Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

ƏJDƏR BALDARİ


ƏJDƏR BALDARİ

Əjdər Baldari 1281 - ci şəmsi ilində (1902) Sərab şəhərində anadan olmuşdur.Şəhrivər hadisəsindən əvvəl Əjdər işləmək üçün öz mübarizə dostu Qulamrza Cavidanla birlikdə Tehrana getmişdi.Əjdər Baldari orada Tehran zəhmətkeşlərinin həyatı ilə yaxından tanış olur. Onların istismara və ədalətsizliyə qarşı mübarizələrində də iştirak edir.1320 - ci ildə  (1941) Rza xan diktatorluğunun yıxılması ilə İran xalqlarının faşizm və daxili irtica əleyhinə hərəkatı canlanmağa başladığı dövrdə Əjdər Baldari də Tehrandan Səraba qayıdaraq öz mübarizəsini davam etdirir.Əjdər o zaman ilk dəfə təşkil tapan "Zəhmətkeşlər təşkilatı"na üzv olmaqla başqa azadixahlarla çiyin - çiyinə mütəşəkkil mübarizə sıralarına daxil olur.Zəhmətkeşlərin mütəşəkkil mübarizəsin - dən qorxan hakimiyyət az keçmədən həmin təşkilat əleyhinə hücum hazırlayır.Bu təşkilat şahənşah ordusu tərəfindən sərhəng(polkov - nik) Canpoladın quldur dəstələri vasitəsilə dağıdılan zamam Əjdər Baldarini də tutub incitməyə başladılar.Lakin onlar nə hədə - qorxu, nə də yalançı vədlərlə Əjdəri öz yolundan döndərə bilmədilər.Bu hadisədən sonra Əjdər Təbrizə gedir,orada təzəcə yaranmış olan Hizbe Tudə İran təşkilatına üzv olaraq zəhmətkeşlərin mütəşəkkil sıralarında öz yerini tapır.O, həmişə mübarizədə möhkəm və mətin olmağı öz yoldaşlarına tapşırır, özü də bu cəhətdən nümunə olmağa çalışırdı.Nəhayət, Azərbaycan Demokrat Firqəsi yarandıqda Əjdər Baldari də başqa yoldaşları ilə bərabər, vətənimizin öz ictimai, mübarizə sıralarına daxil olaraq verilən tapşırıqları layiqincə yerinə yetirməyə səy göstərir.

Əjdər Baldarinin öz xalqına, azadlıq hərəkatına xidməti təkcə təşkilati işlərlə məhdud olub qalmır.O, şanlı 21 Azər hərəkatın - da - mübarizənin silahlı üsyan mərhələsində əlində silah fəal surətdə iştirak edir.Hərəkatda bir dəstə fədaiyə başçılıq edən Əjdər Baldari xalq düşmənlərini, irtica qüvvələrini əzməkdə cəsarət və fədakarlıq göstərir.Göstərdiyi fəaliyyətlər nəticəsində bir neçə dəfə Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsindən təqdirnamə alan Əjdər Baldari Milli Hökumət qurulandan sonra soltanlıq dərəcəsi ilə təltif olunur.Mərd, mübariz Əjdər Baldarinin xalq işinə sədaqəti, düşmənə qarşı barışmazlığı, firqə və Milli Hökumətin etimadını cəlb etdiyi üçün hərəkatdan sonra Azərbaycan Nəzmiyyələr idarəsində dövlət qulluğuna göndərilir.

Xain Məhəmməd Rza şah və Qəvamın quldur dəstələri Azərbaycana basqın edərkən onu da tutub çoxlu işgəncələrdən sonra öldürürlər. Lakin Əjdər ölüm məqamında belə qəddar düşmənə əyilmədi.O, öz inqilabi əzmini, məram və məsləyinə sadiq qalaraq ömrünün son dəqiqələrində"Yaşasın azadlıq!","Yaşasın Azərbaycan Demokrat Firqəsi!"- deyə düşmənə sinə gərdi.

Mərd, mübariz Əjdər Baldarinin xatirəsi, onun azadlıq, xalq işinə sədaqəti Azərbaycan zəhmətkeşlərinin və məslək yoldaşlarının ürəyində əbədi yaşayacaqdır.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Go Back

Comment