Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Demokrat Firqəsinin 75 il davamlı mübarizəsi

Azərbaycan Demokrat Firqəsinin 75 il davamlı mübarizəsi

12 Şəhrivər müraciətnaməsinin nəşri münasibətilə

II-Hissə

İran Tudə partiyasının əyalət bölməsi, Təbriz Həmkarlar ittifaqı, Azərbaycan Cəmiyyəti, azadlıqsevər və milli şəxsiyyətlər firqəni müdafiə etdilər. Nəhayət firqə üzvlərinin sayı 200000-ə çatdı. Qadınlar və gənclər təşkilatları firqəyə dəstək etmək məqsədilə ona geniş kütlələri cəlb etdilər.

Azərbaycan məşrutəçiləri tərəfindən konstitusiyaya əlavə kimi Əyalət və Vilayət Əncümənləri Qanununun (1907 iyun) artırılıb qəbul edilməsinin əsas fəlsəfəsi, o dövrdə İranın siyasi səhnəsində kəndlilərlə yeni yaranmış burjua arasında baş verən qarşıdurma ilə əlaqəli idi. Bir tərəfdən də aristokratlarla, iri torpaq sahibləri, xanlar, qəbilə başçıları və torpaq sahibi olan  ruhanilər tapılmışdı. Bunlar isə ölkədə hər cür inkişafa müqavimət göstərdilər. Yoxsul və torpaqsız kəndlilərin əski münasibət və köləliyinin qorunub saxlanılmasını tələb edirdilər. Bu siyasi qrup ya ruhani və ya da zəngin təbəqədən olamaqla yanaşı parlamet üzvləri idilər. O dövrün  şərtlərini anlamaq üçün onların xatirələrini oxuyub, öyrənmək, son dərəcə vacibdir. Dördüncü parlamentdəki Şeyx Məhəmməd Xiyabaninin və on dördüncü siyasi qurluşun dirənişindən başqa bir şey deyildi. Bunu dəyişdirib ictimaiyyəti demokratikləşməsində bütün maneələrin aradan qaldırılmasında  yalnız ölkə xalqının inqilabi hərəkatı yardım edib, zəhmətkeş və kəndli təbəqəsinin rifahını yüksəldə bilərdi.

O dövrün hökuməti: Sədrül-Əşrəf hökuməti (Bağşahın qəssabı), Hakimül-Mülk (masonlardan biri, İngilis agenti) nə inki Azərbaycanın təkrarlanan tələblərinə cavab vermədi, həm də 15-ci parlament seçkilərini təxirə saldı. Ona görə də firqə “Azərbaycan xalqı özü seçki fərmanını verəcək” şüarını irəli sürdü.

Əyalət-Vilayət Əncümənlərinin (muxtariyyət) qurulması fikri İran konstitusiyasının hüquqi əsaslarına əsaslanan qanuni, hüquqi düşüncəyə söykənirdi. Həm Şeyx Məhəmməd Xayabani, həm də Seyid Cəfər Pişəvəri, mövcud şəraitə qarşı apardıqları mübarizədə bu qanuni əsaslara arxalanırdılar. Lakin hər dəfə iri torpaq sahiblərinin, ruhanilərin köhnə və mürtəce quruluşu təmsil edən şah sarayının təxribatı ilə qarşılaşdılar. Pişəvəri 1920-ci illərdə İran Həmkarlar İttifaqının organı olan “Həqiqət” qəzetində hələ firqənin yaranmasından illər öncə Əyalət-Vilayət Əncümənləri qanununun bərpası fikrini İran xalqlarına bəyan edirdi. Pişəvəri “Mərkəsi Hökumət və Yerlı İdarəetmə” adlı məqaləsində belə yazır:

-         "Millət öz hüquqlarından istifadə edə bilməsi üçün, milli hökumət və demokratiya prinsiplərinin tam şəkildə həyata keçirilməlidir. Yəni bir ölkənin kiçik respublikalara çevrilməsi lazımdır. " Müxtəlif ölkələrdə federasiya prinsipləri fərqli olsa da, əsasları fərqlənmir. Federasiya prinsipləri və yerli əhalinin nüfuzu yalnız seçki keçirmək üçün deyil, həm də daxili qarışıqlığın qarşısını almaq, milləti qorumaq və ölkəni inkişaf etdirmək üçün faydalıdır. Yerli Əncümənlər bir vasitə kimi xanxanlığa son qoymaqla yanaşı, seçki sağlamlığına, yerli ticarət və sənayein inkişafına yardım edir və dövlət üçün də heç bir zərəri yoxdur. "Hökumət həmişə ayrı bir qüvvədirsə və millət hər zaman hökumətə mənfi baxışla baxarsa, yaxud hökumət milləti bir qoyun, millət isə hökuməti canavar kimi düşünürlərsə on da xarabalıq və səfalət gündən-günə artacaq.”

Millət öz hüquqlarından istifadə edə bilməsi, milli hökumət və demokratiya prinsiplərinin tam şəkildə həyata keçirilməsi labüd idi. Bu üzdən 3 sentyabr 1945-ci (12 şəhrivər 1324-cü günəş ili) ildə Azərbaycanda firqənin yaranması məqsədilə 12 bənddən ibarət bir bəyannamə hazırlandı, bu 12 Şəhrivər müraciətnaməsi adlandırıldı.  Yəni "Xalqın səsinə və iradəsinə söykənmək) bəyannaməsi nəşr edildi. Firqənin 12 maddədən ibarət müraciətnaməsi məşrutə inqlabının  anayasasındakı Əyalət-Vilayət Əncüməninin bərpası demək idi. O maddələrin ən mühüm bəndləri bunlardan ibarət idi:

-         İranın müstəqilliyini və ərazi bütövlüyünü qorumaqla Azərbaycan üçün muxtariyyət tələb etmək (Əyalət-Vilayət Əncömənlırinin yaradılması)

-         Azərbaycan türkcəsinin bərpası və Azərbaycanda rəsmi dövlət dilinə çevrilməsi.

-         İran Şura Məclisində Azərbaycan Nümayəndələrinin sayını artırmaq.

-         Bütün ölkə üzrə seçki azadlığına təminat vermək.

-         Torpaq bölgüsü vasitəsilə feodallar və mürtəcelərlə mübarizə aparmaq.

Beləki, firqənin ilk qurultayı 11 oktyabr 1945-ci ildə, ikinci qurultayı (Müəssislər Məclisi) isə 29 noyabr 1945-ci ildə 150 ​​min insanın imzası ilə 5 milyonluq Azərbaycan xalqını təmsil edən geniş səlahiyyətli 700 nümayəndənin (Azərbaycan Xalqının böyük Konqresi) iştirakı ilə keçirildi.

Birinci qurultayda firqənin nizamnaməsi və əsasnaməsi, milli muxtariyyəti, torpaq bölgüsü, və həmçinin. Azərbaycan dilinin rəsmiyyət tapması təsdiq olundu. Onun icrası firqəyə tapşırıldı.

İkinci qurultayın qərarına əsasən firqə Milli (yerli) Məclisinin qurulması üçün seçkilərə hazırlıq görərək azər ayının ikinci həftəsində seçkilər keçirilməklə firqə iqtidara gələrək 21 Azər günü Azərbaycanda muxtar dövlət yaradıldı.

Pişəvəri Təbrizdəki Şir-Xurşid zalında etdiyi çıxışında bu barədə belə deyir: “Konstitusiya bu səlahiyyəti Azərbaycan xalqı da daxil olmaqla bütün İran xalqına verdi. Bilirsiniz ki, İran Məşrutiyyəti tarixində Azərbaycan Əncüməni böyük rol oynamışdır. Xoşbəxtlikdən cənab Rəfii (Nizamüd-Dövlə) bu məclisin iştirakçılarından biridir. Özü də firqəmizin qurucularından biridir. Cənab Müstəşarüd-dövlə də bu tarixi Əncümənin üzvüdür .... Azərbaycan xalqı qırx il əvvəl Əyalət və Vilayət Əncümənləri quraraq siyasi ikişaf və istedadını göstəribdir.” İndi isə firqəmiz bütün qarşıdakı maneələri aradan qaldırıb və Əncəmənləri təşkil etməklə dünya ictimaiyyətinə öz siyası yetginliyini isbat etməlidir.”

Firqənin 12 Şəhrivər bəyannaməsi, firqənin nəşr olunan sənədləri, onun rəhbərlərinin mövqeyi, mərkəzi hökumət ilə razılaşma sənədi (1325/3/23) və ən əsası, 2500 firqə üzvlərinin dar ağaclarında verdikləri son şüarlarının sənədləri bu bu iddianın sübutudur. Firqə Azərbaycanın parçalanmasını deyil, məşrutə dövrünün mütərəqqi qanunlarının bərpasını və Azərbaycan xalqının milli hüquqlarının reallaşmasını habelə Rza şah diktaturasının ayaqları  altında əzilən əsas azadlıqların və sosial ədalətin bərqərar olmasını - təkcə Azərbaycanda yox, bütün İranda istəyirdi.

Azərbaycan Demokratik Hərəkatının iqtisadi, sosial, mədəni və siyasi sahələrdə bir illik fəaliyyəti o qədər gözə çarpırdı ki, hətta düşmənlərinin alqışına səbəb olurdu. Azərbaycan Milli Hökumətini devirməyin yeganə yolu onu separatçılıqda günahlandırmaq idi. Separatçılıq ittihamı, Amerika, İngilis casusluq şəbəkələri və onların daxili amillər- saray mürtəceləri və onlara bağlı mətbuat tərəfindən İran xalqının milli hisslərini təhrik etmək və firqəni nüfuzdan salmaq üçün ortaya atıldı. Eyni halda yuxarıda göstərilən motivlərin davamında milli hərəkatın yaranmasında mühacirləri günahlandırırlar. Halbuki bütün mühacirlər Rza şah hakimiyyəti dövründə ölkəyə qayıtmışdılar. Qadın və uşaqlarla birlikdə mühacirləri sayı 16 min nəfər idi.  Onların əksəriyyəti az savadlı və siyasət məsələlərindən uzaq olaraq adi yaşayışla məşğul idilər.

Şah ordusu ABŞ və İngiltərənin dəstəyi olmadan Azərbaycan milli hərəkatı və Fədai ordusu ilə qarşı-qarşıya dura bilməzdi. Həqiqət budur ki, Azərbaycana hücum planı ABŞ və İngiltərənin əmri- Şvarzkopvun (İran Jandarma Komandiri Norman Şvartskov) komandanlığı altında amerikalı müşavirlərin planlaması ilə həyata keçirildi. Açson əvvəllər Azərbaycanda hərbi əməliyyat keçirmək üçün İranın ABŞ-dakı səfiri Əla ilə görüşməyə yaşıl işıq yandırmışdı. Bundan əlavə, İngiltərə və Amerika hökumətləri, Qəvamül-səltənəyə göndərdikləri başqa məktublarda Azərbaycana qoşun göndərilməsinə dəstək olduqlarını bildirmişdilər.

"Azərbaycan xalq hərəkatının qanlı repressiyası imperialistlər və onların. daxili amilləri üçün silinməz bir ləkədir. " Bundan əlavə, ordu məhkəməsinin verdiyi statistikaya əsasən 2500-dən artıq insan tribunal məhkəmədə edam edildi. 8000 nəfər isə uzunmüdətli həbsə məhkum olundu. 20000 çox insan məhkəməsiz şəhid edildi. 36000 nəfər ailəsilə birlikdə Bədrəbad cəhənnəm məntəqəsinə göndərildi. Habelə milli hökumət dövründə Azərbaycanda işləyən və firqə üzvü olmayan çox sayda işçi İranın uzaq şəhərlərinə sürgün edildi. "Minlərlə insan Sovet İttifaqına mühacirət etdi, Azərbaycanın kənd və şəhərlərində on minlərlə insan özlərini qurtarmaq üçün İranın digər şəhərlərinə köç etdi."

Qeyd etmək lazımdır ki, o dövrdə Azərbaycanın paytaxtı Təbriz şəhərində əhalinin sayı 300 min nəfər idi. Demək olar ki, bu təkcə bir məğlubiyət deyildi, bəlkə də Azərbaycan millətin ən yaxşı övladlarının və ziyalı nəslinin soyqırımı idi. Bu elə bir ləkədir ki, heç bir azərbaycanlının tarixi yaddaşından silinməyəcəkdir.

 Bu statistika cinayətin kəmiyyət ölçüsünü göstərir, lakin cinayətlərin törədilməsi dəhşətli, qeyri-insani, utanc verici idi. Bununla əlaqədar aşağıda bir neçə izahatla kifayətlənmək lazımdır.

Ruzveltin yaxın yoldaşı Henry Wallace:

- "İran polis qüvvələrinin İran xalqına qarşı əməliyyatında Tuğgeneral Şuvarzkopf'un komandanlığı altında olduğunu söyləməkdən utanıram. Bu şəxsin rəhbərliyi və ABŞ-ın İrandakı səfiri Allenin əmri ilə ən böyük İran müxalifət partiyası qanunsuz elan edildi. Çox sayda ölkənin ictimai birliklərinin rəhbərləri həbs olundu və bir qrupu isə edam edildi. Minlərlə ailə zorla həbsxanalara göndərildi.”

ABŞ-ın yüksək rütbəli hakimi William Douglas:

-  "İran ordusu Azərbaycana girərkən dəhşət törətdi. Əsgərlər qətl, qarət və talanlar həyata keçirirdilər. Onlar hər nə istəyirdilər onu edirdilər. Beləki Azərbaycanda çox pis bir xatirə qoydular. Azərbaycanda kəndlilərin əmlakı və mal-qarası talan edildi. Qadın və qızlara təcavüz edildi. İran ordusunun vəzifəsi Azərbaycanın azad edilməsi olsa da, xalqı qarət etməklə yanaşı,  arxasınca ölüm və talançılığı yadigar qoydular.. Ordunun ardınca ölkədən qaçan mülkədarlar geri qayıtdılar. Onlar təkcə həmin ilin əmlak bəhrəsini deyil, həm də ondan əvvəlki ilin də əmlak bəhrəsini kəndlilərdən geri aldılar. Kəndləri o dərəcədə talan etdilər ki, ərzaq ehtiyatları tükənib ac qaldılar.....”

Ardı var

Go Back

Comment