Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

CƏFƏR MƏHƏMMƏDZADƏ (KAŞEF)


CƏFƏR MƏHƏMMƏDZADƏ (KAŞEF)

Cəfər Məhəmmədzadə 1272 - ci şəmsi ilində  (miladi 1892 - ci il) Mamağanda kəndli ailəsində anadan olmuşdur.O, gənc yaşlarında Tiflisdə işlədiyi illərdə gecə məktəbində oxumuş, 1296 - 1297 - ci illərdə (1917 - 1918) həmin şəhərdə nəşr olan"Vətən", "Qızıl şəfəq"," məcəl - Iələrində və "Yeni fikir" ruznaməsində öz şeirləri ilə çıxış etmişdir.O, öz vətəninə qayıtdıqdan sonra zülmkar İran şahlarının, xain məmurların haqsızlıqlarına qarşı azadixah bir şair kimi alovlu şeirləri ilə etiraz səsi qaldıraraq vətənin azadlığı və istiqlalı uğrunda mübarizə aparmışdır.

1320 - ci il (miladi 1941 - ci il) şəhrivər hadisəsindən (avqust - sentyabr) sonra İranda azadlıq hərəkatının canlanması ilə əlaqədar olaraq vətənimizin azadixah oğulları zindan - lardan azad olunur, sınmış qələmlər və bağlı dillər yenidən yazıb, danışmağa başladığı vaxt azadixahların sıralarına qoşularaq odlu şeirləri ilə inqilabi hərəkatı tərənnüm etməyə başlayır.Azərbaycanın mütərəqqi mübariz qüvvələrini özündə birləşdirən" Azərbaycan cəmiyyəti"nin sıralarına öz gücünü birləşdirir və bundan sonra o cəmiyyətin orqanı olan "Azərbaycan" ruznaməsində şahlıq üsul - idarəsində, xain hakimiyyət məmurlarına qarşı öz kəsərli şeirləri ilə çıxış edir.O, irticanın çirkin əməllərini ifşa etməklə onun əsl mahiyyətini geniş zəhmətkeş kütlələrə göstərməyə çalışır.

Azərbaycan zəhmətkeşlərinin genişlənməkdə olan mütəşəkkil mübarizəsində qorxuya düşən hakimiyyət " Azərbaycan cəmiyyəti"ni dağıtdı və "Azərbaycan" ruznaməsinə də basqı etdi.Lakin irtica bu tədbir ilə mütərəqqi qüvvələrin mütəşəkkəlləşməsinə, xalqın mübarizəsinin genişlənməsinə mane ola bilmədi.Bu dəfə Hizbe - Tudeye İranın Azərbaycan təşkilatının rəhbərliyi altında zəhmətkeş kütlələr irtica əleyhinə mütəşəkkil mübarizəyə başladılar.Bir çox azadixahlar kimi öz mübarizəsindən əl çəkməyib Hizbe - tüdeye İranın sıralarında,

azadlıq cəbhəsində fəaliyyətini davam etdirirdi.

Azərbaycan Demokrat Firqəsi öz həyati şüarları ilə milyonların iradəsini təmsil etdiyi vaxt onun çağırışına milyonlarla zəhmətkeş kütlələr kimi səs verdi.İrtica əleyhinə ölüm- dirim mübarizəsi aparan zəhmətkeşlər Azərbaycan Demokrat Firqəsinin sıralarında sıx birləşərək səltənət rejiminə, onun törətdiyi bütün ictimai, iqtisadi məhrumiyyətlərə qarşı hərəkatı daha da geniş- Iəndirdilər.Mövcud quruluşun çirkinliklərinə,  irtica eyni haqsızlıqlarına, jandarmaların cinayətlərinə qarşı onların apardıqları ədalətli mübarizə Məhəmmədzadə Kaşefin şeirlərində öz inikasını tapdı.O, Azərbaycan kəndlilərinin, kargərlərinin (fəhlələrinin) bu hərəkatın irticaya xitabən yazdığı aşağıdakı şeirində belə tərənnüm edir:

Azəristan ölkəsin sanma bu gün başsız bədən,  İnqilabın atəşi şölə çəkir hər guşədən.

Xalqımız hiddətlənib sən etdiyin bu fitnədən, Yandırar axır sizi bu odlu tufan əl çəkin!

Tazə dünya qurmağa var bizdə imkan əl çəkin!

Xalqın tükənmız gücünə dərindən inanan şair onun "tazə dünya qurmağa" hətta imkanı olduğunu söyləyirdi.Azərbaycan xalqı, məhz belə bir qüdrətlə 21 Azər hərəkatını yaradaraq öz arzu və amalı olan milli hökumətini qurdu.Xalqın siyasi hakimiyyəti ələ almağından, Milli Hökumət qurmasında fəal surətdə iştirak etdi.Şairin arzu etdiyi günlər gəlib çatmışdı.O, Milli Hökumət dövründə xalqını azad görərək daha ruh yüksəkliyi ilə çalışır,atəşin qələmlə yazır və xalqın qələbəsindən ilham alıb sevinirdi.

Milli Hökumət dövründə Kaşef şəhər bələdiyyə heyətinə seçilmişdi.O, Azərbaycan Demokrat Firqəsi Təbriz şəhər komitəsinin 5 - ci şöbə komitəsində işləmiş və var qüvvə ilə fəaliyyət göstərməkdə idi.O, "Azərbaycan şairlər cəmiyyəti"nin üzvü olaraq bədii yaradıcılığını da xalqına və firqəsinə xidmətə həsr etmişdi.Azadlıq şairi Kaşef həmişə öz əhdinə sadiq qalmış, öz əqidə və mübarizəsin - dən dönməyərək faciəli ölüm qarşısında belə irticaya təslim olmamışdır.

İşğalçı şah qoşunları Azərbaycana xaincəsinə hücum etdikləri vaxt "şahpərəstlər" dəstələri onu da nəzmiyyə meydanında faciəli bir surətdə öldürdülər.Kaşef öldürüldüsə də, onun tutduğu pak,müqəddəs məramını düşmənlər öldürə bilmədilər və öldürə bilməyəcəklər.Onun, vətənin azadlığı, 21 Azər hərəkatının qələbəsi və Milli Hökumətin qurulmasında çəkdiyi zəhmətlər, xalq hərəkatı mövzusunda yazdığı şeirlər Azərbaycan xalqının mübarizə tarixində həmişəlik qalacaq, onun şərəfli həyat yolu və xatirəsi cavan nəsil üçün bir nümunə olacaqdır.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment