Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin Bəyananatı Xuzistan xalqının harayı bütün İranın harayıdır!

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin Bəyananatı

Xuzistan xalqının harayı bütün İranın harayıdır!

Əziz Vətəndaşlar!

On gündən artıqdır ki, Xuzistan xalqı su çatışmazlıq səbəbilə  İran İslam Respublikasının səriştəsiz və ölkəni yanmış bir əraziyə çevirən yaramaz hakimiyyətinə qarşı qəzəblənərək öz etiraz səsini qaldırmış, və onların ardınca ölkənin bəzi şəhərlərində də əhali Xuzistan xalqının etiraz səsinə səs verməkdədirlər.

Xuzistan əyalətinin sakinləri istər ərəb, istərsə də ərəb olmayan əhali olaraq Səddam Hüseyn Hökumətinin işğalçı ordusunun hüçumu qarşısında  ilk dirəniş göstərən və ən çox xəsarət alan vətəndaşlardır. Onlar bu təcavüz qarşısında ən böyük fədakarlığı göstərərək ən çox insan və maddi itkilərə məruz qaldılar. Lakin bu insanlar ölkəmizdə yaşayan digər xalqların önündə gedərək ölkənin sərhədlərini və təhlükəsizliyini qorumaq üçün qəhrəmancasına minlərlə şəhid və əlil qurban vermişlər. Elə bu səbəbdən də haqlı olaraq Xorramşəhər qəhrəman şəhəri adlandırılmışdır.

Ancaq indi həmin insanlar yaşamaq üçün ən lazım olan maddə, yəni su tələb etmək üçün İraq əsgərlərinin avtomat atəşi qarşısında deyil, İrandakı hakim rejimin silahlı qüvvələrinin atəş toplarına qarşı dirənməyə məcbur olurlar.

Xürrəmşəhrin qələbəsindən sonra, ölkəmizin bütün əraziləri Səddam Hüseynın təcavüzkarlar ordusunun işğalından azad edilib və müharibənin sona çatması üçün bütün şəraitin hazır olmasına baxmayaraq, ölkə xalqlarına qarşı və millitarist  İran Hökmdarları müharibəni daha 6 il uzatdılar və müharibəni “Atəşkəs Zəhər Camını İçməyə” məcbur olan günə qədər davam etdilər.

"Zəhər Camını İçdikdən" sonra rejimin ilk hərəkəti həbsxanalarda minlərlə siyasi məhbusun cinayətkarcasına öldürülməsi idi. Bu tutulanların və edam edilənlərın çoxu Xorramşəhərin azad olunmasından sonra müharibənin davam etməsinə qarşı çıxanlar idilər.

Müharibə bitdikdən dərhal sonra “Abadlaşdıran Sərdar” adlandırılan Haşimi Rəfsəncaninin rəhbərlik etdiyi İran Hökuməti Beynəlxalq Valyuta Fondu və Dünya Bankının neoliberal siyasəti olan "Tədile Eğtesadi=İqtisadı Ortalama" adlı altında bir sıra iqtisadi siyasət həyata keçirərək müharibə nəticəsində dağıdılmış əraziləri bərpa etməyə başladı. Rəfsəncani bu əsas abadlaşma və inşaat işlərini silahlı İnqilab Keşikçilərinə (Sipahi-Pasdaran)a tapşırdı.

İnqilab Keşikçiləri komandirləri tərəfindən müharibə bölgələrinin “yenidən qurulması”ndan 30 ildən artıq keçməsinə baxmayaraq bu müddət ərzində nəinki, Xuzistandakı yenidənqurulma başa çatmayıb, bəlkə də bu vilayətin sakinləri su çatışmazlıq, mal-qaranın tələf olması və təsərrüfatlarının quruması səbəbindən şəhər və kəndlərinin küçələrində etiraz etməkdən başqa çarə yolu tapmamışlar. Lakin İnqilab Keşikçiləri komandirləri  Milyarderlər klanına qoşulmuşlar.

Buna baxmayaraq, Diktator Vilayati-Faqih hökuməti, bu susuz insanları sakitləşdirmək üçün hər hansı bir müsbət hərəkət etmək əvəzinə, bəzi soydaşlarımızın Ərəb xalqına mənsub olmasını bəhanə edərkən, dinc yürüşlərinə  "separatçı terrorçular"la mübarizə kimi, onlara pulemyot atəşi ilə cavab verdilər

   Neoliberal “İqtisadı Ortalama” siyasəti bir müddətdən sonra Xamenei və Rəfsəncaninin rəhbərliyi ilə İnqilab Konstitusiyasının 44-cü maddəsinə zidd olan siyasəti ilə, yəni dövlətə məxsus sənayelərin özəlləşdirilməsi ilə tamamlandı. Onların bu əməlləri əslində zəhmətkeşlərin əməyi ilə hasil olan ölkənin sərvətlərini talan etmək üçün Vilayəti-fəqih Hökumətinə bağlı olan bəzi tacirlər və kapitalistlər və hərbi sərkərdələr və onun qulluqçularının əllərini tamamilə açıq qoymaq idi. Bu əməllər hələ də davam edir.

Bu siyasətlər nəinki ölkə iqtisadiyyatının bir çox hissəsini məhv edib, eyni zamanda insanların əksəriyyətinin, xüsusən də zəhmətkeş insanların həyatına dağıdıcı təsir göstərib. Təkcə onu demək kifayətdir ki, təxminən qırx il ərzində ölkədə istehsal cəmi iki dəfə artıb, halbuki inflyasiya qırx dəfədən çox artmışdır. Yəni insanların yemək süfrəsi iyirmi dəfədən də çox kiçilibdir.

Bu otuz-qırx illik dövrdə kənd təsərrüfatında, sənayedə, mədənlərdə və başqa müxtəlif sahələrdə Hökumətin səhv və qeyri-peşəkar siyasəti, habelə Hökumət üçün əziz olan adamların xalqa qarşı tamahkarlığı, ölkəmizin əhalisinə, təbii sərvətlərə və ətraf mühitə düzəlməz ziyan vurdu. Ölkəmizin təbii sərvətləri. çayların, göllərin, su kanallarının və bulaqların quruması və meşələrin və yaşıl otlaqların məhv edilməsi, aparılan bu iqtisadi siyasətlərin həmçinin hakim qrupların göz bəbəklərinin(övladlarının) talançılıqlarının nəticələridir. Əgər Hökumət ölkənin ürəkyandıranlarını təzyiq və həbs etmək əvəzinə, nizamsız və qeyri-peşəkar bənd tikilməsinə, yüz minlərlə dərin quyu qazmağa və lazımsız məhsul yetişdirməyə, meşələri və dağ yamaclarını məhv etməyə qarşı mütəxəssislərin etirazlarını dinləsəydi, ölkə bugünki duruma qalmazdı.

Əgər düzgün tədbirlər həyata keçirilsəydi və Dövlət məmurları istər hərbiçi, istərsə də mülki şəxsilər korrupsioner, rüşvətxor olmasaydı, Xuzistan kimi böyük çaylar diyarı və ölkəmizin bir çox digər bölgəsi bu qədər viran olmazdı. Uzun illərdir Urmiya gölü də daxil olmaqla ölkəmizin gölləri qurumaqda davam edir. Xuzistan sakinləri su çatışmazlıq və duzlaşma(şoranlıq) ilə mübarizə aparırlar. Sulu və günəşli ölkədə su pul ilə satılır. Uzun illərdir ki, bu vilayətin hər evində təmin edilməli olan ən vacib cihaz su təmizləyicidir. Xuzistanın problemlərindən danışarkən sadəcə rəqəmləri qeyd etmək kifayət etmir. İllər boyu üst-üstə yığışıb qalan bu problemlərin səbəbi təkcə İslam Respublikası Hökumətinin xalqa qarşı  siyasətlərindən və habelə pozğun və səriştəsiz məmurların səhv idarə etməsindən irəli gəlir.

Ölkəmizin bəzi bölgələrində mövcud olan quraqlıq və su qıtlığı bir problemdir. Ancaq bu problem Xuzistanda olmamalıdır. Halbuki indi Xuzistanda bu problem iki qat artıqdır. Su ilə dolu beş nəhəng çay və ölkənin axan suyunun 30% -i Xuzistanda cərəyan etməsinə baxmayaraq Xuzistanlılar içməli su üçün yenə də səyyar su satıcılarına müraciət etməli olurlar. Karun çayı bir vaxtlar Xuzistan xalqı üçün içməli su mənbəyi idi, amma bu gün kanalizasiya mənbəyinə çevrilibdir.

Ali Rəhbərdən tutmuş Ruhani, Rəisi, Qalibaf, Ejei və başqalarına qədər İslam Respublikasının səlahiyyətliləri İran xalqları qarşısında cavab olaraq bacarıqsızlıqlarını və səmərəsizliklərini etiraf etmək əvəzinə, xarici düşmənlərindən qorunmaq üçün cana gəlmiş Xuzistan əhalisinə xəbərdarlıq etdilər. Halbuki bunlar təcavüzkarlara qarşı mübarizədə həmişə öndə olmuş cəsur Xuzistanlı vətəndaşlardılar.

Artıq on gündür ki, Vilayati-Faqih rejimin təhlükəsizlik və repressiya qüvvələri, vəkil, nazir, habelə İnqilab Keşikçilərinin komandiri, əmmaməli və papaxlı ilə birlikdə hər cür yanıltıcı, hiyləgər və təhdidedici sözlərlə bu etirazların digər bölgələrə yayılmasının qarşısını almağa çalışırlar. Ancaq bacarmadılar. Tədricən ölkəmizin digər şəhər və bölgələrindən bezmiş əhalı Xuzistandakı ərəb soydaşlarına dəstək olaraq küçələrə çıxdılar və Xuzistandakı etirazları müdafiə edərkən xalq əleyhinə olan Hökmdarlara qarşı şüarlarını səsləndirdilər. O cümlədən, bu günə qədər ən son xəbərlərə görə, “Azərbaycan oyaqdır, Xuzistana dayaqdır” şüarı ilə böyük Təbriz şəhərində və həmçinin ölkəmizin paytaxtı Tehranda “Tehrandan Xuzistana dək, birlik, birlik” şüarı ilə geniş qruplar şəklində küçələrə və meydanlara axışdılar.

 İndi demək olar ki, məhrum olan Xuzistan əhalısının etiraz səsi İran əhalısının kütləvi etiraz səsidir və həmçinin İranın bütün zəhmətkeşlərin və ölkəmizdə yaşayan bütün xalqların birliyə dəvət etmək başlanğıcıdır.

Azərbaycan Demokrat Firqəsi Xuzistan və ölkəmizin digər bölgələrində yaşayan xalqların etiraz hərəkatını dəstəkləməyi nəinki öz vəzifəsi hesab edir, eyni zamanda xalqın qışqırdığı "Birlik Birlik" şüarını vurğulayarağ, İslam Hökumətinin apardığı xalqa zidd siyasətinə qarşı kütləvi xalq hərəkatına qoşulmaq üçün bütün mütərəqqı partiya və azadlıqsevər təşkilatların vahid platform əsasındə müştərək mübarizəyə çağırır.

Şübhə yoxdur ki, xarici müdaxilələrdən uzaq bir şəkildə mütərəqqi qüvvələrin ümummilli mübarizəsi böyük nailiyyətlərə gətirib çıxaracaqdır.

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi

4 mordad 1400

26 iyul 2021

Go Back

Comment