Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

21 Azər Nehzətinindən sonra- 1945-1946-cı illərdə

 

 

 

21 Azər Nehzətinindən sonra- 1945-1946-cı illərdə

Quruculuq ilində

 

Əsrlərdən bəri öz milli azadlığı uğrunda mübarizə aparan Azərbaycan xalqı öz istək və arzusuna nail olmuşdu. Azərbaycan xalqı şahlıq üsul – idarəsinə, daxili və xarici mürtəcilərə qalıb gəlib, ölkədə öz milli hakimiyyətin başında Azərbaycanın görkəmli oğlu və Azərbaycan Demokrat Partiyasının rəhbəri Seyid Cəfər Pişəvəri durmuşdu.

Azərbaycan xalqının istəkli oğlu ölkəni iqtisadi çətinliklərdən, xalqı keçmişin köləliyindən, savadsızlığından keçmişin əzab-əziyyətlərindən xilas etmək üçün öz üzərinə böyük işlər götürdü.

Azərbaycan xalqının görkəmli oğlu-Pişəvəri yoldaş, Azər Nehzətindən sonrakı müraciətlərində xalqı birliyə partiyanın ətrafında sıx birləşməyə çağırırdı.

Azərbaycan xalqının inkişafı üçün, xalqın milli hüququnu təmin etmək üçün partiya əlindən gələni edirdi. Partiyanın şüarlarından birində:

1-Fəhlələrə səkkiz saatlıq iş günü, torpaqsız kəndlilərə torpaqların paylanması.

2-Qadınlara azadlıq, qadın azadlığı, hüquq bərabərliyi, savadsızlığın bütün ölkədə ləğv edilməsi şüarları ölkənin hər tərəfinə yayılırdı.

Bu şüarlarla əlaqədar xalqın etimadını qazanmış partiyanın səsinə səs verən Azərbaycanın qəhrəman oğulları ölkənin hər tərəfində öz səslərini ucaltmağa başladılar.

Bu quruculuq ilində Azərbaycanın bütün kəndlərində olduğu kimi bizim də yaxın, uzaq kəndlərimizdə böyük işlər görülməyə başlanmışdı. 21 Azər Nehzəti qələbə çalan vaxt kəndlərimiz də iqtisadi inkişaf cəhətdən İranın ən geridə qalmış kəndləri ilə bir sırada dururmuş. Azərbaycan Milli Hökumətinin çağrışına qoşulan kəndlərimiz kəndlərin inkişafı üçün canla-başla çalışmağa başladılar. Bütün ölkədə olduğu kimi bizim də kəndlərdə torpaqsız, az torpaqla kəndlilərə torpaqlar paylandı. Susuz torpaqlara sular çəkilirdi. Kəndlərimizdə yeni yollar çəkilir, su bəndləri salınır, yeni arxlar çəkilir və taxıl yerləri, çöllər, örüşlər daş-kəsəkdən təmizlənirdi. Yeni kəhrizlər salınır. Köhnələri təmizlənib, təzədən işə salınır. Bəzi keçilməz çaylar arxlar üzərində körpülər salıırdı, kəndlərdə böyük canlanma var idi. Kəndlilərin üzündən – gözündən böyük inqilabi qələbə sevinci yağırdı. Gələn yaz əkininə böyük hazırlıq işləri görülürdü. Kəndlərdə təşkilati, təbliğati, təşviqati işlər aparılırdı. Bütün ölkədə olduğu kimi, Azərbaycan Demokrat Partiysı şəhərlərdə, kəndlərdə, qəsəbələrdə, vilyətlərdə öz nüfuzunu göstərmişdi. Piləçayı mahalı keçmişdə Ərdəbilə, Nəminə tabe edildi. Bu dövrdə Piləçayı kəndlərinin hövzələri Homə komitəsindən Nəmin vilayət komitəsinə tabe edildi. Kəndlərimizdə partiya işləri lazımi səviyyədə idi. Bu dövrdə kəndlilərimizin partiya sıralarına çoxlu axını var idi. Hər kəndin firqəçilərin hövzələri, ilk partiya təşkilatları var idi. Yaxşı yadımdadır 21 Azər Nehzətindən bir neçə ay keçməmişdi. Piləçayı Homə komitəsi yaranmışdı. Bu vaxt atam 12 kəndin Nəzərəli, Xoşabad və Hüşnə birləşmiş hövzələrinin ilk partiya təşkilatının və eyni zamanda Piləçayı Homə komitəsinin məsul işçisi vəzifəsində çalışırdı. Hövzələrin üzvləri artdıqca Homənin işi çoxalırdı. Bir müddətdən sonra partiya üzvlərinin sayı daha da çoxalmışdı. Odur ki, yuxarı orqanlar bunu nəzərə alaraq, Piləçayı Homə komitəsinə yuxarıdan adam göndərməli oldular. Yuxarıdan göndərilən İrşadı Piləçayı Homə komitəsinin sədri təyin edildi. Azərbaycan Demokrat Partiyasının Mərkəzi Komitəsi xalqla işləyərək, şəhərlərə, vilayətlərə özünün inanılmış adamlarını təyin edirdi. Bu ərəfədə Nəmin vilayəti komitəsinin sədrliyinə Turəngi Ağakişini təyin etmişdilər. Atam üçün şəhərlərə kənd arası məsafə daha da yaxınşlaşmışdı. Bacısı oğlunun bu vəzifədə olması onu daha da hərəkətə gətirmişdi. Gizli adla yox, Ağami Dasi açıq adla iş aparırdı. Atam öz təsərrüfatının işlərini bizə tapşırıb, firqə təşkilatlarında qızğın iş aparırdı. O, kəndlərinin ruhunu ələ almaqda mahir idi. Hər cür mübarizə üçün dindarlarla da dil tapa bilirtdi. Kəndli kütlələri arasında da hər kənddə hörmətə malik idi. İrşadi atamın bu bacarığını görüb ondan əl çəkməzdi. Xalqın içərisindən çıxmış bu bacarıqlı adamlar əl-ələ verib kəndlilər arasında çoxlu iş aparırdılar. Firqənin bütün tapşırığını yerinə yetirməyə çalışırdılar. Kəndlərdə də qadın azadlığını qoruyurdular. 21 Azər Nehzətindən bir qədər sonra qadın azadlığı kəndlərdə, şəhərlərdə yayıldı. Azərbaycan Qadınlar Təşkilatının yaranması qadınların böyük sevincinə səbəb oldu. Uzun illərdən bəri əsarətdə qalan, dini adətlərin qurbanı olan, dörd divar arasında qalan, məktəbə, elm və mədəniyyətə böyük ehtiyacı olan kənd qadınlarının Qadınlar Təşkilatının yaranması ilə kənddə, kəndlərimizdə də Qadınlar Təşkilatı yarandı. Piləçayı Homə komitəsinin köməyi ilə kəndlərdə Qadınlar Təşkilatı yarandı. Bu vaxt kəndimizdə Qadınlar Təşkilatına 25 qadın üzv olmuşdu. Hüşnə kənd Qadınlar Təşkilatının sədri Bərzəndi Sürəyya xanım seçildi. Bir çoxları da onun köməkçiləri oldu: Şahsənəm, Şəhrəbanu, Ruqiyyə və bir çoxları biri digərindən cısarətli idilər. 20 maddədən ibarət məramnamə və nizamnamələrini daim yerinə yetirməyə can atırdılar. Azərbaycanda qadınları irəli çəkmək üçün Milli Hökumət daha yaxşı işlər görürdü. Qadınlara kişilərlə gizli səsvermədə iştirak etmək, seçmə hüququ, savadsızlığı ləğv etmək, səkkiz saatlıq iş günü və kişilərlə hüquq bərabərliyinə qədər verilmişdir.

 

Kərimov (Dasi) Səyyad Ağami oğlu

01.05.2018-ci il      

 

Go Back

Comment