Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

«Qarabağ» münaqişəsi və qarşıda yarana bilən durum

«Qarabağ» münaqişəsi və qarşıda yarana bilən durum

Eldar Muğanlı

Otuz ildir Azərbaycan torpaqlarının böyük bir qismi Ermənistan dövləti tərəfindən işğal edilib və 28 ildən artıq müzakirə metoduna əsaslanan barışıq yolu hələlik bir nəticə verməmişdir. 1994-cü ildən Azərbaycanın qədim mədəniyyət ocağı olan Qarabağ bölgəsindəki «Xocavənd», «Xocalı», «Şuşa», «Ağdərə» və «Xankəndi» məntəqələri Ermənistan dövləti tərəfindən işğal edilmiş, dinc sakinlər əleyhinə faciələr törədilmiş və Azərbaycanın böyük bir ərazi hissəsi işğalçı dövlət istilası altında saxlanılmışdır. Bundan əlavə, erməni silahlı birləşmələri beynəlxalq hüquq normalarını kobudcasına tapdalayaraq Azərbaycan ərazısının ayrılmaz hissələri olan «Laçın», «Kəlbəcər», «Ağdam», «Fizuli», «Cəbrayıl», «Qubadlı» və «Zəngilan» rayonlarını da 1994-cü il qurduğu «Qarabağ cümhuriyyəti»nin təhlükəsizliyini təmin etmək amacı ilə öz nəzarəti altına almışdır. Bu işğalçı siyasətə dayanan müharibə nəticəsində 800 mın azərbaycanlı didərgin düşmüş, 35 mindən artıq insan həyatını itirmiş və böyük bir köçgün cəmiyyət yurd- yuvalarından qopmuş və başqa yerlərdə yaşamaq məcburiyyətində qalmışdırlar.

Münaqişənin sülh yolu və danışıqlar vasitəsilə həll edilməsi üçün 28 ildir «Minsk grupu» fəaliyyət edir. Bu müddətdə Birləşmiş Millətlər Təşkilatının təhlükəsizlik şurası tərəfindən Ermənistan dövlətinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal geri çəkilməsi və bütün işğalçı qüvvələrini işğal olunmuş rayonlarından çıxarılması üçün dörd qətnamə təsdiq edilmişdir; ancaq, Ermənistan tərəfindən bu qətnamələrin həyata keçməsinə heç bir müsbət reaksiya verilməyib və bu beynəlmiləl qurumun tələbatı bu günə qədər cavabsız qalıbdır.

İndi bir həftədir yenidən müharibə başlanıb. Ermənistan tərəfi müharibənin ilk gunlərində aldığı zərbələrindən müzakirə hazırlığını bildirir; Azərbaycan dövləti isə öz torpaqlarında işğal edilmiş ərazi və rayonlarını azad etmək məqsədilə əks hücumlu döyüşmələrini vurğulayır. Bu arada müəyyən səbəblər üçün tərəflərin birmənalı dəstəkçiləri «dovşana qaç, tazıya tut!» siyasətləri əsasında Ermənistan- Azərbaycan münaqişəsinin yaxın bır zamanda davamlı həll edilməsinə ciddi zərər yetirirlər.  

Ermənstan – Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik, eləcə də tərəflərdən «himayə» etmək siyasəti, keçmişdə də olub, bu gün də var və müharibə var ikən yenə də olacaqdır. Ancaq keçmiş otuz ildə Qarabağ münaqişəsi üzərində vasitəçi kimi rol oynayan dəstəkçi dövlətlər müharibəyə qatılan dövlətlərin hər birinin tərəfini tutmaqla, daha artıq Qafqaz kimi politik əhəmiyyətə malik bir məntəqənin onlara verə biləcək stratejik mənafeləri düşünür və təəssüflə bu istiqamətdə də Dağlıq Qarabağ münaqişəsini qlobal bir mahiyyət daşıyan münaqişə səmtinə yönəldirlər. Bu da məntəqədə uzun sürə biləcək bir münaqişə zəminində millətlərin ardıcıl zərər ziyan görmələrinə və hər iki ölkənin maddi mənəvi sərvətlərinin məhvi edilməsinə gətirib çıxaracaqdır. Digər yandan isə müharibə tərifləri propaqanda siyasətlərini və xalqın ümummilli baxışını millətçilik istqamətində yönlətməklə və müharibə şəraitini «Qırmızı cızıq» elan etməklə, xalq kütləsi və ziyalı cəmiyyətin hər hansı bir siyasi ictimai etirazlarını, məişət tələbatlarını və demokratiya istəklərini boğmağa əlverişli şəraitdən bəhrələnəcəkdirlər. Bu o deməkdir ki, bu qarşıdurma və müharibənin uzun sürməsi həm vastəçilərin, həm stratejik hədəflər daşıyıan dəstəkçi dövlətlərin, həm də müharibə dövlətlərinin xeyrinədir; ancaq əksinə, iki qonşu ölkədə yaşayan zəhmətkeş insanların maddi mənəvi sərvətlərinin məhvi edilməsinə, məişət sıxıntılarının daha da artmasına və ümümiyyətlə həyat problemlərinin gərginləşməsinə səbəb olacaqdır.

Bu gün nə işğalçı dövlət 90-cı illərdəki dövlətdir, nə də Azərbaycanın ümum siyasi, iqtisadi və hərbi durumu o illərdəki durum. Belə bır şəraitdə, Ermənistanın işğal etdiyi yeddi rayonun işğaldan azad olması və Azərbaycanın ərazi çərçivəsinə qaytarılması ölkənin ərazi bütövlüyünü bərpa etməkdə ilk addımdır. Sonra isə Dağlıq Qarabağ problemini mövzunun mürəkəbliyini nəzərə alaraq Azərbaycan ərazisinin çərçivəsində olmaq şərtilə və orada yerləşən əhalinin millli- mədəni hüquqlarını Azərbaycanda yaşayan başqa etnik cəmiyyətlər kimi nəzərə almaqla müzakirə masasında həll etmək çoxda çətin görünməyəcəkdir. Bu yolda millətlər arası qurumların, xüsusilə də Birləşmiş Millətlər Təşkılatının imkanlarından ölkənin ərazi bütövlüyünü bərpa etmək istiqamətində olduqca faydalanmaq, məsələnin həllinə doğru aparılan şəraitə uyğun siyasət ola bilər.

11/07/1399 – Tehran

 

Go Back

Comment