Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

21AZƏR HƏRƏKATININ FƏDAİ ŞAİRİ MƏHƏMMƏD BAĞIR NİKNAM

21AZƏR HƏRƏKATININ FƏDAİ ŞAİRİ

MƏHƏMMƏD BAĞIR NİKNAM

(1921 -1946)

Mübariz fəhlə - şair 1921 - ci ildə (şəmsi ili 1300- cü il) Təbrizdə dəmirçi ailəsində dünyaya gəlmişdir.O, 5 - 6 yaşlarında yetim qalmış və dayısının himayəsində yaşayaraq kibrit karxanasında işləməklə keçinmişdir.Niknam yaxın yoldaşı Mahmuddan yazıb - oxumağı öyrənmiş, sonra böyüklərə məxsus məktəbdə molla yanında və nəhayət "Nizami" mədrəsəsin-

də təhsilini artırmışdı.

Məhəmməd Bağır Niknam şeir yaradıcılığına əsgərlikdə olduğu zaman başlamışdır.Səltənət rejiminin törətdiyi zülm və ədalətsizliklərin, mövcud quruluşun ziddiyyətlərin düyün nöqtəsi olan Rza xan sərbazlarının boğucu mühüti bir çox cavanlar kimi Məhəmməd Bağırın da ürəyini ağrıtmışdır.Sərbazlara qan udduran zalım sərvana yazdığı aşağıdakı şeir görünür onun ilk əsərlərindəndir:

Bağrın olubdu qəmdən al qan, cənab Sərvan,

Sərbazlara yedirtdiz siz qan, cənab Sərvan.

Şallaq, kötək, işgəncə, Sərvan, bizi çürütdü,

Qan ağlayır baxanda geridən, cənab Sərvan.

Başmaqların üzünə piy sürtürük parıldır,

Altdan baxır ayaqlar üryan, cənab Sərvan.

Gəl qismətin şamdan bir gün özün xəbər tut,

Səkkizcə misqal olmuş mizan, cənab Sərvan.

Arzum budur cahanda bir elə gün olaydı,

Bir həqq tutaydı axır divan, cənab Sərvan.

- şeirini yazıb qapıya yapışdırdığı üçün təqib edilib döyülmüş və həbs cəzasına məhkum edilmişdi.1941 - ci ildə (1320) əsgərlikdən buraxılıb yenə də kibrit karxanasındakı işinə, kargər yoldaşlarının yanına qayıdlr.

1941 - 1945 - ci illərdə (1320 - 1324) Azərbaycanda və İranda şahlıq üsul - idarəsinə qarşı, azadlıq və istiqlal uğrunda gedən milli hərəkat minlərlə sadə, zəhmətkeş, vətənpərəst cavanlar kimi Məhəmməd Bağır Niknamın da həyat yolunu müəyyənləşdirmiş olur.Onlara yeni mənəvi qüvvə, yeni ilham verir.Hizbe Tudeye İranın və daha sonra Azərbaycan Demokrat Firqəsinin sıralarına daxil olan gənc şair özünün bacarıq və enerjisini, sənətkarlıq fəaliyyətini tamamilə doğma vətəninin azadlığı işinə həsr edir.Məhəmməd Bağır Niknam 21 Azər hərəkatı ərəfəsində heç bir şeydən çəkinmədən işlədiyi kibrit karxanasında və başqa karxanalarda fəhlələr arasında inqilabi iş aparır.Firqənin tapşırığı ilə kəndlərə gizli işə gedir.O, Azərbaycan Demokrat Firqəsinin öz məramna  məsinə əsasən apardığı siyasi səfərbərlik uşinə var qüvvə ilə, böyük eşqlə xidmət edirdi.

Azərbaycan Milli Hökumətinin qurulması iqtisadiyyat, təsərrüfat sahəsində olduğu kimi incəsənət və ədəbiyyat sahəsində də o vaxta qədər görünməmiş bir dirçəlişə səbəb olur.

"Şairlər cəmiyyəti"nin təşkili, ana dilində mətbuat yaradılması, Azərbaycan dilinin rəsmi dövlət dili elan olunması, bu dildə məktəblərin işə düşməsi və sair cavan fəhlə şairin ilhamına qanad verir, yaradıcılığının azad inkişafına şərait yaradır.O," Xavər - no"," Azərbaycan"," Vətən yolunda" və başqa qəzetlərdə alovlu şeirləri ilə ardıcıl surətdə çıxış edir.Yüksək vətənpərəstlik duyğuları ilə dolu olan əsərlərində xalqı azadlığa çağıran Azərbaycan Demokrat Firqəsini, Milli Hökuməti, zəhmətkeşləri qazanılmış nailiyyətləri qoruyub saxlamağa ruhlandırırdı.

M.B.Niknam"Doğma dilim" şeirində dil məsələsini yüksək demokratik ideallara bağlayaraq Azərbaycan dilinin böyük bir ölkə əhalisinin dili olduğunu zərif, incə bir şeirilə vermişdir:

Bu vətənin dağı, daşı, torpağı,

Aşinadır Azərbaycan dililə.

Söhbət edər qızıl gülün yarpağı,

Bülbül ilə Azəristan dililə...

Məhəmməd Bağır Niknam - bu sadə, nəcib və gözəl insan, mübariz kargər, incə zövqlü şair qızıl güllə bülbülün Azəristan dilində dastanına yalnız bir bahar qulaq asa bilirdi.

1946 - cı ildə (1325) şahənşah qoşunlarının Azərbaycana xaincəsinə basqını zamanı Məhəmməd Bağır Niknam da cəlladların əlində şəhid oldu. M.B.Niknam Azərbaycanın minlərlə mərd mübarizləri kimi irticaya qarşı mübarizədə həlak oldusa, onun məslək və məramı, mübarizəsi, odlu şeirləri onun əziz xatirəsilə birlikdə yaşamaqdadır.

ƏZİZ YURDUM AZƏRBAYCANA

Şöhrətin getməkdədir, hər yana, Azərbaycanım,

Yüksəlibdir xoş adın keyvana, Azərbaycanım!

Qoy sənin başın ucalsın göylərə dünya boyu,

Əymədin baş hər yetən soltana, Azərbaycanım!

İmtahanlar vermisən azadlığın uğrunda sən,

Zülmə qarşı qalxmısan üsyana, Azərbaycanım!

Çoxlu qurbanlar veribsən dəhri - azadidə sən,

Ta çatıbsan bir belə dövrana, Azərbaycanım!

Qəhrəman övladların heç bir zaman baş

əyməyib,

Səf çəkibdir indidə mərdanə, Azərbaycanım!

Ey vətən, uğrunda hər an hazıram can verməyə,

Qoy mənim cismim boyansın qana,

Azərbaycanım!

Bəsləyibsən çox məni naz ilə ağuşunda sən,

Tapmışam vaxt girməyə meydana

Azərbaycanım!

Gər uçam şahin kimi aləmləri seyr eləyim,

Şübhəsiz sənsən mənə kaşanə, Azərbaycanım!

Qoy açılsın qırmızı güllər, bahar olsun yenə,

Bənzəsin bir guşeyi - rizvanə, Azərbaycanım!

Az qalır gülsün üzün, ey Azəristan torpağı,

Ver xəbər sinəndə Səttarxana, Azərbaycanım!

Məhəmməd Bağır Niknam

Qaynaq:1."Cənubi Azərbaycan antalogiyası"

2019 - cu il.

2."Azadlıq yolunun mübarizləri" 1962.

 

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment