Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

MƏDİNƏ GÜLGÜN

MƏDİNƏ GÜLGÜN

Ələkbərzadə Mədinə Nurulla qızı (Mədinə Gülgün) 1926 - cı il yanvarın 17 - də Bakıda fəhlə ailəsində anadan olmuşdur.İbtidai məktəbi burada oxumuşdur.1938 - ci ildə ailəlikcə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşlər.SonraTəbriz şəhərində yaşamış, əmək fəaliyyətinə burada toxuculuq karxanasında başlamışdır.O, həyatı dərk etməyə başladığı andan Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani şahidi olur...Onu da dərk edir ki, mübarizə aparmaq üçün kifayət qədər savadlı və bilikli olmaq lazımdır.Odur ki, qısa müddətdə ərəb qrafikasını və fars dilini öyrənir.Təbriz Dram Teatrında çalışır.Təbrizdə nəşr olunan "Azərbaycan" qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir. Mədinə Gülgün 1945 - 1946 - cı illər Cənubi

Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu həmin inqilabın carçısı olmuşdur.1948 - ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olmuş, 1952 - ci ildə həmin fakültəni bitirmişdir. Gülgün kimi şöhrət tapmış Mədinə Ələkbərzadənin ilk şeirləri 40 - cı illərin əvvəllərindən qəzet və jurnal səhifələrində görünməyə başlamışdır.Həmçinin ilk yaradıcılığı Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyəti uğrunda apardığı mübarizə illərinə təsadüf edir.Milli - azadlıq hərəkatının geniş vüsət aldığı və İkinci Dünya müharibəsi

dövründə ədəbiyyata gələn Mədinə Gülgünün ilk şeirlərində nəzərə çarpan cəhət bu şeirlərin xalqın həyatı və mübarizəsi ilə bağlı olması idi. Vətən sevgisi, azadlıq həsrəti onun yaradıcılığı- nın əsas leytmotivini təşkil edir.Onun əsərləri bir çox xarici ölkələrin dillərinə tərcümə olunmuşdur.

"Təbrizin baharı"(1950),"Yadigar üzük"(1953),

"Pərvanə"(1955),"Günlər və xatirələr"(1959),

"Firidun"(1963),"Dünyamızın sabahı"(1976),

"Dünya şirin dünyadır"(1989),"Mən bu ömrü yaşadım"(1997) və s.kitabları nəşr edilmişdir.Mədinə Gülgün - Azərbaycanın incəsənət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları,"Şərəf nişanı" ordeni, "21 Azər","Əmək veteranı" və digər medallarla təltif olunmuşdur.

Mədinə Gülgün 17 fevral 1991 - ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

TƏNHALIQ

Yenə yağış yağdı, ildırım çaxdı,

Coşdu dalğa - dalğa çağladı dəniz.

Sahili boş gördü, elə darıxdı

Tənhalıq dərdindən ağladı dəniz.

Tutuldu səmatək, dəyişdi rəngi,

Bir anda dənizin saçı ağardı.

Ləpələr əl açıb bir körpə təki

Elə bil arxadan bizi çağırdı.

Səslər qayalara dəydi ,töküldü,

Dənuz hönkür - hönkür ağladı inan.

Qulağıma sınıq bir səda gəldi,

Məni tənha qoyub getmə, ey insan...

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment