Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

QURBANƏLİ(QULU) SÜBHİ NURİ -

QURBANƏLİ(QULU) SÜBHİ NURİ

BABƏK KİMİ ÖLÜM VƏ CƏLLADA XOR BAXAN FƏDAİ FƏHLƏ

☆☆☆☆☆

(1286,1907 - 1326, 1947)

Babək iyirmi il igidcəsinə xalq mübarizəsini xəlifəyə qarşı etdikdən sonra, xain kimsənin əli ilə tutuldu, Bağdad şəhərinə xəlifənin yanına aparıldı.Xəlifə bir neçə sorğu cavabında Babəkdən eşitdiyi sarsıdıcı cavabdan hirslənərək, cəllada əmr etdi onun bir qolunu kəssin.Babək kəsik qolundan fışıltı ilə axan qanını üzünə sürtdü.

Xəlifə şaşqınlıqla soruşdu:  - Bu nə işdi?!

Yenilməz qəhrəman Babək dedi ki, qan axdıqca üz saralar, düşmən elə bilər ki, Babəkin rəngi qorxudan qaçıb, üzümü qanımla qızartdım ki, biləsiz ki, Babək qorxmazdır!

Babəkin ölüm ayağında iti zehinliklə, sayıqlıqla verdiyi igidcəsinə cavabı tarixdə əbədi yaşadı...

Babək soy kökündən olan çağdaş qəhrəmanı - mız əslən gəncəli olan sərhəng ( polkovnik ) QULU SÜBHİ də Babək kimi qəhrəmanlardan biridir.

Qurbanəli (Qulu) Sübhi Nuri Həsən oğlu

1907 - ci ildə Təbriz şəhərində anadan olmuş, orta məktəbi bitirmiş və çox gənc yaşlarından fəhləliyə başlamışdır.Ailəsi ilə Miyandoab şəhərinə köçmüş,1320 - ci ildə burada qənd karxanasında usta vəzifəsində çalışmış, fəhlələr arasında böyük hörmət qazanmışdır.

Təbriz şəhərində yaranan " Azərbaycan cəmiy - yəti"nə qatılır, "Azərbaycan" ruznaməsinin müxbiri və nümayəndəsi olur.1321 - ci ildə (1942) birincilər sırasında"Hizbe Tudə" təşkilatına qoşulur, Miyandoab Komitəsinin Baş katibi seçilir.Sonra Marağa vilayəti konfransında partiyanın vilayət komitəsinin üzvü olur.Təbrizdə əyalət konfransı tərəfindən əyalət komitəsinin və Tehranda keçiriləcək partiyanın qurultayına nümayəndə seçilir.

1324 - cü ildə(1945) partiyanın Azərbaycan təşkilatının, Azərbaycan Demokrat Firqəsilə birləşməyinə səs verir.Elə o ildə mehr ayının

10 - cu günü (oktyabr) firqənin birinci qurultayında Mərkəzi Komitənin üzvü seçilir.

Azərbaycan Milli Hökumətinin qurultayı 29 Aban 1324 - cü il(noyabr, 1945) və Azərbaycan Milli Məclisi 21.09.1324 - cü ildə (dekabr, 1945) nümayəndəlik məqamında yorulmadan çalışır.

O, Miyandoab mahalı və Marağa bölgələrində fədai dəstələrinin hazırlanmasında, həmin bölgələrin azad edilməsində fədai başçısı kimi fəaliyyət göstərmişdir.

Milli Hökumətin yaranmasında yaxından iştirak etmişdir.Onun fəaliyyətlərinin və xalq arasında nüfuzunu nəzərə alaraq Milli Məclis onu "21 Azər " medalı ilə təltif etmiş, sərhənglik

(polkovnik) rütbəsi verilməsi haqqında fərman vermişdir.

Qulu Sübhi Milli Məclis tərəfindən Milli Qoşunda sərhənglik dərəcəsi aldığı mərasimi dönə - dönə həyəcanla xatırlayır., dönməz ilqarı yadına düşür ki, bu paltarı geyərkən öz - özünə demişdi:" Xalqın uğrunda mübarizədə, döyüşlər- də bu paltar mənim qalxanım olacaq, yoxsa qanlı kəfənim!.."

