Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

MƏHƏMMƏDƏLİ HİLAL NASERİ

MƏHƏMMƏDƏLİ HİLAL NASERİ

Məhəmmədəli Hilal Naseri 1903 - cü ildə Təbrizdə anadan olmuşdur.O, ibtidai təhsilini köhnə üsullu məktəbdə alaraq sonra şəxsi mütaliə ilə məlumatını artırmış və iki il

"İttihadiyyə","Rüşdiyyə" məktəblərində riyaziy- yardan dərs demuşdir.Ədəbiyyat və mətbuatla maraqlandığından kitab satmağa başlamış, uzun müddət bu peşə ilə məşğul olmuşdur.

Hilal Naseri Təbrizdə Şeyx Məhəmməd Xiyabani nəhzəti( hərəkatı) başlandığı zaman firqənin 13- cü illik təşkilatının katibi olmuşdur.Kitab və məcmuə çap etmək və bu yolla xalqın intibahına yardım göstərmək onun sevə - sevə çalışdığı sahələrdən biri idi.

Hilal Naseri 21 Azər hərəkatının fəal iştirakçı - larlndan biri olmuşdur.1945 - ci ilin sentyabr ayında Azərbaycan Demokrat Firqəsinin Təbriz şəhər komitəsi tərəfindən firqənin 2 - 4 oktyabr tarixləri arasında keçirilən 1 - ci qurultay nümayəndəsi seçilmişdir.

O, "Sitareyi - Azərbaycan" "Azərbaycan ulduzu" ruznaməsini, "Hophopnamə","Divani - Lahuti", 35 min sözdən ibarət "Farsca - fransızca lüğət" və digər kitabları çap etdirmişdir.Eyni zamanda," Mirzə Tağı xan Əmir Kəbir","Nəjadi - bəşər","Ana dili" lyeslərini yazıb Təbriz səhnəsində tamaşaya qoymağa müvəffəq olmuşdur.

Azərbaycan Milli Hökumətinin süqutundan sonra Hilal Naserinin həyatı haqqında heç bir məlumat yoxdur.(1946 - cı il dekabr ayı)

Cənubi Azərbaycanda demokratik hərəkat və xalq hakimiyyəti yarandığı dövrdə (1945 -1946)

ədəbi yaradıcılığı daha məhsuldar olmuşdur.

"Azərbaycan" şeiri də bu dövrün məhsuludur.

AZƏRBAYCAN

Azərbaycan, dəva günü aslanların var sənin,

Mədəniyyət tarixində insanların var sənin.

Nizami tək şairin var, dünya ona fəxr edir,

Sabirinin duzlu sözün düşmən görür qəhr edir,

Xaqanilər, Füzulilər, Nəsimilər sehr edir,

Vaqif kumi şairlərdən divanların var sənin,

Mədəniyyət tarixində insanların var sənin.

Molla yazan jurnaluvun xalq içində adı var,

Yazdıqları sözlərinin ləzzəti var, dadı var,

Lətifələrlə doludur, içində hər zadı var,

Görən bilir şirin - şirin bəyanların var sənin,

Mədəniyyət tarixində insanların var sənin.

Azərbaycan, çox olmusan alimlərin məskəni,

Xalqın olub hər zamanda cəhalətin düşməni,

Sənsən mənim şanlı elim,çox sevirəm mən səni

Günəş kimi parlaq olan zamanların var sənin,

Mədəniyyət tarixində insanların var sənin.

Sən faşistin belin bükdün qüdrətinlə, əlinlə,

Quyulardan çıxartdığın neft adında selinlə,

Kömək etdin yoldaşlara, xoş bəyanlı dilinlə,

Zəfər tapdın dəvalarda, nişanların var sənin,

Mədəniyyət tarixində insanların var sənin.

Fələk bizi ayrı salıb, çox böyükdür elimiz,

Dünya bilir birdir bizim nəsibimiz, dilimiz,

Qoy yağılar bilsin bizim bükülməzdir belimiz,

Döyüşlərdə qalib çıxan cavanların var sənin,

Mədəniyyət tarixində insanların var sənin.

Qaynaq:"Cənubi Azərbaycan antologiyası"

Bakı -2019


Guləddin  İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü 

Go Back

Comment