakı  İran “Tudə” partiyasının 60 min üzvu olan əyalət təşkilatının ADF-lə birləşməsi, həmçinin kənd və şəhərlərdə müxtəlif ictimai qruplar ona qoşulmaqla firqə yerli qüdrətli bir təşkilata çevrildi.

Firqənin keçmiş sədri Əmirli Lahrudi cənabları ADF-nin yaranmasının Azərbaycan xalqı tərəfindən  necə alqışlandığı barədə belə deyir: “ Əhalinin reaksiyası çox yaxşı idi. Xalq misli görünməmiş sevinc və şövqlə firqənin yaranmasını alqışladı. Müraciətnamənin nəşrindən hələ bir həftə keçməmiş Azərbaycanın şəhər, kənd və ucqar qəsəbələrində onun minlərlə nüsxəsi əl bə əl gəzirdi. Bir nəfər müraciətnamənin mətnini toplanmış savatsız kənd əhalisinə oxuyurdu. Mən özüm bu hadisənin canlı şahidi idim. Azərbaycan xalqı bir neçə dəfə öz hüququnu əldə etmək üçün qiyam etmişdi. Bu yolda kifayət qədər təcrübəyə malik idi. Məşrutə və Xiyabani hərəkatından 40 ildən az keçmişdi. Bu hərəkatların ideya və hədəfləri hələ də xalqın şüurunda yaşayırdı. Hətta əvvəlki hərəkatda olan şəxslərdən bu təşkilatın yaranmasında iştirak edirdilər. 21 Azər hərəkatı keçmiş hərəkatların fonunda yaranmışdı. Yəni təsadüfi və bir gecədə yaranan hərəkat deyildi. Əlbəttə bu hərəkatın yaranmasında Pişəvərinin rolunu unudmaq olmaz.  O, böyük təcrübəyə sahib idi. İran, xüsusilə Azərbaycanda olan ictimai-siyasi vəziyyəti yaxşı bilirdi.”  1324-cü günəş ili aban ayının 29-30-da Təbriz şəhərində təşkil olan xalq qurultayı özünü müəssislər məclisi elan edib və qərara gəldi ki, Azərbaycan Milli Məclisini təsis etsin. Azərbaycan xalqı azad və demokratink seçki yolu ilə ictimaiyyətin bütün zümrələrinin içindən mütərəqqi və azadlıqsevər insanları bu məclisə nümayəndə seçdi. 21 Aəzər günü Milli məclis öz iclasını açıq elan edərək Azərbaycan Milli Hökumətini yaratmaq üçün ADF-nin sədri Pişəvəriyə səlahiyyət verdi. Təbriz şəhərindəki mərkəzi dövlətin hərbi alayının komandirləri xalqın tələbi müqabilində təslim olub və razılığa əsasən tərki-silah edildilər.

Milli hökumət Azərbaycanda bir sıra köklü islahata başladı. O cümlədən xalisə və milli hərəkata qarşı olan xain feodalların torpaqları sayı bir milyuna yaxın yoxsul kəndlilər arasında bölündü. Kəndlilərə yardım məqsədilə “Aqrar bankı” və suvarma şirkəti təsis olundu. Əşayirlər arasında olan ədalətsiz münasibətlərin ləğv olunması üçün bir sıra tədbirlər  və həmçinin demokratik qanun təsdiq olaraq həyata keçirildi. Fəhlələrin nəzarəti altında zavodlar işə salındı və bir sıra yeni müəssisələr inşa edildi. Fars dili ilə yanaşı Azərbaycan dili dövlət dili olaraq, rəsmiyyət tapdıqdan dərhal sonra təlim-tərbiyənin genişlənməsi, savatsızlığın kökünün kəsilməsi üçün əlverişli şərait yarandı. Universitetinin,  radio şirkətinin təsis olunması, mətbuat sahəsinin  genişlənməsi mədəniyyət, ədəbiyyat və incəsənətin inkişafına çox yardım edirdi. Ölkədə “Maarif” və “Azərbaycan” adlı çapxanalar yaradıldı. “Azərbaycan Şairlər Cəmiyyəti”, “İncəsənət” idarələri, Dövlət teatrı” və “Azərbaycan Flarmoniyası” yaradıldı. Ümumi səhiyyə şöbələrin təməli qoyuldu. Ticarəti nizamlamaq, bazarlarda bahalaşma və hərc-mərcin qarşısını almaq məqsədilə milli hökumət tərəfindən nəzarət idarəsi yarandı. Azərbaycanın bank və maliyyə işləri nizama salındı. Azərbaycan xalqı firqə təşkilalarının rəhbərliyi altında şəhər və qəsəbələrdə tikinti işləri ilə məşğul oldular. Milli hökumət İran tarixində ilk dəfə olaraq qadınlara kişilərlə bərabər seçib-seçilmək hüququ verərək, onların milli məclis seçkisində iştirak etməsini təmin etdi. Milli hökumətin başqa önəmli tədbirlərindən biri də Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün fədai təstələrinin yaradılması və milli ordunun təməlinin qoyması idi.

Qərbin tədqiqatçılarının bir çoxunun fikrincə “Azərbaycan Milli Hökuməti” bir ildə apardığı islahat Rza şahın 20 ildə apardığı islahata bərabərdir.”

 Elə bu baxımdan da milli hökumətin apardığı islahatlar İran  xalqların azadlığına və milli hüquqlarının inkişafına bir nümunə ola bilərdi.

Bu üzdən də 21 Azər milli-demokratik hərəkatı imperializm və onun əlaltısı olan Pəhləvi rejiminin kin  və nifrətinə səbəb oldu. Bu üzdən də bütün gücü ilə o hərəkatıın devirmək üçün qanlı tədbirlərə əl atdı.

 Azərbaycan xalqının qətli-amı, milli hökumətin nailiyyətlərini məhv  edilməsi, ölkənin dünyada gedən ictimai inkişafdan geri qalması habelə uzun müddət istibdad  və diktaturluğun davam etməsi bu məğlubiyyətin nəticəsi idi.

Go Back

Comment