1946 - cı ilin Azər ayında basqınçı şahənşah ordusu tərəfindən Qulu Sübhi də Babək kimi ,bir xainin əli ilə Gorqanda tutduruldu.

Ağır və yırtıcı işgəncələr onun yenilməz iradəsini qıra bilmədi.Qan içən quldurlar, fırıldaqçılığa əl atdılar.Qəhrəmanı əfv diləmək üçün olmazın sıxıntılar, içi boş şirin vədlər verməyə başladılar. Qəhrəman Qulu Sübhi igidcəsinə belə rədd cavabı verdi:"Xalq istəyi uğrunda, istiqlal və azadlıq yolunda ölüm, əbədi şərəf qazanmaqdır.Alçaqlıqla yaşamaqdan min dəfə üstündür."

Qulu Sübhi qondarma hərbi məhkəmə tərəfindən ölüm cəzasına məhkum oldu.Azərbaycanın Milli qəhrəmanı xalq istəkləri uğrunda mübarizəyə qoşulan zamandan, bilərəkdən, hətta canını fəda etməyə and içmişdi.İndi qırılmaz andını yerinə yetirməyə hazırlanır.

Ölüm ərəfəsində uşaqlıq çağlarını xatırlayır.Yoxsul bir ailədə Təbrizdə doğulub, ata işləmək üçün qürbətə gedir.Yeniyetmə Qulu məktəbi buraxır.Ailəsinə maddi yardım göstərmək məcburiyyətində fəhləlik edir.Ancaq məktəbdən dişarı dərslərinə davam verir və orta məktəbi qurtarır.Qəhrəman sevinclə xatırlayır ki, necə iş günü, kişi kimi evdən çıxdı və ilk qazancını atasına verərkən, necə özünə güvəndi...

Səhər alaqaranlığında sərhəng paltarını geyindi, yoldaşları dustağın darısqal otağında dövrəsinə toplaşdılar, yalnız baxışlar danışırdı. Düyünlənmiş yumruqlar qaldırıldı, "Yaşasın Azərbaycan!"," Yaşasın azadlıq!" səsləri göylərə qalxdı, yoldaşlar görüşdülər, öpüşdülər, əbədi ayrıldılar.

Dar ağacından asılmış ip halqası dan yelindən qoxmuş kimi əsim - əsim əsir, qəhrəman Qulu Sübhinin baxışı, halqadan keçir,qocaman Səhənd dağlarına sataşır. Uca,yıxılmaz, dayanıq- lı, Səhənd zirvəsinə göz dikir,yenə də ondan ilham alır.Dar ağacının dibində vüqarla durub, köksünü qabardaraq nəfəs alır, başını qaldırır, ən uca səsi ilə, ürək arzusunu Səhəndə tapşırır: "Bu çürümüş qara rejim çox davam tapmaya -

caqdır! Yıxılacaq!"

Cəlladlar tələsik, titrək əllərilə halqanı Qulu Sübhinin boğazına keçirtdilər.Onun ayağı yerdən üzüldü.İp dərhal qırılır.Q.Sübhi yerə yıxıldı.Deyəsən ana torpaq ona qüvvət verdi.Dizi üstə dayandı və yıxıldığı yerindən durdu.Babək kimi iti zehinli, sayıqlığla ucadan var gücü ilə dedi:"O başlara mən dediyim sözlərə inandınızmı? Sizin hətta dar ağacınızın ipi də rejiminiz kimi çürükdür!"

"Ana yurdumsan, ey şanlı Vətən,həmişəlik yaşa Azərbaycan...

Bu, mərd polkovnik Qulu Sübhinin son sözləri oldu...

Bir daha Babək övladının qəhrəmanı ,ata- babalar sayağı öz xalqı yolunda, öz inamı yolunda canını fəda etdi.

Mübariz fəhlə sinfinin nümayəndəsi, Azərbaycan Demokrat Firqəsinin üzvü,milli hərəkatın fədakar iştirakçısı olan şəhid Qulu Sübhinin keçdiyi həyat yolu Azərbaycan xalqı tərəfindən heç zaman  unudulmayacaqdır.

 

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment