Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

AZƏRBAYCAN MLLİ HÖKUMƏTİNİN GENERALI QULAM YƏHYA DANİŞYAN

AZƏRBAYCAN MLLİ HÖKUMƏTİNİN GENERALI

QULAM YƏHYA DANİŞYAN

(1906, Sərab - 1989 Bakı)

☆1286 - 1365☆

Azərbaycan Milli Hökumətinin qəhrəman fədaisi Danişyan Qulam Yəhya oğlu 1906 - cı ildə Sərab mahalının Əskərabad(Əsgəvar) kəndində yoxsul kəndli ailədində anadan olmuşdur.Ailədə özü ilə bərabər iki qardaşı və bir bacısı olmuşdur.Ağır vəziyyətdə yaşayan ailənin başçısı Bakıya, oradan da Rusiyaya işləməyə getmiş və qardaşları orada vəfat etmişdir..Atası yenidən Bakıya qayıtmış və neft mədənlərində fəhlə işləmişdir.Qulam Yəhya da 1918 - ci ildə anası ilə birlikdə Şimali Azərbaycana gələrək, Bakının Sabunçu qəsəbəsində yaşamış və 1920 - ci ildə zavodda çilingər şagirdi, daha sonra çilingər işləmiş, axşamlar təhsil almışdır.Qulam Yəhya 1937 - ci ildə İrana qayıtmış, həmin ildə həbs edilərək 1939 - cu ilə qədər zindanda olmuşdur.1939 - cu ildən Miyana dəmir yolunda mexanik işləmişdir. Sərab və Miyanada kəndli hərəkatı - nın iştirakçısı olmuşdur.

1941 - ci ildən İran Xalq Partiyasının sıralarına daxil olmuş və İran Xalq Partiyasının Sərab, sonralar isə Miyana təşkilatına başçılıq etmişdir.

1942 - ci ildən 1943 - cü ilə qədər şah rejimi tərəfindən yenidən həbs edilmişdir.1943 - cü ildən 1945 - ci ilin sentyabr ayına qədər Miyana Vilayət Komitəsinin sədri işləmişdir.

1945 - ci ilin sentyabr ayında yenicə yaranan Azərbaycan Demokrat Firqəsinin sıralarına qoşulmuş ,ADF - nin birinci qurultayında iştirak etmiş və Mərkəzi Təftiş Komissiyasının üzvlüyünə seçilmişdir.

Qulam Yəhya Miyana vilayətində fədai dəstələrinin formalaşmasında, 21 Azər hərəkatının qələbəsində və Azərbaycan Milli Hökumətinin yaranmasında fəal iştirak etmişdir.

Qulam Yəhya Seyid Cəfər Pişəvərinin göstərişi ilə Təbrizə gəlmiş, Təbriz şəhərinin jandarm idarəsinin götürülməsində əsas rol oynamışdır.

Azərbaycan Milli Hökuməti təşkil edildikdən sonra Azərbaycan Milli Məclisi Qulam Yəhyanın inqilabi fəaliyyətini, fədailər arasında olan nüfuzunu nəzərə alaraq onu"21 Azər" medalı və" Səttarxan"ordeni ilə təltif etmişdir.Qulam Yəhyanın xidmətlərinə görə Milli Məclis tərəfindən ona general rütbəsi verilmiş və Xalq Qoşunları nazirinin müavini seçilmişdir. Zəncan fədailərinin rəhbərliyi S.C.Pişəvəri tərəfindən ona tapşırılmışdır.Qulam Yəhya Zəncan cəbhəsinin başçısı olduğu dövrdə Mürtəzəvi, Həsən Nəzəri və Hidayət Hatəmi ilə birlikdə Zülfüqari silahlı dəstəsini zərərsizləşdirmişdir. Onlar Milli Hökumətə qarşı vuruşan mülkədar - ların torpaqlarını kəndlilərə paylamışlar.Qulam Yəhya Ərdəbil və Urmiyyə şəhərlərində də fəaliyyət göstərən fədailərlə görüşür və döyüş - lər haqqında məlumat verirdi.

Azərbaycan Milli Hökuməti ilə İran dövləti arasında bağlanan müvafiq qətnaməyə əsasən iyun ayında əncümən tərəfindən Q.Yəhya Azərbaycanda fədai dəstələrinə rəhbərlik etmək üçün nigahbanlıq idarəsinin rəisi təyin edilmişdir.

Tehran - Təbriz sazişinə əsasən Zəncan Tehrana təhvil verildi.Bundan sonra Miyana şəhəri fədailərin mərkəzi oldu.1946 - cı ilin 10-a qədər şah qoşunlarına qarşı müqavimət göstərildi və Təbrizdən göndərilən göstəriş əsasında Miyana fədailəri də müqavimət göstərmədən geri oturdu.

General Qulam Yəhya 1946 - cı ilin dekabr ayında Şimali Azərbaycana mühacirət etmiş, ali təhsil almış və 1958 - ci ildən 1979 - cu ilə qədər Azərbaycan Demokrat Firqəsinin sədri olmuşdur.Ömrünün sonuna qədər firqənin fəxri sədri seçilmişdir.Qulam Yəhyanın apardığı inqilabi mübarizə gənc nəsil üçün örnəkdir. Onlar ata - babalarımızın keçdiyi yolları izləsin. İran və Azərbaycan xalqlarının azadlığı uğrunda apardıqları mübarizədən tarixi dərs alsınlar.

Görkəmli inqilabçı, Azərbaycan Demokrat Firqə sinin fədaisi, general Qulam Yəhya Danişyan 1986 - cı ilin avqust ayında Bakıda vəfat etmiş və Birinci Fəxri Xiyabanda dəfn edilmişdir.

 

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Go Back

Comment