Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

ŞƏHİD ƏBDÜLSƏMƏD İMRANİ

ŞƏHİD ƏBDÜLSƏMƏD İMRANİ

(1885 - 1947)

Əbdülsəməd Mövlamverdi oğlu İmrani 1885 - ci ildə Qaradağ vilayətinin Əhər şəhərində sənətkar- boyaqçı və xalçaçı ailəsində anadan olmuşdur.Hələ gənc ikən siyasi, ictimai fəaliyyətə başlayan Əbdülsəməd Səttarxan hərəkatında fədai yüzbaşısı olmuş, məşhur istibdad nökəri Rəhimxan Çələbiyanlıya qarşı Qaradağ mücahidləri ilə birlikdə müvəffəqiy -

yətlə vuruşmuşdur.Sonra Şeyx Məhəmməd Xiyabaninin rəhbərlik etdiyi Demokrat Firqəsinin üzvü , bu hərəkatın fəal iştirakçılarında biri olmuşdur.Ə.İmrani Əhər şəhərində təşkil olunmuş yığıncaqlarda Qaradağ feodallarının dövlət məmurlarının özbaşınalıqlarını ifşa etdiklərləri üçün 4 nəfət yoldaşı ilə birlikdə tutulub həbsə alınmışdır.Lakin Əhər azadixahlarının bir hissəsi məşhur Əbül İsaq məscidində və teleqraf idarəsində nümayiş təşkil etmiş , onların azad olmalarını tələb edib, nəhəyət , buna müvəffəq olmuşlar.Sonra Əbdülsəməd Təbrizə gedərək Xiyabani hərəkatının silahlı qüvvəsi olan "Qardəmli" dəstələrindən birinin başçısı kimi fəaliyyət göstərir, həmin hərəkatın məğlubiyyəti dövründə yaralanıb həbsə düşsə də, nəhayət, həbsdən qaçmağa müvəffəq olur.

1943 - cü ildə İran Xalq Partiyasının Əhər Qaradağ Vilayəti Komitəsinin sədri olduğu vaxt həmin vilayətin 18 mahalında partiyanın məhəlli komitələrini təşkil edir.Bu təşkilatların yaranıb möhkəmlənməsində, ümumiyyətlə xalq hərəkatının , xüsusilə onun yetişdirilməsi olan

məşhur şair Səid Yüzbəndi də iştirak etmişdir.

1945 - ci ildə Azərbaycan Demokrat Firqəsi təşkil olunduqda o, daha enerji ilə fəaliyyətə başlamışdır.Qocaman azadixah Əbdülsəməd İmrani bütün bilik və bacarığını 12 Şəhrivər müraciətnaməsinin , firqənin məramnamə və məqsədlərinin izahına sərf etmişdir.

Azərbaycan Demokrat Firqəsinin birinci qurultayında iştirak etmiş Ə.İmrani Qaradağ Vilayəti Komitəsinin nəzdində təşkil olunmuş hərəkata rəhbərlik komitəsinin üzvü olmuş, silahlı fədai dəstələrinin təşkilində böyük rol oynamışdır.21 Azər hərəkatında əlinə silah alaraq Əhər dövlət idarələrinin, xüsusilə dəstələrinə nəzmiyyə idarələrinin tutulmasında fədai dəstələrinə ləyaqətlə başçılıq etmişdir.

Onun azadlıq uğrunda xidmıtləri qiymətləndiri -

Iərək şanlı"21 Azər" medalı ilə təltif edilmişdir. Əhali və firqə kütləsi ona böyük etimad göstərərək qocaman azadixahı Qaradağ Vilayət Komitəsinin sədri və Milli Məclisin deputatı seçilmişdir.

1946 - cı ildə şahənşah ordusu Azərbaycana basqın etdikdə Əbdülsəməd İmranini vəhşicəsinə öldürürlər. Bu vəhşilik İran hakimiyyətinin ən dəhşətli qanlı cinayətlərindən biri kimi heç kəsin yadından çıxmayacaqdır. İnsanlıq simasını itirmiş Əhər fərmandarı, hətta, onun cənazəsini də küçədən götürməyə icazə verməmiş, nəhayət, firqə üzvləri vasitəsilə gecə ikən küçədən aparılıb İmraninin öz evində basdırılmışdır.

Üç böyük hərəkatın iştirakçısı, azadlıq yolunun qocaman mücahidi 21 Azər hərəkatının fəal təşkilatçılarından biri Əbdülsəməd İmraninin həyat yolu cavan nəsillər üçün bir örnəkdir.

Azərbaycan Demokrat Firqəsi öz fədakar oğlunun xatirəsini həmişə əzizləyəcəkdir.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment