Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN ŞƏHİD GENERALI MİRZƏ RƏBİ KƏBİRİ

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN ŞƏHİD

GENERALI MİRZƏ RƏBİ KƏBİRİ

Azərbaycan xalqının görkəmli dövlət xadimi Mirzə Rəbi Hacı Mir İsaq oğlu Kəbiri 1268 - ci şəmsi ilində (miladi 1889 - cu ildə) Marağa şəhərində mütərəqqi mülkədar - ruhani ailəsində anadan olmuşdur.O, Marağada ailə daxilində xüsusi müəllim vasitəsilə oxumuş, nəhayət, Təbriz və Tehran şəhərlərində öz təhsilini təkmilləşdirmişdir.Lakin, o bununla kifayətlənməyərək şəxsi mütaliə yolu ilə də həmişə özünün bilik və bacarığının dairəsini genişləndirməyə çalışmışdır.Ona görə də Mirzə Rəbi Kəbirinin şəxsi kitabxanasında yüzlərlə qədim elmi, tarixi və ədəbi kitablara rast gəlmək mümkün olurdu. Bu kitabxanada mütərəqqi fikir carçısı olan mətbuat da az deyildi.Bunlardan "Molla Nəsrəddin" məcəlləsinin müxtəlif nömrə-  lərini, birinci dəfə ərəb əlifbasında çap olmuş "Hophopnamə"ni, Fransanın intibah dövrünə aid bir sıra yazıçıların əsərlərini, Jan Jak Russo, Molyer və Fransua Rablenin kitablarını və bir çox başqa şair və yazıçılarının əsərlərini görmək olardı.

O hələ gənc yaşlarından Marağa vilayətinin feodal zülmünə məruz qalan kəndlilərə himayədarlıq edir, atasından qalan kəndlərdə ədalətsiz vergiləri ləğv edir və onlara maddi yardımlar göstərirdi.Mirzə Rəbi Kəbirinin belə hərəkətləri yerli feodal və şah məmurlarının qəzəbinə səbəb olurdu.

1920 - ci ildə Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə Milli Hökumətin yaranmasından ruhlanan Mirzə Rəbi Kəbiri Marağa vilayətində kəndli üsyanlarına başçılıq edir, kəndlilər isə ona Mirzə Rəbi" Biyabani" və " Ədlüddövlə" ləqəbi vermiş - dilər.Elə bu səbəbdən də şah məmurları, mürtəce yerli feodal mübaşirləri onu həmişə təqib edir və həbs olunur.Həbsdən sonra da mübarizəsini gizli surətdə davam etdirir.

M.R.Kəbiri hələ gənc yaşlarında İranın müxtəlif şəhərlərində mühüm dövlət vəzifələrində olmuşdur.O, Kirmanda,Bəlucistanda, Rəfsəncanda və Kirmanşahda fərmandarlıq, maliyyə rəisi və sairə vəzifələrdə işləmişdir.O, Xoyda ikən Hizbe Tudeye İranın ölkənin bütün mütərəqqi qüvvələrinin arzu və istəklərinin təmsilçisi və onun mübarizəsinə rəhbərlik edən yeganə təşkilat idi.Kəbiri həm bu təşkilatın tərəfdarı, həm də bütün quruluşa qarşı çıxan şahənşah dövlətinin məsul vəzifəli rəhbər işçisi idi.Olduqca mürəkkəb və ziddiyyətli vəziyyət yaranmışdı.Onun bu vəzifədə qalması hizb üçün lazım və xeyirli idi.Kəbiri bu dövrdə mütərəqqi təşkilarlarla gizli əlaqə yaradır, inqilabçılara yaxından kömək göstərirdi.

Kəbiri malik idi.Lakin, onun maddi imkanları, hörmət və nüfuzu azadlıq hərəkatının ixtiyarında idi.1324 - cü ildə (1945 m.) Xocamir başqa maliklərə və jandarm qüvvələrinə qarşı mübarizənin mərkəzi oldu. Kəbiri quldur feodallara qarşı mübarizədə mütərəqqi qüvvələrin tərəfində durur və bu qüvvələrə əlindən gələn köməkliklər edirdi.

O, Azərbaycanda gedən milli azadlıq hərəkatı dövründə, xüsusilə 1945 - 1946 - cı illərdə Marağa şəhərində və onun ətraf kəndlərində mərkəzi hökumətə qarşı fədai dəstələrinin təşkil edilməsində böyük rol oynayır, tezliklə bu dəstələrin fərmandehi olur.1945 -ci ilin dekabrında milli azadlıq hərəkatının sürətli inkişafı zamanı Marağa və Təbrizdə şah qoşunlarının tərksilah olunmasında və Milli Hökumətin təşkilində onun böyük xidmətləri olmuşdur. Buna görə də Milli Hökumətin Baş naziri Seyid Cəfər Pişəvəri Mirzə Rəbi Kəbirini öz hökumətinin tərkibinə daxil edərək onu poçt- teleqraf və yol naziri təyin etmişdi. Kəbiri bu zaman Marağa fədailərinin baş fərmandehi vəzifəsini də yerinə yetirirdi.O həmişə Seyid Cəfər Pişəvərinin sağ əli hesab olunur, hər yerdə Milli Hökumətə qarşı çıxan şahpərəst ünsürlərin əksinqilabi çlxışlarının qarşısını almaq üçün fəal mübarizə aparırdı.

1945 - ci ilin əvvəllərində şah rejimi yerli mürtəce feodalların qruplaşmalarından Azərbaycan Milli Hökumətinə qarşı istifadə etməyə çalışır.Şahpərəst ünsürlər Çaroymaq mahalının Qızılabad, Qarağac, Arpadərə, Göycəqələ, Əcəbşir xətlərində Milli Hökumət əleyhinə fəaliyyətə başlayır.Bu zonalarda fəaliyyət göstərən Kazımi, Qüdrətxan və Hacıqəhrəmanın (Şücaüləşkər) əksinqilabi qüvvələri Kəbirinin başçılıq etdiyi fədai dəstələri tərəfindən ləğv edilir və Həmədan tərəfə qaçırlar.Bunu nəzərə alan Azərbaycan Mili Hökuməti Mirzə Rəbi Kəbirini Xalq Qoşunlarının  generalı rütbəsi ilə təltif edir və Milli Məclis tərəfindən ona "21Azər" medalı və" Səttarxan" ordeni təqdim olunur.

21 Azər hərəkatının qələbəsindən sonra siyasi hakimiyyətin Milli Hökumət simasında xalqın əlinə keçməsilə böyük islahat işi başlanmışdı. Azərbaycan Demokrat Firqəsinin hərəkatdan əvvəl müraciətnaməsində vəd edilən islahatın həyara keçirilməsində Kəbiri də yaxından, fəal surətdə iştirak etmişdir.

1946 - cı ilin sonunda(1325, Azər ayı) şahənşah ordusu xaincəsinə Azərbaycana basqın etdikdə Çaroymaq,Gür - Gur, Şahyurdu və Qarağacdan tutmuş, Xan Təxtiyə qədər olan böyük cəbhənin fərmandehliyi general Kıbiriyə tapşırılmışdı. Onun başçılıq etdiyi fədai qüvvələri Xalq Qoşunlarının Marağa briqadasının onlara təhkim edilmiş bölmələri ilə birlikdə, Miyana fədai qüvvələri ilə əlaqədar surətdə müqavimət göstərməyə çalışmışdılar.Düşmən qüvvələrinin ağır silah - tank, təyyarə və top cəhətdən, kəmiyyət nöqteyi - nəzərindən müqayisə edilməz üstünlüklərinə baxmayaraq general Kəbirinin başçılıq etdiyi qüvvələr ilk günlərdə düşmənin hücumunu dayandırır və onu bir neçə yerdə geri oturmağa da məcbur edirlər. Lakin düşmən kiçik tankların, zirehli maşlnların və təyyarələrin köməyi ilə cəbhəni yararaq Kəbirinin fədailərini geri çəkilmək məcburiyyətində qoyur.Həmin geri çəkilmək cərəyanında Kəbiri də Marağa ilə Təbriz arasında düşmən qüvvələrinin əlinə keçir.

Kəbiri xalq düşmənləri tərəfindən, İran dövlət orqanları vasitəsilə həddindən artıq incidilir. Onun yaşının altımışa yaxın olmasına baxmayaraq ona fiziki cəza verilir., şəxsiyyəti təhqir olunur.Nəhayət, o ,düşmənin xalq hərəkatına qarşı çıxmaq tələblərinə rədd cavabı verdikdən sonra Marağa şəhərində dardan asılmışdır.1325 - ci ildə (1946 - cı il ,miladi) Mirzə Rəbi Kəbirinin bütün əmlakı dərbar quldurları tərəfindən qarət edilmişdir.Bir neçə il sonra İran məclisi Azərbaycanın 1324 - 1325- ci illər demokratik hərəkatının bütün iştirakçıları - nln əmlakını müsadirə etmək haqqında qanun verməklə eyni zamanda bu cürə açıq təcavüz işlərini qanuni şəklə salmağa çalışmışdır.

Azərbaycan xalqının mübariz oğlu, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü, Xalq Məclisinin nümayəndəsi, görkəmli dövlət xadimi, hərəkat sərkərdəsi Mirzə Rəbi Kəbirinin mübarizə həyatı sərgüzəştlərlə doludur.

Azərbaycan xalqı azadlıq vı tərəqqi yolunda imperializm və səltənət rejiminə qarşı mübarizələrdə canından keçmiş Mirzə Rəbi Kəbirinin xidmətlərini heç vaxt yaddan çıxarma- yacaqdır.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Go Back

Comment