Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

TƏQİ RÜFƏT TƏBRİZİ

TƏQİ RÜFƏT TƏBRİZİ

Təqi Rüfət Təbrizi Cənubi Azərbaycan ədəbiy - yatında istedadlı şair, görkəmli ədəbiyyatşünas və jurnalist kimi tanınır.Onun ədəbi fəaliyyəti təxminən Birinci Dünya müharibəsi dövrünə təsadüf edir.

Təqi Rüfət Təbrizi 1890 - cı ildə Təbriz şəhərin - də anadan olmuşdur.İbtidai təhsilini aldıqdan sonra atası Ağa Məhəmməd Təbrizi onu İstanbula göndərmişdir. Burada təhsil alan Təqi Rüfət türk və fransız dillərini də mükəmməl öyrənir.Belə ki, çox çəkmir gənc Təqi Rüfət fars dilində olduğu kimi, türk və frsnsız dillərində də şeirlər yazmağa başlayır.Onun ilk qələm təcrübələrində demokratik əhvali - ruhiyyə, vətənpərvərlik və xəlqilik başlıca yer tutur.

Təqi Rüfət Təbrizi Türkiyənin Trabzon şəhərində iranlı uşaqların təhsil aldıqları"Nasiri" məktəbin - də bir neçə il müdir işləmişdir.1915 - ci ildə doğma yurdu Təbrizə qayıdır., burada müəllimlik fəaliyyətini davam etdirir.Bu dövrdə Təqi Rüfəti xalqın milli - azadlıq hərəkatı düşündürür.1915 - 1920 - ci illərdə"Təcəddüd" qəzetində və

"Azadistan" jurnalında çap etdirdiyi məqalələrində yeni həyatın irəli sürdüyü problemlərə toxunurdu.

Şeyx Məhəmməd Xiyabaninin redaktorluğu ilə çıxan" Təcəddüd" qəzetində əməkdaşlıq edən Rüfət Təbrizi sonralar qəzetin baş katibi vəzifəsində işləyir.Eyni zamanda demokratik hərəkatın başçısı Şeyx Məhəmməd Xiyabaninin yaxın köməkçisi və həmkarı olur.Bu ona geniş imkanlar yaradır.O, " Təcəddüd"də," Azadistan" jurnalında açıq umza ilə və ya" Femina" təzəllü-

sü ilə dərc etdirdiyi şeirləri, eyni zamanda dərin məzmunlu məqalələri ilə milli - azadlıq hərəkatına yaxından kömək göstərir.Təqi Rüfət Təbrizi şeirin köhnəlmiş formalarını saxlayan, hər cür yeniliyə qarşı çıxan mühafizəkarlara, xüsusən Məhəmməd Tağı Baharın başçılıq etditi "Daneşkədə" ədəbi jurnalının liberal

mövqeyinə qarşı kəskin mübarizə aparır.Təqi Rüfət Təbrizinin ədəbi fəaliyyəti, xidmətləri İran "ədəbi təcəddüd","ədəbi inqilab" prosesinə ciddi təsir edir."Yeni şeirin" (şere - no) əsasını qoyanlardan biridir.Beləliklə, Təqi Rüfət Təbrizi İran demokratik ədəbiyyatında yeni şeirin yaradıcısı kimi tanınır.

İnqilabi hərəkat Rza xan qoşunları tərəfindən boğulduqdan sonra Şeyx Mıhəmməd Xiyabani - nin öldürülməsi Təqi Rüfət Təbrizini sarsıtmış,o,

1921 - ci ildə 31 yaşında ikən Qızıl Dizəc kəndində intihar etmişdir.

Qaynaq:"Cənubi Azərbaycan ədəbiyyatı antoligiyası."Poeziya.Bakı -2019.

EY İRANLI CAVAN

Qalx yerindən vətən oğlu, nəzər et asimana,

Üfüqün rəngi günəşdi, necə gör döndü qana.

Qalx gülər üzlü salamla açılan al səhəri,

Qalx ki iş vaxtı çatıb gözləməyin ol səhəri.

Qalx iri addım ilə get irəli, başla işə,

Məyus olmaq səni bil məhv edəcəkdir həmişə.

Bil döyüş gözləyir indi yolunu öndə sənin,

Sabaha səsləyir hər an səni doğma Vətənin...

Bir təzə fəsl gəlibdir, yeni nəslin baharı,

Bağların, bağçaların gör necə artmışdı barı.

Qalx ki, xöşbəxtlik özü qarşına gəlmiş gülərək,

Qalx, düzəlt qamətini, meydana çıx Rüstəm tək.

Zal kimi barmağını qoy kamana, sən oxu at,

Səsləyir, bax, səni xoş günlərə indi bu həyat.

TƏQİ RÜFƏT TƏBRİZİ

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment