Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

AZADLIQ YOLUNUN MÜBARİZLƏRİ MİR RƏHİM VİLAYİ

AZADLIQ YOLUNUN MÜBARİZLƏRİ

MİR RƏHİM VİLAYİ

Mir Rəhim Vilayi Əbdüləli oğlu 1916 - cı ildə Təbriz şəhərində ruhani ailəsində anadan olmuşdur. Oktyabr inqilabından sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür.1938 - ci ilə qədər Bakıda yaşamışdır.O, ibtidai təhsilini Bakıdakı İran məktəbində başa çatdırmışdır.

1930 - 1932 - ci illərdə Bakıda məktəbi bitirmiş,

1932 - 1934 - cü illərdə axşam məktəbini, 1934 - 1935 - ci illərdə bir illik hazırlıq kursunu bitirmiş,

1936 - cı ildə fizika - riyaziyyat fakültəsində təhsilini davam etdirmişdir.

1937 - 1941 - ci illərdə Tehranda " Qəsri - Qacar" zindanında 5 il siyasi məhbus kimi oturmuşdur.1941 - ci ilin sentyabr - oktyabr aylarında Sovet ordusunun İrana daxil olması ilə o da başqa siyasi məhbuslar kimi zindandan çıxaraq Təbriz şəhərinə gəlmişdir.

1941 - ci ildə Təbrizdə Azərbaycan antifaşist təşkilatının sədr müavini və onun mətbuat orqanı olan" Yumruq" qəzetinin redaktoru(1941 - 1945) olmuşdur.

1942 - ci ildən İran Xalq Partiyasının Azərbaycan təşkilatının MK üzvü və peşəkar partiya işçisi kimi fəaliyyət göstərmişdir.

Təbrizdə nəşr olunmuş" Azərbaycan" , " Vətən yolunda", " Fəryad", " Ədəbiyyat səhifəsi" kimi demokratik qəzetlərin səhifələrində antifaşist məqalələri ilə imperializmə qarşı çıxış etmişdir.

1943 - 1945 - ci illərdə Sovet - İran Mədəni Əlaqələr Cəmiyyətinin Təbriz şöbəsinin nəzdində təşkil olunmuş daimi Sovet sərgisinin müdiri vəzifəsində çalışmışdır.

1945 - ci ilin sentyabr - oktyabr aylarında Azərbaycan Demokrat Firqəsənin orqanı "Azərbaycan" qəzetinin redaktoru seçilmişdir.Azərbaycan Demokrat Firqəsinin birinci qurultayında MK - nın üzvü, həmin ilin noyabr - dekabr aylarında keçirilən seçkilərdə Mərənd, Zunuz şəhər və mahalından Azərbaycan Milli Məclisinə nümayəndə seçilmişdir.1945 - ci ilin dekabr ayının 12 - dən 1946 - cı ilin dekabr ayına qədərAzərbaycan Milli Məclisinin Rəyasət Heyətinin katibi və Azərbaycan Demokrat Firqəsinin Səttarxan bayraqlı Təbriz şəhər komitəsinin sədr müavinu vəzifələrində işləmişdir.

1946 - cı ildə Azərbaycan Həmkarlar İttifaqının iyunda Təbrizdə keçirilmiş birinci qurultayında nlenum üzvlüyünə də seçilmişdir.

Azərbaycan Demokrat Firqəsinin Təbriz şəhər komitəsinin orqanı olan " Demokrat "məcmuəsi- nin müdiru olmuşdur.1945 - 1946 - cı illərdə

Milli azadlıq hərəkatında , silahlı üsyanda (1945 - ci il 12dekabr) hakimiyyəti ələ almaqda iştirak etdiyinə görə Azərbaycan Milli Məclisinin Rəyasət Heyətinin fərmanı ilə" 21 Azər" medalı və partiya sahəsindəki fəaliyyətinə görə

1946 - cı ildə " Səttarxan " ordeni ilə təltif edilmişdir.

Azərbaycan Milli Hökumətinin suqutundan sonra bir neçə ay Təbrizdə gizli vəziyyətdə yaşamış, nəhayət, 1947 - ci ilin mart ayında Sovet Azərbaycanına mühacirət etmişdir.

1947 - 1951 - ci illərdə Bakıdakı iki illik Partiya Məktəbini bitirmişdir.

1946 - 1949 - cu illərdə Azərbaycan Demokrat Firqəsinin orqanı "Azərbaycan" qəzetində siyasi- ədəbiyyat şöbəsinin müdiri, 1949 - 1953 - cü illərdə" Azərbaycan" qəzetinin redaktoru vəzifəsində çalışmışdır...

1959 - ci ildən 1968- ci ilin iyun ayına qədər "Azərnəşr"də siyasi ədəbiyyat şöbəsində böyük redaktor vəzifəsində işləmişdir.

1968 - ci il iyun ayından etibarən Azərbaycan Elmlər Akademiyasında Yaxın və Orta Şərq Xalqları İnstitutunun İran tarixi şöbəsində baş elmi işçi işləmişdir.1975 - ci ildə" Azərbaycan Milli Hökumətinin dövründə mətbuat" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.Bir monoqrafiya və çoxlu elmi məqalələrin müəllifidir.

1976 - cı ildə Bakıda vəfat etmişdir.

Guləddin İsmayilov  

Go Back

Comment