Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

S. C. Pişəvəri (Cavadzadə Xalxali)

Tərcmhay-hal

S. C. Pişəvəri  (Cavadzadə Xalxali)

Azərbaycan xalqının sədaqətli və fədakar oğlu S.C.Pişəhvəri (Xalxali) özünün bütün hayatını İran zəhmətkeş kütlələrinin nicatı yolunda gedən böyük mübarizə işinə həsr etəmiş, görkəmli inqlabçı, İran Kommunist Firqəəsinin banilərindən biri, Azərbaycan demokrat firqəəsinin rəhbəri və Azərbaycan milli hökümətinin başçısı olmuşdur.

S.C.Pişəvərinin həyat və fəaliyyəti İran zəhmətkeş kütlələrinin irtica və imperyalizm əleyhinə mübarizəsi tarixi ilə, İran Kommunist Firqəsinin şanlı tarixi ilə sıx sürətdə bağlı olmuşdur. O, İran zəhmətkeşləri ailəsinə mənsub olmuş, iranlı fəhlələr daxilində boya başa çatıb yetginləşmiş, İran Kommunist Firqəsi sıralarında təmkinli inqlabi mübarizə məktəbi keçmiş, ölkənin azadlığı uğrunda gedən şiddətli döyüşlər cərəyanında mətinləşərək təcrübəli rəhbər, böyük firqə və dövlət xadimliyinə qədər yüksəlmişdir.

Seyidd Cəfər Cavad oğlu Cavadzadə 1272 (1893)-ci ildə Azərbaycanın Xalxal mahəlləsinin Zivə kəndində yoxsul kəndli ailəsində anadan olmuş və ilk təhsilini həmin kənddə almışdır. məlum olduğu kimi XIX əsrin sonu və XX əsrin əvəllərində yarım müstəmləkə vəziyyətinə salınmış İranın zəhəmətkeş kütlələri çox ağır və dözülməz həyat şəraitinə məruz edilmişdi. İstebdad üsul idarəsinin soyğunçuluğuna, feodal istismarı və impralizm təzyiqinə dözə bilməyən yoxsul kəndlilər kütləvi sürətdə dağılır, iş axtarmaq, çörək pulu qazanmaq məqsədilə şəhərlərə axışıb gəlirdilər. Sənaye cəhətcə az-çox inkişaf etmiş ölkələr, xüsusilə özünün böyük neft sənaye və ucuz işçı qüvvəsinə olan ehtiyaci elə geniş şöhrət qazanmış Bakı həmin yoxsul kəndlilərin daha çox diqqətini cəlb edirdi. Kiçik Seyid Cəfərin mənsub olduğu ailədə məhz belə bir şəraitdə şahsevən bəyləri tərəfindən talandıqdan sonra,1284 (1905)-cı ildə Bakıya mühacirət etmişdir. Həmin tarixdən başlayaraq 1292 (1913)-ci ilə dək Seyid Cəfər abşeron yarımadasındakı “Bülbülə” kəndində ilk təhsilini davam etdirmiş və eyni halda, o məktəbdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1292 (1913) ci ilın ortalarında S.C.Pişəvəri abşeron yarımadasınakı “Xırdalan”  kəndində məktəb təşkil etmiş və 1296 (1917) ci ilə dək orada tədris etmişdir. O, öz həyatının həmin dövründən bəhs edərkən belə yazmışdır: “ Məktəbi bitirdikdən sonra müəllim oldum. Təhsil etməyə, kitab oxumağa olan həvəsim sayəsində iyirmi yaşa çatanadək bütün boş vaxtlarımı kitabxanalarda keçirərdim. Tarix, ədəbiyyat və fəlsəfə sahələrinə aid kitablara daha çox meyl göstərirdim. Belə bir mövqedə Birinci Dünya Müharibəsi və onun ardınca Böyük Rusiya İnqilabı baş verdi.”

S.C.Pişəvərinin siyasi fəaliyyətində məhz həmin dövrdən başlanmışdır. Öz sözü ilə desək, ictimai inqilab oqyanusi (okyan) dövrün digər gəncləri kimi onu da yerindən tərpədərək siyasi mübarizə meydanına atmışdır. 1296-cı ilin əvvəllərinə “Açıq söz” qəzetində “ Mir Cəfər Cavadzadə” imzası ilə dərc olunmuş məlumatdan görünür ki, S.C.Pişəvəri 1917-ci ildə Rusiyada baş vermiş burjua demokratik inqilabı dövründə kütləvi hərkatında iştirak etmişdir.

O dövrdə  o, İran  sosial demokrat firqəəsinin qafqazdakı təşkilatlarının iclaslarında iştirak edir və fəaliyyət göstərirdi. S.C.Pişəvəri həmin dövrdəki fəaliyyəti haqqında belə yazır: “Mən rusiyada yaşayan millətlərin azadlıq mübarizəsində yaxından iştirak etmiş İran gənclərindən idim. Məni bu böyük şərəfli işə cəlb edən amil azadixahlıq mübarizəsindən başqa, bir də mənsub olduğum millət haqqındakı düşüncəlrim olmuşdur. Mən bilirdim ki, vətənin və millətin nicatı və səadəti rusiya inqılabçılarının istəkləri qurluşun əldə edilməsinə bağlıdır. Mən bilirdim ki, əgər rusiyada şanlı Lenin bayrağından başqa bir bayraq yüksələrsə İran xalqlarının istiqlaliyyəti və azadlığı həmişə təhlükə altında olacaqdır”

1297-cı ilin dey ayında (yanuar 1918) S.C.Pişəvəri İran Demokrat Firqəsinin Bakı təşkilatının orqanı olan “Azərbaycan cüzei - layenfeki- İran” qəzetində fəaliyyətə başlayır. O, həmin qəzetin səhifələrində İran demokratlarinin çox yükəsək siyasi mövqe tutduğunu numayiş etdirir. Qəzetin birinci nömrəsində S.C.Pişəvəri İranın mütərəqqi ictmai qüvvələrinin fəaliyyətindən, ölkədə tərəqqipərvər təşkilatların fəaliyyəti üçün yaranmış imkan və şəraitdən söz açır.

Məlumdur ki, “Azərbaycan cüzei-layenfekke-İran” qazetinin darısqal mühiti S.C.Pişəvərini heç də uzun müddət təmin edə bilməzdi. O, özü üçün daha geniş fəaliyyət meydanı tapmalıydı. Buna görə də 1298-cı ilin ortalarında Məhəmməd Fəth Allahzadə, Yusıi Yəqub və Bəhram Ağazadənin zəmanəti əsasında İran Ədalət Firqəsinin Bakı təşkilatı sıralarına daxil olur. Bu dövrdə S.C.Pişəvəri tərəqqipərvər iranlılar tərəfindən Bakıda açılmış “Ettehad” məktəbində müəllimlik edir. Ədalət Firqəsinin bayrağı altında İran xalqlarının azadlığı yolunda gərgin mübarizə aparır.

S.C.Pişəvərinin rəsmən firqə sıralarına qəbul edilməsi ilə əlaqhdar olaraq İran Ədalət Firqəsinin Mərkəzi Komitəsi onu firqənin orqanı “Hürriyyət” qəzetinin məsul redaktoru təiyin edir. S.C.Pişəvərinin həmin vəzifədə çalışması Azərbaycanda Sovet Hakimiyyətinin qurulduğu günə dək (28 aprel 1920) davam etmişdir. O, qəzetin nəşr edildiyi dövrdəki ağır siyasi şərait haqqında belə yazmışdır: “... “Hüriyyət” nəşrə başlayanda vəziyyət elə müdhiş (dəhəşətli), elə vəxim idi ki, İngiltərə komandanlığının təqibi qorxusundan idarəmizin ünvanını belə aşkar surətdə yaza bilmirdik. Lakin biz də tutduğumuz yolda mətanət göstərirdik. Lazım gəldikdə müanidlərimizə (inad edənlərə) cavab verir-dik.” 

1298-1299 (1919-1920)-ci illərdə S.C.Pişəvəri “Hüriyyət” qəzetini nəşr etməklə yanaşı, İran Ədalət Firqəsinin Mərkəzi xarici bürosunda katib kimi də çalışmış və İranın müxtəlif yerlərində firqənin təşkilatlarını yaratmağa səy göstərmişdir.

Bu dövrdə S.C.Pişəvəri Azərbaycan dilində “Kommunist” qəzetinin nəşr olunmasına aktiv yardım göstərdikdən bilafasilə sonra vətənə qayıtmağa tələsir. Müəllim olduğu kimi o vaxt İranın hər yerində, xüsusilə Azərbaycan, Gilan və Xorasan əyalətlərində demokratik hərəkat genişələnməkdə idi. Azadlıq yolunda mübarizə edən quvvələrin təzyiqi nəticəsində işğalçı ingilis qoşunları Qəzvinə geri çəkilmiş və cəngəlilər Rəşt şəhərini tutmuşdular. Belə bir şəraitdə İran Ədalət Firqəsi ölkədə daxili irticaçılar və müdaxilçi imperiyalistlər əleyhinə mənfur Vəsuquəldövlə qərardadının ləğv olunması yolunda vahid mübarizə cəbhəsi yaratmağa çalışırdı. Məhz həmin məqsədlə firqə cənglilər hərəkatının başçıları ilə əlaqə yaradır. 1299-cu il xordad ayının əvvəllərində (23 may 1920) Mirzə Kiçikxanla danışıq üçün S.C.Pişəvərinin başçılığı ilə Rəşt şəhərinə xüsusi nümayəndə heyəti göndərir. Heyətin apardığı danışıqlar müvvəfiyyəqlə nəticələnir və   xordad ayının ortalarında, yəni 1920-ci il iyun ayının 4-də Gılan cümhuri hökümətinin təşkili elan olunur. S.C.Pişəvəri isə bu inqilabi  hökumətin xarici işlər naziri təiyin edilir. O, hayatının həmin dövrlərindən bəhs edərək yazmışdır:“...Vaxtı tələf etəmədən oraya (Gilana) tələsdim. O günki dostlarımdan bir çoxunun bildiyı kimi orada  daima birinci sırada idim. Qəzet çıxarır, nitq edir, milli məqsədləri dirlıltmək xatirinə ən çətin və məsuliyyətli işləri öhdəsinə götürdüm. O vaxt mən gənc idim. İş, fəaliyyət və inam məni irəliyə çəkir, tanıtdırır, öz istəyimdən asılı olmayaraq azadixahların sıralarında mənim üçün nüfuz və etibar qazandırırdı. Bu isə məni daha təşviq edirdi. Hazırda bir çoxları Hezbi-Tudeyi-İranın sıralarına daxil olmuş səmimi dostlarımla birlikdə o vaxt kənddə, şəhərdə, cəbhədə top atəşləri altında irəliləyir və döyüşürdük. Ruhumuzu qıdalandıran yalnız iman və əqidə idi. Ələ qələm aldıqda və yaxud hər hansı addımı atmaq istədikdə mənafe uğrunda mübarizə etdiyim sinif həmişə göz önündə canlanırdı.”  

Bu dövrdə bütün İranda, xüsusilə Azərbaycan, Gilan və Xorasan əyalətlərində kütləvi azadlıq hərəkatının güclənməsi, İran Ədalət Firqəsinin ölkə daxilində o vaxta dək gizli şəraitdə fəaliyyət göstərməyə məcbur qalmış təşkilatları üçün əlverişli şərait meydana gətirdi. Müəllim olduğu kimi bu dövrdə ölkənin feodal, ruhani, burjua və xırda burjua təbəqəlrinə mənsub bir sıra siyasi təşkilatları, o cümlədən: “Ettedalyon”, “Ettehad tərəqqi”, “Etethad islam”, “demokrat təşkili” və “demokrat zidd-təşkili” kimi firqə və cəmiyyətlər İranın siyasi və ictmai həyatında əsaslı dəyişikliklər yaratmaq işındə aciz olduqlarını artıq göstərmişdilər.

Belə bir şəraitdə İrandakı mübariz qüvvələrin vahid mərkəzini yaratmaq, irtica və imperyalizm əleyhinə mübarizədə daha etibarlı və nüfuzlu qərargah əmələ gətirmək lazım idi. Bu məqsədlər isə yalnız İran Kommunıist Firqəsinin yaradılması ilə əldə oluna bilərdi. Həmin zərurəti çox düzgün surətdə dərk etmiş İran Ədalət Firqəsinin rəhbərliyi 1299-cu ilin əvvələrindən etibarən (may 1920) geniş hazırlıq tədbirlərinə başlayır. S.C.Pişəvəri bu işdə xüsusi böyük fəaliyyət göstərir. O, 23 nəfərlik heyətlə birlikdə Ənzəli şəhərinə gedərək İran Kommunist Firqəsinin birinci qurultayını keçirmək üçün hazırlıq görür. Nəhayət ordubehişt 1299-cı ildə (22 iyun 1920) Ənzəlidə İran Kommunist Firqəsinin birinci qurultayı açılır. Qurultayın nümayəndələri Ağazadə, Əlixanov, Soltanzadə, Mir Bəşir Qasımovla birlikdə S.C.Pəşəvəri də qurultayın rəyasət heyəti üzülüyünə seçilir. O, Ədalət Firqəsinin xarici bürosunun fəaliyyəti haqqında məruzə edir. Firqənin rəhbər orqanlarında keçirilən seçkilər nəticəsində S.C.Pişəvəri İran Kommunist Firqəsi Mərkəzi Komitəsinin üzvü intixab olunur və təbliğat üzrə mərkəzi komitənin katibi təiyin edilir.

1300-cı ilın tir ayında (yun- yol 1921). S.C.Pişəvəri İran Kommunist Firqəsinin Təbriz şəhər təşkilatının etibarnaməsi əsasında kommunist internasiyonalin 3-cu konqresində rəsmi nümayəndə sifəti ilə iştirak edir. Konqre işini qurtardıqdan sonra o Tehran şəhərinə qayıdaraq, İran Kummunist Firqəsinin Mərkəzi Komitəsinin rəyasət heyəti üzv kimi fəaliyyət göstərir və firqənin nəzdində təşkil edilmiş həmkarlar ittifaqının mərkəzi orqanı olan “Həqiqət” qəzetini nəşr edir. S.C,Pişəvəri öz ictmai fəaliyyətinin qeyd olunan dövrləri haqqında belə yazmışdır: “Cəngəl nehzəti sona çatar-çatmaz biz Tehranda fəal siyasi təşkilatlardan əlavə, yeddi min nəfərdən artıq üzv olan həmkarlar ittifaqının mərkəzi şurası “Həqiqət” qəzetindən ibarət öz orqanını yarada bilmişdi. O günki azadixah yoldaşlar tərəfindən yazılmış bir neçə məqalə istisna edilmək şərti ilə qeyd olunan qəzetin bütün baş məqalələri mənim qələmimlə yazılmışdır... Biz “Həqiqət” qəzetini nəşər etdiyimiz zaman məqalə yazan, elmi mözvular haqqında rəy söyləyən adamlar olduqca az idi. Sıralarımızda elmlər doktoru, ali təhsili olan adamlar,diplom sahibləri yox idı.” S.C Pişəvəri Rza xanın dıktaturluq təmayüllərini hiss etdiyi ilk nəfərlərdən etibarən onun əleyhinə tam şücaətlə qiyam edir və həmin şərəfli mübarizəsini Rza xan üsul idarəsinin məğlubiyətinədək bir an belə dayandırmır. Rəza xanın təhlükəli işləri uzərindən pərdə götürülmədiyi və onun mənfur niyyətləri hələ zahir olmadığı dövrlərdə S.C.Pişəvəri çox düzgün olaraq dərk etmişdi ki, Rza xan nə kimi məqsəd gudur. Öz məqampərəstlik və tamahkarlığı ilə ölkəni hansı girdaba (bataqlıq) sövq etmək niyyətindədir. S.C Pişəvəri həmin dövrdən bəhs edərək belə yazmışdır: “O gün bizim vəziyyətimiz çətin və ağır idi. Lakın öz ehsasatımızın, habelə İran zəhəmətkeş sinifinin adlı-sanlı nümayəndəlrinin birliyi sayəsində keçmiş şah əleyhinə hucumlarımız günü-gündən daha şiddətli, daha dağıdıcı və daha möhkəm olurdu... Bu iftıxarlı mübarizə 9 ilə  qədər davam etmişdir. Rza xanın bir-birinin ardınca qalib gəlib, qəzəblə işğal etdigi bütün səngərlərdə öz sinəmizi qalxan etmişdik.”

1301 (1922)-ci ildə Tehranda polis təqibinin şiddətələnməsi və “Həqiqət” qəzetinin toqif edilməhəsi (bağlamaq) ilə əlaqədar S.C.Pişəvəri İran Kommunist Firqəsi Mərkəzi Komitəsinin cənub bürosunun məsul katibi təiyin edilir və 1302 (1923)-ci ilə dək İsfəhan şəhərində fəaliyyət göstərir. Lakın Rza xan polisi orada Pişəvəriyə açıq fəaliyyət imkanı vermir. Güclü axtarış firqə üzvləri kimi S. C. Pişəvərini də gizli şəraitə keçmək məcburiyyətində qoyur. O, həmin dövrü belə təsəvvir etmişdir: “Rza xanın meydana atılması ilə bizim döyüş cərəyanımız başqa yola düşdü. Rəhimsiz adamlar, həbs və sürgünlərin başlanması ilə əlaqhdar olaraq biz taktıkamızı dəyişmək məcəbüriyyətində qaldıq. Həbslər və basqınlar yolu ilə gizli fəaliyyət mərkəzimizi dörd dəfə dağıtdılar. Lakın azadlıq yolunun əsgərləri olan bizlər öz postlarımızı tərk etmədən beşinci mərkəzi təşkil etdik. Öz mətbuat fəaliyyətimizi Avropaya köçürtdük. Bu zaman müxtəlif yollarla qəzet və jurnallarımızı Rza xan polisinin İran sərhədələrinə çəkdiyi Çin divarından keçərək ölkənin daxilinə atdırdıq... Həmin illərdə gizli sürətdə nəşr olunmuş şəbnamələr, elamiyələr, kitab və məcmüələr bizim ictimai hayatımızın və gizli fəaliyyətimizin ən parlaq nümünələrini təşkil edir.”  Nəhayət Rza xan polisi 1309 il dey ayında (dekabr 1930) İran Kommunist Firqəsinin bir sıra qabaqcıl nümayəndələri ilə birlikdə S.C.Pişəvərini də həbsə almışdır. Həmin tarixdən etibarən tam 11 il müddətində onu həbsdə saxlamışlar. Lakin Qəsr Qacar adlanan dəhşətli zindanının uca dıvarları və qalın qapıları mübariz S.C.Pişəvərinin iradını qırmağa qadir olmur. O, ən ağır polis təzyiqi və olmazın əzab-işgəncələri qarşısında öz oulad iradəsilə məqavimət göstərir. Ən təhlükəli şəraitdə belə mübarizədən geri çəkilmir. S.C.Pişəvəri öz hayatının o dövründən bəhs edərək belə yazmışdır:“...Nəhayət 1309-cu ildə həbsə alındıq. Ədimiz (sayımız) çox idi. Yoldaşlarımızın əksəri zındanda böyük müqavimət və mətanət göstərdilər.Biz dayandıq, vuruşduq, həftələrlə xörək (yemək) yemədik, haqq sözlərimizi dedik. Adi adamlardan sadə siyasi mözvular haqqında öz imzaları ilə yazmağa cəsarət etəmədikləri günlərdə bizim səsimiz həmişə ucalırdı. Rza xan polisi bizimlə hesablaşırdı. Səkiz il  müddətində qəsrdə (Qəsr Qacar) bizlərdən başqa siyasi məhbus yox idi. Rza xanın bütün cəlladlıq dəstgahı tam mənasında bizim əleyhimizə yönəlmişdi. Tədrici ölümlə bizi məhv etmək istəyirdilər. Ən yaxşı dostlarımızı itirdik. Özümüz də fiziki cəhətdən ayaqdan düşdük. Lakin əhval-ruhiyəmiz qutlu olduğu üçün mübarizəni davam etdirdik. Nəhayət 8 ildən sonra 53 nəfəri bizim yanımıza gətirdilər.” Azərbaycan xalqının qəhrəman oğlu, İran Kommunist Firqəsinin görkəmli xadimi Tağı Əbülfət oğlu Ərani başda olmaqla 1316-cı ilin ordubehişt ayında (aprel 1937) 53 nəfərin zindana gətirilməsi S.C.Pişəvərini məyus etmir.”

O, bu hadisəni İran azadixahları daxilində mübarizə əhval-rühiyəsinin canlanması rəmzi kimi kütlələrin siyasi şüur səviyəsinin yükəsləməsi və Rza xan dıktatorluğunun acızliyi əlaməti kimi qiymətələndirir. O, gənc mübarizlərə öz təcrübələrini öyrədir. Polisin hiylələrindən danışır. Gizli dərs keçir, zındanda necə fəaliyyət etmək yolunu göstərir.

S.C.Pişəvəri həmin dövrü xatırlayaraq belə yazmışdır: "8, 9, hətta 10 il zindanda qalmağımıza baxmayaraq, ruhdan düşmədiyimizi görən bu gənclər (53 nəfər) ruhlandılar, bizdən mənəvi qida aldılar. İran tarixində qızıl hərflərlə yazılması zərüri olan şəhamət və fədakarlıqlar göstərdilər. İran ziyalılarının gözü və çırağı hesab olunan doktorlar və professorlar yetgin siyasi mübarizələr kimi aclıq elan etdilər, döyüşdülər, döyüldülər, polisin təhqirlərini acı gülüş və istehza ilə qarşıladılar. Böyük qurbanlar onları qorxutmayıb, daha həyacanlandırırdı və cəsarətləndirirdi."  

1319-cı ildə (1940) S.C.Pişəvəri qəsr zındanından buraxılır. Lakin Rza xan polisi dərhal onu Kaşan şəhərinə sürgün edir və orada qısa müddət nəzarət altında saxladıqdan sonra yenidən həbsə alır.      

Müəllim olduğu kimi İkinci Dünya Müharibəsinin başlanması, Rza xanın İranda alman faşıstləri üçün geniş fəaliyyət meydanı yaratması və alman faşızminin ölkə daxilindəki təxrıbatçılığı 1320-cı ildə dözülməz vəziyyət törətmişdi. İranda yuva salmış alman faşıstlərinin təhlükəsini ləğv etmək, zidd-faşıst ittifaqı üçün təxirə salınmaz zərürətə çevirilmişdi. Buna görə də 1320-cı il şəhrivər ayının 3-də (25 avqust 1941) Sovet Ordusu hissələri 1921-cı ildə bağlanmış Sovet-İran məqaviləsinin 6-cı bəndinə əsasən İrana daxil oldu. İngilis qoşunları da ölkənin cənub məntəqələrini tutdu. Hitlerin əl altısına çevrilmiş Rza xan İngiltərə müstəmləkəçilərinin yardımı ilə ölkədən qaçdı və 20 illik dıktaturluğu sona çatdı. Belə bir şəraitdə bir sıra siyasi məhbuslar kimi S.C.Pişəvəri də 1320-cı il şəhrivər ayının 23-də (14sentyabər 1941) Kaşan zindanından buraxılıb Tehrana gəldi. Lakın iyirmi illik teror və təzyiq artıq ölkənin bütün tərəqqipərvər təşkilatlarını dağıtmışdı. S.C.Pişəvərinin dediyi kimi onlar Sülyman Mirzə Möhsün İskəndərinin evində qəbul olduqları vaxt İranda təşkilat, mətbuat, cəmiyyət adlanası heç bir vasitə yox idi. Hətta bir yerə toplanmaq belə azadixahlar üçün çox təhlükəlidi. 

Qeyd olunan bütün çətinliklərə baxmayaraq S.C.Pişəvəri  tükənməz enerjisi ilə  yenidən  öz məsləkdaşları və yoldaşları ilə birlikdə İran zəhmətkeşlərinin yeni qərargahıni yaratmaq işındə fəal iştirak edir. Digər tərəfdən o, jurnalistlik ixtısasın da unutmayıb, "Ajir" qəzetinin nəşri üçün müqəddimə hazrlayır və 1322-ci il xordad ayının əvvəlində (23 may 1943) qəzetin ilk nömrəsini İran ictmayətinə təqdim edir. S.C.Pişəvəri həmin nömrədə ölkənin satqın hakim dairələrinin iyrənc və murdar təbiətini ifşa edərək tam şücaətlə açıq surətdə yazmışdır ki, Rza şahla əməkdaşlıq etmiş təhlükəli təbəqələrə qarşı "Ajir" qəzeti inadcıl mübarizə aparmaq yolunu zəhmətəkeşlərə öyrətməyə çalışacaqdır. Qeyd etmək lazımdır ki, S.C.Pişəvəri həmin qəzet vasitəsilə imperyalizm əleyhinə mübarizə etmiş, habelə faşızm ideyasina sarsıdıcı zərbə endirmişdir.

Müəllim olduğu kimi bu dövrdə İran məcəlləisinin 13-cu dövrəsinin sona çatması ilə əlaqhdar olaraq S.C.Pişəvərinin 14-cü məclisdə keçiriləcək seçkilərdə iştirak etməyi, irtica və imperyalizm əleyhinə mübarizədə parlament tiribunasından da bir vasitə kimi istfadə olunmasını qərara alır.

S.C.Pişəvərinin Hezb Tudə İran tərəfindən seçkidə nümayəndə göstərilir. Bu hadisəni ictmai mübarizə meydaninda daha bir səngər irəli çəkilmək kimi qimətləndirən Pişəvəri həmin dövrdə belə yazmışdır: "İctmai vəzifələrimiz üçün məqsəd deyil, yalnız bir vasitədir...30 il bundan əvvəl başlayıb, şərəflə davam etədirdigimiz məram və məqsədlərimizin ardıcıllarında bir iddəsi bu gün İran məclisinə nümayəndə seçilmişlər. Doktor Rza Radməniş və sairləri məclisə geəcəklər. Onlar bizim arzu və istəklərimizi məclis tiribunasından xalqa çatdıracaqlar. Biz də müvəffəq olduğumuz təqdirdə şübhəsiz ki, öz vəzifəmizə əməl edəcəyik. Başqa adamlar məclis və onun nümayəndəliyini ayrı cür başa düşürlər. Bizim nəzərimizdə isə ora müəyyən cəbəhədən başqa bir şey deyil. Orada da mübarizə, döyüş və fədakarlıq bizim intizamızdadır." 

S.C.Pişəvərinin məclisə namizəd göstərilməsi İran irtcasını təşişə saldı. Süheylilər, tədinlər, jenral məqədlər, bir sözlə bütün irtca ünsürləri Təbriz seçki dairəsində onun əleyhinə fəaliyyətə başladılar. Səsləri parçalamaq məqsədilə iki yüz nəfərdən artıq adamın namizədliyi irəli sürüldü. Lakın bütün bu fırıldaqlara baxmayaraq, mübariz və sayıq zəhmətkeşləri 15780 səslə S.C.Pişəvərini İran məclisinə vəkil seçdi. İran irticası bu parlaq qələbə qarşısında yeni hiyləyə əl ataraq,  Təbriz vəkillərinin etbarnamələrini təsdiq etmək işini süründürməyə salıb, vaxt qazanmaq həsabına parlamentdə S.C.Pişəvərinin əleyhinə satqın ünsürlərdən ibarət müxalif yaratdı. Beləliklə parlamanın 22 tir 1323-cü il (iyun 1944) tarixli iclasında Pişəvərinin vəkillik etibbarnaməsi 47 muvafıq rəy qarşısında 50 müxalif rəy ilə rəd olundu.

S.C.Pişvəri bu hadsəni İran irtcasının şüursuzəluğunun yeni təzahüru kimi qiymətləndirərək yazırdı: "İrtcaçılar 50 qərəzli səslə  on altı min sadə və pak Təbrizlinin rəyini puça çıxarmaqla şüursüzluğun üzündən özlərinin əleyhinə və bizim xeyrimizə böyük bir addım atmışlar."

Bu dövrdə o, qırx dörd gündəlik qəzeti birləşdirən mətbuatın "Azadlıq cəbhəsi" adlı leqal təşkilatında öz fəaliyyətini gücləndirərək kütlələri ayıltmaq, onları müəyən cəhətdən sılahlandırmaq yolunda var quvvə ilə səy göstərir.

S.C.Pişəvəri Azərbaycanda doğulmuş inqlabı şəraiti dərk edən ilk şəxsiyyətlərdən olmuş və Azərbaycan demokrat firqəsi məhz onun rəhbərliyi altında yaranmışdır. Bu dövrü S.C.Pişəvərinin təşkilatçılıq fəaliyyəti və rəhbərlik istebdadının qüdrətli mərhələsi adlandırmaq olar. Məhz zəngin inqlabi təcrübəyə malık olan S.C.Pişəvərinin təşkilatçılıq məharəti və müdrik rəhbərliyi sayəsində Azərbaycan demokrat firqəsi qısa müddət ərzində Azərbaycanın bütün zəhəmətəkeş təbəqələrini və milli quvvələrini öz bayrağı altında toplayıb tarixi xalq hərəkatı yarada bilmişdir.

Azərbaycan demokrat firqəsinin birinci konqresində bir səslə firqənin sədirliyi vəzifəsinə seçilmiş S.C.Pişəvəri tarixi "12 şəhərivər" byannaməsinin hazırlanmasında, Azərbaycan ruznaməsinin nəşr edilməsində, Azərbaycan xalqının milli tələbatının irəli sürülməsi və müdafəsi işində birinci dərcəli rol oynamışdır. O, Azərbaycan demokrat firqəsinin rəhbərliyi altında Azərbaycan xalqının 21 Azər nehzətini təşkil etmişdir. Bu nehzət qələbə çaldıqdan sonra Azərbaycanın milli məclisi S.C.Pişəvərini Azərbaycan milli hökümətinin baş vəziri təyin etmişdir. Məhz həmin hökumət İran çərçivəsi daxilində Azərbaycan xalqının təyini-müqəddərat hüququnu bərpa edərək azərbaycanlıların öz ana dillərində danışmaları, yazıb oxumaları üçün şərait yaratdı. Məktəblərdə ana dilində dərs keçirilməsini təmin etdi. Ümümi icbari təhsil usulunu hayata keçirtdi. Savadsızlığın kökünü kəsmək üçün qəti addımlar atdı. Azərbaycanda ilk dəfə olaraq daralfünün təsis etdi. Fəhlələr üçün səkkiz saatlıq iş günü və mətərəqqi əmək qanunu hazırladı. Bütün İran miqyasında ilk dəfə olaraq qadınların kişilərlə bərabər hüquqlu olmasını hayata keçirtdi. Təkcə İran deyil, bütün yaxın və orta şərq ölkələri üçün inqlabi əhəmmiyyətə malik olan torpaq islahatını icra etdi. Azərbaycanın şəhər və kəndlərində tarixdə məsəli görünməmiş abadlıq işəlrinə başladı. S.C.Pişəvərinin başçılıq etdiyi Azərbaycan milli hökumətinin bir il ərzində hayata keçirdiyi bu tədbirlər hətta Azərbaycan xalqının qatı düşmənləri tərəfindən də etiraf olunmuşdur. Qərbin irtcaçı dairəlrinə mənsub mətbuat dəfələrlə yazmışdır ki, S.C.Pişəvərinin rəhbərlik etdiyi milli hökumət bir il ərzində Azərbaycanda yarım əsrlik fəaliyyət göstərmişdir və bu islahat inkar edilməzdir.

Amerika imperyalizminin fəal yardımı ilə İran irtcaçının Azərbaycana xəyanətkar basqını və şahpərəst cəlladlar tərəfindən axıdılan qanlar S.C.Pişəvərini həddən ziyadə kədərləndirsə də onu əsla məyus etmədi.   

Bu hadisəni sonra o, mühacirət şəraitində təcərübəli təşkilatçılıq fəaliyyətini davam etdirməklə yanaşı öz geniş və hərtərfli ədəbi irsində zənginləşədirməyə çalışmışdır.

1326-cı il tir ayının 20-də (iyunun 11-i 1947) təsadüfi avtomobil qəzası mübariz inqilabçı S.C.Pişəvərinin İran və Azərbaycanın azadlığı və istiqlalı arzusu ilə çırpınan ürəyini dayandırdı. Lakın onun bütün ömür

boyu şərəflə daşıdığı inqlabi mübarizə bayrağı hal-hazırda Azərbaycan demokrat firqəsi tərəfindən əsas məqsədə doğru aparılmaqdadır...

Go Back

Comment