Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Blog posts : "Daxili Xəbərlər"

XALQIMIZIN QƏHRƏMAN FƏDAİSİ VƏ ŞƏHİDİ ABBAS FƏTHİ


XALQIMIZIN QƏHRƏMAN FƏDAİSİ

VƏ ŞƏHİDİ ABBAS FƏTHİ

Abbas Fəthi 1276 - cı şəmsi ilində( miladi1897- ci il) Urmu şəhərində xırda malik (sahibkar, mülkədar) ailəsində anadan olmuşdur.Təhsilini doğma şəhərdə almışdır.Abbas əvvəl molla yanında, sonralar isə yeni üsul mədrəsələrində oxumaqla bərabər, mütaliə yolu ilə də öz biliyini artırmağa nail olmuşdur.Zehni cəhətdən nisbətən inkişaf etmiş və zəngin olan Abbasın simasındakı təbəssüm onun uca boyuna xüsusi yaraşıq verirdi.O,…

Ətraflı

ŞƏHİD QARDAŞLAR

ŞƏHİD QARDAŞLAR

"Gələcək zəhmət təri tökən, işin çoxluğundan əlləri qabar bağlamış insanlarındır.Həmin qabarlı əllər bütün zindanların və işgəncə yerlərinin qapılarını açacaq, bütün cəllad və zülmkarları məhv edəcəkdir.Gün gələcəkdir ki, bütün İran xalqını öz hüquqlarından məhrum edənlər, 

onların mədəniyyət və milli qürurlarını tapdalayanlar və öz ciblərini və kisələrini qızılla doldurmaq xatirinə zəhmətkeş insanları istis…

Ətraflı

ŞƏHİD FƏDAİ BƏHRAM NABİ

ŞƏHİD FƏDAİ BƏHRAM NABİ

Azərbaycan xalqı əsrlər boyu istilaçılara, zülm və istismara qarşı mübarizə aparmışdır.Bu mübarizələrin yüksək zirvələri olan üsyan və inqilabların hər biri öz dövrünə görə kütlələrin iştirakı və təşəkkül nöqteyi- nəzərindən müəyyən xüsusiyyətlərə malik olmuşdur. Keçmiş hərəkatın davamı və tamamlayıcısı olan 21 Azər nəhzətinin(hərəkatının) xüsusiyyətlərindən biri də təşkilin yüksəkliyi və bu hərəka…

Ətraflı

İran Tudə Partiyasının yaranmasının 80 illiyi ilə bağlı

İran Tudə Partiyasının yaranmasının 80 illiyi ilə bağlı

keçirilən mərasimdə Azərbaycan Demokrat Firqəsi Mərkəzi

Komitəsinin sədri Adilə Çernik Bülənd yoldaşın çıxışı

 

          Əziz yoldaşlar, ilk növbədə məni İran Tudə Partiyasının 80 illiyi ilə əlaqədar tədbirə  dəvət etdiyiniz üçün öz təşəkkürümü bildirir, Sizə cansağlığı, müqəddəs hədəfinizdə uğurlar və qələbə arzulayıram.

Yeri gəlmişkən …

Ətraflı

Azərbaycan Milli Hökumətin şəhid fədaisi Məmmədəli Ramitin

Azərbaycan Milli Hökumətin şəhid fədaisi

Məmmədəli Ramitin

Azərbaycan xalqının görkəmli fədai oğlu Məmmədəli Ramitin 1908 - ci ildə  (h.ş.1286) Sərabda kəndli ailəsində anadan olmuşdur.Təhsil illərində ərbabların kəndlilərə zülm etdiyini gördükdən sonra gənc ikən məmurlara qarşı çıxmış və azadlıq hərəkatına qoşulmuşdur.1941 -ci ildə ( 1320 ) xanlara, jandarmalara qarşı Sərab mahalında geniş kəndli hərəkatında fəal surətdə iştirak edir. Kəndlilər içərisində təbliğat işi aparmaq…

Ətraflı

ƏBÜLFƏZL HÜSEYNİ


ƏBÜLFƏZL HÜSEYNİ

(1925 - 1987)

Əbülfəzl Əmiraslan oğlu Hüseyni 1925 - ci ildə Təbrizdə anadan olmuşdur.O, ilk və orta təhsilini doğma şəhərində almışdır.

Ə.Hüseyni İkinci Dünya müharibəsi dövründə İranda azadlıq hərəkatının yaxından iştirakçısı olmuşdur.O, Cənubi Azərbaycanda partizan dəstəsinə başçılıq etmişdir.Azərbaycan Milli Hökumətinin yaranması və möhkəmləndirilmə - sində fədakarcasına çalışmışdır.Azərbaycan Milli Hökumətinin süqutundan, şah ordusunu…

Ətraflı

XALQ ŞAİRİ - İBRAHİM ZAKİR


 

XALQ ŞAİRİ - İBRAHİM ZAKİR

1320 - 1325 - ci illərin (miladi 1941 - 1946 - cı illər) Azərbaycanı ədəbiyyatında görkəmli yeri vardır.Bu illərdə dilimizi bağlayan zəncirlər qırılıb açılır, şairlərimiz, yazıçılarımız yazıb - yaratmağa başlayırlar.Bu illərin yazıçı və şairlərinin yazı və şeirlərində bir böyük xüsusiyyət də var, o da bu yazıların, şeirlərin ziddi - faşist olmasıdır.Bu ziddi - faşist əsərləri yaradanların arasında ərdəbilli İbrahim Zakir adında Azərbaycanın milli bir ş…

Ətraflı

ƏBDÜLHÜSEYN Ə HMƏDİ

ƏBDÜLHÜSEYN Ə HMƏDİ

Əbdülhüseyn Şeyx Əhməd oğlu Makuda məşrutəçi bir ailədə anadan olmuşdur.Atası

Məşrutə hərəkatı zamanı tutuqlanıb və edam olunur.Şeyx Əhməd edam olanda demişdir:

" Şeyx Əhməd ölər, lakin azadlıq ölməz.!"

Əbdülhüseyn azadlıq sevən biri olaraq illər boyu Maku, Xoy və Təbrizdə diktator Rza xan və imperialistlərə qarşı mübarizə aparır,1311 - ci ildə (miladi 1932 - ci il) Təbrizdə tutularaq Tehrana aparılır və 9 il "Qəsr - …

Ətraflı

AZADLIQ YOLUNUN MÜBARİZLƏRİ HƏSƏN İMRANİ

AZADLIQ YOLUNUN MÜBARİZLƏRİ

HƏSƏN İMRANİ

(1900 - 1972)

İmrani Həsən Bağır oğlu 1900 - cu ildə Təbriz şəhərində tacir ailəsində anadan olmuşdur.Atası Məşədi Bağır Təbriz - Qafqaz - Türkiyə arasında ticarətlə məşğul idi.Qafqaza səfəri zamanı İrəvan şəhərinin təbiəti onun xoşuna gəldiyi üçün orada bir bağ və mülk almış,sonralar isə ailəsilə birlikdə İrəvana köçmüşdür.

Həsən İmrani təhsilini İrəvanda almışdır.O da İrəvan - Ti…

Ətraflı

ƏLİRZA NABDİL OXTAY


ƏLİRZA NABDİL OXTAY

(1944 -1971)

Poetik əsərlərini Oxtay təxəllüsü ilə qələmə alan Əlirza Nabdil 1944 - cü ildə Təbriz şəhərində ortabab bir ailədə anadan olmuşdur.Onun uşaqlıq və gənclik illəriTəbrizdə keçmişdir.Sonra Tehran Universitetinin hüquq fakültəsini bitirmiş, lakin ixtisası üzrə çalışmaq imkanı verilmədiyindən, Xoy şəhərində müəllimlik etmişdir.O, xalqın azadlıq və istiqlaliyyəti uğrunda mübarizlərdən biridir.Xoyda müəllim işlədiyi illərdə o,Cənubi Azərbaycanın mütərəqqi…

Ətraflı

Qazilik Qəhrəmanlıq Salnaməsidir

Qazilik Qəhrəmanlıq Salnaməsidir

Vətənimiz Azərbaycanın cənnət guşəsi olan Qağabaq məntəqəsi 1989-cu ildən vəhşi erməni silalı qüvvələri tərəfindən hücüma məruz qaldı. Orada yaşayan erməni soylu Azərbaycan vətəndaşları ifratçı milliyyətçı partiyası olan Daşnakswtun partiyası tərəfindən təhriki və habelə Erməni dövlətinin yardımı ilə bu məntəqədə yaşayan azərbaycanlıların soyqırımna başladı. Xoçalı şəhərinində yaşayan xalqımız həqiqətən o qaniçənlər tərəfindən qətli-am edildi. Bu tarix…

Ətraflı

21 Azər qəhrəmanları İSRAFİL QADİRİ

21 Azər qəhrəmanları

İSRAFİL QADİRİ

İsrafil Qadiri 1295 - nci şəmsi ilində ( milady 1916 - cı il ) Xoşginab kəndində kəndli ailəsində anadan olmuşdur.O, bir müddət kənd mollası yanında oxuduqdan sonra ailənin təsərrüfat işlərilə məşğul olmuş, nəhayət, işləmək üçün Təbrizə köçmüşdür.

Rza xan diktatorluğunun yıxılması ilə azadlıq hərəkatı bütün ölkə miqyasında genişlənir. 20 ilə yaxın bir müddət içərisində demokratik azadlıqlardan məhrum edil…

Ətraflı

QAFLANTİ MURADƏLİ QUREYŞİ (1312;1933 - 1392;2013)


QAFLANTİ MURADƏLİ QUREYŞİ

(1312;1933 - 1392;2013)

Qaflanti 1312 - ci ilin yazında(xordad ayının 1-də (1933,22 may) Miyananın Çaroymaq mahalınınHeydərabad kəndində(Qaflanti) yoxsul bir ailədə anadan olmişdur.Rza xanın Azərbaycanda irəli sürdüyü şovinist və çirkin siyasətinə görə, fəaliyyətinin uşaqlıq çağları, Azərbaycan xalqı - nın ən çətin günlərinə tuş gəlir.

Yeddi yaşında kəndlərindəki Mirzə Məmmədin məktəbinə göndərilir.1321 - …

Ətraflı

ŞƏHİD ƏNUŞİRƏVAN İBRAHİMİ


 

İRANDA 20 - Cİ ƏSRDƏ MİLLİ AZADLIQ HƏRƏKATININ FƏAL İŞTİRAKÇISI, ŞƏHİD ƏNUŞİRƏVAN İBRAHİMİ

(1926 - 1987)

Azadlıq hərəkatının görkəmli nümayəndələrin - dən olan Ənuşirəvan Qəni oğlu İbrahimi 12 may

1926 - cı ildə Astara şəhərində anadan olmuş -

dur.Atasını inqilabi fəaliyyətinə görə Nəhavəndə sürgün edirlər.Ona görə də Ənuşirəvan ibtidai təhsilini Astarada almış, orta təhsilini isə atasının sürğündə olduğu Nəhavənddə davam etdi…

Ətraflı

ŞEYX MƏHƏMMƏD XİYABANİ


MƏŞRUTƏ İNQİLABININ DAVAMÇISI VƏ ÖZ İDEYALARI UĞRUNDA MÜBARİZƏ APARAN

ŞEYX MƏHƏMMƏD XİYABANİ

Azərbaycan tarixinin qızıl səhifələrində hər biri insan cəmiyyətinin təkamülü yolunda özünə - məxsus və layiqli rol ifa edən böyük insanların adı həkk olunmuşdur.Tarixin bu böyük şəxsiyyətləri bəşər həyatının bütün sahələrində-

istər siyasi, istər mədəni, istərsə də ictimai sahələrində çox gözəl müsbət təsirlər qoymuş,…

Ətraflı

FOLKLORŞÜNAS ALİM MƏHƏMMƏDƏLİ FƏRZANƏ (QÖVSİ)

FOLKLORŞÜNAS ALİM MƏHƏMMƏDƏLİ FƏRZANƏ

(QÖVSİ)

Məhəmmədəli Əkbər oğlu Fərzanə 1923 - cü ildə Təbrizin Çayqırağı məhəlləsində anadan olmuşdur.Atası Təbrizin köklü nəslindən, anası isə Qaradağda yaşayan Çobanilər tayfasından olub.M.Fərzanənin atası 1905 - 1911 - ci illəri əhatə edən Məşrutə inqilabının iştirakçılarından idi.İlk təhsilini məhəllə məktəbində və mədrəsədə fars dilində alıb.1942 - ci ildə Təbriz Universitetindəki pedaqoji kurslarda təhsilini davam etdirmişdir. O…

Ətraflı

21 AZƏR ŞƏHİDİ HƏSƏN ZƏHİRİ

21 AZƏR ŞƏHİDİ HƏSƏN ZƏHİRİ

Azərbaycan xalqının görkəmli oğlu Həsən Zəhiri 1921 - ci ildə (1300) Xoy şəhərində anadan olmuşdur.O, ibtidai təhsilini doğma şəhərində almış, orta təhsilini Təbriz şəhərində Firdovsi məktəbində başa çatdırmışdır.H.Zahiri bir il  ali mühəndislik məktəbində oxuduqdan sonra , 1941 - ci ildə (1320) Tehranın hərbi zabitlik məktəbinə daxil olmuş və iki il sonra məktəbi topçu leytenant rütbəsi ilə bitirmişdir.Təhsil dövründə həmişə birincilik qazanan Həsən …

Ətraflı

ŞAHSEVƏN QIZI SƏRİYYƏ


 

ŞAHSEVƏN QIZI SƏRİYYƏ

(1269;1890 - 1325;1946)

"Azərbaycan oğulları mənim intiqamımı alacaq -lar.Azadlıq ağacı şəhidlərin qanı ilə suvarıldıqda daha çox bar verəcəkdir."

Səriyyə Şahsevən qızı

Azərbaycan Milli Hökuməti dönəmində qəhrəmanlıq mücəssəməsinə çevrilən Şahsevən qızı Səriyyə 1325 - ci ildə (1946)  qəddar Məhəmməd Rza şah Pəhləvi rejiminə qarşı Ərdəbil və Müzəffərinin 15 km - də, Savalan dağının ətrafında yerləşən Sumərin kəndində 25 gün q…

Ətraflı

AZƏRBAYCAN MLLİ HÖKUMƏTİNİN GENERALI QULAM YƏHYA DANİŞYAN

AZƏRBAYCAN MLLİ HÖKUMƏTİNİN GENERALI

QULAM YƏHYA DANİŞYAN

(1906, Sərab - 1989 Bakı)

☆1286 - 1365☆

Azərbaycan Milli Hökumətinin qəhrəman fədaisi Danişyan Qulam Yəhya oğlu 1906 - cı ildə Sərab mahalının Əskərabad(Əsgəvar) kəndində yoxsul kəndli ailədində anadan olmuşdur.Ailədə özü ilə bərabər iki qardaşı və bir bacısı olmuşdur.Ağır vəziyyətdə yaşayan ailənin başçısı Bakıya, oradan da Rusiyaya işləməyə getmiş və qardaşları orada vəfat etmişdir..Atası yenidən Bakıya qa…

Ətraflı

QURBANƏLİ(QULU) SÜBHİ NURİ -

QURBANƏLİ(QULU) SÜBHİ NURİ

BABƏK KİMİ ÖLÜM VƏ CƏLLADA XOR BAXAN FƏDAİ FƏHLƏ

☆☆☆☆☆

(1286,1907 - 1326, 1947)

Babək iyirmi il igidcəsinə xalq mübarizəsini xəlifəyə qarşı etdikdən sonra, xain kimsənin əli ilə tutuldu, Bağdad şəhərinə xəlifənin yanına aparıldı.Xəlifə bir neçə sorğu cavabında Babəkdən eşitdiyi sarsıdıcı cavabdan hirslənərək, cəllada əmr etdi onun bir qolunu kəssin.Babək kəsik qolundan fışıltı ilə axan qanını üzünə sürtdü.…

Ətraflı

20 blog posts