Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

ŞEYX MƏHƏMMƏD XİYABANİ


MƏŞRUTƏ İNQİLABININ DAVAMÇISI VƏ ÖZ İDEYALARI UĞRUNDA MÜBARİZƏ APARAN

ŞEYX MƏHƏMMƏD XİYABANİ

Azərbaycan tarixinin qızıl səhifələrində hər biri insan cəmiyyətinin təkamülü yolunda özünə - məxsus və layiqli rol ifa edən böyük insanların adı həkk olunmuşdur.Tarixin bu böyük şəxsiyyətləri bəşər həyatının bütün sahələrində-

istər siyasi, istər mədəni, istərsə də ictimai sahələrində çox gözəl müsbət təsirlər qoymuş,

xariqələr yaratmışdır.Azərbaycan öz qədim tarixində, müxtəlif keşməkeşli, həyəcanlı hadisələrin çarpazlaşdığı məntəqədə yerləşdiyindən, çox mühüm və təqdirəlayiq əhə-

miyyətə malik olmuşdur.

Bu hadisələr burulğanında Babəkin zalım Abbasi hakimlərinə qarşı müqaviməti, Şah İsmayıl Xətainin "Çaldıran" döyüşü, Səttarxan və Bağırxanın Məşrutə hərəkatında göstərdiyi fəaliyyətlər, Şeyx Məhəmməd Xiyabaninin bu diyarın qəddar düşmənləri ilə apardığı mübarizələr tariximizin iftixarlı halları kimi qeyd olunmuşdur.

Şeyx Məhəmməd Xiyabani 1879 - cu (1880)

ildə Təbiz yaxınlığındakı Xamnə qəsəbəsində tacir ailəsində anadan olmuş, 41 yaşında ikən İran irticası və imperialistlərin əlbirliyi nəticəsində 14 sentyabr 1920 - ci ildə Təbriz şəhərində vəhşicəsinə öldürülmüşdür.

Görkəmli maarifçi, inqilabçı - demokrat olan

Ş.M.Xiyabaninin həyat və yaradıcılığını üç dövrə bölmək olar.

1879 - 1905- ci illəri əhatə edən (1258 - 1284)

birinci dövr onun onun uşaqlıq və gənclik dövründən ibarətdir.Həmin dövrdə Xiyabani dini təhsil alır, şəxsi mütaliə ilə məşğul olur.Biliyini artırmağa çalışır,öz həmvətənlərini irtica və istibdadın pəncəsindən xilas etmək üçün düşünür, yollar axtarır və mübarizə edirdi.O, təhsilini köhnə üsul məktəbində almış, bir müddət Rusiyada atasının yanında ticarətlə məşğul olmuşdu.Lakin bir müddətdən sonra atası onu təhsil almaq üçün yenidən Təbrizə qaytarmış və Xiyabani o zaman məşhur alimlərfən biri olan Hacı Mirzə Əbülhəsən Əngəcinin yanında fiqh və üsuldan dərs keçmişdir.

İkinci dövr 1905 - 1911 - ci illəri (1284 -1290)

əhatə edir.Xiyabani bu dövrdə Məşrutə inqilabında, Təbriz hərəkatında, ümumiyyətlə, ölkənin siyasi - iqtisadi həyatında fəal iştirak etmişdir.O, Tehranda Demokrst Firqəsi mövqeyindən mitinqlər təşkil edir, kəskin çıxışları əhali arasında böyük əks - səda doğurur.İran dövləti Xiyabaniyə qarşı sui - qəsd hazırlayır.Bundan xəbər tutan Xiyabani gizli surətdə Xorasan və Aşqabad yolu ilə Rusiyaya -

Mahaçqalaya gəlir.

Ş.M.Xiyabani Birinci Dünya Müharibəsi ərəfəsində yenidən İrana - Təbrizə qayıdır.Burada Məşrutə inqilabının ənənəıərini davam etdirərək demokratik hərəkat ideyalarını yeni şəraitdə inkişaf etdirir.

Üçüncü dövr isə 1911 - 1920 - ci illəri (1290 - 1299) əhatə edir və bu illəri Xiyabaninin həyatının ən önəmli və parlaq dövrü, ictimai mübarizənin zirvəsi hesab olunur."İran Demokrat Firqəsinin"Azərbaycandakı Əyalət Komitəsini möhkəmləndirmək üçün, onu "Azərbaycan Demokrat Firqəsi" adı ilə müstəqil siyasi təşkilata çevirir. Şeyx Məhəmməd Xiyabani məhz bu dövrdə "Təcəddüd" fəlsəfi məktəbinin əsaslarını işləyib hazırlamış, 1920 - ci ildə Xiyabani hərəkatı adı ilə məşhur olan demokratik hərəkata rəhbərlik etmişdir.O, bu dövrdə İran Demokrat Firqəsinin Azərbaycan təşkilatının rəhbəri, "Təcəddüd"("Yeniləşmə") qəzetinin müəyyən bir dövrdə məsul müdiri olmuşdur.Ş.M.Xiyabani Şura Məclisinə Azərbaycan nümayəndəsi seçilməsi də məhz bu dövrə təsadüf edir.

1920 - ci il aprel ayının 7 - dəTəbriz üsyanı baş verir.Üsyan nəticəsində Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycanda yaranmış demokratik dövlət islahatlar keçirməyə başlayır.Tehran hökuməti üsyanı yatırmaq və Xiyabanini öldürmək qərarına gəldi.Bu işdə İran irticasına ingilislər kömək edirlər.

İranın mürtəce hakim dairələri 1920 - ci il sentyabr ayının 14 - də Şeyx Məhəmməd Xiyabanini öldürür, bir sıra demokratik xadimləri də həbsə alıb demokratik hərəkatı yatırır.

1917 - 1920 - ci illərdə Azərbaycan Demokrat Firqəsinin orqanı olan " Təcəddüd" qəzetində Ş.M.Xiyabani deyirdi:" Biz İranda elə bir demokratik hökumət üsulu yaratmaq istəyirik ki,

o, əməldə millətin hakimiyyətini təmsil edib tam bir istiqlal və kamil bir azadlığa şamil olsun."

Umumiyyəglə, Şeyx Məhəmməd Xiyabaninin ictimai - siyasi və fəlsəfi götüşlərində təşkilatçılıq, maarifpərvərlik, ədəbiyyat və incəsənət, qadın azadlığı, əxlaq və psixologiya, təlim - tərbiyə sahələrinə aid diqqətə layiq qiymətli fikirlər vardır.

Azərbaycan xalqının görkəmli alim və inqilabçı

oğlu Şeyx Məhəmməd Xiyabaninin zəngin həyat və mübarizəsi indiyə qədər bir çox tədqiqatçılar tərəfindən maraqla izlənmiş, onun fəlsəfi, ictimai siyasi irsi tədqiq edilmişdir.Bu sahədə ilk addımı Şeyxin silahdaşı Hacı Məhəmmədəli Badamçı atmışdır.O, 1925 - ci ildə (1304) Xiyabaninin uşaqlıq və gənclik illərinə aid "Şeyx Məhəmməd Xiyabani" adlı əsərini yazmışdır.Bu sahədə Mir Əli Azərinin böyük həcmli əsəri öz zənginliyi ilə fərqlənir.Hüseyn Fərzadın və başqa müəlliflərin yazıları də bir sıra səhv , təhrif və başqa nöqsanlarına baxmayaraq Şeyx Məhəmməd Xiyabaninin həyat və mübarizəsini, xüsusilə onum rəhbərlik etdiyi demokratik hərəkatı öyrənmək üçün mövzu verir...

Şübhə yoxdur ki,Ş.M.Xiyabaninin inqilabçı demokrat kimi 1920 - ci ildə Azərbaycan xalqının demokratik nəhzətinə (hərəkatına) başçılıq etməsinə xalqın inqilabi mübarizəsinin, İran Məşrutə inqilabının, xüsusilə Səttarxanın rəhbərliyi ilə istibdad rejiminə ağır zərbə endirən Təbriz hərəkatının və digər mütərəqqi əməllərin böyük təsiri olmuşdur.Onun elmi - nəzəri cəhətdən yetkinləşib inkişaf etməsində və gələcəkdə azadlıq mübarizi kimi yetişməsində Təbriz hərəkatı görkəmli mərhələ kimi çox böyük rol oynamışdır.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment