Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

İMC-nin Qadınlar Təşkilatı Yeni ili toplantı ilə qeyd etdi

İMC-nin Qadınlar Təşkilatı Yeni ili toplantı ilə qeyd etdi

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin Qadınlar Təşkilatı yola saldığımız 2018-ci ildə aktiv fəaliyyəti ilə diqqəti çəkdi. Təşkilat mütəmadi iclaslar keçirməklə, hesabatlar verməklə kifayətlənmədi. Öz sıralarına müxtəlif sahələrdə çalışan, uğurları ilə fərqlənən mühacir qadınları qəbul etdi. Cəmiyyətin reallaşdırdığı bütün tədbirlərdə fəallığı ilə fərqləndi. Yubileylər, ad günləri  keçirdi, sağlamlıq problemləri yaşayan insanlara evlərində baş çəkildi.

İl ərzində bir sıra qadınlarımız müxtəlif sahələrdə uzun müddətli qüsursuz xidmətlərinə, ictimai işlərdə fərqləndiklərinə görə diplomlara, digər mükafatlara layiq görüldülər. Heç şübhəsiz bütün bunların həyata keçirilməsində Qadınlar Təşkilatının sədri Mominat Puhənə məsləkdaşları köməklərini əsirgəmədilər. Buna görə də onlar haqlı olaraq yeni-2019-cu ili bayram süfrəsi arxasında Sumqayıt şəhərində birgə qeyd etdilər.

Şənlikdə ötən il görülmüş işlərə nəzər salındı, ürək sözlərində yeni ilin də yüksək əhval-ruhiyyə ilə yadda qalacağına ümüdlər dilə gətirldi.

Yeni iliniz yeni arzuların çiçəklənəcəyi bir il kimi həyatınıza daxil olsun!

Rəşid Şeybani

Go Back

Comment