Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

ŞƏHİD HƏSƏN QASİMİ

ŞƏHİD HƏSƏN QASİMİ

İran ordusunun pozulmuş mühitini tərk edib Azərbaycan Xalq Qoşunlarında xidmər edən mütərəqqi fikirli, azadixah zabitlərdən (əfsərlərdən) biri də Həsən Qasimi idi.

1290 - ncı şəmsi ilində ( 1911 - ci il, miladi) Tehranda anadan olmuş Qasimi ibtidai təhsilini "Şərəf" mədrəsəsində almışdı.O, təhsilini davam etdirmək üçün Tehranın hərbi orta məktəbini bitirir və 1315 - ci ildə (1936) hərbi əfsərlik(zabitlik) məktəbini qurtardıqdan sonra İran ordusunun müxtəlif sahələrində xidmətlə məşğul olur.

Haqq və ədalət tərəfdarı olan Həsən Qasimi xidmət etdiyi hərbi hissələrdə əsgərlərin hüququnu müdafiə edirdi.O, hətta bəzi nadan və özbaşına fərmandehlər tərəfindən döyüşçülərin təhqir olunmasına etinasız qala bilmirdi.Ona görə də, daim fərmandehlərlə mübarizədə olan Qasimi bir tərəfdən oğru, quldur fərmandehləri ifşa etmiş, digər tərəfdən isə İran ordusunun zalım qanunlarından istifadə edən fərmandeh - Iər onu təqib etmişlər.Qasimi Tehranda xidmət edərkən, zabitlər arasında oğurluq və əxlaqsız - Iıq Qəhrəmani kimi tanınmış sərhəng  (polkovnik) Təbatəbaini ifşa edir. Təbatəbai isə öz mövqeyindən istifadə edərək onu Tehrandan uzaqlaşdırmağa çalışır.Lakin bu iş baş tutmur.Özünün hünər və bacarığına, zəhmət və düzgünlüyünə, həmfikir yoldaşlarına, əsgərlərinə istinad edən Qasimi sərhəng Cavanşirin oğurluqlarını tutaraq onu da rüsvay etmişdir.

Nəhayət, 1320 - ci il (1941) şəhrivər hadisəsin - dən (avqust - sentyabr) sonra genişlənməkdə olan azadlıq hərəkatı Rza xan sərbazxanalarının qalın hasarlarını yıxaraq şahənşah ordusunun zəhərlənmiş mühitini də öz təsiri altına alır.Bu zaman İran fəhlələrinin faşizmə, irtica və səltənət rejiminə qarşı mübarizəsi gündən - günə daha da mütəşəkkilləşərək məmləkətin bütün ictimai təbəqələrinə güclü təsir göstərirdi. Həsən Qasimi də mübarizəsini bütün İran zəhmətkeşlərinin mübarizəsilə birləşdirə - rək öz gələcək taleyini onların taleyi ilə bağlamış olur.

O, 1322 - ci ildə (1943) zəhmətkeşlərin döyüş qərargahı olan İran Xalq Partiyasına daxil olur.

Həsən Qasiminin əfsərlər arasında olan hörmət və nüfuzu, hadisələrə bəslədiyi düzgün münasibəti, təşkilatçılıq bacarığı, onun səmimiyyəti, gözəl əxlaqlı cavan əfsərlərin azadlıq hərəkatına qoşulması üçün əlverişli təsir vasitəsi olur.

Həsən Qasiminin mövcud quruluş üçün təhlükəli olan siyasi fəaliyyətini görən Baş qərargah onu Əhvaza göndərmək pərdəsi altında Tehrandan uzaqlaşdırmaq istəyir.Lakin öz gələcəyini, varlığını ölkənin azadlıq və istiqlalı uğrunda mübarizə ilə bağlamış olan Həsən Qasimi Əhvaza getmək əvəzinə Xorasanda mövcud quruluşa qarşı hərəkət etmiş zabitlərin məntəqəsinə doğru hərəkət edir.Bu zaman məmləkətin hər tərəfindən azadlıq hərəkatı yüksəlməkdə idi. Azərbaycan - da isə 21 Azər hərəkatı qalib gələrək Azərbaycan Demokrat Firqəsi öz məramnamə - sində vəd etdiyi ictimai, siyasi və iqtisadi islahatın həyata keçirilməsi üçün şərait yaratmışdı.Hərəkatın nailiyyətlərini qorumaq məqsədilə Azərbaycan Xalq Qoşunları təşkil edilmişdi. Bir çox başqa azadixah , mütəşəkkil və mütərəqqi fikirli zabitlər kimi Həsən Qasimi də bu qoşunda xidmət etməyi haqlı olaraq vətənin azadlıq və istiqlalına xidmət etmək hesab etdi və özünü xalq qoşunlarının sıralarına çatdırmaqla mübarizə həyatının daha ciddi və məsul bir dövrünə ayaq qoymuş oldu. Azərbaycan xalqı və onun iradəsini təmsil edən Azərbaycan demokrat Firqəsi onu səmimiyyətlə ağuşuna qəbul etdi.Həsən Qasimi bu səmimiyyətə özünün təşkilatçılıq bacarığı, gərgin hərbi fəaliyyəti ilə cavab verdi.O, Marağaya göndərildi.Orada isə gecə - gündüz yorulmadan işlədi.O, istər piyada tabor fərmandehi, istərsə müəyyən müddət briqada fərmandehinin müavini vəzifəsində işlərkən özünün fərmandehlik və təşkilatçılığını göstərərək kollektivin dərin hörmət və məhəbbətini qazandı.Özünün bilik və enerjisini əsgərlərin təlim - tərbiyəsinə sərf edən Həsən Qasimi az keçmədən firqə komitəsinə üzv seçildi. Azərbaycan Milli Hökuməti Həsən Qasiminin fəaliyyət və sədaqətini nəzərə alaraq ona Azərbaycan Xalq Qoşunlarının majorluq dərəcəsi verdi.

Şahənşah ordusu Azərbaycana xaincəsinə basqın etdikdə Qasimi də böyük əzm və yüksək döyüş ruhiyyəsi ilə Hulasu cəbhəsinə yola düşdü. Xalq Qoşunlarının Marağa briqadasının atəş xəttində Qasimi də öz əsgərləri ilə birlikdə, əfsər yoldaşları ilə ciyin - ciyinə döyüşə girdi.

Nəhayət, geri çəkilərkən o da düşmən əlinə düşərək yoldaşları ilə birlikdə güllələndi.Ölən dəqiqəyə qədər öz məramına sadiq qalan Həsən Qasimi nə zindanda, nə də yalançı məhkəmədə, nə də ölüm qarşısında heç vaxt düşmənə əyilmədi.O, lap ölüm ərəfəsində atasına yazdığı məktubda da tutduğu yolun haqq və ədalət yolu, qələbəyə, azadlığa və səadətə çatan yol olduğunu qeyd etmişdi.

O, ali bir məqsəd uğrunda fərmandehlərə layiq şücaətlə, son nəfəsinə qədər vüqarla vuruşdu. Xalq azadlığı yolunda şəhid oldu.

Xalqın haqq və ədalət işinə dərin inam bəsləyən Həsən Qasimi:"Azadlıq uğrunda ölənlərin intiqamı yerdə qalmaz!" sözü ilə ölümü qarşıladı və "Yaşasın azadlıq!"- deyə can verdi.

Fars xalqının ləyaqətli oğlu, Azərbaycan xalqının səmimi dostu Həsən Qasiminin xalq hərəkatına xidməti, parlaq xatirəsi həmişə hörmətlə yad ediləcəkdir.

 

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Go Back

Comment