Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİ

 

 

 

 

 

 

 

 

 

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN

MƏRKƏZİ KOMİTƏSİ

“İRANLI MÜHACİRLƏR CƏMİYYƏTİ”

İCTİMAİ BİRLİYİ

 

FİRİDUN İBRAHİMİ-100

MÜSABİQƏ ELANI

Müsabiqə 21 noyabr 1918-ci ildə dünyaya göz açan, görkəmli dövlət xadimi, diplomat, hüquqşünas, jurnalist, publisist, şair, təhqiqatçı, Azərbaycan Demokrat Firqəsinin və “21 Azər” Hərəkatının ünlü simalarından sayılan, Milli Hökumətin Baş Prokuroru, şəhid, İran xalqlarının Milli Qəhrəmanı Firidun İbrahiminin 100 illik yubileyinə həsr olunur. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin və “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin birgə müsabiqəsindən məqsəd jurnalistlərin, media ilə əməkdaşlıq edənlərin diqqətini unudulmaz şəxsiyyətin çoxşaxəli həyat və mübarizə yoluna bir daha çəkmək, hər bir ölkədə bu mövzuda dolğun, oxunaqlı yazılara imza atanların yaradıcılıq və zəhmətlərini dəyərləndirməkdir.

Müsabiqəyə 2018-ci il sentyabrın 1-dən oktyabrın 20-dək müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində - qəzet, jurnal, informasiya agentliklərində, saytlarda gedən yazılar buraxılacaqdır.

 

İSTİQAMƏTVERİCİ MÖVZULAR:

  1. Firidun İbrahimi XX əsrin görkəmli ictimai-siyasi xadimlərindən biri kimi;
  2. Azərbaycan Milli Hökumətinin hüquqi aktlarının hazırlanmasında və hüquqi islahatlarının həyata keçirilməsində Firidun İbrahiminin rolu və xidmətləri;
  3. Firidun İbrahimi jurnalist kimi;
  4. Firidun İbrahiminin publisistikası.
  5. Firidun  Ibrahimi Diplomat kimi.

MÜSABİQƏYƏ TƏQDİM OLUNACAQ YAZILARDA ÜSTÜNLÜK VERİLİƏCƏK CƏHƏTLƏR

  • Mövzunun dolğun əhatə edilməsi, fərdi yanaşma;
  • Tarixi faktlardan, mənbələrdən, canlı şahidlərin xatirələrindən istifadə;
  • Plagiata yol verilməməsi;
  • İfadə vasitələrinin zənginliyi.

Müsabiqədə janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar Azərbaycan, fars, rus və ingilis dillərində qələmə alına bilər. Həcmi 9-11 min işarədən çox olmamalıdır. Sonda “Firidun İbrahimi -100” beynəlxalq yazı müsabiqəsinə təqdim edilir “ qeydi olmalıdır.

 Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən (Bakı şəhəri, Əlibəy Hüseynzadə 66) ünvanında və ya müəllifin elektron ünvanından info@adfmk.com ünvanına elektron qaydada təqdim edilməlidir. 

YAZI MÜƏLLİFİ AŞAĞIDAKI SƏNƏDLƏRİ TƏQDİM ETMƏLİDİR:

  • əlaqə vasitələri - iş və mobil telefonları (təqdimat elektron qaydadadırsa, Word faylında, Times New Roman şriftində);
  • müsabiqə üçün təqdim edilən yazının yayımlandığı qəzet və jurnalın 1 (bir) nüsxəsi (təqdimat elektron qaydadadırsa, skan olunmuş PDF formatında); 
  • yazı elektron media resursunda dərc olunubsa, bunu təsdiqləyən link;
  • yazının A4 formatında ayrıca vərəqdə nüsxəsi (təqdimat elektron qaydadadırsa,  müəllifin adı qeyd edilməməklə Word faylında); 

Qeyd: yazını elektron qaydada təqdim etmək istəyən şəxslər yuxarıda göstərilən sənədləri info@adfmk.com elektron poçt ünvanına göndərməlidirlər. 

Müsabiqə üçün çap mediasında çıxan yazılar 2018-ci il sentyabrın 3-dən  həftənin 1-6-cı günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Əlibəy Hüseynzadə 66 ünvanında  qəbul ediləcək.

Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Yazı müsabiqəsinin mükafat fondu aşağıdakı qaydada nəzərdə tutulub: 

  1. Azərbaycan Respublikasının KİV- lərində gedən 3 ən yaxşı  mükafatlandırılacaq.
  2. Fars, rus və ingilis dillərində müxtəlif ölkələrin KİV – lərində gedən 3 ən yaxşı yazıya xüsusi mükafatlar veriləcək;
  3. Münsiflər heyəti digər dolğun yazıların müəlliflərinin də mükafatlandırılmasını nəzərdə tutub.
  4. Münsiflər heyəti tərəfindən bəyənilən ən yaxşı yazıların toplandığı “Firidun İbrahimi – 100” kitabı nəşr ediləcəkdir.

Qeyd: Müsabiqədə iştirak etmək istəyən şəxslərə mənbə kimi adfmk.com saytında, “Mühacir” və əski əlifba ilə çıxan “Azərbaycan” qəzetlərində, digər mətbu nəşrlərdə, electron informasiya vasitələrində Azərbaycan, fars,  rus və ingilis  dillərində  gedən materiallardan faydalanmaq tövsiyə olunur.

Müsabiqə qaliblərinin adları 2018-ci il noyabr ayının 21-dək  Beynəlxalq Mətbuat Mərkəzində təşkil ediləcək beynəlxalq konfransda açıqlanacaq.

Əlaqə telefonları: 

(012) 596-63-91

(012) 594-53-94

(050) 534-93-26

(055) 405-33-00

(050) 210-51-88

(050) 225 07 65

Go Back

Comment