Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Milli Hökumətinin qəhrəman fədaisi DADAŞ TƏQİZADƏ

Azərbaycan Milli Hökumətinin qəhrəman

fədaisi DADAŞ TƏQİZADƏ

(1902 - 1947)

 1281 - ci ilin şəmsi ilində (miladi 1902 - ci il)

Dadaş Təqizadə Marağa ətrafında kəndli ailəsində anadanolmuşdur.Gənc ikən kəndini tərk etməyə məcbur olan Dadaş Təqizadə gizli şəkildə təşkil olunmuş fəhlə təşkilatına daxil olaraq Mazandaran, Tehran, Ənzəli kimi şəhərlərdə inqilabi iş aparmaqla məşğul olmuşdur.Təqizadə fəhlələrin etimadını qazanaraq onların rəhbərliyinə qədər irəli çəkilmişdir.

Lakin bu sahədə fəaliyyətini axıra qədər davam etdirə bilməmiş, polisin təqibi üzündən Ənzəlini tərk edib Tehran fəhlələr təşkilatında yaxından iştirak etmişdir.1924 - cü ildə Rza xan əleyhinə başlanan etiraz hərəkatında fəal iştirak etmişdir.1927 - ci ildə təhsil almaq üçün xaricə getmiş dir.3 illik təhsildən sonra yenidən Tehrana qayıtmışdır.1932 - ci ildə Dadaş Təqizadə polis idarəsi tərəfindən həbsə alınmış, 7 il Qəsri - Qacar zindanında saxlanılmışdır.Həbs müddəti başa çatdıqdan sonra D.Təqizadə 1939 - cu ildə Tehranın mərkəzi siyasi idarəsi tərəfindən jandarm nəzarəti altında qolu bağlı Bicar vilayətinə sürgün edilmişdir.1941 - ci ildə Şəhrivər hadisələrindən sonra(avqust - sentyabr) Rza xan diktaturasının yıxılmasıdan sonra bütün azadlıqsevərlər zindanlardan, sürgünlərdən azad olduqları kimi o da sürgündın qayıtmışdır.Dadaş Təqizadə Azərbaycan Demokrat Firqəsinin şüarlarının, qərar və göstərişlərinin həyata keçirilməsi uğrunda fədakarlıqla çalışmışdır.Marağa kəndliləri içərisində gecə - gündüz yorulmadan işləmişdir.Buna görə də kəndlilər onu özlərinin ən qayğıkeş dostu hesab edirdi.O, 21 Azər hərəkatında yaxından iştirak etmiş, Marağa əhalisi tərəfindən Azərbaycan Milli Məclisinə nümayəndə seçilmişdir.Dadaş Təqizadə özünü həmişə firqənin bir əsgəri bilmiş, sevimli firqəsinə sadiq qalmışdır.Azərbaycana basqın etmiş irtica ordusu xalqımızın azadlıqsevər qəhrəman oğullarını güllələyib öldürdüyü vaxt mübariz Dadaş Təqizadəni də həbs edib, 1947 ci ildə dar ağacından asmışlar.Peşəkar inqilabçı Dadaş Təqizadə xalq azadlığı yolunda şəhid olmağı özünə şərəf hesab edərək, ölümlə üz - üzə durduğu vaxt son sözlərində xalqın tükənməz gücünə , hərəkatın qələbəsinə dərin inam bəslədiyini bildirmişdir.

Dadaş Təqizadənin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Guləddin İsmayilov  

Go Back

Comment