Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

professor Şirməmməd Hüseynov Vəfat edib

professor Şirməmməd Hüseynov Vəfat edib

Görkəmli tədqiqatçısı-alim, professor Şirməmməd Hüseynov yaşadığı, işlədiyi, yaratdığı illərdə demək olar ki, vaxtının ən böyük hissəsini millətin tarixi yaddaşının möhkəmlənməsinə, onun milli varlığının inkişafına, gənc nəslin maariflənməsinə və vətənpərvərlik ruhunda tərbiyəsinə, istiqlalçılıq ənənələrini yenidən ortaya qoymaqla dövlətçilik duyğularımızın artmasına, demokratik yaşam tərzimizi prinsip olaraq seçməkdə misilsiz xidmətlər göstərdi.

Vətəndaş cəmiyyətinin yaranması və formalaşması işində Azərbaycan jurnalistikasının əsas istiqamətlərinin müəyyənləşdirilməsində çox ardıcıl maarifçi-pedaqoq kimi fəaliyyət göstərdi, təmənnasız əmək sərf etdi, ömrünü qoydu, mənəvi irsimizin, o cümlədən Cümhuriyyət tarixi və İstiqlal mübarizəmizin, mətbuat və milli dirçəliş tariximizin öyrənilməsi və araşdırılması sahəsində özündən sonrakı nəslə böyük bir irs qoydu və bununla da görkəmli tədqiqatçısı-alim, professor Şirməmməd Hüseynov vətən və dövlətçilik ənənələrinin möhkəmlənməsi, qorunması və davam etdirilməsi yolunda prinsipallığın və dönməzliyin nə olduğunu nümunə olaraq göstərdi.

Professor Şirməmməd Hüseynov Azərbaycan Xalq Cumhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində yorulmadan çalışdı və bununla da azərbaycançılıq ideologiyasının bütün dünya azərbaycanlıları arasında yayılması, inkişafı və təntənəsinə ölçülərə sığmayan xidmətlər göstərmiş oldu.

Yaradıcılığının məntiqi nəticəsi olaraq Azərbaycanın görkəmli alimi və tədqiqatçısı, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov “Ali Media Mükafatı laureatı” adına layiq görüldü, Prezident təqaüdçüsü oldu.

 Şirməmməd Hüseynov ömrünün 95-ci ilində milləti və vətəni ilə vidalaşdı və əbədiyyətə qovuşdu.

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin bütün üzvləri və şəxsən öz adımdan Şirməmməd Hüseynovun vəfatı münasibətilə dövlətimizə, xalqımıza, elmi ictimaiyyətə, onun əzizlərinə, dostlarına, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, dərdinizə şərik oluruq.

Allah rəhmət eləsin.

Firidun Ənuşirəvan oğlu İbrahimi,

“İranlı Mühacirlər Cəmiyyəti”

İctimai Birliyinin sədri

 

 

 

 

 

Go Back

Comment