Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN FƏDAİ ZABİTİ ƏBÜLHƏSƏN RƏHMANİ

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN FƏDAİ

ZABİTİ ƏBÜLHƏSƏN RƏHMANİ

(1910 - 1987)

Əbülhəsən Rəhmani 1910 - cu ildə Təbrizdə anadan olmuşdur.Atası Əli Rəhmani, "Zərqam Homayun" ləqəbi ilə Səttarxan hərəkatının fəal iştirakçılarından biri olmuşdur.

Əbülhəsən Rəhmani orta məktəbi Təbriz şəhərində bitirmişdir. 1927 - ci ildə İran Kommunist Partiyasının üzvü olmuşdur.1928 - ci ildə Moskva Dövlət Universitetinə daxil olmuş və 1931 - ci ildə həmin univesiteti bitirmişdir.

1931 - ci ildə İrana qayıdıb və həbs olunur.Bir neçə aydan sonra azad olur və orduya göndərilir.Əfsərlik ( zabitlik) məktəbini bitirəndən sonra İran ordusunda xidmət edir.

1935 - ci ildən 1937 - ci ilə qədər ali təhsil alıb təhsilini bitirəndən sonra Tehranda xidmət edir.

1945 - ci ildə İran ordusunun sıralarında aktiv inqilabi fəaliyyətinə görə həbs edilir və Kirman şəhərinə sürgün edilir.

Azad olunandan sonra İran ordusunu tərk edərək, Azərbaycan Milli ordusunda fəal iştirak edir.

1945 - 1946 - cı illərdə Azərbaycan Milli Hökumətinin Xalq Qoşunlarının kadr şöbəsinin rəisi vəzifəsində işləyir.

1946 - cı ilin dekabr ayında Azərbaycan Milli Hökumətinin süqutundan sonra Şimali Azərbaycana mühacirət edir.1947 - ci ildən 1951 - ci ilə qədər Ali Partiya məktəbində təhsil almışdır.

1951 - ci ildən 1953 - cü ilə qədər Azərbaycan Radioinformasiya Komitəsinin İran bölməsinin tərcüməçisi (fars və Azərbaycan dilindən) və redaktoru işləyib.

1953 - cü ildən Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunda işləmişdir.

1959 - cu ildə "Tarix - e Aləm araye - Əbbasi"   mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

1971 - ci ildə isə "Azərbaycan 16 əsrin ortalarından 17 əsrə qədər" mövzusunda doktorluq işini uğurla müdafiə etmişdir.

Rəhmani Əbülhəsən 1946 - cı ildən 1987 - ci ilə qədər Azərbaycan Demokrat Firqəsinin fəal üzvü olmuşdur.Bir neçə il Azərbaycanda yaşayan siyasi mühacirlərin rəhbəri olub. Dəfələrlə elmi - praktik konfranslarda iştirak edib, çoxlu sayda məruzələri və elmi məqalələri dərc olunub.

1992 - ci ildə Əbülhəsən Rəhmaninin yazdığı Azərbaycanın 17 əsrə aid xəritəsi "Tarixi - coğrafiya" kitabında dərc olunub, Azərbaycan Hökumətinin Ali mükafatına təqdim olunmuş - dur.

Əbülhəsən Rəhmani 1987 - ci ildə oktyabr ayının 14 - də vəfat etmiş, Bakıda Yasamal qəbiristanlığında dəfn edilmişdir.

 

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment