Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Demokrat Firqəsinin 75 il davamlı mübarizəsi

Azərbaycan Demokrat Firqəsinin 75 il davamlı mübarizəsi

12 Şəhrivər müraciətnaməsinin nəşri münasibətilə

III-Hissə

General Hüseyn Fərdust:

- 1946-cı ilin dekabrında Vaşinqtonun tapşırığı əsasında və Baş nazirinin göstərişi ilə İran Silahlı Qüvvələri Azərbaycandakı demokratik hərəkat iştirakçılarını amansızlıqla qətliam etdilər. "Onlar qrup halında tutulub, güllələndilər və ya meydanlarda dar ağacından asıldıları." "Edam edilənlərin cəsədləri küçələrdə görünürdü. Təqribən 2-3 min adam edam edildi." ABŞ və İngiltərənin dəstəyi ilə şahın hərbi qüvvələri, Məhəmməd Deyhim və Lotu Şahbazın rəhbərlik etdiyi yerli cinayətkarlar tərəfindən həyata keçirilən bu qırğın hələ də Təbrizilərin əski yaddaşından silinməyibdir.”

İran Şura Məclisində şahın əlaltısı olan Təbriz nümayəndəsi Rəhim Zehtabinin çıxışının (etirafının) bir hissəsi: Şah qoşunu və mülkədarların hücumu nəticəsində kəndilərin qarət olması, habelə onların kəndlərdən qaçması 1948-49-cu illərin aclığına səbəb oldu.

- “Azərbaycanı misli görünməmiş bir aclıq, iqtisadi böhran və dəhşətli işsizlik bürüyüb. Sanki, bu böyük vilayət nəhəng bir qəbiristanlıqdır və hər kəs kədərlə orada fatihə oxuyur. Rənglər sarı, ayaqları zəif, düşüncələr qəmli olaraq hamı böyük heyrət içindədir .... Nə valinin gəlişi, nə ordunun gəlişi, nə Əlahəzrət şahın andiçmə mərasimi, nə mərkəzdən bir müfəttişin göndərilməsi, nə Azərbaycan nümayəndələri və nə də Azərbaycan tacirlərinin her biri Azərbaycanın acınacaqlı vəziyyətinə yardım etmədi. Təbriz düşmən tərəfindən mühasirəyə alınmış bir şəhərə bənzəyir. Orada yemək, pul və əmin-amanlıq yoxdur, əhalıin hər biri gözlənilməz hadisəni gözləyir. Hərbi vəziyyət və çox sayda agent olduğu üçün şəhərdə qəribə bir mənzərə yaranıb. Bu gün Azərbaycandakı vəziyyəti göz önündə canlandırdıqda, üç-dörd il əvvəl müttəfiq ölkələrin mətbuatında və səyyar kinoteatrlarda Gestapo agentlərinin Fransa və Polşanın nəcib adamları ilə zorakılığına dair dediklərini oxuyarkən görərik ki,  onların vəziyyəti Azərbaycanın  mövcud vəziyyətindən daha yaxşı olmuş.”

William Douglas Bu barədə belə yazır:

- “.. Azərbaycan mülkədarları... kəndlilər acından ölərkən bazarda buğdalarını baha qiymətə satırdılar ...

Aclığın qarşısını almaq məqsədilə mərkəzi hökumət Təbrizə göndərdiyi 1000 ton buğda xalqın əlinə çatmadı. Yerli hökumət məmurları buğdanı azad bazarda satdılar və pulunu ciblərinə qoydular ... Beləliklə, 1948-ci ilin qışında kəndlilər praktiki olaraq aclıq və qidanın olmaması səbəbindən ot və kök yeməyə məcbur oldular ... Xoy ətrafında dayandığım şəhərlərdən birində. 300 qəsəbə sakinindən 50 nəfəri aclıqdan öldü. Kəndlərdə bütün insanların qətlə yetirildiyi bir çox ev var idi. Maliklərin anbarı buğda ilə dolu idi. … .. Azərbaycandakı səfalət, bədbəxtlik o dərəcəyə çatmışdı ki, Təbriz küçələrində insanlar və itlər canlarını qurtarmaq üçün bir tikə çörək uğrunda bir-birilə mübarizə aparırdılar."

Soruşmalıyıq, Zülfuqarilər, Əmir Əfşarlar, Bəydililər, İskəndərilər, Məlik Hasimilər, Ləmpən və quldurlar o cümlədən, Sultan Şəqaqilər, Məhəmməd Deyhim, Lotu Şahbaz, Hac Abülqasım Cavan, Əziz Mohsini, Seyfulla Bağmeşəyi, "Baş Kəsən" Razzaq… və Təbrizin yüzlərlə bədnam ünsürləri xalq idimi? İnayətulla Rzalar, Babak Əmir Xosrovilər ... kimi yazıçılar və rasyon yeyən ziyalılar ... xalqın sıralarındadırlarmı?

Buna baxmayaraq, İranın başqa şəhərlərinə köç edən firqə üzvləri və milli hökumətin tərəfdarları İran Tudə Partiyası və ya Tehranda yaşayan Azərbaycan cəmiyyətləri sıralarında çalışmağa davam etdilər. Bütün şəhərlərdə partiya özəkləri yarandı və Təbrizdə Azərbaycanın Demokrat Firqəsi adlanan dörd aktiv qrup fəaliyyətə başladı. Bu dörd qrup daha sonra Təbrizdə vahid bir təşkilatda birləşərək Demokrat Firqəsinin gizli fəaliyyəti genişləndi və neft sənayesinin milliləşdirilməsi uğrunda milli mübarizədə önəmli rol oynadı. 1951-ci ilin iyun ayında Təbrizdə 20 mindən artıq insanın iştirakı ilə keçirilən sülh mitinqi, 1946-ci ildən sonra ilk mitinq idi. Bu mitingin möhtəşəmliyi şah sarayını və İran irticasını vahiməyə saldı.. Bu təşkilat 1958-ci ildə SAVAK tərəfindən kəşf edilərək məğlub olundu. Təşkilatın rəhbərlərindən 5-i -Ayub Kalantari, Cavad Furuği, Əli Əzimzadə Cavadi, Xosrov Cahanban Azar, Həsən Zehtab, edam və digərləri bir neçə il həbs cəzasına məhkum edildi. Azərbaycan xalqının milli və demokratik hərəkatı göstərdi ki, bir millətin öz haqqını əldə etmək iradəsini qətl və edam yolu ilə sarsıda bilməz.

İslam Respublikası rejimi, Azərbaycan Demokrat Firqəsini boğmaqda ittiham etməkdə Pəhləvi rejiminin üzünü ağartdı. Separatçılıq məsələsi, Pəhləvi rejiminin təbliğat aparatı və onların İrandakı fəal xarici şəbəkələri tərəfindən müəyyən məqsədlərlə şüurlu şəkildə şişirdildi. Niyə? "Çünki bu təbliğatla (damğayla) Azərbaycan xalqının azadlıq, ədalət , bərabərlik və milli haqları uğrunda apardığı milli mübarizənin ictimai-siyasi təsirini İran və bölgə xalqı qarşısında neytrallaşdırmaq, İranın bölünməsi bəhanəsilə onlara qarşı əhalini qaldırmaq məqsədi güdürdü. İranı Parçalanma ruhiyyəsi hələ də öz təsirini göstərir. Beləliklə də Firqənin İran tarixində qazandığı müsbət mövqeyini onun tarixi və fəaliyyəti ilə tanış olmayanlar qarşısında məhkum edir.

Bu gün İslam cümhurisi yenidən Azərbaycan milli-demokratik hərəkatının azadlıq, ədalətsevərlik və bərabərlik hədəflərinə qarşı psixoloji-müharibə təbliğatı başlatmaqla, təsirini neytrallaşdıraraq və xalqı onun təsir dairəsindən uzaqlaşdıraraq  məqsədi ilə "separatizm" silahından istifadə etməyə əl atmışdır. Fərq ondadır ki, bu gün milli hərəkatın bəzi fəalları və hamiləri özləri ayrılmağın tərəfdarıdırlar! Bu insanlar, qanunçuluq üçün separatizm mövzusunda tarixi bir qanunauyğunluq axtarır, Azərbaycanın ayrılmasını və müstəqilliyini tələb etdiyini iddia edirlər! Onlar bu iddialarının haqlı olmaları üçün tarixi fakt kimi firqəni bir separatçı cəryan olaraq göstərirlər. Bu isə tarixin təhrif deməkdir. Tarixi təhriflər siyasi məqsədlər üçündür. Şübhəsiz ki, separatizm və ya ayrılma fikri düşüncə və ifadə azadlığı kontekstində hörmətə layiqdir. Lakin Azərbaycan milli hərəkatında separatizmi iddia etmək sadəcə siyasi əxlaqsızlıqdır. Təəssüflər olsun  ki, Azərbaycanın gənc nəslinin əksəriyyətinin firqə və Azərbaycan milli hərəkati tarixindən məlumatları ciddi bir araşdırmadan daha çox eşitmələridir. Onilliklər boyu konkret hədəflərlə davam edən zəhərli təbliğat kütləsi altında İranın çağdaş tarixindəki demokrat firqəsinin həqiqi mövqeyi gənc nəslimiz üçün hələ aydınlaşmayıbdır.

Milli hərəkat məsələsi milli hökumətin mərkəzi hökumətə ya da Fars hökumətinə qarşı yaxud farslarla türklər arasındakı əbədi düşmənçilik məsələsi deyildi, çünki fars-türk və  heç bir etnik sərhədləri tanımayan sinif qarşıdurmasıdır. Bu qarşıdurmanın bir tərəfində: iri torpaq sahibləri, xanlar, ruhanilər, aristokratlar, tacirlər, Azərbaycan siyasətçiləri, onlara bağlı ziyalılar, digər tərəfdə isə Azərbaycan xalqı və onun azadlığı uğrunda mübarizə aparanlar uz-uzə dayanmışdılar. Mərkəzi hökümətin məmurları, şah sarayınıın adamlrı, fars irqçı millətçilər, .şovonist ziyalılar, Türkiyənin o dövrki dövləti  olarını himayə edən mürtəce beynalxalq qüvvələr və s.  qədər bu azərbaycanlılar da milli hərəkatı məğlub edib, onu qan dəryasında boğdular. Məsələyə yalnız dar və mürtəce bir irqi-etnik kontekstdə baxmaq olmaz.  Əksinə, İranın digər bölgələrindən olan qeyri-azərbaycanlı inqilabçı zabitlərin və ziyalıların hərəkata qoşulmalarının və firqə sıralarında fədakarlıqla mübarizə etdiklərinin şahidi olduq. O dövrdə doğru-düzgün siyasət İranın digər xalqlarını, azadlıq, bərabərlik, həmçinin vahid fəaliyyət şüarları və idealları altında mübarizəyə cəlb etməyə çalışmaq idi. Həmişəyaşar S..C.Pişəvərinin fikrincə milli hərəkatın məğlubiyyət səbəbi mübarizədə bu əsas məsələyə  önəm verməmək idi. Firqənin önəmli rəhbərlərinin solçu və sosialist olmalarına baxmayaraq onlar Bir milli hərəkatı təşkilatlandırıb və ona başçılıq edə bildilər. “Milli” nasionalis türkçü demək deyil. Bəlkə bir millətin müxtəlif zümrələrinin vahid bir proqram əsasında millətin mənafeyi uğrunda irticaçı və iri torpaq sahiblıri, onların himayədarları olan mərkəzi dövlətə qarşı mübarizə aparmaqdan ibarətdir. Firqə bu müxtəlif zümrəni bir yerə toplayıb təşkilatlandırmağı bacardı. Firqənin də təşkilati hünəri bundan ibarət idi.

Bu gün gizli qüvvələr solları Azərbaycan milli hərəkatından ayırmağa və milli qüvvələrlə qarşı-qarşıya qoymağa çalışırlar. Tarixdən xəbərsiz olanlar da bunun tələsinə düşürlər. Belə rəftar edirlər ki, o dövrün firqə rəhbərlərinin dediklərinə əleyhinə olub, milli hərəkatının düşmənlərinin yolu ilə gedirlər.  Milli hərəkatın düşmənləri, xüsusilə rejimin təhlükəsizlik xidmətləri, milli hərəkata qarşı iki əsas siyasət yürüdür:

1- Azərbaycanlıların apardığı mübarizəni İranın digər millətlərinin, xüsusən farsların və İranın mərkəzi bölgələrinin mübarizəsindən ayırmaq, fikir ayrılıqlarını qızışdırmaq, İran İslam rejimin anti-milli və repressiv siyasətlərinə qarşı yönəlmiş müxtəlif mübarizələrin birləşməsinin qarşısını almaq.

2-    Milli hərəkatın müxtəlif qüvvələrinin birləşməsinin qarşısını almaq üçün əsas formalarından min hiylə və fitnə ilə sola və Azərbaycan sosialistlərinə qarşı təbliğat aparmaqla milli hərəkat sıralarında parçalanma, düşmənçilik yaratmaqdır. Həqiqət budur ki, soldan başqa heç bir qüvvənin milli hərəkat yaratmaq, rəhbərlik etmək və onu həyata keçirmək missiyası bacarığına sahib ola bilməz. İran rejimi bunu yaxşı bilir. Hərəkətdəki ekstremizmin, irticaçı və irqçi düşüncələrin artmasının əsas səbəbi həm milli, həm də regional miqyasda sol qüvvələrin dağınıq və zəifliyindən irəli gəlir. Bu çərçivədə sola qarşı düşmənçilik, çamur səpmək, yəni hərəkatın rəhbərlik və hegemonluq məsələsinin araşdırıb  dərk etmək olar. Hər iki halda da, ekstremizmi təhrik etmək və onu rasional hərəkətdən çəkindirmək böyük bir taktikadır. Təcrübə göstərir ki, rejim ömrü boyu ekstremizmin çörəyini yeyib. Müxalifətdə olan qüvvələri aradan qaldırmaq və dağıtmaq üçün uzun bir tarixi təcrübəyə sahibdir.

Hərəkatın devrilməsi, firqənin məğlubiyyəti İngiltərə və ABŞ-ın Şah hökumətinə birbaşa dəstəyi olmadan mümkün olmazdı. Ancaq bu gün özünü milli hərəkatın ürəyi hesab edən bir çox iddiaçı dünənki milli hərəkatın qəddar düşmənlərini və bu gün "xilaskar" göstərirlər. "ABŞ ilə düşmənçiliyin milli hərəkatda yeri yoxdur."  Ora qədər irəli getdiklər.  Digəri isə Pişəvərinin solçu və sosialist olmadığı qənaətinə gəlmiş! Çünki hələ onu söyüb və təhqir etmək cəsarətini özündə  tapa bilmir. Düşünürlər ki, harada güc varsa, ona söykənməli və bu güc tərəfindən qəbul edilməsi üçün hər gün bir cildə girir. Bu qrupun tutduğu yol Azərbaycan xalqının mənafelərini həmin güclərin ayaqları altında tapdalatdırıb və maraqlısı odur ki, bunu “siyasi çeviklik” və ya “praqmatizm” adlandırırlar.

2-Hissə

 

http://aze.adfmk.com/entries/b%C9%99yanatlar/az%C9%99rbaycan-demokrat-firq%C9%99sinin-75-il-davaml%C4%B1-m%C3%BCbariz%C9%99si

 

I-Hissə

http://adfmr.megavisionsites.com/entries/b%C9%99yanatlar/blog-post-24

Go Back

Comment