Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Arxivdən tanılan “ 21 Azər” medalı

Arxivdən tanılan “ 21 Azər” medalı

Həyat yoldaşım Zeynəb Musazadə Cabbar qızı, əlyazmalarımı, kitab arxivimi araşdırarkən neçə illərdi axtardığı medalı tapır. Arxivdən tanılan neçə illərin həsrətindən saralmış, solmuş “21 Azər medalı və vəsiqəsi. Vəsiqəni açıb soluxmuş yazıları oxuyuruq.

Cabbar Musa oğu Musazadə 1945-ci il tarixdə verilib. “Azərbaycan Milli Hökumətini ələ gətirməkdə şirkət etməsinə görə Azərbaycan Məclisi, Azərbaycan Məclisi Milli tərəfindən “21 Azər” medalı ilə təltib  olunub.

Azərbaycan məclisi millisinin rəisi Şəbüstəri.

Azərbaycan məclisi millisinin katibi M.Vilayi.

Arxivdən tapılan bu dəmir medalın rəngini illər dəyişib. Ancaq bu medala olan məhəbbət heç vaxt dəyişməyib. Vətəninin, Azərbaycanın azadlığı uğrunda doğma el, obasından uzaq düşsə də, Cabbar Musazadə heç vaxt sarsılmayıb. Zeynəb xanım danışırdı: Musazadə Anaxanım 4 uşaqla (bir neçə aydan sonra) atamın arxasınca gəlib. Fədai dəstələri Gəncədə və Şəmkirdə yerləşdiyindən onu Gəncədə tapıb. Sonra ailəmizi Şəmkirdə (st.Şəmkir) Təzəkənnddə yerləşdiriblər.

Atamın xatirələrindən Cənubi Azərbaycanda Milli Hökumət qurulanda mən fədai idim. (yəni silahlı əsgər) bir yığıncaqda mürtəce qüvvələrdən olan bir nəfərin Mirqasım Çeşmazəri vurmaq istədiyini gördüm. O atəş aşmazdan qabaq mən onu vurdum.

Mirqasım Çeşmazər Təbriz fədai dəstələrinin komendantı idi. (10.12.1945-1946 cı illər). Həm də S.C.Pişəvərinin köməkçisi, radio komitəsinin sədri idi. Yəqin ki, bu igidliyimi nəzərə alıblar.

Bu taya mühacirət etdikdən sonra Mirqasım Çeşmazər ilə uzun müddət ailəvi dostluq etdik. Zeynəb xanım atasının xatirələrindən danışırdı:

Fədai dəstələri Gəncədə və Şəmkirdə təlimlər keçirdilər. Geri qayıtmaq üçün S.C Pişəvəri naməlum maşın qəzasına salınandan sonra ailəmiz Şəmkirdə , sonra isə Bakıda məskunlaşıb. Atamın ailəsi böyük olduğundan ona kömək məqsədilə Azərbaycan hökuməti bir uşağını Moskvaya İvanov şəhərinə Beynəlxalq İnternat məktəbinə göndəriblər. O da mənim bəxtimə düşüb. Orta təhsilimi rus dilində almışam. Təhsilimi başa vurandan sonra Bakıya Dövlət Universitetinə filologiya fakültəsinə qəbul olmuşam. Universiteti bitirmişəm. 1992-ci ilin may ayında bizə nəsib olunb ki, vətənə gedib atamın doğma ocağını görək. Qonşularla görüşdük.

Atama bu gün qismət olmasa da öz həyətindən torpaq da gətirdik. Biləcəridə dəfn olunmuş qəbrinin üztünə səpdik.

Çətin və keşmə-keşli bir həyat yaşasaq da bu gün arxivdən tapdığım “21 Azər” medalı bizim və bütün fədai ailələrinin fəxr etdiyi bir medaldır. Onu qoruyub saxlayacağıq. Xalqımın gələcək günləri üçün.

 

Tariyel Ümid

2018 ci il

Go Back

Comment