Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Respublikasında yaşayan “ İranlı Mühacirlər Cəmiyyəti ” İctimayıi Birliyin umumi yığıncağı keçirildi

Azərbaycan Respublikasında yaşayan

“ İranlı Mühacirlər Cəmiyyəti ”

İctimayıi Birliyin umumi yığıncağı keçirildi

Şənbə 2019-ci il Mart ayın 2-sində, Azərbaycan Respublikasında yaşayan İranlı Mühacirlərin nümayəndələri Bakıda Cəmiyyətin Qərargahında toplaşdılar. Bu yığıncağ  hər ikki ildən bir keçirilir, Cəmiyyətin keçmiş 2 il fəaliyyətinə nəzər salır, və gələcək 2 il üçün məsuliyyət daşıyan icraçıları seçir.

Keçən 2 illik dövründə Cəmiyyətin Sədri olmuş Rəhim Hüseynzadə yığıncağı açığ elan edərkən, nümayəndələrə “xoş gəlmişsiniz” dedi, sonra sözün davamını ən yaşlı nümayəndə olan Adilə xanım Çernikboləndə tapşırdı.

Adilə xanım Çernikbolənd də öz novbəsındə “xoş gəlmişsiniz” dedi, sonra İran Xalqları uğrunda öz canlarını qurban verənlərin xatirəsinə 1 dəqigə sukut elan etdi. Sonra nümayəndələr iclası aparmağ üçün iclasın Sədri, Muavin və Katıbı ceçdilər.

Əvvəlcə Cəmiyyətin 2 illik fəaliyətinə həsr olunmuş hesabat, sonra həmin dövrə ayıd olan Təftiş komissiyasının hesabatı dinlənilib, müzakirəyə qoyuldu və nümayəndələr tərəfindən təsdiq olundu. 

Sonra Cəmiyyətin Sədri, Sədr Müavinləri, İcraiyyə Heyəti, Mərkəzi Şura və eləcədə Təftiş Komissiyasını təyin etmək üçün ceçkilər başlandı.

Beləliklə, Firudin İbrahimi Anuşirvan oğlu səs çoxluğu ilə, Azərbaycan Respublikasında yaşayan “İranlı Mühacirlər Cəmiyyətin” yeni Sədri kimi gələn 2 il üçün seçildi.

Azərbaycan Demokrat Firqəsı Firudin İbrahimi Ənuşirvan İbrahimi oğlunu İranlı Mühacirlər Cəmiyyətin Sədri kimi seçildiyini təbrik edir və ona uğurlar arzulayır.

 

 

 

 

Go Back

Comment