Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Yoldaş Əmirəli Lahrudinin münasibəti ilə Aəzrbaycan Demokrat Firqəsinin Bəyanatı

Əziz Həmvətənlər!

Təəssüf hissi ilə qeyd etməliyik ki, 1393-cü il azər ayının 15-də (6.12.2014) cümə günü səhərçağı ölkənin milli-azadlıq hərəkatı, zəhmətkeşlərin amacı uğrunda sarsılmaz bir mübarizi və habelə Azərbaycan xalqının milli-azadlıq hərəkatının görkəmli nümayəndələrindən birisini itirdi.

Yoldaş Əmirəli Lahrudi səmərəli ömrünün 72 ilindən çoxunu ölkənin içtimai ədaləti, istiqlalı, azadlığı, həmçnin İranda yaşayan millətlərin və xüsusilə Azərbaycan xalqının hüquqlarının bərpası uğrunda mübarizəyə həsr etdi. O, son nəfəsinə qədər bu səngərdə yorulmadan müqavimət göstərdi. O, hər bir xalqın öz müqəddəratını həll etməsini o xalqın təbii haqqı sayaraq, buna inanırdı ki: " Mühit şəraitlərini, adət-ənənələrini, dil və dini inanclarını nəzərə alaraq, böyük, həm də çoxmillətli bir ölkədə bütün millətlər birbaşa daxili vəziyyətdən asılı olaraq özlərini idarə etməkdə azad olmalıdırlar. Çünki tarix sübut etmişdir ki, orda yaşayan millətləri bir mərkəzi hökumət ədalətli şəkildə idarə etməyə qadir deyildir. Elə bu üzdən də  millətlərin narazılığına səbəb ola bilər. Xüsusilə də ölkəni idarə edən və milli məfkurəsi olmayan bir hökumət əgər  zorla millətlərə tətbiq edilərsə.

Yoldaş Lahrudi 1302-ci ilin xordad ayının 22-da (09.06.1924) Mehkin şəhərinin Lahrud (Ları) qəsəbəsində bir zəhmətkeş kəndçi ailəsində anadan oldu, Üç yaşı olarkən o, anasını itirdi. Atası zəhmətkeş və pak ürəkli bir insan olaraq övladlarının təhsil almasına çox çalışırdı. Elə bu üzdən də yoldaş Lahrudi əvvəl molla məktəbində "Quran"  və Sədinin  Gülüstan"ını öyrənir. Sonra Lahrudda iki illik məktəbin açılması ilə oranı bitirib  və təhsilini davam etdirmək üçün Lahrudun iki kilometrliyində olan "Ərcəq) qəsəbəsində dörd illik məktəbə gedir. O, hər gün bu yolu ayaqla  gedir.

O,  xan və bəylərin kənd əhalisinə zülm etdiyindən agah olduğu üçün İran Xalq Partıyası (Hizi-Tüdeyi- İran) yaranarkən həmin partiyanın proqramını qəbul edir və  onun sıralarına daxil olur. O, Lahrud qəsəbəsinin ilk partiya özəyində katib kimi fəaliyyət göstərir. Məhz, bu tarixdən əhalinin etiraz məktublarını yazıb və etiraz nümayişlərdə  çıxış etmək məsuliyyətini öz üzərinə götürür.  Onun feodalizm üsul idarəsinə qarşı mübarizəsi əhalini özünə cəlb edir. Ona görə də bəylər qəzəblənib,  onun əleyhinə Meşkin şəhər məhkəməsinə şikayət etdilər və çalışdılar ki, onu bu yoldan çəkindirsinlər. Bu məhkəmələr 21 Azər hərəkatının qələbəsinə qədər davam edir. Amma bu qədər təzyiq və çətinliklərə baxmayaraq, o, yenə də öz mübarizəsinə davam edərək təşkilatda məsuliyyətləri daha da yüksəlir və Azərbaycan nümayəndələrindən bir kimi xalq partiyasının ilk qurultayına seçilir. Həmin qurultayda ilk dəfə Seyd Cəfər Pişəvəri və Qulam Yəhya ilə tanış olur. Azərbaycan Demokrat Firqəsi yarandıqda onun sıralarına qoşulur.  O, firqənin məşvərət(məsləhət) konfransında (6-7 sentiyab 1945 /15-16 şəhrivər 1324) və  onun ilk qurultayında(1 oktyabr 1945 / 10 mehr 1324) iştirak etmişdir. O, Milli Hökumət tərəfindən Təbriz şəhərində 150 nəfər firqə gəncləri üçün təşkil olan 6 aylıq ilk siyasi-hüquq kursunda  iştirak etmişdir.

Mərkəsi dövlət Amerika və İngiltərə imperialistlərinin yardımı ilə Azərbaycan Milli Hökumətini məğlub etdikdən sonra yoldaş Lahrudi düşmənlər tərəfindən tanınır və təqib olunur.

O, gizlənmək üçün bir neçə yoldaşları ilə Tehrana getmək fikrində olur. Bu üzdən də onlar çox çətinliklə özlərini Ərdəbilə çatdırırlar. 1324-cü ilin dey ayının 5-də(26 dekabr 1945) bir yük maşını ilə özlərini Astaraya çatdırıb və oradan da  Tehrana getmək istəyirlər. Amma yolda qarın çox olduğundan Astaraya getmək mümkün olmur. Nəhayət, o, yoldaş Ənuşirəvan İbrahimi və başqa bir yoldaş ilə birlikdə sərhəddən keçib Sovet Azərbaycanına gəlməyə(Azərbaycan Respublikasına) qərar verirlər.

Yoldaş Lahrudi Sovet Azərbaycanında məskunlaşdıqdan sonra birinci neft buruqlarında işə başlayır. Sonra iki illik Bakı partiya məktəbinə daxil olur Oranı bitirdikdən sonra 5 illik partiya məktəbində təhsil almaq üçün partiya tərəfindən Moskvaya ezam olunur.  Sonra siyasi fəaliyyət üçün partiya tərəfindən Şərqi Almaniyayanın Leipzig şəhərində yerləşən  təşkilatın mərkəzi komitəsinə göndərilir. O, yeddi ildən sonra Bakıya qayıdır. O, Bakıda bilavasitə nəşriyyat işi ilə məşğul olur. Sonra bir neçə rayonda komitə sədri işləyir. O 1358-ci ilin fərvərdin ayından(1979 mart ayı) Yoldaş Qulam Yəhyanın yerinə Azərbaycan Demokrat Firqəsinin sədrliyinə  seçilir və ömrünün sonunadək bu ağır vəzifəni layiqincə yerinə yetirir.   

Bu yoldaşın Azərbaycan Demokrat Firqəsinin banilərinin məqsəd və ideyalarına dərindən inamı  səbəb olub ki, fırtınalı illərdə ( İslam cümhuriyyəti rejiminin İranın azadlıqsevər və mütərəqqi  qüvvələrinə, xüsusilə İran Xalq Partiyasına vəhşicə hücumu və habelə sosializm blokunun dağılması və onun törətdiyi ağır nəticələri) heç bir siyasi dönüklüyə yuvarlanmadan bu yolda öz mübarizəsinə davam edə bilsin.

Azərbaycan Demokrat Firqəsini mərkəzi komitəsi bu dəyərli yoldaşın itkisini bütün azadlıq və   ictimai ədalət tərəfdarlarına, qeyrətli Azərbaycan xalqına, Azərbaycan Demokrat Firqəsinin üzv və tərəfdarlarına, xüsusilə onun ailə üzvlərinə dərin üzünlə başsağlığı deyərək, bu  yoldaşın mübarizə yolunu davam etdirmələrini israr edir.

Azərbaycan Demokrat Firqəsi

15.10.1393 (06.12.2014)

Go Back

Comments for this post have been disabled.