Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Başsağlığı

Dərin kədər və təəssüf hissilə aldığımız acı xəbərə görə görkəmli alim, ədəbiyyatşünas və Milli Elmələr Akademiyasının üzvu doctor Sabir 2014-cü ilin iyun ayının 7-də 88 yaşında vəfat etmişdir. Bu ağır itki bütün firqə wzvl'rini və onun rəhbərlərini dərindən sarsıtdı. Bu münasibətlə bütün azərbaycan xalqına, xüsusilə mərhumun ailə üzvlərinə dərin üznlə başsağlığı verir, hamıya səbr və dözüm arzulayırıq.

Doktor Sabir  Əmrahi (Nəbi oğlu) 1926-cı il sentyabr ayının 29-da Şuşa şəhərində dünyaya göz açmışdır. O, 1937-ci ildə ailəsi ilə birlikdə Təbrizə köçmüşdür. Təhsilini "Homam" adına məktəbdə (1939-1943) fars dilində və sovet məktəbində (1943-1946) davam etdirmişdir.

1946-cı ildə Azərbaycan Milli Hökuməti Sabir Əmirovu Bakı Piyadalar Məktəbinə oxumağa göndərmiş, 1947 –ci  ildə o, Bakı piyadalarmətəbində bölmə komandirinin müavini olmuş və oranı kapitan rütbəsində bitirmişdir.

O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq kursunu və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika bölməsini 1953- ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. Universitetdə təhsil aldığı illərdə Azərbaycan Demokrat Firqəsinin ilk partiya təşkilatının sədri vəzifəsini yerinə yetirmişdir. Dr. Sabir Əmrahi 1957-1975 illərdə İranlı siyasi mühacirlər cəmiyyətinin "Cavanlar" təşkilatının sədri olmuşdur.

Dr. Sabir 1967-1994-ci illədə Nəbioğlu Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin şöbə müdiri, Cənubi Azərbaycan Yazıçılar Cəmiyyəti İdarə Heyətinin məsul katibi (1967-ci ildən) vəzifələrində çalışmışdır.

1953-cü ildə Universiteti bitirdikdən sonra dr. Sabir Nəbioğlu “Azərbaycan gəncləri” qəzeti redaksiyasında işə başlayıb.

1957-ci ildə aspiranturaya daxil olur. B. O, “Cəlil Məmmədqulu¬zadənin (Molla Həsrəddin) felyetonları, 1906-1917” mövzusunda yazdığı dissertasiya işini 1966-cı ildə müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alır. Bundan sonra Sabir Əmirov 1996-cı ildən həmin institutda çalışır. Bu institutdakı elmi-ədəbi mühit onu doktorluq dissertasiyası üzərində işi başa çatdırıb müdafiə etməyə həvəsləndirir və nəhayət, 2004-cü ildə “Cənubi Azərbaycan Milli-Demokratik ədəbiyyatı (1941-1990)” movzusu üzrə müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alır.

Dr. Əmrahi Sabir h'yat;n;n son aanlarınadək AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbyyatı şöbəsində baş elmi işçi vəzifəsində çalışıb və İran Azərbaycanının(Cənubi Azərbaycan) Şəhriyar, Səhənd, Gəncəli Səbahi, Səməd Behrəngi, Sönməz, Haşım Tərlan, Alav, İmran Səlahi kimi qələm ustalarının yaradıcılıqları və 1920-2000-ci illərdə Cənubda tənqid və ədəbiyyatşünaslıq mövzusu ətrafında tədqiqatları var.

Dr. Sabir Əmirov indiyədək 8 monoqrafiya nəşr etdirmişdir. Cənubi Azərbaycanda gedən ədəbi hərəkat barədə qələmə aldığı məqalələri olduqca qiymətlidir. Sabir Əmirov 45 ildən artıq Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin məsul katibi olmuşdur.

Dr. Sabir Nəbioğlu yazdığı yüzlərcə elmi-ədəbi məqalələrdən başqa Azərbaycan Demokrat Firq'sinin orqan; olan "Az'rbaycan" qəzetində də bir çox siyası və publisistik məqalələrin də müəllifidir. O, pak və vətənpərəst bir insane idi.

Bu böyük şəxsiyyətin itkisi Azərbaycan Demokrat Firqəsinin bütün üzv və rəhbərləri üçün ağır və sarsıdıcı hadisədir. Bu əziz yoldaşımızın ölümü bir firqəçiləri dərindən sarsıtdı. Bir daha bu münasibətlə o tayli-bu taylı Azərbaycan xalqına, xüsusilə mərhumun ailə üzvlərinə dərin üzünlə başsağlığı verir və hamıya dözüm arzulayırıq.

Azərbaycan Demokrat Firqəsinin Məkəzi konitəsi

8 iyun 2014

Go Back

Comments for this post have been disabled.