Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Milli Hökumətinin sərhəngi (polkovniki) ƏLİ NƏVAİ (1915 - 1983)

Azərbaycan Milli Hökumətinin sərhəngi

(polkovniki) ƏLİ NƏVAİ (1915 - 1983)

Azərbaycan Milli Hökumətinin sərhəngi, Ərdəbil vilayəti Xalq Qoşunlarının başçısı Əli Nəvai 1915 - ci ildə Tehran şəhərində anadan olmuşdur.Atası Məhəmmədqasım Hadı oğlu dövlət qulluqçusu olmuşdur.Anası isə evdar qadın olmuşdur.1919 - cu ildən 1926 - cı ilədək ibtidai məktəbi və 1934 - cü ildə orta hərbi məktəbi bitirmişdir.İran qoşun hissələrində 1936 - cı ildən 1942 - cı ilədək işləmişdir.Qoşunda axırıncı vəzifəsi komandir olmuşdur.1942 - ci ilin iyul ayından etibarən İran ordusundan boyun qaçırdığına görə 1943 - cü ildə hərbi məhkəmədə birinci dəfə 6 ay həbsə məhkum edilib və ikinci məhkəmədə bəraət almışdır.Əli Nəvai bəraətdən sonra Zəngan ( Zəncan ) şəhərinə gəlmişdir.1945 - ci ilin oktyabr ayında Azərbaycan Demokrat Firqəsinin üzvü olmuş, Zəngan komitəsinin göstərişi ilə Zəngan fədai dəstələrinin təşkilində iştirak etmişdir.O, 1946 - cı ilin aprel ayına qədər Zülfüqari Mahmudxan əleyhinə vuruşmalarda iştirak etmişdir.Həmun tarixdən Azərbaycan Xalq Qoşunlarında xidmət etmişdir.Azərbaycan Milli Hökumətinin Xalq Qoşunları sıralarındakı xidmətlərinə görə 1946 - cı il oktyabr ayında podpolkovnik rütbəsi verilmişdir.1946 - cı ilin aprel ayından iyul ayına kimi Azırbaycan Milli Hökumətinin Daxili İşlər nazirliyinin nəzdində olan daxili intizam idarəsinin rəisi vəzifəsində işləmiş və bu tarixdən 1946 - cı ilin dekabr ayınadək Ərdəbil fədai dəstələrinin komandiri vəzifəsində çalışmışdır.

1946 - cı ilin dekabr ayının 11 - də Sovet İttifaqına mühacirət etmişdir.1947 - ci ildən 1951 - ci ilədək iki illuk partiya məktəbinə daxil olmuş,məktəbi bitirdikdən sonra 1952 - ci ilin iyun ayınadək Ağdam mədəniyyət evinin direktoru vəzifəsində işləmişdir.1952 - ci ilin noyabr ayından Azərbaycan Pedaqoji İnstitutunun aspirantı və İran Xalq Partiyasının mərkəzi orqanı " Rəhbər" qəzeti və onun xalq kütlələri uğrunda mübarizəsi" adlı mövzu üzərində işləmişdir.

Əli Nəvai 1963 - cü ildə elmi işini müdafiə etmiş və tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.O, 1983 - cü ildə Bakı şəhərində vəfat etmişdir.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment