Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

ŞƏHİD ƏNUŞİRƏVAN İBRAHİMİ


 

İRANDA 20 - Cİ ƏSRDƏ MİLLİ AZADLIQ HƏRƏKATININ FƏAL İŞTİRAKÇISI, ŞƏHİD ƏNUŞİRƏVAN İBRAHİMİ

(1926 - 1987)

Azadlıq hərəkatının görkəmli nümayəndələrin - dən olan Ənuşirəvan Qəni oğlu İbrahimi 12 may

1926 - cı ildə Astara şəhərində anadan olmuş -

dur.Atasını inqilabi fəaliyyətinə görə Nəhavəndə sürgün edirlər.Ona görə də Ənuşirəvan ibtidai təhsilini Astarada almış, orta təhsilini isə atasının sürğündə olduğu Nəhavənddə davam etdirmişdir. Cənubi Azərbaycanda 21 Azər hərəkatı qalib gəldikdən sonra Azərbaycan Milli Hökuməti qurulur. Ənuşirəvan İbrahimi də Təbrizə gələrək burada polis məktəbində təhsil almağa başlayır. Düşmənə qarşı mübarizə aparmaq üçün qardaşı Firudin İbrahimi ilə birlikdə gənc könüllülərdən ibarət" Babək" qrupunu yaradır.

1946 - cı ilin dekabr ayında Azərbaycan Milli Hökuməti süqut etdikdən sonra şah rejimi tərəfindən hərəkatçılar, eləcə də onların tərəfdları olan minlərlə insan həbs edilir, güllələnir və sürgün edilir.

Ənuşirəvan İbrahiminin qardaşı Firudin İbrahimi Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü olmuş, 1945 - 1946 - cı illərdə Azərbaycan Milli Hökumətinin Baş prokuroru olmuşdur.Milli Hökumət süqut etdikdən sonra 1947 - ci ilin may ayının 22 - də Təbriz şəhərinin Gülüstan bağında dar ağacından asılmışdır.

Təqiblərdən qurtarmaq üçün minlərlə firqəçi Sovet Azərbaycanına pənah gətirir. Ənuşirəvan İbrahimi də Bakıya mühacirət edir.Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alır və elmi - tədqiqat fəaliyyətini davam etdirir. Moskvada" İran Tudə Partiyasının 1944 - 1946 - cı illərdə irticaya qarşı mübarizısi( İran Tudə Partiyasının parlamentdə və hökumətin tərkibin- də fəaliyyəti timsalında)" dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alır.Bir neçə xarici dil bilir.O, Bakıda ingilis dili üzrə də ali təhsil alır. Sovet Azərbaycanında olduğu müddətdə siyasi fəaliyyətini davam etdirir. Ənuşirəvan İbrahimi Azərbaycan Demokrat Firqəsinin fəal və nüfuzlu üzvələrindən birinə çevrilir.Fəaliyyəti cavanlar təşkilatından başlayır və firqənin Mərkəzi Komitəsinin üzvülüyünə qədər yüksəlir.O, dəfələrlə beynəlxalq konfrans və seminarlarda iştirak edir.

İranda 28 avqust 1953 - cü ildə dövlət çevrilişindən sonra irtica rejiminin təhlükəsizlik qüvvələri tərəfindən şiddətli basqılara məruz qalan İran Tudə Partiyasının rəhbərləri və üzvləri də xaricə mühacirət etmək məcburiyyətində qalırlar. Onlar sosialist ölkələrində - Moskva, Praqa, Sofiya, Berlin

(Şərqi Berlin) kimi şəhərlərində məskunlaşırlar.

1960 - cı ilin avqust ayında ADF və İran Tudə Partiyasının MK üzvlərinin iştirakı ilə" Vəhdət konfransı" keçirilir və ADF öz adını və MK - sını saxlamaq şərtilə İran Tudə Partiyasının Azərbaycan Əyalət komitəsi kimi təsdiq olunur.Bu zaman Şərqi Almaniyada siyasi fəaliyyətlə məşğul olan görkəmli firqəçi Əmirəli Lahrudi Sovet Azərbaycanına qayıdır və onun yerinə Berlinə Ənuşirəvan İbrahimi göndərilir.O,1978 - 1979 - cu il inqilabı baş verən kimi İran Tudə Partiyasının İcraiyyə Heyətinin üzvü olaraq bu partiyanın İranla qonşu olan Türkiyə, Hindistan və bu kimi bir neçə ölkədə olan təşkilatlatın işlərinə rəhbərlik edir.Şahlıq rejimi devrildikdən sonra Ənuşitəvan İbrahimi də İran Tudə (Xalq) Partiyası rəhbərləri sırasında Şərqi Almaniyadan İrana gəlir.İran Tudə Partiyasının şəhər, vilayət və əyalət təşkilatları bütün ölkə üzrə fəaliyyətini bərpa edərək işə başlayır. Ənuşirəvan İbrahimi və onun rəhbərlik etdiyi Azərbaycan Demokrat Firqəsi və üzvlərinin fəaliyyəti dörd ildən artıq çəkmir.1982 - ci ildə 3000 mindən artıq firqə üzvü və Tehrana gedən

Ənuşirəvan İbrahimi Mərkəzi Komitənin digər üzvləri ilə birlikdə həbs edilirlər.

Ənuşirəvan İbrahimi 13 sentyabr 1987 - ci il tarixindı Tehrandakı " Evin " zindanında edam edilir. Görkəmli firqəçi Tehranın şərq hissəsində bu gün " Xavəran" adlanan keçmiş Misgərabad qəbiristanlığında azadlıq uğrunda canlarını qurban vermiş minlərlə məsləkləri arasında dəfn edilmişdir.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment