8 Mart dünya qadınlarının həmrəylik günü münasibəti ilə
Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin
sədri Dr.Adilə ÇernikBoləndın bəyanatı
İlk öncə 8 Mart beynəlxlq qadınlarının həmrəyliyi günü münasibəti bütün dünya qadınlarını, xüsusən də ölkəmizin mübariz təbrik edirik.
İranın məzlum xalqını, Vilayəti-Fəqih rejiminin avtokratik, anti-milli və qadına qarşı olan siyasətindən qurtulmaq üçün ölkədə gedən mübarizədə qadınların daha çox iştirakının şahidi oluruq. Bu gün zülmdən xilas olmaq üçün kişilərlə bərabər bir çox mübariz qadınların adları bu şərəfli mübarizə lövhəsində parlaq şəkildə görünməkdədir. Bu mücadilədə milyonlarla iranlı aktiv qadınların iştirakı yaxın gələcəkdə ölkənin qələbəsini mütləq təmin edəcək.
Dünyanın bütün azadlıq və mütərəqqi hərəkatlarının təcrübəsi göstərir ki, hər hansı bir inqilabın qələbəsi və onun davamlı olması qadınların o inqilabda iştirakından asılıdır.
Ölkəmizdə məşrutə inqilabnın başlanğıcından son bir neçə ay əvvələ qədərki etiraz hərəkatında qadınlarımız və qızlarımız həmişə ictimai inkişaflarda həlledici və mühüm rol oynamışlar. Hakim irticanın qadınlara qarşı qoyduğu bütün məhdudiyyətlərə baxmayaraq, onlar mütərəqqi və azadlıqsevər kişilərlə çiyin-çiyinə ölkənin tərəqqisi, sosial ədalət, demokratik azadlıqlar və bərabər hüquqlar uğrunda indiyə qədər mübarizə aparmış və aparır.
Bu il biz Beynəlxalq Qadınlar Gününü elə bir şəraitdə keçiririk ki, “Vilayəti-Fəqih” rejiminin mürtəce, avtokratik və qadın əleyhinə olan siyasıtinə qarşı etiraz hərəkatı ölkə daxilində geniş vüsət almaqdadır.
22 yaşlı Məhsa (Zina) Əmininin Tehranda hecabsızlığına görə öldürülməsi bəhanəsi ilə doğulduğu Kürdüstan vilayətinin Saqqız şəhərində dəfn edilməsindən sonra “Qadınr-Həyat-Azadlıq” şüarı ilə başlayan hərəkatın alovu sürətlə bütün ölkəyə yayıldı.
Bu yolla on minlərlə gənc, yeniyetmə və cəmiyyətin digər təbəqələri mürtəce hakimiyyətə qarşı mübarizə aparmaq üçün küçələrə axışdılar. Ölkəmizin qadın və qızlarının bu hərəkatda yaratdıqları epik şöhrət bütün dünyaya yayıldı.
Xalqın dinc etiraz hərəkatı qarşısında güya zorakılıq göstərmədiklərini həyasızcasına iddia edən rejimin repressiv qüvvələri indiyədək qız və uşaq olmaqla beş yüzdən çox insanı qətlə yetirib, on minlərlə əhalini həbs edərək ölkəmizin mübariz övladlarını(qız və oğlanlarımızı) ən ağır ruhi və fiziki işgəncələrə məruz qoyaraq, Həbsxanalarda onların bir çoxunu zorladılar. İndiyədək həbs olunanların bir qrupunu edam ediblər.
Vilayəti-Fəqih hökumətinin Bəhmən inqilabının ildönümü münasibəti ilə “məhbusları əfv edib, etmək” iddiasına baxmayaraq, rejimin həbsxanaları azadlıq inanclarından vaz keçməyən gənc qadın və qızlarla doludur.
İslam cümhuriyyəti rejimi məmurlarının amansız və vəhşi işgəncələri, habelə zörakılıqları bu dişi aslanların dəmir iradəsini qıra bilməmişdir. Bu iranlı qadınların mübarizəsi və müqaviməti dünya ictimaiyyətini heyran etməklə yanaşı, onların alqışlarına səbəb olmuşdur.
Bu il martın 8-i Qum şəhərində etiraz hərəkatının başlanğıcından başlayan və aylar ərzində, xüsusən də son həftələrdə qız məktəblərində qəsdən şiddətlənən zəhərlənmənin dəhşətli faciəsi ilə üst-üstə düşür. Beləki, bu ağır faciə tədricən Tehrana və digər şəhərlərə də ysayılmaqdadır. Hətta son günlər ali təhsil mərkəzlərinin bəzi qız yataqxanaları be hücuma məruz qalmış. Cəmi bir gündə, yəni martın 1-də Tehran, Ərdəbil, Kirmanşah, İsfahan və Şahinşəhr şəhərlərində eyni vaxtda 24 məktəbin qız şagirdləri kimyəvi qazdan zəhərlənmışlər. Bu qeyri-insani və qorxunc əməliyyat təhsil işçilərinin, ailələrinin, həmkarlar ittifaqı təşkilatlarıın və ümumiyyətlə xalqın böyük narahatlığına səbəb olmuşdur. Etiraz etmək üçün məktəblərin qarşısına toplaşan ailələrlə polis əməkdaşlarının və hökumətə bağlı mülki qruplar arasında toqquşma baş vermişdır.
Həmişə olduğu kimi, hökumət rəsmiləri ilk vaxtlar bu dəhşətli hadisələrə ciddi reaksiya vermədilər. Amma zəhərlənmələrin geniş yayılmasından sonra, son günlər həmişə olduğu kimi, törənən bu hadisələrin düşmənlərə və terrorçulara aid olduğunu bəyan etdilər.
Lakin hələlik bu kimyəvi hücumların amirləri və icraçılarının həbsi ilə bağlı heç bir xəbər yoxdur. Yeni texnologiyalardan və kameralarından istifadə edərək yüzlərlə küçə nümayişçilərini bir-iki gün ərzində müəyyən edə bilən hökumətin təhlükəsizlik orqanlarının məmurları həftələr sonra törədilən bu vəhşiliklərin amillərini müəyyənləşdirməyi bacara bilməmələri heç dı inandırıcı ola bilməz. Belə dəhşətli hadisələrin səbəbkarları tapılmalı və cəzalandırılmalıdır.
Son illər ölkəmizdə qadınların tələbkarlıq hərəkatının artması ilə əlaqədar qeyd etmək lazımdır ki, bütün sosial, mədəni və məişət məhdudiyyətlərinə baxmayaraq, xüsusilə zəhmətkeş ailələrdə, o cümlədən məhrum və marjinal rayonların sakinləri arasında valideynər qızlarının təhsilinə böyük əhəmiyyət verirdilər. Bunun nəticəsi olaraq indi universitet tələbələrinin əksəriyyətini qızlar təşkil edir. İndiyə qədər bu qızlar arasında İran xalqının fəxri olan savadlı qadınlar dünya arenasında tərifəlayiq istedadlar yetişib. Eyni zamanda, bu hadisə İslam fiqhinin hökmranlığı, onun mürtəce və geridə qalmış düşüncəsinə qarşı böyük bir çağırışa səbəb olmuşdur.
Statistikaya əsasən indi ali məktəbləri bitirən qızların sayı, məzunların 60%-a yaxınını təşkil etsə də, onların yalnız 15%-i əmək bazarına cəlb olunmuşdur. Bu o deməkdir ki, işsizlərin nisbətən əksəriyyətini təhsilli qadınlar təşkil edir. Cəmiyyət, xüsusən də zəhmətkeş ailələr qızlarının təhsili üçün külli miqdarda pul xərcləyirlər, lakin hökumətin siyasəti ictimaiyyətdə onların siyasi, sosial, mədəni və iqtisadi sahələrdə bilik, bacarıq və təcrübələrindən istifadə etməsinə mane olur. Bu, birbaşa cəmiyyət üçün itki və qadınlara qarşı ikiqat təzyiq deməkdir.
İranda yaşayan xalqları hakim mürtəcelər insanların orta əsr təfəkküründən uzaqlaşaraq indi mütərəqqi idealların və dəyərlərin daşıyıcılarına çevrildiyini və keçmişdə olduğu kimi qadınların artıq evə qapanıb ictimai fəaliyyətdən məhrum edilə bilməyəcəyini qəbul etmək istəmirlər... Amma indiki nəslin, xüsusilə də qadınların ölkənin gələcək strukturunda və bu siyasətlərin transformasiyasında xüsusi rol oynayacağına şübhə yoxdur.
Eyni halda, unutmaq olmaz ki, İran və dünya qadınlarına edilən zülm tarixi İslam cümhuriyyəti rejiminin habelə dünyanın digər dövlətlərinin ömür tarixindən daha uzundur. Qadınlara olan zülmün kökləri çox qədimdir. Eyni zamanda, sinfi və iqtisadi cəhətlərindən asılı olmayaraq, patriarxal və mədəni köklərə malikdir. Bir çox kişilər üçün, hətta bəzi mütərəqqi düşüncə iddiaçıları üçün qadın, sahib olduqları bir alət sayılır. Əsrlər boyu bu adət-ənənəni qəbul edib cəmiyyətin hakim mədəniyyətinə çevrilmişdir. Bu ənənə kişilərin, hətta qadınların özlərinin düşüncəsi quldarlığın, feodalizmin və insanın istismarına əsaslanan bütün sistemlərin mədəni təfəkkürünün qalığıdır. Bu ağır və dərin kökə malik mədəniyyətlə mübarizə etmək çox vacib və önəmlidir.
Hər bir inqilabdan sonra. yeni bir hökumətin qurulması ilə bütün bu hərcü-mərc və gərginliyin bitmiş hesab oluna biləcəyini düşünmək real deyil.
Sosial inkişaflar bu problemlərin yalnız bir hissəsini aradan qaldırır. Daha sonra praktikada qadın və kişilər arasında hüquqi bərabərliyin yaradılması üçün şəraitin yaradılmasına zəmin hazırlayır.
Yalnız sinfi zülmə son qoymaqla sosial problemlərin köklü həll edilməsinə, o cümlədən qadın və kişilərin hər cür hüquq bərabərliyinin təmin olmasına real zəmin yarana bilər.
- Bütün dünya qadınların mübarizə həmrəyliyi günü olan 8 Mart mübarək olsun!
- Yaşasın ölkəmiz İran qadınlarının azadlıq, sosial ədalət və hüquq bərabərliyi yolunda apardığı qızğın mübarizəsi!
15 isfənd 1401
6 mart 2023